Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-14/2020 06.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehna qarşı tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı İcarə Müqaviləsi üzrə yaranmış 16.573,18 manat məbləğində icarə borcunun, icarəyə verilmiş 41 saylı qeyri-yaşayış sahəsindən cavabdehə məxsus olan əmlakların demontaj edilməsi və başqa anbar sahəsinə yerləşdirilməsi xidməti ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 2360 manat məbləğində pulun, cavabdehə məxsus əmlakların 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılaraq xx xxx 2017ci il tarixdən başqa anbarda saxlanılmasına görə, həmin anbarın aylıq 200 manat icarə haqqı olmaqla 39 aylıq dövr üçün 7800 manat olmaqla əldən çıxmış fayda şəklində ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması, xx xxx 2017-ci il tarixdə 41 saylı qeyriyaşayış sahəsindən çıxarılmış və başqa anbara yığılmış cavabdehə məxsus xx.xx.2017-ci il tarixli aktda qeyd edilən əmlakların cavabdehin hesabına həmin anbardan çıxarılması və bu anbar sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının cavabdehdən alınması və bu anbar sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçına qarşı iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı İcarə müqaviləsinin və cavabdeh tərəfindən 5781,33 manat icarə borcu üzrə hesablanmış cərimə borcunun ləğv edilməsi, cavabdeh tərəfindən anbar sahəsinə yerləşdirilmiş iddiaçıya məxsus əmlakların geri qaytarılması, xx.xx.2017-ci il tarixli Malların xarab olunması aktına əsasən dəymiş 5241,06 manat ziyanın və iddiaçı tərəfindən “Yellow Egg” kafesinin təmir və tikintisinə xərclənən 127993,10 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinə dairkommersiya işinəaçıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə İddiaçı Cavabdehna qarşı tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə yaranmış 1.913,32 manat məbləğində icarə borcunun, 5.781,33 manat icarə borcu üzrə hesablanmış cərimə borcunun, icarəyə verilmiş qeyri-yaşayış sahəsində cavabdehə məxsus əmlakların demontaj edilməsi, sahədə olan digər əmlaklarla birgə üzlənərək ambar sahəsinə yerləşdirilməsi ilə bağlı “xxxx” MMC-yə göstərilmiş xidmətlərə görə ödənilmiş 2.360 manat məbləğində pulun, cavabdehin sahədə fəaliyyət göstərdiyi dövr üçün ödənilmiş elektrik enerjisinə görə 602,73 manat məbləğində borcun, xx xxx 2017-ci il tarixdən başlayaraq ambar sahəsinə yerləşdirilmiş əmlakların cavabdeh tərəfindən götürülənədək hər ay 200 manat məbləğində hesablanaraq icarə haqqının, cavabdehin istifadəsində olan ambar sahəsinə görə xx xxx 2017-ci il tarixdən ambar sahəsi təhvil verilənədək hər ay 200 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, ambar sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və cavabdehin əmlaklarının iddiaçıya məxsus sahədən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçına qarşı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsinin ləğvi, cavabdeh İddiaçı tərəfindən 5.781,33 manat icarə borcu üzrə hesablanmış cərimə borcunun ləğvi, cavabdeh İddiaçı tərəfindən anbar sahəsinə yerləşdirilmiş iddiaçı Cavabdehna məxsus əmlakların geri qaytarılması, xx.xx.2017-ci il tarixli Malların xarab olması aktına əsasən dəymiş 5.241,06 manat ziyanın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, iddiaçı Cavabdeh tərəfindən “Yellow Egg” kafesinin təmir və tikintisinə xərclənən 127.993,10 manat məbləğində vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonra ilkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə yaranmış 1.913,32 manat məbləğində icarə borcunun və icarə borcunun gecikdirilməsinə görə hesablanmış 5.781,33 manat cərimə borcunun, icarəyə verilmiş 41 saylı qeyri-yaşayış sahəsindən cavabdehə məxsus əmlakların demontaj edilməsi və başqa anbar sahəsinə yerləşdirilməsi xidməti ilə bağlı “xxxx” MMC-yə ödənilmiş 2.360 manat məbləğində pulun, cavabdehə məxsus əmlakların 41 saylı qeyriyaşayış sahəsindən çıxarılaraq xx xxx 2017-ci il tarixdən başqa anbarda saxlanılmasına görə, həmin anbarın aylıq 200 AZN icarə haqqı olmaqla 17 aylıq dövr üçün 3.400 manat olmaqla əldən çıxmış fayda şəklində ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması, xx xxx 2017-ci il tarixdə 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılmış və başqa anbara yığılmış cavabdehə məxsus xx.xx.2017-ci il tarixli aktda qeyd edilən əmlakların cavabdehin hesabına həmin anbardan çıxarılması və bu anbar sahəsinin boşaldılaraq iddiaçıya verilməsi, cavabdehin icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının cavabdehdən alınması və bu anbar sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçı Babək Babayevə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı İcarə Müqaviləsi üzrə yaranmış 16.573,18 manat məbləğində icarə borcunun, icarəyə verilmiş 41 saylı qeyri-yaşayış sahəsindən cavabdehə məxsus olan əmlakların demontaj edilməsi və başqa anbar sahəsinə yerləşdirilməsi xidməti ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 2360 manat məbləğində pulun, cavabdehə məxsus əmlakların 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılaraq xx xxx 2017- ci il tarixdən başqa anbarda saxlanılmasına görə, həmin anbarın aylıq 200 manat icarə haqqı olmaqla 39 aylıq dövr üçün 7800 manat olmaqla əldən çıxmış fayda şəklində ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması, xx xxx 2017-ci il tarixdə 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılmış və başqa anbara yığılmış cavabdehə məxsus xx.xx.2017-ci il tarixli aktda qeyd edilən əmlakların cavabdehin hesabına həmin anbardan çıxarılması və bu anbar sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının cavabdehdən alınması və bu anbar sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 42.5 kv.m. olan 41 saylı qeyri-yaşayış sahəsinin icarəsinə dair Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli R-007 saylı İcarə Müqaviləsi bağlanmışdır. Həmçinin, icarə müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh ilə “xxxx” MMC arasında Xidmət müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə müvafiq olaraq “xxxx” MMC Cavabdeh tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq xidmətlər göstərməyi öz öhdəsinə götürmüşdür. İcarə Müqavilənin şərtlərinə görə qeyri-yaşayış sahəsi 31 ay müddətinə Cavabdeh icarəsinə verilmiş, icarə obyektindən istifadəyə görə hər ay bir kvadrat metr üçün 34,88 müəyyən olmaqla, cəmi 1274,86 manat icarə haqqı (vergi xaric) müəyyən edilmişdir. İcarə müqaviləsinə əsasən xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixlər arasındakı dövr üzrə icarə haqqının məbləği 50% güzəştlə hesablanması razılaşdırılmışdır. Daha sonra tərəflər arasında xx.xx.2015-ci il tarixdə icarə müqaviləsinə dəyişiklik edilməsinə dair 01 saylı Saziş imzalanmışdır. Sazişin şərtlərinə əsasən müqavilə hüquqi qüvvəyə mindiyi tarixdən xx.xx.2016-cı il tarixədək icarə haqqının məbləği 50% güzəştlə hesablanması razılaşdırılmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl edilməmiş, 2017-ci ilin fevral ayından başlayaraq icarə haqqı gecikdirilmişdir. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə müvafiq məktubla Cavabdehna müraciət olunaraq icarə müqaviləsi üzrə tətbiq olunan 50% güzəştin xx.xx.2017-ci il tarixdən ləğv olunacağı, həmçinin, müqavilənin 9.1, 9.2-ci bəndlərinə müvafiq olaraq xx.xx.2018-ci il tarixdən xitam olunacağı barədə məlumat verilmişdir. Cavabdeh icarə müqaviləsi üzrə yaranmış icarə borcunun ödənilməsindən yayınmağa davam etmiş və İddiaçı xx.xx.2017-ci il tarixdə daha bir məktubla ona müraciət edərək, 2017-ci ilin fevral-mart-aprel ayları üzrə yaranmış icarə borcu və icarə borcunun ödənilməməsinə görə hesablanmış cərimələrin ödənilməsini tələb etmişdir. İddiaçı həmin tarixdə daha bir bildirişlə Cavabdehna müraciət etmiş və “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xidmət müqaviləsi üzrə xidmət haqqının ödənilməsini tələb etmişdir. Bütün bu yazışmalara Cavabdeh tərəfindən məhəl qoyulmadığından, İddiaçı xx.xx.2017-ci il tarixli bildirişlə Cavabdeh ilə aralarında bağlanmış icarə müqaviləsinin 3.1.2-ci bəndinə müvafiq olaraq xx.xx.2017-ci il tarixdən müqavilənin birtərəfli qaydada ləğv ediləcəyini, həmin tarixədək yaranmış borclarının ödənilərək əmlakının ona təhvil verilməsini tələb etmişdir. Bildirişlərlə birgə Cavabdehna borcla bağlı hər dəfə hesab fakturalar da göndərilmişdir. Yalnız müqaviləsinin ləğvi barədə bildirişin Cavabdeh tərəfindən qəbulundan sonra, xx.xx.2017-ci il tarixdə 637,43 manat icarə haqqından və 351,05 manat da “xxxx” MMC-yə borcundan ödəniş həyata keçirilmişdir. Nəticədə icarə və xidmət müqaviləsi üzrə borclar tam ödənilmədiyindən, Cavabdeh icarə müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi depozit qoyduğu 2125,02 manat məbləğindən xidmət müqaviləsi üzrə qalıq 1996,14 manat borc İddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmişdir. Depozitdən qalan 128,88 manat məbləğ isə hesablanmış 5910,21 manat cərimə borcundan silinmişdir. Nəticədə Cavabdeh1913,32 manat məbləğində icarə borcu, 5781,33 manat icarə borcu üzrə hesablanmış cərimə borcuqalmışdır. Həyata keçirilmiş həmin əməliyyatlarla bağlı Cavabdehna xx.xx.2017-ci il tarixli bildirişlə məlumat verilmişdir. İddiaçı mülkiyyətindəki əmlak icarə müqaviləsi ilə razılaşdırılmış qaydada Cavabdeh tərəfindən təhvil verilmədiyindən, İddiaçı ilə “xxxx” MMC arasında əldə edilmiş razılaşma əsasında 15-16 may tarixlərində icarəyə verilmiş həmin qeyri yaşayış sahəsində Cavabdehna məxsus olan əmlaklar icarə müqaviləsi ilə müəyyən edilmiş qaydada demontaj edilmiş, sahədə olan digər əmlaklarla birgə üzlənərək ambar sahəsinə yerləşdirilmişdir. Bütün bu hərəkətlər kameralar vasitəsilə görüntüyə alınmış, müvafiq akt tərtib edilmişdir. Bu işlərin görülməsinə görə “xxxx” MMC-yə göstərilmiş xidmətlərə görə İddiaçı tərəfindən 2360 manat məbləğində pul ödənilmişdir. Eyni zamanda Cavabdeh elektrik enerjisinə görə 602,40 manat məbləğində, sudan istifadəyə görə 90,60 manat məbləğində borcu qalmışdır. Bununla bağlı xx.xx.2017-ci il tarixli bildirişlə Cavabdehna məlumat verilmişdir. Cavabdehna dəfələrlə əmlaklarının götürülməsi, qeyri-yaşayış sahəsi və əlavə olaraq onun istifadəsində olan ambar sahəsinin təhvil verilməsi yazılı və şifahi şəkildə tələb olunsa da, o, bu müraciətlərə heç bir əhəmiyyət verməmişdir. Sözügedən ambar sahəsi icarə müqaviləsində göstərilməsə də, həmin sahə icarə sahəsi ilə birgə Cavabdeh istifadəsinə verilmişdir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkiniddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 13145 saylı ekspertiza rəyinə əsasən müəyyən olunmuşdur ki, 1 saylı və 2 saylı Əlavə Sazişlər nəzərə alınmaqlaxx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə Cavabdeh 16.573,18 manat məbləğində borcu vardır. Cavabdeh qeyd edilən icarə müqaviləsi üzrə ödədiyi ümumi məbləğ 9564,02 manat təşkil edir, borcu isə 16.573,18 manat təşkil edir. Cavabdehna məxsus əmlakların 41 saylı qeyri-yaşayış sahəsindən anbara daşınması üçün “xxxx” MMC-yə göstərilmiş xidmətin dəyəri olaraq 2360 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehna məxsus əmlakların 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılaraq xx xxx 2017-ci il tarixdən anbarda saxlanılmasına görə, həmin anbarın aylıq 200 manat icarə haqqı olmaqla 39 aylıq dövr üçün ümumilikdə 7800 manat olmaqla əldən çıxmış fayda şəklində ziyan hesablanmışdır. Həmçinin, xx xxx 2017-ci il tarixdə 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılmış və anbara yığılmış Cavabdehna məxsus aktda qeyd edilən əmlaklar Cavabdeh öz hesabına anbardan çıxarılmalı və bu anbar sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bundan başqa, Cavabdeh icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarları hal-hazıradək Cavabdeh olduğundan, həmin anbarın açarları Cavabdeh alınmalı və bu anbar sahəsi Cavabdeh hesabına boşaldılaraq İddiaçına təhvil verilməlidir. Sonda nümayəndə və vəkil ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2015-ci il tarixli R-007 saylı İcarə müqaviləsi bağlanmış, Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən 42.5 kv.m ərazisi olan 41 saylı qeyri-yaşayış sahəsi Cavabdehna icarəyə verilmişdir. Həmin müqavilənin 3.4.22-ci bəndinə əsasən Cavabdeh ilə “xxxx” MMC arasında Xidmət müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə uyğun olaraq “xxxx” MMC Cavabdeh tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsi ilə bağlı xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli R-007 nömrəli müqaviləyə dəyişiklik və əlavə edilməsinə dair xx xxxxxx 2016-ci il tarixli 2 nömrəli Sazişə əsasən xx.xx.2016-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək olan dövrdə “İcarə obyekti”nin bir hissəsi olan Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət Mərkəzinin 2-ci mərtəbəsində, ümumi sahəsi 42,5 kv.m olan 41 saylı qeyri-yaşayış sahəsi üzrə icarə haqqının məbləği 50 % güzəşt hesablanmaqla vergi daxil cəmi 741,20 manat təşkil etmişdir. Cavabdeh müqavilədə göstərilən qaydada icarə haqqını vaxtı-vaxtında ödəmiş, bundan başqa icarə müqaviləsində nəzərdə tutulmuş təminat ödənişi də Cavabdeh tərəfindən həyata keçirilmişdir. Lakin 2017-ci il mart-aprel aylarında İddiaçı tərəfindən qərəzli olaraq icarəçinin obyektdən istifadə hüquqları məhdudlaşdırılmış və nəticədə ö, özünün icarə hüququ əsasında istifadə etdiyi restoranda fəaliyyətini həyata keçirə bilməmişdir. Bundan əlavə, Cavabdeh tərəfindən icarə haqqının gecikdirildiyi ilk aydan onun həmin ay üçün nəzərdə tutulmuş icarə haqqı icarə müqaviləsinin 6-ci maddəsinə əsasən qoyulmuş 2125,02 manat məbləğində depozitdən ödənilə bilərdi. Lakin İddiaçı tərəfindən qəsdən bu ödəniş həyata keçirilməmiş, məbləğlər yığılaraq üzərinə cərimə hesablanmış və bundan sonra depozitdən ödənişlər həyata keçirilmişdir. Burdan da aydın olur ki, İddiaçı tərəfindən ödənişlərin və cərimənin yüksək məbləğdə hesablanması qəsdən və qərəzli olaraq həyata keçirilmişdir. İddiaçı tərəfindən göndərilmiş bildirişə əsasən, icarə müqaviləsinin 3.1.2-ci bəndinə müvafiq olaraq xx xxx 2017-ci il tarixindən müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Hazırkı icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi qanunvericiliyin tələblərinə tamamilə ziddir. Həmçinin İddiaçı icarə müqaviləsinin ləğvini məhkəmə qaydasında mübahisələndirdikdən sonra tələb edə bilərdi. Burada isə İddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasından söhbət gedə bilməz. Çünki Cavabdeh tərəfindən qoyulmuş depozit məbləği gecikdirilmiş 2 ay üçün tamamilə kifayət edirdi. Lakin İddiaçı qərəzli davranaraq zəruri ödənişləri depozit məbləğindən ödəməmişdir. Göründüyü kimi Cavabdeh və İddiaçı arasında xx.xx.2015-ci ol tarixli R-007 saylı İcarə müqaviləsi birtərəfli qaydada ləğv edilə bilməz. Həmin müqavilənin şərtlərinin pozulması İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılmasına görə baş vermişdir. Ümumilikdə isə müqavilə ağır şərtlərlə bağlandığı üçün etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən hesablanmış 5781,33 manat cərimə borcu isə həddindən qanunvericiliyə və müqavilənin şərtlərinə zidd olaraq hesablanmışdır. Belə ki, İddiaçı tərəfindən Cavabdeh hüquqları məhdudlaşdırılmış və elektrik enerjisi ona heç bir xəbərdarlıq edilmədən kəsilmiş, nəticədə Cavabdeh restoranın fəaliyyətini davam etdirib gəlir əldə etməyi mümkünsüz olmuşdur. Hesablanmış cərimə İddiaçı qanunsuz fəaliyyəti nəticəsində şəxsin obyektdən istifadə hüquqlarının məhdudlaşmasından sonra müəyyən edilmiş, buna görə də qanunvericiliyintələblərinə ziddir. Cərimə məbləği hesablanarkən Cavabdeh heç bir mənafeyi nəzərə alınmamışdır, ondan asılı olmayan səbəblərdən obyektdən istifadə edə bilmədiyinə görə qərəzli hesablanmış cərimə məbləğinin ödənilməsinə məcbur edilmişdir. Həmçinin İddiaçı tərəfindən Cavabdehna məxsus əmlaklar icarəyə verilmiş qeyri-yaşayış sahəsindən götürülmüş “xxxx” MMC-ə məxsus olan anbarda saxlanılmış və geri qaytarılmamışdır. Bu da birbaşa olaraq Cavabdeh mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə, Cavabdehna məxsus olan və icarəyə götürülmüş sahədə fəaliyyət göstərən “Yellow Egg” kafesinin işıqları İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixində saat 01:20 radələrində söndürülmüş, nəticədə həmin kafenin mətbəxində olan məhsullar istifadəsiz vəziyyətə düşmüşdür. Malların xarab olunması haqqında aktdan da göründüyü kimi cəmi 5241.06 manatlıq təsərrüfat malları xarab olmuş və Cavabdehna xeyli ziyan vurmuşdur. Həmçinin, Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən 42.5 kv.m ərazisi olan 41 saylı qeyri-yaşayış sahəsi Cavabdehna icarəyə verildiyi gündən bəri İddiaçı razılığı ilə Cavabdeh tərəfindən obyektdə öz fəaliyyətinə uyğun olaraq istifadə etmək üçün müəyyən dəyişikliklər aparılmışdır. Görülmüş təmir və tikinti işlərini Cavabdeh öz maliyyə hesabı vasitəsilə aparmış və ümumumilikdə 127993,10 manat sərf edilmişdir. Lakin hal-hazırda İddiaçı tərəfindən həmin təmir və tikinti sökülmüş vəziyyətdədir. Əlavə edilmiş fotoşəkillərdən də təsdiq olunur ki, obyektin indiki vəziyyəti restoran kimi fəaliyyət göstərdiyi vaxtdan tamamilə fərqlidir. Bu səbəbdən də Cavabdeh sözügedən icarə sahəsinə fəaliyəti ilə əlaqədar mebel və digər avadanlıq quraşdırıldığını nəzərə alaraq, icarə sahəsindən istifadə edə bilmədiyindən icarə sahəsinə sərf etdiyi pul vəsaitinin ödənilməsini və ona məxsus olan avadanlığın qaytarılmasını tələb etmək hüququna malikdir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarları onda deyil, açarlar obyektdə qalmışdır. Sonda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2015-ci il tarixli R-007 saylı İcarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.5 kv.m. olan 41 saylı qeyri-yaşayış sahəsini 31 ay müddətinə icarə haqqı 1274,86 manat olmaqla Cavabdehna icarəyə verməyi, Cavabdeh isə icarə haqqını İddiaçına ödəməyi öhdələrinə götürmüşlər. 5 ədəd hesab fakturanın surətlərindən görünür ki, Cavabdeh İddiaçına ödəməli olduğu icarə haqqı məbləği ümumilikdə 7822,48 manat olmuşdur. xx xxxx 2017-ci il tarixli R-13 və xx xxxxx 2017-ci il tarixli R-17 saylı Hesabfakturalardan görünür ki, “xxxx” MMC tərəfindən Cavabdehna göstərilmiş xidmətin dəyəri 1996,56 manat təşkil etmişdir. xx xxxxx 2017-ci il tarixli ƏFA seriyalı 224492 saylı Kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 41 saylı qeyri-yaşayış sahəsi üzrə xidmət haqqına görə “xxxx” MMC-nin hesabına 1996,14 manat pul ödənilmişdir. xx xxx 2017-ci il tarixli HM-C02-170515-016 saylı müqavilədən görünür ki, “xxxx” MMC Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzinin 2ci mərtəbəsində yerləşən 41 saylı qeyri-yaşayış sahəsindəki əşyaların siyahıya alınması, demontaj edilməsi, İddiaçı bildirdiyi yerlərə daşınması və orada yerləşdirilməsi üzrə işləri yerinə yetirməyi, İddiaçı isə “xxxx” MMC-nin yerinə yetirdiyi işləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxx 2017-ci il tarixli 002 saylı və xx xxx 2017-ci il tarixli 003 saylı Ödəniş tapşırıqlarından görünür ki, İddiaçı tərəfindən xx xxx 2017-ci il tarixli HM-C02-170515-016 saylı müqaviləyə əsasən “xxxx” MMC-nin hesabına 2360 manat ödəniş edilmişdir. xx xxx 2017-ci il tarixli Aktdan görünür ki, Cavabdehna məxsus siyahısı 1 saylı Əlavədə göstərilən qurğu və digər daşınar əmlakı siyahıya alınmış, demontaj edilmiş, binada yerləşən anbar sahəsinə daşınmış və həmin əşyalar anbar sahəsində təhlükəsiz şəkildə yerləşdirilmişdir. xx xxx 2017-ci il tarixli Malların xarab olunması haqqında Aktın surətindən görünür ki, İddiaçı işçiləri tərəfindən xx.xx.2017-ci il tarixində saat 01:20 radələrində Cavabdehna məxsus “Yellow Egg” kafesinin işıqları söndürüldüyü üçün “Yellow Egg” kafesinin mətbəxində olan 5241,06 manat dəyərində olan məhsullar istifadəsiz vəziyyətə düşmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-2(81)- 98/2018 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında xx xxxx 2017-ci il tarixli “02.01 2013-cü il tarixli RS-006 saylı Xidmət Müqaviləsinə dəyişiklik edilməsi haqqında” 1 saylı Sazişdə “Müştəri” qrafasındakı imza Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən, xx xxxx 2017-ci il tarixli “xx.xx.2013-cü il tarixli RS-006 saylı Xidmət Müqaviləsinə dəyişiklik edilməsi haqqında” 1 saylı Sazişdə “Müştəri” qrafasındakı imza Cavabdeh tərəfindən qəsdən dəyişdirilmiş şəkildə icra edilibedilməməsi barədə sual qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 31014 saylı rəyi ilə, ekspertrizaya təqdim olunmuş, 2-2(81)-98/2018 nömrəli iqtisadi işin 1-ci cildində i/v 66-da olan xx xxxx 2017-ci il tarixli xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsinə dəyişiklik edilməsi haqqında 1 nömrəli sazişdə ‘'Müştəri Cavabdeh” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-2(81)- 38/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi (xx xxxxxxxx 2015-ci il tarixli №1 nömrəli saziş; xx xxxxxx 2016-cı il tarixli №2 nömrəli saziş) və xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi (xx xxxxxx 2014-cü il tarixli saziş;xx xxxx 2017-ci il tarixli №1 nömrəli saziş) üzrə əlavə sazişlər nəzərə alınmaqla Cavabdeh tərəfindən aylar üzrə ödənilməli pul məbləğinin ayrı-ayrılıqda və ümumilikdə, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixli saziş nəzərə alınmaqla Cavabdeh tərəfindən aylar üzrə ödənilməli pul məbləğinin, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixli №1 nömrəli saziş nəzərə alınmaqla Cavabdeh tərəfindən aylar üzrə ödənilməli pul məbləğinin, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi (xx xxxxxxxx 2015-ci il tarixli №1 nömrəli saziş; xx xxxxxx 2016-cı il tarixli №2 nömrəli saziş) və xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi (xx xxxxxx 2014-cü il tarixli saziş;xx xxxx 2017-ci il tarixli №1 nömrəli saziş) üzrə əlavə sazişlər nəzərə alınmadan Cavabdeh tərəfindən aylar üzrə ödənilməli pul məbləğinin ayrı-ayrılıqda və ümumilikdə, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi üzrə Cavabdeh tərəfindən aylar üzrə ödənilmiş pul məbləği ayrı-ayrılıqda və ümumilikdə nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 8304 saylı rəyi ilə, müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi (xx xxxxxxxx 2015-ci il tarixli №1 nömrəli saziş; xx xxxxxx 2016-cı il tarixli №2 nömrəli saziş) üzrə 16.573,18 manat və xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi (xx xxxxxx 2014-cü il tarixli saziş; xx xxxx 2017-ci il tarixli №1 nömrəli saziş) üzrə əlavə sazişlər nəzərə alınmaqla 17.535,45 manat olmaqla, Cavabdeh tərəfindən ödənilməli pul məbləği ümumilikdə 34.108,63 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixli saziş nəzərə alınmaqla Cavabdeh tərəfindən aylar üzrə aylıq 297,5 manat olmaqla, ümumilikdə ödənilməli olan xidmət haqqı xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 15470 manat təşkil edir. (52 ay x 297,5 manat) Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixli №1 nömrəli saziş nəzərə alınmaqla Cavabdeh tərəfindən aylar üzrə xx.xx.2017-ci il tarixədək aylıq 297,5 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək aylıq 1575,3 manat olmaqla, ümumilikdə ödənilməli olan xidmət haqqı 17.535,45 manattəşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi (xx xxxxxxxx 2015ci il tarixli №1 nömrəli saziş; xx xxxxxx 2016-cı il tarixli №2 nömrəli saziş) üzrə 16.573,18 manat və xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi (xx xxxxxx 2014-cü il tarixli saziş; xx xxxx 2017-ci il tarixli №1 nömrəli saziş) üzrə əlavə sazişlər nəzərə alınmamaqla 15470,0 manat olmaqla, Cavabdeh tərəfindən ödənilməli pul məbləği ümumilikdə 32.043,18 manattəşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə Cavabdeh tərəfindən aylar üzrə ödənilmiş pul məbləği ümumilikdə 9564,2 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi üzrə Cavabdeh tərəfindən aylar üzrə ödənilmiş pul məbləği nəzərə alınmaqla ümumilikdə 14568,58 manat (2222,33 manat ƏDV daxil) təşkil edir. “Dominant Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2020-ci il tarixli M209/20 saylı qiymətləndirmə hesabatından görünür ki, anbarda saxlanılan avadanlıqların əksəriyyəti yararlı vəziyyətdə olmaqla ümumi dəyəri 48300 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli R-007 saylı İcarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.5 kv.m. olan 41 saylı qeyri-yaşayış sahəsini 31 ay müddətinə icarə haqqı 1274,86 manat olmaqla Cavabdehna icarəyə verməyi, Cavabdeh isə icarə haqqını İddiaçına ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh ilə İddiaçı arasında icarə münasibətləri pozulmuş, Cavabdeh İddiaçına məxsus qeyri-yaşayış sahəsindən çıxmış, lakin orada Cavabdehna məxsus avadanlıqlar, həmçinin onun icarə haqqı borcu qalmışdır. İddiaçı, ona məxsus qeyri-yaşayış sahəsində olan Cavabdehna məxsus avadanlıqların siyahıya alınması, demontaj edilməsi, daşınması və orada yerləşdirilməsi üzrə işləri yerinə yetirmək üçün “xxxx” MMC ilə xx xxx 2017-ci il tarixli HM- C02-170515-016 saylı müqavilə bağlamış və həmin müqaviləyə əsasən “xxxx” MMC-nin hesabına 2360 manat ödəniş etmişdir. Həmin avadanlıqlar “xxxx” MMC tərəfindən siyahıya alınmış, demontaj edilmiş, binada yerləşən İddiaçına məxsus anbar sahəsinə daşınmış və həmin əşyalar anbar sahəsində təhlükəsiz şəkildə yerləşdirilmişdir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə İddiaçı Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.5 kv.m. olan 41 saylı qeyri-yaşayış sahəsini 31 ay müddətinə icarə haqqı 1274,86 manat olmaqla Cavabdehna icarəyə vermiş, bununla da İddiaçı müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi (icarə haqqını) tələb etmək hüququ yaranmasına baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməməsinə görə İddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli R-007 saylı İcarə müqaviləsi üzrə Cavabdeh İddiaçına ödəməli olduğu icarə haqqı borcu xx xxxxxxxx 2015-ci il tarixli 1 nömrəli saziş və xx xxxxxx 2016-cı il tarixli 2 nömrəli saziş nəzərə alınmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 8304 saylı rəyi ilə 16.573,18 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətlərdə icarə haqlarını tam ödəmədiyindən və bu hallar iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan iddia icarə haqqı borcuna aid hissədə təmin edilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı, ona məxsus qeyri-yaşayış sahəsində olan Cavabdehna məxsus avadanlıqların siyahıya alınması, demontaj edilməsi, daşınması və orada yerləşdirilməsi üzrə işləri yerinə yetirmək üçün “xxxx” MMC ilə xx xxx 2017-ci il tarixli HM-C02-170515-016 saylı müqavilə bağlamış və həmin müqaviləyə əsasən “xxxx” MMC-nin hesabına 2360 manat ödəniş etmişdir. Həmin avadanlıqlar “xxxx” MMC tərəfindən siyahıya alınmış, demontaj edilmiş, binada yerləşən İddiaçına məxsus anbar sahəsinə daşınmış və həmin əşyalar anbar sahəsində təhlükəsiz şəkildə yerləşdirilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Cavabdehna məxsus avadanlıqların demontaj edilməsi və daşınmasına görə İddiaçı çəkdiyi 2360 manat xərc Cavabdeh tutularaq İddiaçına ödənilməli, eyni zamanda həmin əmlaklar Cavabdeh hesabına İddiaçına məxsus anbardan çıxarılmalı və bu anbar sahəsi boşaldılaraq İddiaçına təhvil verilməlidir. İlkin iddia ərizəsində əldən çıxmış fayda şəklində 7800 manat məbləğində ziyan dəyməsi, eyni zamanda Cavabdeh icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının Cavabdeh olması qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi göstərilən hissələrdə təmin olunmamalıdır. Bundan əlavə, Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, açarları onda deyil, açarlar obyektdə qalmışdır. Məhkəmə qarşılıqlı iddia tələbinin icarə müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsinin 9.1-ci bəndinə əsasən müqavilənin müddəti xx.xx.2018-ci il tarixədək olduğundan və həmin müqavilə artıq öz hüquqi qüvvəsini itirdiyindən qarşılıqlı iddia həmin hissədə təmin edilə bilməz. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən həmin müqavilə üzrə borc öhdəliyindən azad etmir. Qarşılıqlı iddia tələbinin cavabdeh tərəfindən 5781,33 manat icarə borcu üzrə hesablanmış cərimə borcunun ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, göstərilən cərimə borcu ilkin iddia üzrə ödənilməsi tələb olunmadığından və həmin cərimə barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə dəymiş 5241,06 manat ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə Cavabdeh İddiaçı tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Cavabdeh, ona məxsus “Yellow Egg” kafesinin işıqlarının söndürülməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini, eləcə də məhsulların göstərilən səbəbdən istifadəsiz vəziyyətə düşməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, qarşılıqlı iddia ərizəsində “Yellow Egg” kafesinin təmir və tikintisinə xərclənən 127993,10 manat vəsaitin cavabdehdən tutulması tələb edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, qarşılıqlı iddia üzrə yuxarıda göstərilən iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından qarşılıqlı iddia yuxarıda göstərilən hissələrdə təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Qarşılıqlı iddia tələbinin anbar sahəsinə yerləşdirilmiş əmlakların geri qaytarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı İcarə Müqaviləsi üzrə yaranmış 16.573,18 manat məbləğində icarə borcu və icarəyə verilmiş 41 saylı qeyri-yaşayış sahəsindən Cavabdehna məxsus olan əmlakların demontaj edilməsi və başqa anbar sahəsinə yerləşdirilməsi xidməti ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 2360 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçına ödənilməli, xx xxx 2017-ci il tarixdə 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılmış və başqa anbara yığılmış Cavabdehna məxsus xx.xx.2017-ci il tarixli aktda qeyd edilən əmlaklar Cavabdeh hesabına həmin anbardan çıxarılmalı və bu anbar sahəsi boşaldılaraq İddiaçına təhvil verilməli, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı tərəfindən anbar sahəsinə yerləşdirilmiş Cavabdehna məxsus əmlaklar geri qaytarılmalı və qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın təmin edilmiş hissəsi iddia tələbinin 87,06 faizini təşkil etdiyini nəzərə alaraq ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,11 manat məbləği Cavabdeh tutularaq İddiaçına ödənilməli, qalan 3,89 manat məbləği isə İddiaçınaaid edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 15 manat məbləği İddiaçı alınaraq Cavabdehna ödənilməli, qalan 15 manat məbləği isə Cavabdehna aid edilməlidir. Eyni zamanda, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 276 manat məbləğində ekspertiza xərclərinin 138 manat məbləği İddiaçı, qalan 138 manat məbləği isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı İcarə Müqaviləsi üzrə yaranmış 16.573,18 manat məbləğində icarə borcu və icarəyə verilmiş 41 saylı qeyri-yaşayış sahəsindən Cavabdehna məxsus olan əmlakların demontaj edilməsi və başqa anbar sahəsinə yerləşdirilməsi xidməti ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 2360 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçına ödənilsin. xx xxx 2017-ci il tarixdə 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılmış və başqa anbara yığılmış Cavabdehna məxsus xx.xx.2017-ci il tarixli aktda qeyd edilən əmlaklar Cavabdeh hesabına həmin anbardan çıxarılsın və bu anbar sahəsi boşaldılaraq İddiaçına təhvil verilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu məbləğinin 21,24 manat məbləği Cavabdeh alınaraq İddiaçına ödənilsin, qalan 8,76 manat məbləği isə İddiaçına aid edilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı tərəfindən anbar sahəsinə yerləşdirilmiş Cavabdehna məxsus əmlaklar geri qaytarılsın. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu məbləğinin 15 manat məbləği İddiaçı alınaraq Cavabdehna ödənilsin, qalan 15 manat məbləği isə Cavabdehna aid edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 276 manat məbləğində ekspertiza xərclərinin 138 manat məbləği İddiaçı, qalan 138 manat məbləği isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE**********000 ******* saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-14/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-14/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver