Məhkəmə qərarları › İş №2-2(113)-133/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-133/2024

26.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-133/2024 26.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, Digər üçüncü şəxslərin iştirakı olmadan, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Binəqədi Rayon Qəsəbə Bələdiyyəsinin 797/2 saylı, xx.xx.2004-cü il tarixli sərəncamına əsasən ona verilən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bələdiyyənin 797/2 saylı, xx.xx.2004cü il tarixli sərəncamı ilə iddiaçıya Binəqədi qəsəbəsinin ərazisində sahibkarlıq fəaliyyətinin tikintisi üçün 3000 kv.m. torpq sahəsi ayrılmışdır. Həmin yer Binəqədi qəsəbə bələdiyyəsinin çəkdiyi planda qeyd edilmişdir. İddiaçı həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. Verilmiş plan daxilində həmin yeri hasarlamışdır. Cavabdeh həmin torpaq sahəsinin onlara aid olmasını bəhanə edərək xeyli vaxtıdr ki, onun fəaliyyətinə məhdudiyyətlər yaradır. İddia edir ki, ARDNŞ ilə aralarında müqavilə bağlanıb və ona verilən 3000 kv.m. torpaq sahəsi cavabdehə məxsusdur. Belə ki, Bakı ŞİH 667 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən Binəqədi rayonu ərazisində yerləşən və ARNDŞ-yə məxsus olan Binəqədi yatağında 15,0 ha, Şabandağ-Sulutəpə yatağından 74.0 ha torpaq sahəsi şirkətin məktubuna əsasən geri alındığı, ona verilən torpaq sahəsinin geri alınan 15.0 ha torpaq sahəsinin ərazisində yerləşir. Eyni zamanda SOCAR-ın xx.xx.2019-cu il tarixli ona verdiyi məktubundan aydın olur ki, onun torpağının koordinatları SOCAR-ın istismarında olan neft qaz boru kəmərlərinin mühafizə zonasından kənarda yerləşir. Belə olan halda cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsi qanuna ziddir.

3. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan 3000 kv.m. torpaq sahəsi Binəqədi Bələdiyyəsinin sərəncamı ilə ayrıldığı qeyd olunsa da həmin alqı-satqı müqaviləsinin qüvvədən düşməsi barədə məhkəməyə məlumat verilməmişdir. Belə ki, şirkət qeyd olunan sərəncamın etibarsızlığının tanınması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, iddia müddətinin ötürülməsi səbəbi ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadında qeyd olunmuşdur ki, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı Saziş, konrtakt və ya bu cür sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmiş, bununla da Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2004-cü il tarixli, 797/2 nömrəli sərəncam artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırkı halda bələdiyyə sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur. İddiaçının Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına istinad edərək torpaq sahəsinin geri alındığını və ona məxsus torpaq sahəsinin geri alınan sahənin daxilində yerləşməsi və həmin sahənin daxilində yerləşməni təsdiq edən sənəd təqdim edilmədiyi üçün də bu dəlili də əsassızdır. Eyni zamanda iddiaçının şirkətə müraciət edərək istifadəsində olmuş torpaq sahəsinin şirkətin saziş ərazisinə düşüb-düşməməsinin müəyyən edilməsini xahiş etmiş, lakin onun istifadəsinə verilmiş torpaq sahəsinin kontrakt sahəsinin hüdudları daxilində və quyuların mühafizə zolağında yerləşdiyi və ora hər hansı tikinti işlərinin aparılmasına etiraz edilmişdir.

4. Üçüncü şəxs SOCAR-ın nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, qeyd olunan koordinatlar daxilində iddia tələbi iləri sürülmüş torpaq sahələrinin uzun illər ərzində nef-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində olmuş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 526 nömrəli sərəncamı ilə yardımçı təsərrüfatın tikintisi üçün Azərbaycan Korlar Cəmiyyətinə ayrılmış, həmin ərazi daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il taixli 801 nömrəli sərəncamı ilə “Fidan- 52” kiçik müəssisəsinə təhkim olunmuş və daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901- İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, Cavabdeh Şirkətinin istifadəsinə verilmişdir. İddia olunan torpaq sahələri 212822, 212357, 217020, 217018, 217019, 217049, 21 7003, 217008 saylı neft quyularının və neft xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarının təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Göründüyü kimi sözügedən torpaq sahəsi yardımçı təsərrüfatın tikintisi üçün tamamilə fərqli bir hüquqi şəxsə ayrılmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 2.3-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4-cü maddəsinə əsasən, müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Bu normaya əsasən, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən yaşayış sahəsi kimi iddiaçıya ayrılmasını qanunsuz və əsassız hesab edir. Eyni zamanda məlum olduğu kimi, xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmçinin məlumata görə ayrı-ayrı fiziki və ya hüquqi şəxslərə paylanılması üçün dövlət tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə ümumiyyətlə torpaq sahəsi ayrılmamışdır. Bu baxımdan da bələdiyyənin iddia olunan torpaq sahəsini iddiaçıya ayırması üçün səlahiyyəti olmamışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.2 və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq Əsasnamənin 1-ci bəndinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sözügedən Qanunun 6.4-cü maddəsinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi şayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Lakin göründüyü kimi, torpaq sahəsi iddiaçıya qanunvericiliyin qeyd olunan tələbləri pozulmaqla sərəncam əsasında ayrılmışdır. Həmçinin Cavabdeh Şirkəti 2019-cu ildə Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı bələdiyyənin iddiaçıya aid 797/2 nömrəli xx.xx.2004-cü il tarixli və 1294 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamlarının etibarsız hesab edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-tqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin müvafiq olaraq xx.xx.2019-cu il tarixli 2- 1(81)-2268/2019 nömrəli və xx.xx.2019-cu il tarixli 2- (81)2267/2019 nömrəli qərardadları ilə iddia mümkün sayılmamışdır. Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya ənun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmsiə də Qanunun yuxarıda qeyd olunan normalarına istinad edərək, hazırkı halda sərəncamların ayrıca bir məhkəmə qərarları ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac olmadığı qənaətinə gəlmişdir. Bu səbəbdən, qeyd olunduğu kimi Cavabdeh Şirkətinin iddiası mümkün sayılmamışdır. Bu hal öz növbəsində iddianın təmin olunması anlamına gəlir. Qanunla təsdiq olunmuş Saziş ərazisinə dair belə bir tələb irəli sürülməsi həm sözügedən Qanunun özündə birbaşa olaraq göstərilməsi, həm də Azərbaycan Respublikasının Konstitusiyasının və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun normativ hüquqi aktların hüquqi qüvvəsinə dair müvafiq maddələrinə əsasən absurddur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunla digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX- də qeydiyyata alındığı andan yaranır. Bu normalardan da göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüququ mövcud deyildir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun olaraq çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi məhkəməyə təqdim olunan yazılı etiraz ərizələrinə uyğun çıxış edərək iddianın rədd olunmasını xahiş etdilər.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə digər üçüncü şəxslərə qanunla nəzərə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndələri gəlməmişdir və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 797/2 saylı vətəndaş İddiaçı Məmmədli oğluna torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 3000 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş İddiaçı alqısatqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır.

11. Bakı ŞİH başçısının xx.xx.1999-cu il tarixli, 666 saylı torpaq sahəsinin geri alınması haqqında sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X5 xx.xx.1998-ci il tarixli, YÇ011/2568 nömrəli məktubu nəzərə alınaraq, Binəqədi rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan Şabandağ yatağından 105 ha, Binəqədi yatağından 97 ha, Qırmaçı yatağından 73,0 ha torpaq sahəsinin geri alınması qərara alınmışdır.

12. Cavabdeh şirkətinin İddiaçı və məlumat üçün SOCAR-a, Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2018-ci il tarixi, 03/311 saylı məktubunda bildirilmişdir ki, Binqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə baxış keçirildiyi və ərizədə qeyd olunan sahələrin Saziş ərazisinin hüdudları daxilində yerləşdiyi qeyd olunmuşdur.

13. SOCAR-ın xx.xx.2019-cu il tarixli idiaçıya ünvanladığı məktubunda müraciətdə qeyd edilən torpaq sahələri SOCAR-ın istismarında olan neft-qaz boru kəmərərinin mühafizə zonası xaricində yerləşir.

14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2268/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh şirkətinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı 3-cü şəxs İddiaçı olmaqla 797/2 saylı xx.xx.2004cü il tarixli sərəncamı Sazişin qüvvəyə mindiyi xx.xx.2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığın tanınması barədə iddia ərizəsi mümkün sayılmamışdır. Əsas kimi isə göstərilmişdir ki, Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarınn daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş 01 sentyabr 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli Qanunun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökümət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcüd və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinn istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2004-cü il tarixli 797/2 nömrəli qərarı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırki halda, bələdiyyə qərarının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur.

15. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2021-ci il tarixli, 10/875 saylı rəyinə əsasən elektron kadast məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu, lakin mülki iş materiallarında olan məlumatları nəzərə alaraq qeyd olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 797/2 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə İddiaçı verilmiş 3000 kv.m. torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 666 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən Binəqədi rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan Binəqədi yatağından geri alınmı torpaq sahəsinin hüdudları daxilində olduğu, sözügedən torpaq sahəsinin koordinatları 29 may 2019-cu il tarixli SOCAR-ın təqdim etdiyi məktubuna əsasən, SOCAR-ın istimarında olan neft-qaz boru kəmərlərinin mühafizə zonasından kənarda yerləşdiyi, xx.xx.2018-ci il tarixli SOCAR-ın təqdim etdiyi digər məktuba əsasən, həmin koordinatlar daxilində olan torpaq sahələri Bakı ŞİH başçısının 801 nömrəli, xx.xx.1994cu il tarixli sərəncamı ilə mülkiyyətçiyə qaytarıldığı qeyd olunmuşdur.

16. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2023-ci il tarixli, 10/1780 saylı rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********97 nömrəli mütəxəssis rəyində mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin faktiki olaraq 4476 m2 təşkil etdiyi, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi və torpaq sahəsinin bir tərəfindən (0,6-2,6 metr məsafədən) yüksək gərginlikli elektrik hava xəttinin keçdiyi, mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyi, göstərilən ümumi torpaq sahəsinin daxilində neft quyusunun və işlər vəziyyətdə olan qurğunun mövcud olduğu, vahid elektron kadastr bazada sahənin qeydiyyatı ilə bağlı heç bir məlumat aşkar edilmədiyi və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən digər fiziki və hüquqi şəxslərə verilmiş sənədlər barədə bazada məlumat olmadığı və göstərilən sahənin dövlət mülkiyyəti olduğunun müəyyən olunduğu qeyd olunmuşdur.

17. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/218 saylı rəyinə əsasən Bakı şəhəri Binəqədi Rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 797/2 saylı, 06 aprel 2004-cü il tarixli sərəncamı ilə İddiaçı Binəqədi qəsəbə ərazisində verilmiş 3000 kv.m. torpaq sahəsinin sxemində tərpənməz dayaq nöqtəsindən məsafələr, koordinatlar qeyd olunmadığından, həmin 3000 kv.m. torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşdiyini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, lakin baxış zamanı təqdim olunan torpaq sahəsinin sxemdə göstərilən konfiqurasiyaya (Г şəkilli), yerləşmə vəziyyətinə (sol və aşağı tərəfində ferma olduğu, yuxarı tərəfindən Binəqədi-Mehdiabad yolu keçdiyi) uyğun olduğu, ölçülərdən yalnız sxemdə 80 metr göstərilən hissənin naturada 62,1 metr olduğu, digər ölçülərin uyğun olduğu, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri, Binəqədi Rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 797/2 saylı, 06 aprel 2004-cü il tarixli sərəncamı ilə İddiaçı Binəqədi Qəsəbə ərazisindən verilmiş 3000 m2 torpaq sahəsinin sxemində tərpənməz dayaq nöqtəsindən məsafələr, koordinatlar qeyd olunmadığından, həmin 3000 m2 torpaq sahəsinin neft quyusunun mühafizə zonasına düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadığı, həmçinin baxış zamanı iddiaçı tərəfindən təqdim olunmuş 2412.27 m2 torpaq sahəsindən 13 metr məsafədə 212822 nömrəli, 31 metr məsafədə isə 212357 nömrəli neyf quyularının olduğunu nəzərə alaraq, həmin 2412.27 m2 torpaq sahəsinin tamamilə neft quyularının 150 metrlik mühafizə zolağına düşdüyü müəyyən olunduğu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim olunmadığına görə, qərardadın sualının digər hissəsini cavablandırmaq mümkün olmadığı, həmin 3000 m2 torpaq sahəsinin ən yaxın neft quyusundan hansı məsafədə yerləşdiyini müəyyən etmək mümkün olmadığı, lakin baxış zamanı iddiaçı tərəfindən təqdim olunmuş 2412.27 m2 torpaq sahəsindən 13 metr məsafədə 212822 nömrəli, 31 metr məsafədə isə 212357 nömrəli neft quyularının olduğu müəyyən olunduğu qeyd olunmuşdur.

18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.

19. Bеləliklə, iddiaçı iddia edir ki, Bələdiyyənin 797/2 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə iddiaçıya Binəqədi qəsəbəsinin ərazisində sahibkarlıq fəaliyyətinin tikintisi üçün 3000 kv.m. torpq sahəsi ayrılmışdır. Həmin yer Binəqədi qəsəbə bələdiyyəsinin çəkdiyi planda qeyd edilmişdir. İddiaçı həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. Verilmiş plan daxilində həmin yeri hasarlamışdır. Cavabdeh həmin torpaq sahəsinin onlara aid olmasını bəhanə edərək xeyli vaxtıdr ki, onun fəaliyyətinə məhdudiyyətlər yaradır. Hal-hazırda iddiaçı həmin torpaq sahəsinin boşaldılara ona verilməsini məhkəmədə mübahisələndirir.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılmasına dair 111-ci maddəsinə əsasən:

21. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

22. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

23. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

24. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

25. İddiaçı iddianın faktiki əsası kimi müxtəlif qurumlar tərəfindən ünvanlanmanmış məktublara istinad etmişdir.

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. İşdən göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində cavabdeh hüquqi şəxsin hüquqları Dövlət tərəfindən qanun qüvvəsinə malik Saziş əsasına onların sitifadəsinə verilmişdir.

30. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X8.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 29 aprel 2005-ci il tarixli № 901-İİQ nömrəli Qanunun 1-ci maddəsinə əsasən "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X8.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş" adlanacaq) qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir.

31. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

32. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

33. Digər tərəfdən iş materiallarına əlavə edilmiş bir neçə ekspert rəylərindən də görünür ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu, göstərilən ümumi torpaq sahəsinin daxilində neft quyusunun və işlək vəziyyətdə olan qurğunun mövcud olduğu, vahid elektron kadastr bazada sahənin qeydiyyatı ilə bağlı heç bir məlumat aşkar edilmədiyi və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən digər fiziki və hüquqi şəxslərə verilmiş sənədlər barədə bazada məlumat olmadığı və göstərilən sahənin dövlət mülkiyyəti olduğu, torpaq sahəsinin tamamilə neft quyularının 150 metrlik mühafizə zolağına düşdüyü müəyyən olunduğu qeyd edilmişdir.

34. Məhkəmə onu da qeyd edir ki, məhkəmə araşdırılması zamanı bir neçə dəfə ekspertizaların keçirilməsinə səbəblərdən biri də iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşmə istiqamətinin və dəqiq koordinatların bilməməsi olmuşdur. Belə ki, torpaq sahəsinin ayrılmasına dair Bələdiyyə sərəncamına yalnız torpaq sahəsinin cizgisi əlavə edilmişdir, koordinatlar göstərilməmişdir. İş Binəqədi Rayon Məhkəməsində olduğu zaman ekspert və tərəflərin iştirakı ilə keçirilən baxış zamanı iddiaçı tərəf bir torpaq sahəsini göstərmiş. İş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərildikdən sonra və məhkəmə tərəfindən tərəflərin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı iştirakı ilə təşkil olunan yerində müayınə zamanı isə iddiaçı artıq başqa ərazidə yerləşən torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi kimi göstərmişdir. Lakin, məhkəmə bir daha da vurğulayır ki, iddiaçı tərəfindən göstərilən həm birinci, həm ikinci torpaq sahəsi ekspert rəylərinə əsasən dövlət mülkiyyətində olduğu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu və torpaq sahəsinin tamamilə neft quyularının 150 metrlik mühafizə zolağına düşdüyü müəyyən edilmişdir.

35. Beləliklə, məhkəmə, yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddiaçının hazırki iddia ərizəsinin qaldırılmasına subyektiv hüququ belə olmamışdır. Bundan əlavə, əgər həqiqətəndə iddiaçıya mübahisələndirilən ərazidə torpaq sahəsi ayrılmış olseydi belə Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901- İİQ nömrəli Qanununa əsasən ( “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişinin təsdiq edilməsi barədə) Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2004-cü il tarixli 797/2 nömrəli qərarı öz qüvvəsini itirmiş sayılır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

37. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

38. Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

39. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia tələbi tam rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı Binəqədi Rayon Qəsəbə Bələdiyyəsinin 797/2 saylı, xx.xx.2004-cü il tarixli sərəncamına əsasən ona verilən torpaq sahəsindən çıxarılması barədə iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar