Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1124/2020 10.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, Bakı şəhəri Vergilər Departamentinin “Global Servise” X1rşı borc məbləğinin tutulması tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Vergilər Departamenti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dövlət büdcəsinə olan 33373,48 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığna görə hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbini idiaçı tərəfindən tətbiq edilmiş vergi, faiz və maliyyə sanksiyası üzrə borcun cavabdehdən tutulması təşkil edir. xx.xx.2011-ci il tarixdən qüvvəyə minmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən iznibati akt iznibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli, 136 saylı qərarına əsasən Bakı şəhəri Vergilər Departamenti inzibati orqandır. İnzibati icraat haqqında qanunvericliyə görə, həmin orqanın maliyə sanksiyasının tətbiq edilməsi barədə qərarı inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. - 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İşdən göründüyü kimi Bakı şəhəri Vergilər Departamenti vergi ödəyicisinin yerləşdiyi yerin icra məmuruna göndərmək əvəzinə, eyni məsələyə dair təkrarən yenidən qərar qəbul edilməsi üçün məhkəmədə iddia qaldırmaqla yuxarıda şərh edilən normativ hüquqi aktlarının tələblərini pozmuşdur. Belə ki, Bakı şəhəri Vergilər Departamenti yuxarıda adıçəkilən qərarları “İznibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən qəbul edilsə də, həmin qərarların icrası məsləsi xx xxxxxx 2011-ci il tarixdə qüvvəyə minmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Məhkəmə, yuxarıda şərh edilən qanunvericilik aktlarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri Vergilər Departamentinin borcun tutulması tələbinə dair qəbul etdiyi qərarları məcburi qaydada icrasını təmin etmək üçün “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq vergi ödəyicisinin yerləşdiyi yerin icra məmuruna göndərməli olduğuna görə, hazırkı işə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Vergilər Departamentinin “Global Servise” X1rşı borc məbləğinin tutulması barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-1124/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1124/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver