Məhkəmə qərarları › İş №2-2(113)-11/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-11/2024

25.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-11/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı “xxx” Publik Hüquqi şəxsinin Cavabdehnə (üçüncü şəxslər X3, X1, X6 və X2) qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxx” Publik Hüquqi şəxsi Cavabdehnə (üçüncü şəxslər X3, X1, X6 və X2) qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası 25 noyabr 2024-cü il tarixə saat 17:15-ə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmənin iclasına təkrar gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı “xxx” Publik Hüquqi şəxsinin Cavabdehnə (üçüncü şəxslər X3, X1, X6 və X2) qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxx” Publik Hüquqi şəxsinin Cavabdehnə (üçüncü şəxslər X3, X1, X6 və X2) qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar