Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1493/2021 19.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı əmlakların təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, 10, Müşviqabad-Sahil yolu 6-cı km ünvanında yerləşən qeyri-yaşayış binasından məcburi çıxarılması, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad-Sahil yolu 6-cı km, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, xx.xx.2013-cü il tarixli G0273 saylı Girov Müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə girov qoyularaq xx.xx.2020-ci il tarixli, №22/02 saylı hərrac protokluna əsasən əldə edilmiş daşınar əmlakların cavabdehin sahibliyindən alınaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) AZN dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış K0849 saylı xx.xx.2013-cü il tarixli Kredit xətti müqaviləsi bağlanmış və Borc alana 37 (otuz yeddi) ay müddətinə yəni xx.xx.2016-cı ilədək 1,080,000 (bir milyon səksən min) manat məbləğində maksimal borclanma limiti verilmişdir. Həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli 1 saylı kredit razılaşmasına əsasən Bank Borc alana 12 (on iki) ay müddətinə, yəni xx.xx.2014-cü ilədək faktiki illik faiz dərəcəsi 15,3831 % (illik cərimə faizi 24%(gündəlik 0.0666 %)) olmaqla 80,000 (səksən min) manat məbləğində bərpa olunmayan kredit və xx.xx.2013-cü il tarixli 2 saylı kredit razılaşmasına əsasən Bank Borc alana 35 (otuz beş) ay 25 (iyirmi beş) gün müddətinə, yəni xx.xx.2016cı ilədək faktiki illik faiz dərəcəsi 14,7378 % (illik cərimə faizi 22 %(gündəlik 0.0611)) olmaqla 1,000,000 (bir milyon) manat məbləğində bərpa olunmayan kredit vermişdir. Müqavilə üzrə Borc alanın Bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad-Sahil yolu 6-cı km, 10 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASCnin xeyrinə xx.xx.2013-cü il tarixli İ0517 nömrəli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2013-cü il tarixli RX ******* nömrəli (Reyestr nömrəsi: **********96-06302; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş pul öhdəliyi Borc alan tərəfindən Kredit müqaviləsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Bankın Borc alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsası müəyyən edilmişdir. Həmçinin, Kredit müqaviləsindən irəli gələn pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Borc alanla xx.xx.2013-cü il tarixli G0273 saylı Girov Müqaviləsi bağlanmış və 1)HESS MULTİMAT RH 500H Press 2)Small concrete plant Elkomix- 35 Quick Master 3)Water reservior 100t 4) Pump "Espa" 5) "Genpower" power generator 6.)"DeMag" crane 7) 1,260x670x45mm concrete pans (1000 units) 8) Lifter 9) "Wall block" press formwork-390x190x190mm 10) "Half-wall block" press formwork-390x100x190mm 11) "Pavement border" press formwork-1000x80x200mm 12) "Road border" press formwork-1,000x120/150x300mm 13) "Rectangle" press formwork-200x100x60mm 14) "Lawn grill" press formwork-600x400x80mm 15) "Square" press formwork-100x100x60mm 16) 4 concrete press formwork- rectangle, square, road and pavament border 17) Hard metal net for mini concrete plant 18) Fire box and hydrocrane 19) Pump "Grunfos" 20) 1,200x670x45mm concrete pans (1000 units) 21) Press vacuum holder 22) Electrical telpher for vacuum holder 23) Punch vibrators 24) Lining concrete sysem 25) Punch centerboard cleaner 26) Dynamometric key "Hi-force" 27) Dynamometric key "İzeltaş" 28) Hydrocylinder 29) "Square" press formwork-200x200x60mm 30) Laptop HP 635 31) Perforator Bosch 32) Kattle Tefal 33) Power transformer 630kw/h 34) Perforator Bosch 35) Forklift 36) Metal-cutting saw 37) Telpher 38) Vacuum cleaner Karcher 39) Autowasher Karcher 40) Laguondo Bosch GWS-14-125 CİE 41) Perforator Bosch GBH 2-23 REA 42)Refrigerator LG 43) Metal-cutting saw 44) Telpher 45) Telpher avadanlıqları Kreditin təminatı kimi Bankın xeyrinə girov qoyulmuşdur. Borc alan Kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixindən borc öhdəliyinin şərtlərini pozmağa başladığı və kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi üçün Bank borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair xx xxxxxx 2016-cı il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-2878/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-8485/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Həmin məhkəmə aktından cavabdehlər tərəfindən kasassiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-1794/17 saylı qərarı ilə kasassiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-8485/2016 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün aidiyyatı üzrə Xətai rayon İcra və Probasiya Şöbəsinə, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Sonradan məhkəmə qərarının icrası istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, 10, Müşviqabad-Sahil yolu 6-cı km ünvanında yerləşən qeyri-yaşayış binası və daşınar əmlaklar (avadanlıqlar) Azərbaycan Respublikası, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 22/01 və 22/02 saylı Hərracın yekunları üzrə protokol və əmlakın alqı-satqısı müqavilələrinə əsasən İddiaçı ASC-nə təklif edilərək, açıq hərracda əldə edilmişdir və bu haqda mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, sözügedən qeyri-yaşayış binası və avadanlıqlar halhazırda mülkiyyətçi İddiaçı ASC-nin sahibliyində və nəzarətində deyil, cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. İddiaçı tərəfindən cavabdehə müraciət edilməsinə baxmayaraq, əmlakı faktiki idarə edən Cavabdeh MMC əmlakı qanuni sahibinə təhvil verməkdən boyun qaçırmışdır. Bu da öz növbəsində iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Əmlaklara dair mülkiyyət hüququnun İddiaçı ASC-nə məxsus olmasını nəzərə alaraq hesab edirik ki, iddiaçının əmlaka faktiki sahiblik etmək və sərəncam vermə hüquqları təmin edilməsi məqsədi ilə Cavabdeh MMCBakı şəhəri, Qaradağ rayonu, 10, Müşviqabad-Sahil yolu 6-cı km, ünvanında yerləşən qeyri-yaşayış binasından məcburi qaydada çıxarılmalı və həmin əmlak boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Eyni zamanda bankın mülkiyyətinə keçmiş daşınar əmlaklar (avadanlıqlar) cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq iddiaçının sərəncamına verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X6 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2878/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, 593380,62 (beş yüz doxsan üç min üç yüz səksən manat 62 qapik) manat məbləğində əsəs borc, 59523,96 (əlli doqquz min beş yüz ìyirmi üç manat 96 qəpik) manat məbləğində faiz borcu, 5500 (beş min beş yüz) manat məbləğində cərimə borcu (cəmi 658404,58 (alti yüz əlli səkkiz min dörd yüz dörd manat 58 qəpik) manat məbləğində kredit borcu), həmçinin bildirişlərin qeydə alinmasi üçün ödənìlmiş 10 (on) manat məbləğində dövlət rüsumu, 20 (iyirmi) manat məbləğində xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlat rüsumu, 400 (dörd yüz) manat məbləğində qiymətləndirmə xərci, 2650,65 (iki min alti yüz alli manat 65 qapik) manat məbləğində ipoteka va girov premetlərinin siğorta edilməsi üçün ödənilmiş siğorta haqqı, ümumilikdə 661515,23 (alti yüz altmiş bir min beş yüz on beş manat 23 qəpik) manat məbləğində pul vasaiti Cavabdeh MMC-dən, X7 va X3 müştərək qaydada alənaraq İddiaçı ASC-yə õdənilməsi, tələbin X4 Cavabdeh MMC-də olan təsis payına, Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad-Sahil yolu, 6-cı km, 10 ünvanında yerləşən qeyri-yaşayış binasina, həmçinin dașınar amlaklara: Hess Multimat RH 500H Press, Small concrete plant Elkomix-35 Quick Master, Water reservior 100t, Pump “Espa”, “Genpower” power generator, “DeMag” crane, l,260x670x45mm concrete pans (1000 units), lifter “Wall block” press formwork-390xl90x190mm, “Half-wall block” press formwork-390x l00x l90mm, “Pavement border” press formwork-1000x80x200mm, “Road border” press formwork- l,000xl20/l50x300mm, “Rectangle” press formwork-200x l00x60mm, “Lawn grill” press formwork-600x400x80mm, “Square” press formwork- l00x l00x60mm, 4 concrete press formwork- rectangle, square, road and pavament border, hard metal net for mini concrete plant, fire box and hydrocrane, pump “Grunfos”, 1,200x670x45mm concrete pans (1000 units), press vacuum holder, electrical telpher for vacuum holder, punch vibrators, lining concrete sysem, punch centerboard cleaner, dynamometric key “Hi-force”, dynamometric key “İzeltaş”, hydrocylinder, “Square” press formwork-200x200x60mm, łaptop HP 635, perforator bosch, kattle Tefal, power transformer d30kw/h, perforator Bosch, forklift, metal-cutting saw, telpher, vacuum cleaner karcher, autowasherKarcher, laguondo Bosch GWS-14-125 CİE, perforator Bosch GBH 2- 23 REA, refrigerator LG, metal-cutting saw, telpher, telpher avadanlıqlara yönaldilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad-Sahil yolu, 6-cı km, 10 ünvanında yerləşən qeyri-yaşayiş binası (ilkin satiş qiyməti 645000 (alti yüz qırx beş min) manat məblığində olmaqla), daşınar amlaklar Hess Multimat RH 500H Press, Small concrete plant Elkomíx- 35 Quick Master, Water reservior 100t, Pump “Espa”, “Genpower” power generator, “DeMag” crane, 1,260x670x45mm concrete pans (1000 units), lifter “Wall block” press formwork- 390x l90x l90mm, “Half-wall block” press formwork-390x100x l90mm, “Pavement border” press formwork-l000x80x200mm, “Road border” press formwork- 1,000x 120/l50x300mm, “Rectangle” press formwork-200x100x60mm, “Lawn grill” press formwork-600x400x80mm, Square” press formwork-100x100x60mm, 4 concrete press formwork- rectangle, square, road and pavament border, hard metal net for mini concrete plant, fire box and hydrocrane, pump “Grunfos”, l,200x670x45mm concrete pans (1000 units), press vacuum holder, electrical telpher for vacuum holder, punch vibrators, lining concrete sysem, punch centerboard cleaner, dynamometric key “Hi-force”, dynamometric key “İzeltaș”, hydrocylinder, “Square” press formwork-200x200x60mm, laptop HP 635, perforator bosch, kattle Tefal, power transformer 630kw/h, perforator Bosch, forklift, metalcutting saw, telpher, vacuum cleaner karcher, autowasherKarcher, laguondo Bosch GWS- 14-125 CİE, perforator Bosch GBH 2-23 REA, refrigerator LG, metal-cutting saw, telpher, telpher avadanlıqlar (ilkin satış qiymati 430000 (dörd yüz otuz min) manat məbləğində olmaqla) va X5 Cavabdeh MMC-da olan təsis payının açıq harracdan satılması va həmin amlakın satılmasından əldə edilən vəsaitdən 661515,23 (altı yüz altmış bir min beş yüz on beş manat 23 qəpik) manat məbləğində pul vasaitinin İddiaçı ASC-yə ödanilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-8485/16 saylı qətnaməsi ilə “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 5500 manat dəbbə pulu tutulması hissəsində dəyişdirilərək 40000 manat müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ali Məhkəməsinin 2(102)1794/17 saylı xx xxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-8485/16 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Hərracın Yekunları barədə 22/01 saylı protokol və Hərracın yekunları üzrə xx xxxxxxxx 2020-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilənin təsdiq olunmuş surətindən görünür ki, ipoteka predmeti olmuş Bakı şəhəri, Qaradağ rayonu, 10, Müşviqabad-Sahil yolu 6-cı km ünvanında yerləşən qeyri-yaşayış binası “xxxx” ASC tərəfindən 411187,50 manata əldə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, 10, Müşviqabad-Sahil yolu 6-cı km ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2020-ci il tarixdən ********** saylı qeydiyyat nömrəsi ilə “xxxx” ASC-yə məxsusdur. İş materiallarında olan Hərracın Yekunları barədə 22/02 saylı protokol və Hərracın yekunları üzrə xx xxxxxxxx 2020-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilənin təsdiq olunmuş surətindən görünür ki, girov predmeti olmuş Bakı şəhəri, Qaradağ rayonu, 10, Müşviqabad-Sahil yolu 6-cı km ünvanında yerləşən qeyri-yaşayış binasında yerləşən daşınar əşyalar “xxxx” ASC tərəfindən 274125 manata əldə edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə yuxarıda qeyd olunan maddənin bütün dispozisiya şərtləri mövcuddur. Yuxarıda qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə də həmin şərtlər mövcuddur. Belə ki, mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, 10, Müşviqabad-Sahil yolu 6-cı km ünvanında yerləşən qeyri-yaşayış binası və əvvəl girov predmeti olmuş qeyd olunan ünvandakı daşınar əşyalar əvvəllər cavabdehin mülkiyyətində olsa da, Hərracın Yekunları barədə 22/01 saylı protokol və Hərracın yekunları üzrə xx xxxxxxxx 2020-ci il tarixli əmlakın alqı-satqısı barədə müqaviləsi ilə yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və bu barədə Dövlət Reyestrindən Çıxarış verilmişdir. Hərracın Yekunları barədə 22/02 saylı protokol və Hərracın yekunları üzrə xx xxxxxxxx 2020-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilə ilə isə daşınar əşyalar İddiaçı ASC-nin mülkiyyətinə daxil olmuşdur. Belə olan halda qeyd olunan daşınmaz və daşınar əşyaların iddiaçının mülkiyyətində olması və həmin sahənin cavabdehin sahibliyində olması işin müəyyən olunmuş və mübahisə olunmayan hallarıdır. Eyni zamanda həmin sahiblik qanunsuzdur. Çünki cavabdehin həmin qeyri-yaşayış sahəsinə və həmin ünvanda yerləşən əvvəl girov predmeti olmuş daşınar əşyalara hər hansı bir hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tələb olunan daşınar əşyalar əvvəl girov müqaviləsinin predmeti olmuşlar və qeyd olunan əşyalar hərrac baş tutmadığından İddiaçı ASC tərəfindən 274125 (iki yüz yetmiş dörd min yüz iyirmi beş) manata əldə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş hüquq normasının tələbinə uyğun olaraq alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa , cavabdehdən alınmalı əmlakın ümumi dəyəri 274125 (iki yüz yetmiş dörd min yüz iyirmi beş) manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, 10, Müşviqabad-Sahil yolu 6-cı km ünvanında yerləşən qeyri-yaşayış binasından Cavabdeh MMC çıxarılmaqla boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. HESS MULTİMAT RH 500H Press , Small concrete plant Elkomix- 35 Quick Master , Water reservior 100t , Pump "Espa" , "Genpower" power generator , DeMag" crane , 1,260x670x45mm concrete pans (1000 units), Lifter , "Wall block" press formwork- 390x190x190mm , "Half-wall block" press formwork-390x100x190mm , "Pavement border" press formwork-1000x80x200mm , "Road border" press formwork-1,000x120/150x300mm , "Rectangle" press formwork-200x100x60mm , "Lawn grill" press formwork- 600x400x80mm , "Square" press formwork-100x100x60mm , 4 concrete press formworkrectangle, square, road and pavament border , Hard metal net for mini concrete plant , Fire box and hydrocrane , Pump "Grunfos" , 1,200x670x45mm concrete pans (1000 units) , Press vacuum holder , Electrical telpher for vacuum holder , Punch vibrators , Lining concrete sysem , Punch centerboard cleaner , Dynamometric key "Hi-force" , Dynamometric key "İzeltaş" , Hydrocylinder , "Square" press formwork-200x200x60mm , Laptop HP 635 , Perforator Bosch , Kattle Tefal , Power transformer 630kw/h , Perforator Bosch , Forklift , Metal-cutting saw , Telpher , Vacuum cleaner Karcher , Autowasher Karcher , Laguondo Bosch GWS-14-125 CİE , Perforator Bosch GBH 2-23 REA , Refrigerator LG , Metal-cutting saw , Telpher , Telpher avadanlıqları Cavabdeh MMC-nin sahibliyindən alınaraq İddiaçı ASC-yə təhvil verilsin. Qeyd olunan əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa , cavabdehdən alınmalı əmlakın ümumi dəyəri 274125 (iki yüz yetmiş dörd min yüz iyirmi beş) manat müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsmumunun əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2-2(113)-1493/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1493/2021
19.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver