Məhkəmə qərarları › İş №2-2(113)-122/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-122/2022

21.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-122/2022 21.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2017-ci il 24 may tarixli kredit müqaviləsi üzrə 307640,99 manat məbləğində əsas borc, 1684,13 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 309.325,12 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 60 manat məbləğində xidmət haqqının tutulması; tutmanın X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37.3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin hissədə ümumi qaydada icra edilməsi; X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X2 və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217.7 kv.m. ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 62,3 kv.m. ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 62,3 kv.m. ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi; X9 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 may 2017-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci il 24 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “3 saylı” filialından illik 36%-lə 120 ay müddətinə 400.000 manat məbləğində kredit limiti verilmişdir. 2017-ci il 26 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “3 saylı” filialından illik 6%-lə 60 ay müddətinə 400.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzili 2017-ci il 24 may tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evi 2017-ci il 24 may tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62.3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evi 2017-ci il 24 may tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh3, Cavabdeh2 və X6 ilə 2017-ci il 24 may tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2017-ci il 24 may tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 54 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il dekabrın 09-dək Cavabdeh1 2017-ci il 26 may tarixli kredit müqaviləsi üzrə banka 307.640,99 manat əsas, 1684.13 manat faiz borcu olmaqla ümumilikdə cəmi 309.325,12 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1996/2021 saylı, 02.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc və sair tələblərə dair 2(011)- 1996/2021 nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 25.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada “Yelo Bank" ASC-in xeyrinə 2017-ci il 24 may tarixli kredit müqaviləsi üzrə 141.918,44 manat məbləğində əsas, 6720,81 manat məbləğində faiz, 9181,07 manat məbləğində cərimə olmaqla, ümumilikdə 157.820,32 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması; tutmanın X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2316- cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66.9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına “Yelo Bank" ASC-yə ödənilməsi; tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı bağ evinə və 0,16 ha torpaq sahəsinə yönəldilməsi, həmin bağ evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı bağ evinin və 0,16 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına “Yelo Bank" ASC-yə ödənilməsi; tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı bağ evinə və 0.03 ha torpaq sahəsinə yönəldilməsi, həmin bağ evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən, 62.3 kv.m ümumi sahədən ibarət 409 saylı bağ evinin və 0.03 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına “Yelo Bank" ASC-yə ödənilməsi; tutmanın Cavabdeh5 məxsus olan Bakı şəhəri. Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, 2-ci dalanda yerləşən, 5 otaqlı, 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və 0,026 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu., Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, 2-ci dalanda yerləşən, 5 otaqlı, 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və 0,026 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına “Yelo Bank" ASC-nə ödənilməsi; satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X2 və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi; Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı bağ evinə və 0,16 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı bağ evinə və 0,16 ha toıpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və banka təhvil verilməsi; Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı bağ evinə və 0,03 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı bağ evinə və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və banka təhvil verilməsi; Cavabdeh5 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, 2-ci dalanda yerləşən, 5 otaqlı, 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və 0,026 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, 2-ci dalanda yerləşən, 5 otaqlı, 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və 0,026 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi; X9 ilə “Nikoyl" İKB ASC arasında bağlanmış 24 may 2017- ci il tarixli baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 07.02.2022-ci il tarixdə iddiaçının nümayəndəsi iddia ərizəsinə sonuncu əlavəni məhkəmə təqdim edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2017-ci il 24 may tarixli kredit müqaviləsi üzrə 119.918,44 manat əsas borc, 10.325,81 manat faiz borcu və 2.662,73 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 132.906,98 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri. Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri. Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına “Yelo Bank" ASC-nə ödənilməsi,tutmanın Cavabdeh5 qızma məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küç, 2-ci dalanda yerləşən 5 otaqlı, 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və 0,026 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, 2-ci dalanda yerləşən 5 otaqlı, 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinin və 0,026 ha torpaq sahəsinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilinəsi, satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin Bakı şəhəri. Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsində yerləşən, 3 otaqlı, 104,2 kv.m ümumi, 66,9 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 217,7 kv.m ümumi sahədən ibarət 369 A saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 62,3 kv.m ümumi sahədən ibarət 409 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh5 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, 2-ci dalanda yerləşən, 5 otaqlı. 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və 0,026 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, 2-ci dalanda yerləşən 5 otaqlı, 181,3 kv.m ümumi, 92,58 kv.m yaşayış, 88,72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evinə və 0,026 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi; X9 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 may 2017- ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsini və dəqiqləşmiş iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia ərizəsinə verilmiş sonuncu əlavənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında 20 dekabr 2021-ci il tarixli LP223/2021 saylı rəydə qiymətləndirilmiş bağ evinin sahəsinin 16 sot olduğunu və az əvvəl qapı qonşusunun öz torpaq sahəsinin hər bir sotunu 8000 manata satdığını, belə olan halda 369 A nömrəli bağ evinin torpağının likvid dəyərinin 144.000 manat müəyyən olunmalı olduğunu, həmin bağ evinin ümümi sahəsinin 217 kv.m olduğunu, kv.m-nin ən ucuz qiymətlərlə 1200 manatdan hesablansa belə evin qiymətinin 260.000 manat olduğunu, yəni həmin rəydə likvid dəyərinin 404.000 manat müəyyən olunmalı halda cəmi 243.000 manat müəyyən olduğunu, 20 dekabr 2021-ci il tarixli LP224/2021 nömrəli qiymətləndirmə rəyinə gəlincə isə həmin bağ evinin 3 sot torpaq sahəsindən ibarət olduğunu, həmin bağ evinin hər bir sotunun 8000 manat dəyərində olduğunu, belə olan halda evin torpaq sahəsinin 24.000 manat müəyyən olunduğunu, həmin bağ evinin ümümi sahəsinin 62 kv.m. olduğunu, hər kv.m.-in qiyməti 1200 manat olmaqla evin dəyərinin 74.400 manat məbləğində müəyyən olunmalı olduğunu, lakin rəylə likvid dəyərinin 65.000 manat məbləğində müəyyən olunduğunu qeyd etmiş, eləcə də tələb olunan borcdan 20.000 manat məbləğində ödəniş etdiyini bildirmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" İKB ASC 3 saylı filialı (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsinə əsasən kreditorun bu müqavilənin əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən kreditorla bağlanacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borc alana 400.000 manat məbləğində illik faiz dərəcəsi 36 faizdən, qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik faiz dərəcəsi 0,15 faizdən çox olmamaq şərti ilə, 120 ay müdətinə kredit limitinin ayırması, borc alanın isə razılaşmalar üzrə limit çərçivəsində kreditor tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən istifadə etməsi, habelə razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində krediti qaytarmasına dair pul öhdəliyinin olması barədə razılığa gəlmişlər. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən borc alanın bu müqavilə, o cümlədən razılaşmalar üzrə öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: - ünvan 5 ümumi sahəsi 62,3 kv.m, 0,03 ha torpaq sahəsindən ibarət olan Cavabdeh3 məxsus fərdi yaşayış evinin ipotekası; - ünvan 6 ümumi sahəsi 217,7 kv.m, 0,16 ha torpaq sahəsindən ibarət olan Cavabdeh3 məxsus fərdi yaşayış evinin ipotekası; - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 181,3 kv.m, 0,026 ha torpaq sahəsindən ibarət olan Cavabdeh5 məxsus fərdi yaşayış evinin ipotekası; - Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsi, ev 1b, mənzil 26 ünvanında yerləşən ümumi sahəsi 104,2 kv.m, 66,9 kv.m yaşayış sahəsindən ibarət olan Cavabdeh4 məxsus mənzilin ipotekası; - 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilən zəmanət. Baş kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" İKB ASC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" İKB ASC 3 saylı filialı (kreditor) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh4 (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin və ya zaminlər, 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0- 14-17 saylı baş kredit müqaviləsi, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, borc alanın və zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" İKB ASC 3 saylı filialı (kreditor) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh2 (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin və ya zaminlər, 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0- 14-17 saylı baş kredit müqaviləsi, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən bankdan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, borc alanın və zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" İKB ASC 3 saylı filialı (kreditor) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh3 (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin və ya zaminlər, 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0- 14-17 saylı baş kredit müqaviləsi, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, borc alanın və zaminin isə imzası ilə təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı 29.05.2013-cü il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsi, ev 1b, mənzil 26 tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır. "xxxx" İKB ASC 3 saylı filialı (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (ipoteka saxlayan həm də kreditordur) ipotekaya verir. Bu müqavilə üzrə ipoteka saxlayanın tələbi ilə onun hüquqları ipoteka qoyan və ya borc alan tərəfindən tərtib edilən və ipoteka saxlayana verilən ipoteka kağızı ilə rəsmiləşdirilə bilər. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsi, ev 1b-də yerləşən 26 saylı mənzildir. 2.2-ci bəndinə əsasən F.M. Consulting MMC tərəfindən 12 aprel 2017-ci il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən əmlak 135.000 manat dəyərində qiymətləndirilir. 3.1.1-ci bəndinə əsasən kreditin məbləği 400.000 manat təşkil edir. 3.1.2-ci bəndinə əsasən kreditin qaytarılma müddəti 60 ay müəyyən edilmişdir. 3.1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 6 faiz müəyyən edilmişdir. 3.1.4-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 36 faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaqdır. 9-cu bəndinə əsasən borc alan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəlik üzrə aylıq ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsi, ev 1b, 26 saylı mənzil üzərində Cavabdeh4 mülkiyyət hüququ "xxxx" İKB ASC (3 saylı filialı) qarşısında 30.05.2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı 22.04.2016-cı il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 5 ümumi sahəsi 62,3 kv.m, 0,03 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. "xxxx" İKB ASC 3 saylı filialı (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh3 (ipoteka qoyan) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (ipoteka saxlayan həm də kreditordur) ipotekaya verir. Bu müqavilə üzrə ipoteka saxlayanın tələbi ilə onun hüquqları ipoteka qoyan və ya borc alan tərəfindən tərtib edilən və ipoteka saxlayana verilən ipoteka kağızı ilə rəsmiləşdirilə bilər. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 5 ümumi sahəsi 62,3 kv.m, 0,03 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evidir. 2.2-ci bəndinə əsasən F.M. Consulting MMC tərəfindən 12 aprel 2017-ci il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən əmlak 60.000 manat dəyərində qiymətləndirilir. 3.1.1-ci bəndinə əsasən kreditin məbləği 400.000 manat təşkil edir. 3.1.2-ci bəndinə əsasən kreditin qaytarılma müddəti 60 ay müəyyən edilmişdir. 3.1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 6 faiz müəyyən edilmişdir. 3.1.4-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 36 faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaqdır. 9-cu bəndinə əsasən borc alan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəlik üzrə aylıq ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışla təsdiq edilir ki, ünvan 5 ümumi sahəsi 62,3 kv.m, 0,03 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi üzərində Cavabdeh3 mülkiyyət hüququ "xxxx" İKB ASC (3 saylı filialı) qarşısında 30.05.2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı 12.07.2016-cı il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 6 ümumi sahəsi 217,7 kv.m, 0,16 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. "xxxx" İKB ASC 3 saylı filialı (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh3 (ipoteka qoyan) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (ipoteka saxlayan həm də kreditordur) ipotekaya verir. Bu müqavilə üzrə ipoteka saxlayanın tələbi ilə onun hüquqları ipoteka qoyan və ya borc alan tərəfindən tərtib edilən və ipoteka saxlayana verilən ipoteka kağızı ilə rəsmiləşdirilə bilər. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 217,7 kv.m, 0,16 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evidir. 2.2-ci bəndinə əsasən F.M. Consulting MMC tərəfindən 12 aprel 2017-ci il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən əmlak 200.000 manat dəyərində qiymətləndirilir. 3.1.1-ci bəndinə əsasən kreditin məbləği 400.000 manat təşkil edir. 3.1.2-ci bəndinə əsasən kreditin qaytarılma müddəti 60 ay müəyyən edilmişdir. 3.1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 6 faiz müəyyən edilmişdir. 3.1.4-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 36 faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaqdır. 9-cu bəndinə əsasən borc alan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəlik üzrə aylıq ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışla təsdiq edilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 217,7 kv.m, 0,16 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi üzərində Cavabdeh3 mülkiyyət hüququ "xxxx" İKB ASC (3 saylı filialı) qarşısında 30.05.2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı 12.04.2012-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, 2-ci dalan, ev 7 tam mülkiyyət hüququ ilə Cavabdeh5 adına qeydiyyata alınmışdır. "xxxx" İKB ASC 3 saylı filialı (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh5 (ipoteka qoyan) arasında 25 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (ipoteka saxlayan həm də kreditordur) ipotekaya verir. Bu müqavilə üzrə ipoteka saxlayanın tələbi ilə onun hüquqları ipoteka qoyan və ya borc alan tərəfindən tərtib edilən və ipoteka saxlayana verilən ipoteka kağızı ilə rəsmiləşdirilə bilər. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, 2-ci dalanda yerləşən, 5 otaqlı. 181.3 kv.m ümumi, 92.58 kv.m yaşayış, 88.72 kv.m yardımçı sahədən ibarət 7 saylı fərdi yaşayış evidir. 2.2-ci bəndinə əsasən F.M. Consulting MMC tərəfindən 12 aprel 2017-ci il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən əmlak 230.000 manat dəyərində qiymətləndirilir. 3.1.1-ci bəndinə əsasən kreditin məbləği 400.000 manat təşkil edir. 3.1.2-ci bəndinə əsasən kreditin qaytarılma müddəti 120 ay müəyyən edilmişdir. 3.1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 36 faiz müəyyən edilmişdir. 3.1.4-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 54 faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaqdır. 9-cu bəndinə əsasən borcalan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəlik üzrə aylıq ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, 2-ci dalanda yerləşən, 7 saylı fərdi yaşayış evi üzərində Cavabdeh5 mülkiyyət hüququ "xxxx" İKB ASC (3 saylı filialı) qarşısında 30.05.2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. "xxxx" İKB ASC 3 saylı filialı (kreditor), Cavabdeh1 (borc alan) arasında 26.05.2017-cı il tarixli, 3-SKMF-1-0-14-17 saylı kredit verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən tərəflər müqavilə üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Razılaşmanın: - 1.1-ci bəndinə əsasən kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. - 1.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən borc alana verilən kreditin kreditləşmə mənbəyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan vəsaitdir. - 1.3-cü bəndinə əsasən bu müqavilə 3-SKMF-1-0-14-17 saylı, 24 may 2017-ci il tarixli Baş kredit müqaviləsinə əsasən bağlanmışdır və onun ayrılmaz tərkib hissəsidir. - 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borc alana 400.000 manat məbləğində kredit verir. - 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən kredit borc alana əsas vəsaitlərin artırılması məqsədilə verilir. - 2.3-cü bəndinə əsasən kredit 60 ay müddətinə verilir. - 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə borc alan kreditora illik 6 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 6 faiz təşkil edir. - 2.5-ci bəndinə əsasən əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 30 ay təşkil edir. - 7.1-ci bəndinə əsasən bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının əsas təminatı bu müqavilənin 1.3-cü bəndində göstərilən 3-SKMF-1-0-14-17 saylı, 23 may 2017-ci il tarixli baş kredit müqaviləsinin təminatlarıdır. - 10.6-cı bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. 3-SKMF-1-0-14-17 saylı kredit müqaviləsinə 1 saylı əlavə kimi təsdiq edilmiş ödəniş qrafikinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 400.000 manat, faizin məbləği 91.266,67 manat, cəmi ödəniləcək məbləğ 491.266,67 manat müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan Cavabdeh4 12.10.2020-ci il tarixli, PAİHTD-13588 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsi, ev 1b-də yerləşən 26 saylı mənzilinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və borc alan (Cavabdeh1) tərəfindən 26.05.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan Cavabdeh3 12.10.2020ci il tarixli, PAİHTD-13590 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 5 fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və borc alan (Cavabdeh1) tərəfindən 26.05.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan Cavabdeh3 12.10.2020-ci il tarixli, PAİHTD-13591 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 6 fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və borc alan (Cavabdeh1) tərəfindən 26.05.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan Cavabdeh5 12.10.2020-ci il tarixli, PAİHTD-13589 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 7nında yerləşən 7 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və borc alan (Cavabdeh1) tərəfindən 26.05.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 12.10.2020-ci il tarixli, PAİHTD-13587 saylı xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 26.05.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı 19.10.2020-ci il tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinin 22.10.2020-ci tarixli təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsi, ev 1b-də yerləşən 26 saylı mənzilə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İddiaçı ASC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı 19.10.2020-ci il tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinin 22.10.2020-ci tarixli təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 5 fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İddiaçı ASC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı 19.10.2020-ci il tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinin 22.10.2020-ci tarixli təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 6 fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İddiaçı ASC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı 11.01.2021-ci il tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinin 11.01.2021-ci tarixli təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 7nında yerləşən 7 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 20 dekabr 2021-ci il tarixli, LP-222/21, LP-223/21, LP-224/21 və LP- 225/21 saylı mütəxəssis rəylərinə əsasən müvafiq olaraq ünvan 7nında yerləşən 7 saylı fərdi yaşayış evinin hazırkı bazar dəyəri 243.000 manat, likvid qiyməti 234.000 manat dəyərində; ünvan 6 fərdi yaşayış evinin hazırkı bazar dəyəri 261.000 manat, likvid qiyməti 243.000 manat dəyərində; ünvan 5 fərdi yaşayış evinin hazırkı bazar dəyəri 70.000 manat, likvid qiyməti 65.000 manat dəyərində və Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsi, ev 1b-də yerləşən 26 saylı mənzilin hazırkı bazar dəyəri 157.500 manat, likvid qiyməti 149.000 manat dəyərində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş sonuncu 07.02.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 07.02.2022-ci il tarixinə əsas borcu 119.918,44 manat, faiz borcu 10.325,81 manat, cərimə borcu 2.662,73 manat olmaqla cəmi borc 132.906,98 manat təşkil edir. AR İN yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin 25.06.2021-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı "xxxx" İKB ASCnin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB) ilə Cavabdeh1 arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi və həmin baş kredit müqaviləsi üzrə 26.05.2017-cı il tarixli, 3-SKMF-1-0- 14-17 saylı kredit verilməsinə dair razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə 400.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya 07.02.2022-ci il tarixinə kredit müqaviləsi üzrə 119.918,44 manat məbləğində əsas və 10.325,81 manat məbləğində faiz borcu yaranmışdır. İddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə İddiaçı ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə Cavabdeh1 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi və 26.05.2017-cı il tarixli, 3-SKMF-1-0-14-17 saylı kredit verilməsinə dair razılaşma üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC cavabdehdən 119.918,44 manat məbləğində əsas və 10.325,81 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Kredit müqaviləsi üzrə əsas borcu ödəniş qrafikinə uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, hesablanmış dəbbə pulu əsas borca nisbətən tənasübsüz surətdə yüksək deyildir və belə olan halda dəbbə pulunun məbləğinin Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə əsas, faiz və dəbbə pulu borcunun cavabdehlərdən tutulması tələbinə dair hissədə İddiaçı ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 (ipoteka qoyan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14- 17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus ünvan 5 ümumi sahəsi 62,3 kv.m, 0,03 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi; İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 (ipoteka qoyan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus ünvan 6 ümumi sahəsi 217,7 kv.m, 0,16 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evi; İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh4 (ipoteka qoyan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsi, ev 1b-də yerləşən 26 saylı mənzil və İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh5 (ipoteka qoyan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 tam mülkiyyət hüququ ilə məxsus ünvan 7nında yerləşən 7 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh4 tam mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, X16 küçəsi, ev 1b-də yerləşən 26 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılmalı, tələb üzrə tutma Cavabdeh3 tam mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 217,7 kv.m. ümumi sahədən və 0,16 ha torpaq sahəsindən ibarət 369 A saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılmalı, tələb üzrə tutma Cavabdeh3 tam mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 62,3 kv.m. ümumi sahədən və 0,03 ha torpaq sahəsindən ibarət 409 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılmalı və tələb üzrə tutma Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, R.Quluyev küçəsi, 2-ci dalanda yerləşən 181,3 kv.m. ümumi, 92,58 kv.m. yaşayış, 88,72 kv.m. yardımçı sahədən və 0,026 kv.m. torpaq sahəsindən ibarət 7 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh5 qaytarılmalıdır. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ ümumi qaydada borcludan tutulmalıdır. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır. Qiymətləndiricinin rəylərində müəyyən edilmiş ipoteka predmetlərinin bazar dəyərlərinin və likvid qiymətlərinin həqiqəti əks etdirməməsi barədə Cavabdeh3 dəlillərinə gəldikdə məhkəmə qeyd edir kİ, cavabdeh istinad etdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, S.Ə.Şirvani küçəsində yerləşən, 104,2 kv.m. ümumi, 66,9 kv.m. yaşayış, 37,3 kv.m. yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilin ilkin satış qiyməti 149.000 manat məbləğində; Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 217,7 kv.m. ümumi sahədən və 0,16 ha torpaq sahəsindən ibarət 369 A saylı fərdi yaşayış evinin hazırkı ilkin satış qiyməti 243.000 manat məbləğində; Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 62,3 kv.m. ümumi sahədən və 0,03 ha torpaq sahəsindən ibarət 409 saylı fərdi yaşayış evinin hazırkı ilkin satış qiyməti 65.000 manat məbləğində və Bakı şəhəri, Xətai rayonu, R.Quluyev küçəsi, 2-ci dalanda yerləşən 181,3 kv.m. ümumi, 92,58 kv.m. yaşayış, 88,72 kv.m. yardımçı sahədən və 0,026 kv.m. torpaq sahəsindən ibarət 7 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 234.000 manat məbləğində müəyyən edilməlidir. İddianın ipoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanların və digər şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaklara olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin ipoteka predmetləri olan daşınmaz əmlaklardan çıxarılmaları, həmin əmlakların boşaldılması və banka təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının, ipoteka qoyanların və digər şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi həmin şəxslərin qanunla qorunan hüquqlarını pozur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması, eləcə də sözügedən şəxslərin qeydiyyatdan çıxarılması bu barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın və digər şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaklardan çıxarılmaları, əmlakların boşaldılması barədə məhkəmə qərarının qəbul edilməsi həmin əmlakı açıq hərracda əldə edəcək şəxsin qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz. Belə bir qərarın qəbul edilməsi zərurəti mövcud olsa belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ da yoxdur. İddianın ipoteka predmeti olan əmlakların hərracdan satıldıqdan bir ay sonra banka təhvil verilməsi hissəsinə münasibətdə həmçinin qeyd edilməlidir ki, iddiaçı göstərilən iddia tələbinin əsası kimi hər hansı faktiki hala, eləcə də qanunvericilik normasına istinad etməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hərracdan satıldıqdan sonra ipoteka predmeti olan əmlakın onu hərracda əldə edən şəxsə deyil, ipoteka saxlayana təhvil verilməsi üçün qanuni əsas mövcud deyildir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh2 (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh3 (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı və İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) və Cavabdeh4 (zamin) arasında 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borc alan Cavabdeh1 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi və həmin baş kredit müqaviləsi üzrə 26.05.2017-cı il tarixli, 3-SKMF-1-0-14-17 saylı kredit verilməsinə dair razılaşmadan irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə borc alan X4 30 aprel 2019-cu il tarixli 22-BİZ-1-0-09-19 saylı kredit müqaviləsi üzrə kreditor İddiaçı ASC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək 30 gündən artıq müddətdə ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda müqavilənin 8.1.1-ci bəndinə əsasən kreditor İddiaçı ASC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər X7 və X13 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 digər Cavabdeh1 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi və həmin baş kredit müqaviləsi üzrə 26.05.2017-cı il tarixli, 3-SKMF-1-0-14-17 saylı kredit verilməsinə dair razılaşmadan irəli gələn öhdəliklərinə zamin durduğunu, Cavabdeh1 isə həmin müqavilə və razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, 24 may 2017-ci il tarixli, 3-SKMF-1-0-14-17 saylı baş kredit müqaviləsi və həmin baş kredit müqaviləsi üzrə 26.05.2017-cı il tarixli, 3-SKMF-1-0-14-17 saylı kredit verilməsinə dair razılaşma üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qiymətləndirilən (əsas, faiz və dəbbə pulu) hissəsinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 90 (doxsan) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2017-ci il tarixli baş kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 119.918,44 manat (bir yüz on doqquz min doqquz yüz on səkkiz manat qırx dörd qəpik) məbləğində əsas borc, 10.325,81 manat (on min üç yüz iki beş manat səksən bir qəpik) məbləğində faiz borcu, 2.662,73 manat (iki min altı yüz altmış iki manat. yetmiş üç qəpik) məbləğində dəbbə pulu, ümumilikdə 132.906,98 (bir yüz otuz iki min doqquz yüz altı manat doxsan səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 2316-cı məhəllə, S.Ə.Şirvani küçəsində yerləşən, 104,2 kv.m. ümumi, 66,9 kv.m. yaşayış, 37,3 kv.m. yardımçı sahədən ibarət 1b nömrəli evin 26 nömrəli mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 149.000 (bir yüz qırx doqquz min) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılsın. Tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 217,7 kv.m. ümumi sahədən və 0,16 ha torpaq sahəsindən ibarət 369 A saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 243.000 (iki yüz qırx üç min) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılsın. Tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 62,3 kv.m. ümumi sahədən və 0,03 ha torpaq sahəsindən ibarət 409 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılsın. Tələb üzrə tutma Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, R.Quluyev küçəsi, 2-ci dalanda yerləşən 181,3 kv.m. ümumi, 92,58 kv.m. yaşayış, 88,72 kv.m. yardımçı sahədən və 0,026 kv.m. torpaq sahəsindən ibarət 7 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 234.000 (iki yüz otuz dörd min) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh5 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutulsun. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 90 (doxsan) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar