Məhkəmə qərarları › İş №2-2(113)-1491/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1491/2021

30.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1491/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndə və vəkilləri Nümayəndə1 və Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndə və vəkilləri Vəkil2 və Vəkil3 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası DİN-nin BDYPİ cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi, əmlakın qaytarılması, görülmüş işlərin dəyərinin, real zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “əmlakın geri qaytarılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı ”KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı ”KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ" markalı yük avtomaşınlarına dair bağlanılmış 31 oktyabr 2018-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin maşınlara görə iddiaçıya ödənilməli 196270 (yüz doxsan altı min iki yüz yetmiş) manat haqqın, 2012-ci il buraxılışlı, “KOMATSU PC 220-8" markalı ekskavatorun cavabdehdən alınaraq mənə qaytarılması və həmin ekskavatora görə 30670 (otuz min altı yüz yetmiş) manat haqqın, cəmi 216940 (iki yüz on altı min doqquz yüz qırx) manat pulun; cavabdehin qanunsuz əməlləri nəticəsində 8 ədəd “KAMAZ" markalı maşınların və 1 ədəd “KOMATSU PC 220-8" markalı ekskavatorun 19 ay dayanmasına və saxlamasına görə 703000 (yeddi yüz üç min) manat real zərərin; AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən, cəmi 72824 (yetmiş iki min səkkiz yüz iyirmi dörd) manat məbləğində əldə çıxmış faydanın və Vəkil Bürosuna hüquqi yardıma görə ödənilmiş 1020 manat və dövlət rüsumu üçün ödənilmiş 31 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi qaydada fəaliyyət göstərən fiziki şəxs olsa da, öz şəxsi imkanları hesabına bir neçə yük avtomaşını, ekskavator və başqa texniki vasitələr almışdır. Cavabdeh “STM-2010" MMC-nin direktoru X5 uzun müddətdir ki, tanıyır və onunla yaxın münasibətləri olmuşdur. Cavabdeh təmirtikinti işləri ilə bağlı ayn-ayrı sifarişlərin yerinə yetirilməsi və digər fəaliyyətlə məşğul olurdu və öz işlərində istifadə etmək üçün iddiaçının “KOMATSU PC 220-8" markalı təkərli ekskavatorun istifadəsinin hər ayı üçün 5000 manat verməklə götürmüş, ilk iki ay həmin məbləğdə ödəniş etsə də, sonradan ödənişi dayandırmış, bu günədək mülkiyyətində olan ekskavatoru nə qaytarmış, nə də aralarında olan razılaşmaya uyğun olaraq qalıq borcunu ödəməmişdir. Bundan sonra 2018-ci ilin oktyabr ayının ortalarında cavabdeh Cəmiyyətin direktoru iddiaçıya bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində, “Sovetski" adlanın ərazinin sökülməsi ilə bağlı tender keçirilir və onun həmin tenderdə iştirak etməklə tenderi udmaq imkanı vardır, lakin tenderin şərtlərinə görə söküntü işlərini yerinə yetirmək üçün Cəmiyyətin müvafiq texnikaları (kran, ekskavator, özüboşaldan və yükdaşıyan avtomaşınlar) olmalıdır, onların isə belə bir texnikaları yoxdur. Əliyev iddiaçıya təklif etmişdi ki, tenderdə iştirak etmək üçün iddiaçıya məxsus olan yük avtomaşınlarını (bir ədəd ekskavatoru faktiki onun istifadəsində idi) formal olaraq, yəni dəyəri ödənilmədiyi halda, hər bir avtomaşına görə guya 10000 manat ödənildiyini alqı-satqı müqaviləsində göstərməklə, onun Cəmiyyəti ilə alqı-satqı etsinlər. Əgər onun Cəmiyyəti tenderin qalibi olarsa, iddiaçı ilə əlavə müqavilə bağlamaqla, iddiaçıya məxsus avtomaşınları və sürücüləri işlərin aparılmasına cəlb edəcək, bu işlərin yerinə yetirilməsi ilə bağlı iddiaçının texnikalarından və sürücülərindən istifadəyə, həmçinin görülən işlərə görə iddiaçıya müvafiq haqq ödəyəcək, işlər başa çatdıqdan sonra isə yenidən avtomaşınları əvvəlki qaydada iddiaçı ilə alqı-satqı etməklə qaytaracaqdır. İddiaçı cavabdehi əvvəldən tanıdığından və bir neçə dəfə belə xırda təkliflər etməklə onu bəzi işlərə cəlb edərək, gördüyü işlərin dəyərini ədalətli ödədiyindən, cavabdehin sözlərinin səmimiliyinə inanaraq, təklifi ilə razılaşmış və 31 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş X28 İdarəsində iddiaçıya məxsus olan **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı KAMAZ" markalı, **- ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı ”KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı ”KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ" markalı yük avtomaşınlarını əvvəlcədən təklif etdiyi qaydada, yəni həmin avtomaşınların və ekskavatorun dəyərini ödəmədən onunla formal alqı-satqı etmişlər. Bundan sonra cavabdeh həqiqətən tenderdə iştirak edərək, tenderin qalibi oldu və əvvəlcədən razılaşdıqları kimi cavabdeh iddiaçının qeyd olunan texnikalarını, sürücüləri ilə birlikdə həmin “Sovetski" adlanan ərazinin söküntü işlərinin aparılmasına cəlb etdi, söküntü işləri iddiaçının nəzarəti altında texnikasının və sürücülərinin vasitəsilə həyata keçirilmiş, 2019-cu ilin aprel ayının sonunda işlər başa çatdırılmışdır. Bu işlərin yerinəyetirlməsinə başlanıldığı 2018-ci ilin noyabr ayından dəfələrlə cavabdehə iddiaçı tərəfindən görüləcək işlərin həcmi və dəyəri ilə bağlı müqavilə bağlamağa söz verdiyini xatırladaraq, müqavilə bağlamağı cavabdehə desə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək rəsmi müqavilə bağlamaqdan yayınır və deyirdi ki, “siz işləri vaxtında təhvil verin, narazı qalmayacaqsınız, razılaşdıqları məbləği manatınadək ödəyəcəkdir". İşləri 2019-cu ilin aprel ayının sonunda tam yerinə yetirib cavabdehə təhvil vermişlər. Söküntü işlərinin yerinə yetirilməsi ilə bağlı cavabdeh sürücülərə və iddiaçıya hər hansı məbləğdə pul ödəməmişdir. Söküntü işlərinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, o cümlədən sürücülərin də gördüyü işlərə görə onlara muzdlarını iddiaçı öz şəxsi vəsaiti hesabına ödəmişdir. Cavabdeh iddiaçıya bildirirdi ki, “narahat olma, işləri sona çatdır, axırda hesablaşarıq və narazı qalmayacaqsan”. İddiaçı da cavabdehi uzun müddət tanıdığından və aralarında dostluq münasibətləri olduğundan onun sözlərinin səmimiliyinə inanırdı və həm də texnikasını ona satdıqdan sonra söküntü işlərinin də xeyli hissəsini artıq gördüklərindən, cavabdehin iddiaçını aldada biləcəyini heç vaxt düşünmürdü. Nəhayət, işlər 20İ9-cu ilin aprel ayının sonunda başa çatsa da, cavabdeh bu günədək görülən işlərin dəyərini bu günədək ödəməyərək, yuxarıda qeyd olunan yük avtomaşınlarını və bir ədəd ekskavatoru əvvəlcədən razılaşdıqları kimi alqı-satqı etməklə iddiaçıya qaytarmaqdan yayınmaqda davam edir. Qeyd olunan yük avtomaşınlarını faktiki olaraq cavabdehlə aralarında 31.10.2018-ci il tarixdə alqı-satqı etsələr də, həmin avtomaşınlar daim iddiaçının nəzarətində, sürücülərinin istifadələrində olmuş və bu gün də iddiaçıdadır. Bir ədəd ekskavatoru isə 2019-cu ilin aprelin sonundan cavabdehin istifadəsindədir. Lakin cavabdeh iddiaçını aldadaraq, aralarında olan səmimiyyətdən və hazırda yaranmış vəziyyətdən sui-istifadə edərək, əvvəlcədən razılaşdıqları qaydada yenidən iddiaçı ilə alqı-satqı etmək barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayındığından, həmin avtomaşınlar və ekskavatorla bağlı mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş və iddiaçını həmin texnikalardan 2019-cu ilin aprelin sonundan bu günədək sərbəst istifadə etmək imkanından məhrum etmişdir. Ona görə də hesab edir ki, iddiaçı özünə məxsus olmuş və hazırda da onun sahibliyində olan **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı ”KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı ”KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ" markalı yük avtomaşınlarla bağlı cavabdehlə iddiaçının arasında bağlanılmış 31 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələri cavabdehin iddiaçını aldadaraq, etibarından sui-istifadə etməklə əldə olunduğundan etibarsız hesab edilməli və müqavilənin bağlanmasından əvvəl mövcud olan ilkin vəziyyət bərpa edilərək, qeyd olunan yük avtomaşınları üzərində iddiaçının mülkiyyət hüququ bərpa olunmalıdır. Bir ədəd Yaponiya istehsalı olan 2012-ci il buraxılışlı, “KOMATSU PC 220-8" markalı təkərli ekskavatoru isə cavabdeh tərəfindən 2019-cu ilin fevral ayından qanunsuz olaraq saxlanıldığından, ondan alınaraq iddiaçıya qaytarılmalı və həmin ekskavatora da mülkiyyət hüququ tam bərpa olunmalıdır. Əqdin etibarsızlığı, əqd üzrə tərəflərin ilkin vəziyyətə qaytarılması zərurətini yaratdığından, bir tərəfli iradə ifadəsi olan əqdin (etibarnamənin) etibarsızlığı da əqd üzrə tərəfləri ilkin vəziyyətə qaytaracağından, həmin etibarnaməni ləğv etdirməyinə baxmayaraq, etibarnamənin qüvvədə olduğu müddətdə hüquqi nəticələr yaratdığından, hesab edir ki. hazırda hüquqi qüvvəsi olmayan həmin etibamamənin-əqdin etibarsız sayılmasını tələb etməyi əsaslı və hüquqa uyğundur. Eyni zamanda cavabdehin bu hərəkətləri nəticəsində iddiaçıya külli miqdarda maddi ziyan vurulmuşdur. Belə ki, Bakı şəhəri. Yasamal rayonu, “Sovetski” adlanan ərazinin söküntüsü ilə bağlı tenderi cavabdeh Cəmiyyət udaraq, həmin söküntü işlərini sifariş etmiş dövlət təşkilatı tərəfindən cavabdehin hesabına müvafiq vəsait köçürülsə də, cavabdeh tərəfindən iddiaçının qeyd olunan yük avtomaşınlarından 6 ay 4 gün istifadəyə görə (8x4000x6 + 8x4000:30x4=196270) 196270 (yüz doxsan altı min iki yüz yetmiş) manat puldan, həmçinin mülkiyyətində olan bir ədəd ekskavatorundan 6 ay 4 gün istifadəyə görə (5000x6+ (5000:30x4) = 30670) iddiaçıya ödəməli olduğu 30670 (otuz min altı yüz yetmiş) manta olmaqla, cəmi 226940 (iki yüz iyirmi altı min doqquz yüz qırx) manat puldan cəmi 10000 (on min) manat ödəmiş, qalan 216940 manat (iki yüz on altı min doqquz yüz qırx) pul ödənilməmişdir. Onların şifahi razılaşmalarında ekskavatora və yük maşınlarına görə aylıq haqqın yuxarıdakı rəqəmlərdən çox olmasına baxmayaraq, faktiki olaraq hesablama bu sahədə on illərlə iş təcrübəsi olan “Azərenerjitikintiquraşdırma" ASC-nin 05.10.2020-ci il tarixli, 010-023N nömrəli mütəxəssis rəyinə əsasən nisbətən aşağı qiymətlərlə hesablanmışdır. Bundan başqa, qeyd olunan yük avtomaşınlarının sənədləri və bir ədəd ekskavatorun özü cavabdehdə olduğu üçün həmin texnikalardan istifadə imkanından məcbur məhrum edildiyindən ötən müddət ərzində əlavə olaraq 2019-cu ilin aprel ayından 2020-ci ilin hazırkı dövrünədək, yəni 19 ay müddətində icarə haqqı kimi ekskavatora görə (5000x19) 95000 (doxsan beş min) manat, 8 ədəd “KAMAZ" yük maşınlarına görə isə (8x4000x19) 608000 (altı yüz səkkiz min) manta olmaqla, cəmi 703000 (yeddi yüz üç min) manat real pul vəsaiti əldə edə bilərdi. Eyni zamanda həmin vəsaitlərə görə AR Mərkəzi Bankının uçot faiz dərəcələrinə görə illik 5%-dən. cəmi (919940x(5%: 19=7,92%)) 72824 (yetmiş iki min səkkiz yüz iyirmi dörd) manat məbləğində əldə çıxmış fayda olmuşdur. Yekunda cavabdeh tərəfindən iddiaçıya 992764 (doqquz yüz doxsan iki min yeddi yüz altmış dörd) manat zərər dəymişdir. Ona görə də işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilərək, faktiki iddiaçının sahibliyində olan “KAMAZ" markalı yük avtomaşınları ilə bağlı cavabdehlə iddiaçının arasında bağlanılmış 31 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməli, həmin daşınar əmlaklara mülkiyyət hüququ tam bərpa edilməli, yerinə yetirilmiş işlərə görə 196270 (yüz doxsan altı min iki yüz. yetmiş) manat, həmin “KAMAZ"ların sənədləri cavabdehdə olduğuna görə 19 ay olmaqla, iddaçını həmin müddət ərzində mülkiyyətində olan yük maşınlarını icarəyə vermək imkanından məhrum etməklə, onlardan əldə edə biləcəyi 608000 (altı yüz səkkiz min) manat məbləğində fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda mülkiyyətində olan bir ədəd 2012-ci il buraxılışlı, "xxxx" markalı ekskavator cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı və həmin ekskavatora görə 30670 (otuz min altı yüz yetmiş) manat haqq, həmin ekskavator cavabdehin istifadəsində 19 ay olmaqla iddiaçını həmin müddət ərzində mülkiyyətində olan ekskavatorun icarəyə vermək imkanından məhrum etməklə, ondan əldə edə biləcəyi 95000 (doxsan beş min) manat miqdarında fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, cavabdehlə iddiaçının arasında "xxxx" markalı yük avtomaşınlarına dair bağlanılmış 31 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin maşınlara görə iddiaçıya ödənilməli 196270 (yüz doxsan altı min iki yüz yetmiş) manat haqqın, 2012-ci il buraxılışlı, "xxxx" markalı ekskavatorun cavabdehdən alınaraq iddiaçıya qaytarılması və həmin ekskavatora görə 30670 (otuz min altı yüz yetmiş) manat haqqın, cəmi 216940 (iki yüz on altı min doqquz yüz qırx) pulun; AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən (216940,00 (5%/28)) 38739,29 (otuz səkkiz min yeddi yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində əldə çıxmış faydanın; cavabdehin qanunsuz əməlləri nəticəsində 8 ədəd "xxxx" markalı maşının və 1 ədəd "xxxx" markalı ekskavatorun 28 ay dayanmasına və saxlamasına görə ******* (bir milyon otuz altı min) manat real zərərin; AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən cəmi 223739,29 (iki yüz iyirmi iki min yeddi yüz otuz doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində əldə çıxmış faydanın; Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan ərazinin söküntüsünə görə ödənilməmiş ******* (bir milyon yeddi yüz min) manat pulun və həmin məbləğə görə AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən, cəmi 303571,43 (üç yüz üç min beş yüz yetmiş bir manat qırx üç qəpik) manat məbləğində əldə çıxmış faydanın; hüquqi yardıma görə ödənilmiş 1020 manat və dövlət rüsumu üçün ödənilmiş 31 manat pulun, ümumilikdə 3520041,01 (üç milyon beş yüz iyirmi min qırx bir manat bir qəpik) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, 8 ədəd "xxxx" markalı yük avtomaşınının MMC tərəfindən ilk iddia üzrə iddiaçıdan hər hansı bir şərt olmadan, hər hansı bir tenderdə iştirakları ilə bağlı zərurət olduğundan deyil, həmin maşınlara Cəmiyyətin təsərrüfat fəaliyyətində ehtiyac duyulduğundan alınmışdır. Tenderin qalibi kimi "xxxx" MMC ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında imzalanmış 08 oktyabr 2018-ci il tarixli "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi" üzrə öhdələrinə götürdükəri işlərin tam, vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin təmin olunması məqsədilə digər tədbirlər kimi, əlavə texnikanın, o cümlədən avtomaşınların alınması qərara alınmışdır. Bundan əlavə, ilk iddia üzrə iddiaçı ilə udacaqları tenderdən əldə edəcəkləri gəlirdən ona hər hansı bir pul verəcəkləri barədə hər hansı bir razılaşma və ya danışıq olmamışdır. İlk iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyindən fərqli olaraq, MMC-nin direktoru və ya fərdi şəxs olaraq cavabdehin onunla hər hansı bir tanışlığı, xüsusilə də dostluğu yoxdur və onu üzdən belə tanımır. Sözügedən avtomobillərin alınması MMC-nin əməkdaşı Elşad Mansurovun ilk iddia üzrə iddiaçını tanıması səbəbindən, onun təklifi və iştirakı ilə olmuşdur. Sözügedən 8 ədəd "xxxx" markalı avtomaşının hər birinin 30000 manata alqısatqısı barədə ilk iddia üzrə iddiaçı arasında razılıq olmuş və ona 8 ədəd avtomaşın üçün cəmi 240000 manat pul ödənilmişdir. Lakin ilk iddia üzrə iddiaçıdan artıq vergi məbləği tutulmaması səbəbindən, onun özünün təklifi və xahişi ilə alqı-satqı müqavilələrində hər bir "xxxx" markalı avtomaşının alqı-satqı qiyməti 10000 manat göstərilmişdir. Bundan əlavə, ilk iddia üzrə iddiaçının həmin maşınların sürücülərinin əmək haqlarının özü tərəfindən ödənilməsi iddiası da həqiqətə uyğun deyildir. Belə ki, həmin avtomobillərin sürücüləri MMC-nin əmək müqavilələri üzrə işçiləridirlər və MMC-dən aylıq əmək haqqı almışlar. Belə ki, sürücü İddiaçı Nizami oğlu 05.11.2018 - 01.03.2019-cu il tarixlərində 3140,17 manat, sürücü X7 05.11.2018 - 18.02.2019-cu il tarixlərində 2904,15 manat, sürücü X8 03.12.2018 - 18.02.2019-cu il tarixlərində 2650,15 manat, sürücü X22 05.11.2018 - 01.03.2019-cu il tarixlərində 3154,94 manat, sürücü X17 05.11.2018 - 01.03.2019-cu il tarixlərində 3082,92 manat, sürücü X14 05.11.2018 - 18.02.2019-cu il tarixlərində 2873,13 manat, sürücü X6 05.11.2018 - 01.03.2019-cu il tarixlərində 3140,17 manat və sürücü X9 05.11.2018 - 18.02.2019-cu il tarixlərində 2904,15 manat məbləğində əmək haqları almışlar. İlk iddia üzrə iddiaçıya məxsus 2012-ci il buraxılışlı "xxxx" markalı ekskavator heç bir vaxt MMC-nin istifadəsində olmamışdır və həmin ekskavatorla bağlı cavabdehin hər hansı bir əlaqəsi yoxdur. İlk iddia üzrə iddia tələbləri müvafiq müddətlər ötürüldüyündən də rədd olunmalıdırlar. Ona görə də, ilk iddia üzrə iddiaçının iddia tələbləri tam əsassız və qanunsuz olduğu üçün təmin olunmamalıdır. Eyni zamanda Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2011-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012- ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı "xxxx" markalı, **- ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buralxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "xxxx" markalı 8 ədəd yük avtomaşının İddiaçı alınaraq "xxxx" MMC-yə qaytarılması, həmin avtomaşınların 2019-cu ilin may ayından indiyədək ilk iddia üzrə iddiaçı tərəfindən istifadəsinə görə 608000 manat pulun, 220 manat vəkil haqqının və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçının iddia ərizəsində qeyd etdiyi, müvafiq müqavilələrlə və texniki pasportlarla rəsmiləşdirildiyi kimi, işin mübahisəsiz halı 8 ədəd "xxxx" markalı yük avtomaşınlarının iş üzrə tərəflər arasında alqı- satqısıdır. Sözügedən avtomaşınlar MMC tərəfindən ilk iddia üzrə iddiaçıdan hər hansı bir şərt olmadan, hər hansı bir tenderdə iştirakları ilə bağlı zərurət olduğundan deyil, həmin maşınlara Cəmiyyətin təsərrüfat fəaliyyətində ehtiyac duyulduğundan alınmışdır. Bundan əlavə, ilk iddia üzrə iddiaçı ilə udacaqları tenderdən əldə edəcəkləri gəlirdən ona hər hansı bir pul verəcəkləri barədə hər hansı bir razılaşma və ya danışıq olmamışdır. Belə ki, tenderin qalibi kimi "xxxx" MMC ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında 08 oktyabr 2018-ci il tarixli "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi" imzalanmışdır. Bundan sonra, həmin müqavilə üzrə öhdələrinə götürdükləri işlərin tam, vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin təmin olunması məqsədilə digər tədbirlər kimi, əlavə texnikanın, o cümlədən avtomaşınların alınması qərara alınmış və 31 oktyabr 2018ci il tarixdə, yəni tenderin keçirilmə şərtlərinə uyğun olaraq tələb olunan kadr, avadanlıq və texnika barədə müvafiq sənədlər tender komissiyasına təqdim edilməklə tenderin qalibi olduqdan 23 gün sonra ilk iddia üzrə iddiaçı ilə sözügedən müqavilələr bağlanılmışdır. İlk iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyindən fərqli olaraq, MMC-nin direktoru və ya fərdi şəxs olaraq cavabdehin onunla hər hansı bir tanışlığı, xüsusilə də dostluğu yoxdur və onu üzdən belə tanımır. Sözügedən avtomobillərin alınması MMC-nin əməkdaşı Elşad Mansurovun ilk iddia üzrə iddiaçını tanıması səbəbindən, onun təklifi və iştirakı ilə olmuşdur. Sözügedən 8 ədəd "xxxx" markalı avtomaşının hər birinin 30000 manata alqısatqısı barədə ilk iddia üzrə iddiaçı ilə arasında razılıq olmuş və ona 8 ədəd avtomaşın üçün cəmi 240000 manat pul ödənilmişdir. Lakin ilk iddia üzrə iddiaçıdan artıq vergi məbləği tutulmaması səbəbindən, onun özünün təklifi və xahişi ilə alqı-satqı müqavilələrində hər bir "xxxx" markalı avtomaşının alqı-satqı qiyməti 10000 manat göstərilmişdir. İlk iddia üzrə iddiaçı ilə sözügedən alqı-satqı müqavilələri imzalandıqdan sonra adı çəkilən avtomaşınlar cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir. "xxxx"lar tərəfindən istifadə edildiyi zaman, 2019-cu ilin may ayının əvvəllərində İddiaçı Elşad Mansurov vasitəsilə xahiş etdi ki, hansısa hərbi hissədə gördüyü işlə əlaqədar ehtiyacı olduğundan həmin avtomaşınları bir neçə günlük onun istifadəsinə verək və bunun əvəzində cavabdehə muzd ödəməli idi. Elşad Mansurovun xahişini nəzərə alaraq həmin avtomaşınlar müvəqqəti olaraq 2019-cu ilin may ayının əvvəllərində ilk iddia üzrə iddiaçının istifadəsinə verildi. Lakin indiyədək cavabdehin dəfələrlə şifahi xahişlərinə baxmayaraq, müxtəlif bəhanələr gətirilməklə istifadəyə görə haqları bir dəfəyə ödəyəcəyini deyərək, bu günədək həmin maşınların cavabdehə qaytarılmasını təmin etməmişdir. Lakin cavabehin böyük hörmət etdiyi Elşad Mansurovun xətrinə həmin avtomaşınların məcburi qaydada onlara qaytarılması üçün məhkəməyə müraciət etmirdi. Lakin ilk iddia üzrə iddiaçının cavabdehə qarşı belə yalan iddia tələbi ilə məhkəmə müraciəti cavabdehi məcbur etdi ki, həmin avtomobillərin onların özlərinə qaytarılması və onlardan istifadədən məhrum olduqlarına görə əldən çıxmış faydanın alınması üçün qarşılıqlı iddia ilə məhkəməyə müraciət etsinlər. Həmin avtomobillərin sürücüləri MMC-nin əmək müqavilələri üzrə işçiləridirlər. İlk iddia üzrə iddiaçıya məxsus 2012-ci il buraxılışlı "xxxx" markalı ekskavatorun MMC-nin istifadəsində olması doğru deyil və həmin ekskavatorla bağlı cavabdehin hər hansı bir əlaqəsi yoxdur. Ona görə də, 8 ədəd "xxxx" markalı avtomaşın ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq MMC-yə qaytarılmalı, həmin avtomaşınlar 2019-cu ilin may ayından indiyədək ilk iddia üzrə iddiaçının istifadəsində olduğuna görə, elə ilk iddia üzrə iddiaçının əsas gətirdiyi "xxxx" ASC-nin 05.10.2020-ci il tarixli 010-023N saylı mütəxəssis rəyində göstərildiyi qiymətlərlə, 608000 manat (8x4000x19) pul, 220 manat vəkil haqqı və 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıdan tutulub MMC-yə ödənilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndə və vəkilləri Nümayəndə1 və Vəkil1 ilkin iddianı müdafiə edib, iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizədə göstərilənləri təsdiq edərək, ilkin iddianın təmin və qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndə və vəkilləri Vəkil2 və Vəkil3 qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edərək, ilk iddiaya etraz ərizəsində göstərilənləri müdafiə edərək, qarşılıqlı iddianın təmin və ilkin iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, İddiaçı Üzeyir adlı şəxs vasitəsilə tanımışdır. Həmin işlərdə vasitəsilə təmirçi kimi fəaliyyət göstərmişdir. Texnikalar Üzeyirə məxsus olmuşdur. Texnikaların əraziyə aparılması ilə bağlı göstərişi vermişdir. 4 ədəd “Euro-1”, 4 ədəd “Euro-2” Kamaz, 2 ədəd su maşını, 3 ədəd ekskavator, 1 ədəd balaca traktor və 1 ədəd “KON” ərazidə işlədi. Təxminən 2018-ci ilin sentyabr ayında işlərə başlamışdır. Yanacaq Cavabdeh MMC tərəfindən verilirdi. Texnikalar ərazidən aparılarkən Cavabdeh MMC tərəfindən heç bir etiraz edilməmişdir. Bəzi işlər yarımçıq qaldığı üçün 1 ədəd “Komatsu” ərazidə qaldı. Həmin texnikanın daha sonra haraya aparılması ilə bağlı məlumatı yoxdur. Orada işləyərkən əmək haqqını "xxxx" MMC-dən almışıq. 29.06.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, Bina Tikinti Kooperasiyasının direktoru olmuşdur. Hal-hazırda həmin şirkət fəaliyyətini dayandırııb. Məlumat verdilər ki, söküntü işləri aparılacaqdır. O, da İddiaçı texnikalarını söküntü aparılacaq yerə aparmışdır. Texnikaları orada Bəylər Əliyevə təhvil vermişdir. Daha sonra Cavabdeh MMC-nin direktoru də həmin əraziyə gəldi. İşçilərin işə qəbul edilməsi ilə bağlı rəsmiləşdirmə işləri aparıldı. 4 ədəd “Euro-1”, 4 ədəd “Euro-2” Kamaz, 2 ədəd su maşını, 3 ədəd ekskavator, 1 ədəd balaca traktor və 1 ədəd “KON” ərazidə işlədi. Söküntü işləri 2018-ci ilin avqust ayında başladı, mart ayına qədər işlər davam etdi. İş bitdikdən sonra texnikaları ərazidən apardılar. Apararkən heç kəs buna maneə olmadı. Həmin texnikalar və digər şirkətlərə məxsus texnikaların yanacağı və ehtiyat hissələri Cavabdeh MMC tərəfindən təmin olunurdu. Orada işləyərkən əmək haqqını "xxxx" MMC-dən almışıq. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi aşağıda sadalanan əsaslara görə rədd edilməli, qarşılıqlı iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - “Sifarişçi” "xxxx" MMC ilə “podratçı” İddiaçı arasında 11 may 2018-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən podratçı Bakı şəhəri, Nizami rayonu, X29 küçəsi, 2005-ci məhəllə ünvanında tikiləcək “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Əmlak Xidmətləri Məkanı” inzibati binasının ərazisində torpağın qazılması, daşınması və ərazinin hamarlanması üzrə bu müqaviləyə əlavə edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan layihədə göstərilmiş işləri görərək istismara tam yararlı halda sifarişçiyə təhvil-təslim verməyi, sifarişçi isə bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan məlbəği podratçıya ödəməyi öhdələrinə götürürlər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin ümumi dəyəri ƏDV xaric 30320 (otuz min üç yüz iyirmi) manat təşkil edir. - “Sifarişçi” "xxxx" MMC ilə “podratçı” İddiaçı arasında bağlanmış yerinə yetirilməli işlərin aktından görünür ki, 15 adda yerinə yetiriləcək işlərin ümumilikdə məbləği 30320 (otuz min üç yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) "xxxx" ASC-nin Baş filialında olan AZ17HAJCSCRAZN**********9001 saylı hesabına 22.05.2018-ci il tarixdə "xxxx" MMC (VÖEN: **********) tərəfindən 30320 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 29.06.2021-ci il tarixli İddiaçı 01.01.2018-07.09.2020-ci il aralığında olan müddət ərzində AZ17HAJCSCRAZN**********9001 nömrəli hesabından çıxarışdan görünür ki, 22.05.2018-ci il tarixdə 11 may 2018-ci il tarixli müqaviləyə əsasən qazılma işləri üçün İddiaçı 30320 manat məbləğində ödəniş edilmişdir. - AC seriyalı 502963 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2011-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** (köhnə nömrəsi: **-JS-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - AC seriyalı 502843 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** (köhnə nömrəsi: **-JT-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - AC seriyalı 502523 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** (köhnə nömrəsi: **-JT-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - AC seriyalı 502973 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** (köhnə nömrəsi: **-JR-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - AC seriyalı 502513 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** (köhnə nömrəsi: **-JT-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - AC seriyalı 502823 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** (köhnə nömrəsi: **-JT-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - AC seriyalı 502543 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** (köhnə nömrəsi: **-JT-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - AC seriyalı 502863 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** (köhnə nömrəsi: **-JU-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - AZ seriyalı 002380 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - 31 oktyabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə 10000 manata satmışdır. - 31 oktyabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə 10000 manata satmışdır. - 31 oktyabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə 10000 manata satmışdır. - 31 oktyabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə 10000 manata satmışdır. - 31 oktyabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə 10000 manata satmışdır. - 31 oktyabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə 10000 manata satmışdır. - 31 oktyabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə 10000 manata satmışdır. - 31 oktyabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 2012-ci il buraxılışlı "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC-yə 10000 manata satmışdır. - AD seriyalı 357625 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-JR-*** (köhnə nömrəsi: **-ZC-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - AD seriyalı 357624 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-JR-*** (köhnə nömrəsi: **-ZC-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - AD seriyalı 357620 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2011-ci il buraxılışlı "xxxx" markalı, **-JR-*** (köhnə nömrəsi: **-ZC-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - AD seriyalı 357626 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-JR-*** (köhnə nömrəsi: **-ZC-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - AD seriyalı 357627 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-JR-*** (köhnə nömrəsi: **-ZC-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - AD seriyalı 357622 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-JR-*** (köhnə nömrəsi: **-ZC-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - AD seriyalı 357623 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-JR-*** (köhnə nömrəsi: **-ZC-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - AD seriyalı 357621 nömrəli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı "xxxx" markalı, **-JR-*** (köhnə nömrəsi: **-ZC-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - "xxxx" MMC-nin nümayəndəsi Vəkil3 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, Mülki Məcəllənin 354-cü maddəsinə əsaslanaraq, ilkin İddiaçı Cavabdehnə qarşı “mübahisə predmeti kimi iddia ərizəsində qeyd etdikləri Kamaz markalı 8 ədəd avtomobilə dair 31.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın qaytarılması, görülmüş işlərin dəyərinin, real zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbləri üçün iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiqi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - 27.11.2020-ci il tarixli Cavabdeh MMC-nin 01.01.2018-31.03.2019-cu il aralığında olan müddət ərzində **********0SK0000263 nömrəli hesabından çıxarışdan görünür ki, İddiaçı Nizami oğlunun FPRAZN**********1001 nömrəli hesabına ümumilikdə 3140,17 manat məbləğində ödəniş edilmişdir. - 27.11.2020-ci il tarixli Cavabdeh MMC-nin 01.01.2018-31.03.2019-cu il aralığında olan müddət ərzində **********0SK0000263 nömrəli hesabından çıxarışdan görünür ki, X3 FPRAZN**********3001 nömrəli hesabına ümumilikdə 2904,15 manat məbləğində ödəniş edilmişdir. - 27.11.2020-ci il tarixli Cavabdeh MMC-nin 01.01.2018-31.03.2019-cu il aralığında olan müddət ərzində **********0SK0000263 nömrəli hesabından çıxarışdan görünür ki, X4 FPRAZN**********1001 nömrəli hesabına ümumilikdə 2650,15 manat məbləğində ödəniş edilmişdir. - 27.11.2020-ci il tarixli Cavabdeh MMC-nin 01.01.2018-31.03.2019-cu il aralığında olan müddət ərzində **********0SK0000263 nömrəli hesabından çıxarışdan görünür ki, X13 FPRAZN**********7001 nömrəli hesabına ümumilikdə 3154,94 manat məbləğində ödəniş edilmişdir. - 27.11.2020-ci il tarixli Cavabdeh MMC-nin 01.01.2018-31.03.2019-cu il aralığında olan müddət ərzində **********0SK0000263 nömrəli hesabından çıxarışdan görünür ki, X11 FPRAZN**********3001 nömrəli hesabına ümumilikdə 3082,92 manat məbləğində ödəniş edilmişdir. - 27.11.2020-ci il tarixli Cavabdeh MMC-nin 01.01.2018-31.03.2019-cu il aralığında olan müddət ərzində **********0SK0000263 nömrəli hesabından çıxarışdan görünür ki, X13 FPRAZN**********0001 nömrəli hesabına ümumilikdə 2873,13 manat məbləğində ödəniş edilmişdir. - 27.11.2020-ci il tarixli Cavabdeh MMC-nin 01.01.2018-31.03.2019-cu il aralığında olan müddət ərzində **********0SK0000263 nömrəli hesabından çıxarışdan görünür ki, X1 FPRAZN**********2001 nömrəli hesabına ümumilikdə 3140,17 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, müəyyən edildi ki, tərəflər arasında 31 oktyabr 2018-ci il tarixdə iddiaçıya məxsus olan yuxarıda qeyd olunan 8 ədəd “KAMAZ" markalı yük avtomaşınının alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin yük avtomobilləri ilk iddia üzrə iddiaçıdadır. İlkin iddia tələbinin bir hissəsini cavabdehlə iddiaçının arasında 8 ədəd “KAMAZ" markalı yük avtomaşınına dair bağlanılmış 31 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi təşkil edir. İlkin iddia üzrə İddiaçı nəqliyyat vasitələrinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini həmin müqavilələrin ilkin iddia üzrə iddiaçının aldadılması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 390.1.-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər azad surətdə iradələrini ifadə edərək müqavilələr bağlamış və bu müqavilələrin məzmununu müəyyənləşdirmişlər. İlkin iddia üzrə iddiaçı əqd bağlanması məqsədilə aldadıldığını bildirsə də, müqavilələrin ilkin iddia üzrə iddiaçının aldadılması ilə bağlanması faktı öz təsdiqini tapmamış, bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı müqavilələrin etibarsız hesab edilməsinin digər əsasları müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi qanunverici əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. Həmçinin ilkin iddia üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ilkin iddia üzrə iddiaçı mübahisə predmeti olan nəqliyyat vasitələri həmin müqavilələr ilkin iddia üzrə cavabdehin faktiki sahibliyində olmuşdur. Belə olan halda isə ilkin iddia üzrə iddiaçının iddia müddətini ötürməməsi barədə istinad etdiyi dəlillər inandırıcı görünmür. Beləliklə, məhkəmə müqavilələr bağlandığı vaxtdan, yəni 2018-ci ilin oktyabr ayından tərəflər arasında həmin əqdlərin mövcudluğunu və belə olan halda isə həmin əqdlərin etibarsız hesab edilməsinə dair əsas kimi istinad etdiyi halları bilməli olduğunu nəzərə alaraq hesab edir ki, əqdlərin etibarsız hesab edilməsinə dair hazırkı iddia Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxılmaqla, yəni ilkin iddia üzrə iddiaçı əqdləri mübahisələndirmək hüququnu itirdikdən sonra verilmişdir. Ona görə ilk iddia qeyd olunan hissədə təmin olunmamalıdır. Məhkəmə ilkin iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, həmin hissələr birinci hissə ilə bağlı olduğundan və müqavilələrin etbarsız olnması hissəsində ilk iddia təmin edilmədiyindən, ilk iddia digər hissələrdə də rədd olunmalıdır. İlkin iddia tələbinin digər hissəsini 2012-ci il buraxılışlı, "xxxx" markalı ekskavatorun cavabdehdən alınaraq iddiaçıya qaytarılması və həmin ekskavatora görə 30670 (otuz min altı yüz yetmiş) manat haqqın ödənilməsi təşkil edir. Məhkəmə ilkin iddia tələbinin bu hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçının iddia etdiyi 2012-ci il buraxılışlı, "xxxx" markalı ekskavatorun cavabdehdə olması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, ilk iddia həmin hissədə də təmin edilməməlidir. Qarşılıqlı iddianın bir hissəsini 8 ədəd KAMAZ" markalı yük avtomaşının İddiaçı alınaraq "xxxx" MMC-yə qaytarılması təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qarşılıqlı iddia tələbinin bu hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 31 oktyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən qeyd olunan avtonəqliyyat vasitələri İddiaçı tərəfindən "xxxx" MMC-yə satılmış və "xxxx" MMCnin xüsusi mülkiyyətinə keçmişdir. Mülkiyyətçi olan qarşılıqlı iddia üzrə iddaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna malik olduğundan, qarşılıqlı iddia 8 ədəd KAMAZ" markalı yük avtomaşının İddiaçı alınaraq "xxxx" MMC-yə qaytarılması hissəsində təmin edilməlidir. Qarşılıqlı iddianın digər hissəsini həmin avtomaşınların 2019-cu ilin may ayından indiyədək ilk iddia üzrə iddiaçı tərəfindən istifadəsinə görə 608000 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. Məhkəmə qarşılıqlı iddia tələbinin həmin hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia həmin hissədə sübuta yetirilmədiyindən, həmin hissədə qarşılıqlı iddia rədd olunmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı 220 manat vəkil haqqının və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin bu hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tələb olunan məbləğ kifayət qədər əsaslandırılmadığından, eləcə də vəkilə ödənilmiş 220 manat məbləğlə əlaqədar qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia üzrə iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Qarşılılqı iddia üzrə iddiaçı həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 10 manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2011-ci il buraxılışlı, "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı, "xxxx" markalı, **-ZC- *** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı, "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2011-ci il buraxılışlı, "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012- ci il buraxılışlı, "xxxx" markalı, **-ZC- *** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buralxılışlı, "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı, "xxxx" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı yük avtomobilləri İddiaçı alınaraq Cavabdehnə qaytarılsın. İddiaçı dövlət rüsumuna görə 10 manat tutularaq Cavabdehnə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 20 manatı qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar