Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1328/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı “xxxxxxxx” İB-nin Cavabdehnə qarşı (“Zeynalabdin” ATSC üçüncü şəxs qismində göstərilməklə) “hərəkətlərin qanunsuz hesab edilməsi, tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında Cavabdeh xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icranın dayandırılması barədə xxxxxxxx İB tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” İB Cavabdehnə qarşışikayət ərizəsi ilə məhkəməyə müraciət edərək hərəkətlərin qanunsuz hesab edilməsi, tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında Cavabdeh xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsivə icranın dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Yerli İqtisadi Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 864/8-119 saylı qərarına əsasən X7 İdarəsinin hesabından 168.409.384 manat borcun tutularaq “Zeynalabdin” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh tərəfindən eyd olunan qətnamə üzrə verilmiş icra sənədi icra edilməmişdir. Qeyd olunan qətnamə üzrə Cavabdeh xx.xx.2002-ci il tarixli qərarla icraata başlamışdır. Azərbaycan Respublikası İqtisad Məhkəməsi tərəfindən verilmiş 864/8-119 nömrəli xx.xx.1997-ci il tarixli icra sənədi üzrə icraata borclu tərəf X1 vərəsəsi ilə əvəz edilməsi məsələsinə baxaraq “xxxxxxxx” İB-nə göndərmişdir. Halbu ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X3 Cavabdeh 14/2002-3-11 saylı icra ilə bağlı sorğusuna əsasən X7 İdarəsinin ********** VÖEN ilə xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2008-ci il tarixdə isə ləğv edilmişdir. Göründüyü kimi cavabdeh 2005-ci və 2008-ci il tarixlərdə həmin idarəsinin vərəsəsi olmuş X7 İdarəsindən tutmamış, 2019-cu ildə icra olunması üçün “xxxxxxxx” İB-nə göndərmişdir. Eyni zamanda ARDNŞ-nin “xxxxxxxx” İB Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 366 nömrəli “Neft və X5 mexanizimlərinin Təkmilləşdirilməsi haqqında” sərəncam ilə “xxxxxxxx” QSCnin maddi texniki bazası əsasında yaradılmışdır. İş üzrə tələbkar “Zeynalabdin” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, qeyd oluna icra sənədi üzrə borclu “xxxxxxxx” QSC-nin ərazi üzrə yerli qurumu X7 İdarəsi tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Hal Hazırda icra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hüquq varisi “xxxxxxxx” QSC-nin maddi texniki bazasında yaradılmış “xxxxxxxx” İB əvəz edilmişdir. Qeyd olunanlara əsasən icra işinin dayadırılmaması və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirik. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iş materiallarını, şikayət ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə uyğun olaraq həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Hazır ki, iş üzrə iddiaçı “xxxxxxxx” İB-nin icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə ərizəsində, əsaslandığı hallara qiymət verərək məhkəmə bildirir ki, 2 saylı Yerli İqtisadi Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 864/8-119 saylı qərarının icrası barədə icra şöbəsi tərəfindən görülmüş tədbirlər onun hüquq və vəzifələrindən irəli gələn hərəkətlərdən ibarətdir. Bundan başqa iddiaçı ərizəsində ARDNŞ-nin “xxxxxxxx” İB Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 366 nömrəli “Neft və X5 mexanizimlərinin Təkmilləşdirilməsi haqqında” sərəncam ilə “xxxxxxxx” QSC-nin maddi texniki bazası əsasında yaradılmsaını qeyd etsə də, icra vərəqəsi üzrə icra şöbəsinin “xxxxxxxx” İB-nin üzərinə yönəltməsinə etiraz etmişdir. Halbu ki, X6 İdarəsi “xxxxxxxx” QSC-nin ərazi üzrə qurumu olduğundan yeni yaradılmış “xxxxxxxx” İB-nin tərkib hissəsinə aid hesab edilir. Göründüyü kimi icra şöbəsi məhkəmə tərəfindən verilmiş icra vərəqəsinin icrası üzrə qanunla onun üzərinə qoyulmuş vəzifələri icra etmək üçün yenə də qanunvericilikə ona verilmiş hüquqlarda istifadə edərək təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını həyata keçirirlər (İcra məmurları haqqında Azərbaycan Respublikası Qanunu maddə -1). İcraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir (İcra məmurları haqqında Azərbaycan Respublikası Qanunu maddə - 7, bənd 1). Qeyd olunduğu kimi məhkəmə qərarlarının icraasının təmin edilməsi icra məmurları tərəfindən həyata keçirilir, məhkəmə qərarlarının icraasının təmini icra məmurlarının vəzifəsidir və qanunvericiliklə məhkəmə qərarlarının icraasının təmin edilməsindən imtina edilməsi hüquqları icra qurumlarına verilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qərarlarının icraasının təmin edilməsi vəzifəsi icra qurumlarının üzərinə qanunla qoyulduğundan icra qurumlarının üzərinə məhkəmə qərarı ilə əlavə öhdəliklərin qoyulması yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 266-cı və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı “xxxxxxxx” İB-nin Cavabdehnə qarşı (“Zeynalabdin” ATSC üçüncü şəxs qismində göstərilməklə) “hərəkətlərin qanunsuz hesab edilməsi, tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında Cavabdeh xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icranın dayandırılması barədə xxxxxxxx İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(113)-1328/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1328/2020
18.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver