Məhkəmə qərarları › İş №2-2(113)-1154/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1154/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1154/2020 17.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı Socar İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Socar İddiaçınə qarşı rəyin etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə işə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Socar İddiaçı xx xxxxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 14116,2 manat məbləğində hesablanmış cari borc və qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 22318 manat məbləğində pulun tutularaq İddiaçı hesabına ödənilməsi, İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcmini azaldaraq Cavabdeh 14116,2 manat məbləğində hesablanmış cari borc və qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 4463,6 manat məbləğində pul olmaqla, cəmi 18579,8 manat tutularaq İddiaçı hesabına ödənilməsi, İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə iddiaçı Socar İddiaçınə qarşı “rəyin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Təbii qazdan istifadə qaydalarının pouzlması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın və xx xxxxx 2018-ci il tarixli komissiya rəyinin etibarsız hesab edilməsi, hesablanmış 4463,60 manat dəymiş zərər, qaz sayğacının göstəricilərinə əsasən hesablanmış 14116,20 manat məbləğində cari borcun hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixdə 2(001)-760/2020 nömrəli qərardadına əsasən, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdehin qazdan istifadəyə görə yaranmmış borc və qaz xəttinə qanunsuz qoşulma ilə vurulan zərər onun istixana fəaliyyətini həyata keçirərkən baş verdiyi müyyən edilir ki, ödənilməsi istənilmiş borc ilkin iddia üzrə cavabdehin “istixana” fəaliyyəti ilə, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığından işə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. xx.xx.2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsəvə onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi işi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəkəmsinə göndərməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırki iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş və Cavabdeh fərdi sahibkar statusu olmayan fiziki şəxs (bu hal işdə olan müqavilə və abonent saldosunda öz əksini tapmışdır) olduğundan, məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. Sonradan qanunvericilikdə olan, yəni xx.xx.2020-ci ildə dəyişiliklərin qüvvəyə minməsi və bununla bağlı məhkəmə aidiyyətinin dəyişməsi, həmin işin digər məhkəməyə göndərilməsi üçün əsas ola bilməz və həmin iş mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2019cu il tarixdə daxil olarkən icraata düzgün qəbul edilmiş və mahiyyəti üzrə həmin məhkəmədə baxılmalıdır. Odur ki qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edur ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından ilk iddia üzrə iddiaçı Socar İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Socar İddiaçınə qarşı rəyin etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrinə əsasən, QƏRARA A L D İ: İlk iddia üzrə iddiaçı Socar İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Socar İddiaçınə qarşı rəyin etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar