Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-15/2021 18.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzayev İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (üçüncü şəxs LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (üçüncü şəxs LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO QSC “Bank Standard” KB-nin 02.02.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat məbləğində əsas borc, 79.166,67 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 10.079.166,67 manat və 15.04.2016-cı il tarixli KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 12.252.469,87 manat məbləğində əsas borc, 7164 manat faiz borcu olmaqla, ümumilikdə 12.259.633,87 manat olmaqla, cəmi 22.338.800,54 manat məbləğində kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların ilkin satış qiymətləri (likvid qiymət) göstərilməklə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu QSC “Bank Standard” KB arasında 02.02.2016-cı il tarixli KBS16-1823 nömrəli və 15.04. 2016-cı il tarixli KBS16-1839 nömrəli kredit müqavilələri bağlanmışdır. 02.02.2016-cı il tarixli kredit müqaviləsinə əsasən X6 Heyətinin qərarı əsasında QSC “Bank Standard” KB-yə illik 3% olmaqla 27.01.2017-ci il tarixədək ödənilməsi şərti ilə 20.000.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 27.01.2017-ci il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. 15.04.2016-cı il tarixli KBS16- 1839 nömrəli kredit müqaviləsi əsasında X6 Heyətinin qərarı əsasında QSC “Bank Standard” KB-yə illik 7% olmaqla 6 ay müddətinə 15.000.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 17.10.2016-cı il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq 02.02.2016cı il tarixli və 16.04.2016-cı il tarixli ipoteka müqavilələrinə əsasən aşağıdakı əmlaklar ipoteka ilə yüklü edilmişdir: Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri- yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzil Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi. Bildirir ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2016-cı il tarixli 2-1(81)-4498/2016 nömrəli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu 04.10.2016-cı il tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri QSC “Bank Standard” KB-nin ləğvedicisinə 14.11.2016-cı il tarixli, 05-01002-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Bildirir ki, QSC “Bank Standard” KB-nin 04.10.2016-cı il tarixinə Mərkəzi Bank qarşısında kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir; 02.02.2016-cı il tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas borc, 79.166,67 manat faiz borcu olmaqla, ümumilikdə 10.079.166,67 manat; 15.04.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 12.252.469,87 manat əsas borc, 7.164 manat faiz borcu olmaqla, ümumilikdə 12.259.633,87 manat. Onu da qeyd edir ki, göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 04.10.2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 -ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə uyğun olaraq borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 34.1.1-34.1.2-ci maddələrinə uyğun olaraq əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaradır. “İpoteka haqqında” Qanunun 36.1 -ci maddəsinə görə, ipoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi ipoteka qoyana təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən əsaslara görə, Mərkəzi Bank ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyanlar Cavabdeh1 MMC-yə 11.11.2016cı il tarixli, 05-00994-2016 nömrəli, Cavabdeh2 MMC-yə 11.11.2016-cı il tarixli, 05-00993- 2016 nömrəli məktublarla göndərmişdir. Mərkəzi Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 25.11.2016-cı il tarixli, **********56 nömrəli, 25.11.2016-cı il tarixli, **********25 nömrəli və 25.11.2016-cı il tarixli, **********55 nömrəli məktubları ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Yuxarıda qeyd edilən ipoteka müqavilələrinin 1.3-cü bəndinə uyğun olaraq, ipoteka qoyulan əmlaklar istinad edilən müvafiq kredit müqavilələrinə əsasən Mərkəzi Bank tərəfindən QSC “Bank Standard” KB-yə verilmiş kredit müqavilələrində qeyd olunan son tarixədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutma yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır. “İpoteka haqqında” Qanunun 39.1 -ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən, qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilmədiyi, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, eləcə də müflis elan edilmiş bankın maliyyə öhdəliklərini icra etməsi imkanında olmaması ilə əlaqədar Mərkəzi Bank qarşısındakı kredit borcunun ödənilməsini təmin etmək məqsədilə ipoteka qoyanlara məxsus olan ipoteka predmetlərinə tutma yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, onların satışından əldə edilən vəsait hesabına iddiaçıya olan kredit borcları, həmçinin tutmanın yönəldilməsi ilə əlaqədar bütün xərclər ödənilməlidir. Eyni zamanda bildirir ki, “Banklar haqqında” Qanunun 81-ci maddəsinə əsasən. kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Bu səbəbdən də, hazırkı iş üzrə iddianın təmin olunmasına dair qətnamə qəbul edildikdə “Banklar haqqında” Qanunun 81 ci maddəsinin tələblərinə əsasən, ipoteka predmeti ləğvedici tərəfindən açıq hərracdan satılmalıdır. Əlavə edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qeyd edir ki, ipoteka predmetlərinin hazırkı likvid qiymətləri barədə tərəflər arasında razılaşma olmadığından ipoteka predmetləri məhkəmənin təyin etdiyi müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli və ilkin satış qiymətləri (yəni likvid qiymət) qətnamədə öz əksini tapmalıdır. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 02.02.2016-cı il tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 9.469.166,67 (doqquz milyon dörd yüz altmış doqquz min yüz altmış altı manat altmış yeddi qəpik) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi, Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 15.04.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 12 252 469,87 (on iki milyon iki yüz əlli iki min dörd yüz altmış doqquz manat, səksən yeddi qəpik) manat əsas borc, 7.164,00 (yeddi min yüz altmış dörd) manat faiz borcu olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 21.728.800,54 (iyirmi bir milyon yeddi yüz iyirmi səkkiz min səkkiz yüz əlli dörd) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi və həmin daşınmaz əmlakların ilkin satış qiymətləri (likvid qiymət) göstərilməklə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında dəqiqləşmiş iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, dəqiqləşmiş iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında ipoteka predmeti olan daşınmaz əmlakın düzgün qiymətləndirilmədiyini və likvid dəyərinin ədalətli müəyyənləşdirilmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında əsas borc tələb edilmədən ipotekaya tutma yönəldilməsinin qanunauyğun olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikasının Mərkəzi Bankı (bank) ilə QSC “Bank Standard” KB (borc alan) arasında 02 fevral 2016-cı il tarixli, KBS16-1823 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə Azərbaycan Respublikası Mərkəzi X4 28 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Mərkəzi X4 2 fevral 2016-cı il tarixli, 11 nömrəli qərarı əsasında Bank borcalana 2 fevral 2016-cı il tarixindən etibarən 20.000.000 (iyirmi milyon) manat məbləğində, illik 3 faiz dərəcəsi ilə, sonuncu instansiya krediti verir. 1.2-ci bəndinə əsasən kredit 27 yanvar 2017-ci il tarixinədək verilir. 1.4-cü bəndinə görə faiz ödənişləri isə aylıq olaraq ildə 360 gün əsasında, borcu olduğu günlər üçün borc qalığı məbləğində hesablanır. 1.6-cı bəndinə əsasən kredit üzrə borc 27 yanvar 2017-ci il tarixinədək tam ödənilməlidir. 2.2-ci bəndinə görə bu müqavilədə göstərilən öhdəliklərin yerinə yetirilməsinə təhlükə yarandıqda bank kreditin vaxtından əvvəl borc alanın Mərkəzi Bankda olan müxbir hesablarından borc alanın sərəncamı olmadan mübahisəsiz qaydada silmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı (bank), Cavabdeh2 MMC (ipoteka qoyan) və QSC “Bank Standard” KB (borc alan) arasında 02 fevral 2016-cı il tarixdə İBS16-1823/2 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə ipoteka predmeti: AR Mərkəzi Bankında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı, seriya RX N°0 186556, reyestr X2OO8Oİ1000112-05101-083002, qeydiyyat JV2İ113057004, qeydiyyat tarixi: 12.06.2013); AR Mərkəzi Bankında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzildir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı, seriya RX N20186567, reyestr N2OO8Oİ1000112- 05101-093004, qeydiyyat N**********3, qeydiyyat tarixi: 12.06.2013). 1.2-ci bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 1.753.000 manat məbləğində qiymətləndirilmişdir. 1.3-cü bəndinə görə bu müqavilə əsasında ipoteka qoyulan əmlaklar 2 fevral 2016-cı il tarixində Bakı şəhərində bağlanmış KBS16-1823 saylı kredit müqaviləsinə əsasən bankın borc alana verdiyi 20.000.000 manat məbləğində sonuncu instansiya kreditinin 27 yanvar 2017-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır. 2.4-cü bəndinə əsasən ipoteka müqaviləsi müddəti ərzində ipoteka predmeti tam dəyərində saxlanmalı, zədələnmə risklərindən qorunmalı, salamatlığı təmin edilməli, o cümlədən üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə olunmalıdır. İpoteka predmetinin itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka qoyan bankı dərhal xəbərdar etməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı (bank), Cavabdeh1 MMC (ipoteka qoyan) və QSC “Bank Standard” KB (borc alan) arasında 02 fevral 2016-cı il tarixdə İBS16-1823/3 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə ipoteka predmeti: AR Mərkəzi Bankında ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı, seriya MA N20280018, reyestr .N2OO2Oİ 1001208-12301, qeydiyyat JV**********4, qeydiyyat tarixi: 07.10.2011). 1.2-ci bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 19.400.000 (on doqquz milyon dörd yüz min) manat məbləğində qiymətləndirilmişdir. 1.3-cü bəndinə görə bu müqavilə əsasında ipoteka qoyulan əmlak 2 fevral 2016-cı il tarixində Bakı şəhərində bağlanmış KBS16-1823 saylı kredit müqaviləsinə əsasən bankın borc alana verdiyi 20.000.000 manat məbləğində sonuncu instansiya kreditinin 27 yanvar 2017-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır. 1.4-cü bəndinə görə təmin olunmuş kredit xəttinin müddəti bank və borc alan arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırki ipoteka müqaviləsi qüvvədə qalır və ipoteka qoyanın əlavə razılığı olmadan eyni şərtlərlə müddəti uzadılmış kredit xətti və onunla bağlı 1.3 bənddə göstərilən digər ödənişləri təmin edir. 2.3-cü bəndinə əsasən ipoteka predmetinin əldə edilməsi, istifadə olunması və saxlanması ilə bilavasitə və ya dolayısı ilə bağlı olan hər hansı sənədləri yoxlamağa bankın hüququ vardır. ipoteka qoyan həmin sənədləri sorğu alınan gündən etibarən beş gün ərzində, ipoteka predmetinə yerində baxış keçirildikdə isə sənədləri dərhal təqdim etməlidir. 2.4-cü bəndinə görə ipoteka müqaviləsi müddəti ərzində ipoteka predmeti tam dəyərində saxlanmalı, zədələnmə risklərindən qorunmalı, salamatlığı təmin edilməli, o cümlədən üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə olunmalıdır. İpoteka predmetinin itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka qoyan bankı dərhal xəbərdar etməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışla müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Azərbaycan Respublikası mərkəzi bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh1dir. Əsas öhdəliyin mahiyyəti və icra müddəti KBS16-1823 KM, 02.02.2016-ci i tarixli kredit müqaviləsi ilə müəyyən edilir. Daşınmaz əmlak dövlət reyestrində 9 nömrəli reyestr kitabının 863 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışla müəyyən edilir ki, ünvan 4/ qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh2dir. Əsas öhdəliyin mahiyyəti və icra müddəti KBS16-1823 KM, 02.02.2016-ci i tarixli kredit müqaviləsi ilə müəyyən edilir. Daşınmaz əmlak dövlət reyestrində 122 nömrəli reyestr kitabının 11380 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışla müəyyən edilir ki, ünvan 4 ünvanında mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh2dir. Əsas öhdəliyin mahiyyəti və icra müddəti kimi KBS16-1823 KM, 02.02.2016-ci tarixli kredit müqaviləsi ilə müəyyən edilir. Daşınmaz əmlak dövlət reyestrində 657 nömrəli reyestr kitabının 60249 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Mərkəzi Bankı (bank) ilə QSC “Bank Standard” KB (borc alan) arasında 15 aprel 2016-cı il tarixli, KBS16-1839 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 49-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi X4 15 aprel 2016-cı il tarixli, 22 nömrəli qərarı əsasında bank borcalana 15 aprel 2016-cı il tarixindən etibarən 6 ay müddətinə 15.000.000 (on beş milyon) manat məbləğində, illik 7 faiz dərəcəsi ilə, kredit xətti ( müxbir hesabın overdraftı) formasında sonuncu instansiya krediti verir. 1.2-ci bəndinə əsasən kredit 17 oktyabr 2016-ci il tarixinədək verilir. 1.4-cü bəndinə görə kredit üzrə faizlər şərti olaraq il 360 gün götürülməklə, borc qalığı məbləğinə kreditin faktiki istifadə olunduğu günlərin sayına görə hesablanır. 1.6-cı bəndinə əsasən kredit xəttinin qüvvədə olduğu müddətin sonuncu gününə borcalanın borc qalığı olduğu təqdirdə ödənilməmiş öhdəlik məbləğində tutma təminata yönəldilir. Bu zaman ödənilməmiş öhdəlik məbləği borc alanın bankda olan istənilən müxbir hesablarından mübahisəsiz qaydada silinir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı (ipoteka saxlayan),”Cavabdeh2” MMC (ipoteka qoyan) və QSC “Bank Standard” KB (borc alan) arasında 16 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə 05.03.2015-ci il tarixli İBQ15-1660/2 saylı ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü edilmiş aşağıdakı əmlaklar: “Cavabdeh2" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı, seriya RX, 0186556, reyestr N9 **********12-05101-083002, qeydiyyat **********, qeydiyyat tarixi: 12.06.2013); “Cavabdeh2" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzildir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı, seriya RX, 0186567, reyestr **********12-05101-093004, qeydiyyat **********, qeydiyyat tarixi: 12.06.2013). 1.2-ci bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 1.753.000 manat məbləğində qiymətləndirilmişdir. 1.3-cü bəndinə görə bu müqavilə əsasında ipoteka qoyulan əmlaklar 15 aprel 2016cı il tarixində Bakı şəhərində bağlanmış KBQ16-1839 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayanın borc alana kredit xətti formasında ayırdığı 15.000.000 manat məbləğində sonuncu instansiya kreditinin 17 oktyabr 2016-cı il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır. 1.4-cü bəndinə əsasən təmin olunmuş kredit xəttinin müddəti ipoteka saxlayan və borc alan arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırki ipoteka qüvvədə qalır və ipoteka qoyanın əlavə razılığı olmadan eyni şərtlərlə müddəti uzadılmış kredit xətti və onunla bağlı 1.3 bənddə göstərilən digər ödənişləri təmin edir. 2.3-cü bəndinə əsasən ipoteka predmetinin əldə edilməsi, istifadə olunması və saxlanması ilə bilavasitə və ya dolayısı ilə bağlı olan hər hansı sənədləri yoxlamağa "ipoteka saxlayanın hüququ vardır. ipoteka qoyan həmin sənədləri sorğu alınan gündən etibarən beş gün ərzində, ipoteka predmetinə yerində baxış keçirildikdə isə sənədləri dərhal təqdim etməlidir. 2.4-cü bəndinə görə ipoteka müqaviləsi müddəti ərzində ipoteka predmeti tam dəyərində saxlanmalı, zədələnmə risklərindən qorunmalı, salamatlığı təmin edilməli, o cümlədən üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə olunmalıdır. İpoteka predmetinin itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka qoyan ipoteka saxlayanı dərhal xəbərdar etməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, ünvan 4 ünvanında qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh2dir. Əsas öhdəliyin mahiyyəti və icra müddəti KBS16-1839 KM, 15.04.2016-cı il tarixli kredit müqaviləsi ilə müəyyən edilir. Daşınmaz əmlak dövlət reyestrində 122 nömrəli reyestr kitabının 11380 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, ünvan 4 ünvanında mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh2dir. Əsas öhdəliyin mahiyyəti və icra müddəti KBS16-1839 KM, 15.04.2016-cı il tarixli kredit müqaviləsi ilə müəyyən edilir. Daşınmaz əmlak dövlət reyestrində 657 nömrəli reyestr kitabının 60249 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı (ipoteka saxlayan),”xxxx” MMC (ipoteka qoyan) və QSC “Bank Standard” KB (borc alan) arasında 16 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə 15.03.2012-ci il tarixli İBO12-1428 saylı ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü edilmiş “xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksidir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı, seriya MA, 0280018, reyestr **********08-12301, qeydiyyat **********, qeydiyyat tarixi: 07.10.2011). 1.2-ci bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 19 400 000 (on doqquz milyon dörd yüz min) manat məbləğində qiymətləndirilmişdir. 1.3-cü bəndinə görə bu müqavilə əsasında ipoteka qoyulan əmlak 15 aprel 2016-cı il tarixində Bakı şəhərində bağlanmış KBS16-1839 saylı kredit müqaviləsinə əsasən "İpoteka saxlayan"ın "Borcalan"a kredit xətti formasında ayırdığı 15 000 000 (on beş milyon) manat məbləğində sonuncu instansiya kreditinin 17 oktyabr 2016-cı il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır. 1.4-cü bəndinə əsasən təmin olunmuş kredit xəttinin müddəti ipoteka saxlayan və borc alan arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırki ipoteka müqaviləsi qüvvədə qalır və ipoteka qoyanın əlavə razılığı olmadan eyni şərtlərlə müddəti uzadılmış kredit xətti və onunla bağlı 1.3 bənddə göstərilən digər ödənişləri təmin edir. 2.3-cü bəndinə əsasən ipoteka predmetinin əldə edilməsi, istifadə olunması və saxlanması ilə bilavasitə və ya dolayısı ilə bağlı olan hər hansı sənədləri yoxlamağa ipoteka saxlayanın hüququ vardır. İpoteka qoyan həmin sənədləri sorğu alınan gündən etibarən beş gün ərzində, ipoteka predmetinə yerində baxış keçirildikdə isə sənədləri dərhal təqdim etməlidir. 2.4-cü bəndinə görə ipoteka müqaviləsi müddəti ərzində ipoteka predmeti tam dəyərində saxlanmalı, zədələnmə risklərindən qorunmalı, salamatlığı təmin edilməli, o cümlədən üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə olunmalıdır. İpoteka predmetinin itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka qoyan ipoteka saxlayanı dərhal xəbərdar etməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh1dir. Əsas öhdəliyin mahiyyəti və icra müddəti KBS16-1839 KM, 15.04.2016-cı il tarixli kredit müqaviləsi ilə müəyyən edilir. Daşınmaz əmlak dövlət reyestrində 9 nömrəli reyestr kitabının 863 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 25.11.2016-cı il tarixli, **********56 saylı məktubundan müəyyən edilir ki, Cavabdeh1nə məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 6 ünvanında yerləşən əmlak kompleksinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 25.11.2016-cı il tarixli, **********55 saylı məktubundan müəyyən edilir ki, Cavabdeh2nə məxsus ünvan 4 saylı evin, - saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 25.11.2016-cı il tarixli, **********25 saylı məktubundan müəyyən edilir ki, Cavabdeh2nə məxsus ünvan 4 saylı qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” Kommersiya Bankı müflis elan edilmiş və iflas proseduruna başladılmışdır. Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli, ƏEM/İ 51-685/19 saylı mütəxəssis rəyinə əsasən 27 sentyabr 2019-cu il tarixinə Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış (likvid) dəyərinin 6.173.000 manat təşkil etməsi, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) dəyərinin 319.500 manat təşkil etməsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilin ilkin satış (likvid) dəyəri 685.000,0 (altı yüz səksən beş min) manat təşkil etməsi müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli, ES/001-023/20 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin 01 iyun 2020-ci il tarixinə ilkin satış qiymətinin 6.568.000 manat, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 01 iyun 2020-ci il tarixinə ilkin satış qiymətinin 788.100 manat və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahəsi olan mənzilin 01 iyun 2020-ci il tarixinə ilkin satış qiymətinin 1.159.000 manat təşkil etməsi müəyyən edilmişdir. “X7.” MMC tərəfindən verilmiş 17 may 2021-ci il tarixli, 02-QH-M/05-21 saylı qiymətləndirmə hesabatına əsasən Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında yerləşən daşınmaz əmlakın 28 aprel 2021-ci il tarixinə bazar dəyəri 13.849.337 manat, o cümlədən daşınmaz əmlak üçün 13.358.372 manat və əmlaka quraşdırılmış avadanlıqlar üçün 490.965 məbləğində müəyyən edilmişdir. Qiymətləndirilən əmlakın likvid dəyəri 10.018.779 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bank) ilə QSC “Bank Standard” KB (borc alan) arasında 02 fevral 2016-cı il tarixli, KBS16-1823 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Mərkəzi Bank QSC “Bank Standard” KB-yə 2 fevral 2016-cı il tarixindən etibarən 20.000.000 manat məbləğində, illik 3 faiz dərəcəsi ilə, kredit verilmişdir. Kreditin verilmə müddəti 27 yanvar 2017-ci ilədək müəyyən edilmişdir. Həmin müqavilə üzrə QSC “Bank Standard” KB-nin öhdəliyinin təminatı olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı (bank), Cavabdeh2 MMC (ipoteka qoyan) və QSC “Bank Standard” KB (borc alan) arasında bağlanmış 02 fevral 2016-cı il tarixli İBS16-1823/2 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi; Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzil və Azərbaycan Respublikası Mərkəzi Bankı (bank), Cavabdeh1 MMC (ipoteka qoyan) və QSC “Bank Standard” KB (borc alan) arasında bağlanmış 02 fevral 2016-cı il tarixdə İBS16-1823/3 saylı sonrakı ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Hazırda ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 2 fevral 2016-cı il tarixli, KBS16-1823 saylı kredit müqaviləsi üzrə mərkəzi banka əsas borcu 9.469.166,67 manat təşkil edir. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bank) ilə QSC “Bank Standard” KB arasında 15 aprel 2016-cı il tarixli, KBS16-1839 saylı kredit müqaviləsi bağlanmışd və həmin müqaviləyə əsasən Mərkəzi Bank QSC “Bank Standard” KB-yə 15 aprel 2016-cı il tarixindən etibarən 6 ay müddətinə 15.000.000 manat məbləğində, illik 7 faiz dərəcəsi ilə, kredit xətti ( müxbir hesabın overdraftı) formasında sonuncu instansiya krediti vermişdir. Həmin müqavilə üzrə QSC “Bank Standard” KB-nin öhdəliyinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı (ipoteka saxlayan), Cavabdeh2 MMC (ipoteka qoyan) və QSC “Bank Standard” KB (borc alan) arasında bağlanmış 16 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən “Cavabdeh2" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi;“Cavabdeh2" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzil və Azərbaycan Respublikası Mərkəzi Bankı (ipoteka saxlayan),”xxxx” MMC (ipoteka qoyan) və QSC “Bank Standard” KB (borc alan) arasında bağlanmış 16 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə 15.03.2012-ci il tarixli İBO12-1428 saylı ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü edilmiş “xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Hazırda ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 15 aprel 2016-cı il tarixli, KBS16-1839 saylı kredit kredit müqaviləsi üzrə mərkəzi banka əsas borcu 12.252.469,87 manat, faiz borcu 7.164 manat faiz borcu olmaqla, cəmi borcu 12.259.633,87 manat təşkil edir. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” AR Qanununun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması. 41.1-ci maddəsinə görə ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. 4.1-ci maddəsinə görə əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Beləliklə, işin yuxarıda göstərilən hallarına və qanunvericilik normalarına əsasən müəyyən edilir ki, borc alan QSC ”Bank Standard” KB 02 fevral 2016-cı il tarixli, KBS16- 1823 saylı və 15 aprel 2016-cı il tarixli, KBS16-1839 saylı kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliklərin vaxtında icrasını təmin etmədiyindən ipoteka saxlayan AR Mərkəzi Bankının “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, ididaçı AR Mərkəzi Bankı tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təmin edilmişdir. “Banklar haqqında” AR qanununun 81-ci maddəsinə əsasən ləğv prosesində banka qarşı tələblərin təminatları olan aktivlərin ləğvetmə proseduru çərçivəsində açıq hərracdan satılmalı olması, buna görə də işə məhkəmədə baxılmalı olmaması barədə üçüncü şəxs QSC “Bank Standard” KB-nin istinad etdiyi dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, “Banklar haqqında” AR qanununun istinad edilən maddəsinə görə aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir. Məhkəmə qeyd edir ki, istinad edilən normada ləğv prosesində olan banka məxsus olan və kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və ya bankın öz tələblərinin təminatı olan aktivlərin məhkəmədənkənar qaydada - ləğvetmə proseduru çərçivəsində satılması qaydası müəyyən edilmişdir. Hazırkı halda isə ipoteka predmeti olan əmlaklar cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə məxsus olmaqla ləğv prosesində olan QSC “Bank Standard” KBnin aktivi hesab edilmədiyindən həmin maddənin mübahisəli hüquq münasibətinə tətbiqi istisna edilir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetlərnə tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, Ləğv prosesində olan QSC “Bank Standard” KBnin 02.02.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə iddiaçı AR Mərkəzi Bankı qarşısında 9.469.166,67 manat kredit borcunun və 15.04.2016-cı il tarixli, KBS16- 1839 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 12.252.469,87 manat məbləğində əsas borc, 7.164 manat faiz borcu olmaqla, cəmi 12.259.633,87 manat məbləğində kredit borcunun, ümumilikdə 21.728.800,54 manat məbləğində borcun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilə tutma yönəldilməlidir. Həmin əmlaklar ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satılmalıdır, əmlakların satışından əldə olunmuş vəsait hesabına AR Mərkəzi Bankının borc tələbi və tutma yönəldilməsi ilə bağlı xərclər ödənilməli, satışdan artıq qalan məbləğlər isə müvafiq olarq ipoteka qoyanlara qaytarılmalıdır. Bununla yanaşı məhkəmə hazırkı iş üzrə mübahisəli ipoteka müqavilələrinin sonrakı ipoteka müqaviləsi olmasını, yəni tutmanın yönəldilməsi qət edilən ipoteka predmetinin əvvəllər digər öhdəliklərin icra edilməsinin təminatı olaraq ipoteka ilə yüklü edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetlərinnə tutma yönəldilməsi və əmlakın açıq hərracdan satılması həyata keçirilərkən “İpoteka” haqqında Qanunun 9.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə görə sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Bundan əlavə məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında mübahisə predmeti olan haldan biri ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış dəyəri ilə bağlıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadı ilə isə müəyyən edilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırması gedişində ipoteka predmetlərinin real bazar qiymət və likvid dəyərinin müəyyən edilməsi məqsədilə 3 mütəxəssis rəyi alınmışdır. “xxxx” MMC tərəfindən verilmiş 27.09.2019-cu il tarixli rəydə Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin 6.173.000 manat təşkil etməsi, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) dəyərinin 319.500 manat təşkil etməsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilin ilkin satış (likvid) dəyəri 685.000 manat olması müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 01.06.2020-ci il tarixli rəydə Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin 01 iyun 2020-ci il tarixinə ilkin satış qiymətinin 6.568.000 manat, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 01 iyun 2020-ci il tarixinə ilkin satış qiymətinin 788.000 manat və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahəsi olan mənzilin 01 iyun 2020ci il tarixinə ilkin satış qiymətinin 1.159.000 manat təşkil etməsi müəyyən edilmişdir. “X7.” MMC tərəfindən verilmiş 17 may 2021-ci il tarixli rəydə isə Cavabdeh1 MMCyə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında yerləşən daşınmaz əmlakın 28 aprel 2021-ci il tarixinə likvid dəyərinin 10.018.779 manat təşkil etməsi müəyyən edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin (likvid dəyəri) müəyyən edilməsi məsələsinə gəldikdə məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri sayır ki, məhkəmə araşdırması gedişində alınmış 3 mütəxəssis rəyindən ikisində müəyyən edilmiş ilkin satış qiymətləri əhəmiyyətli dərəcədə fərqlənmədiyi halda (“xxxx” MMC tərəfindən 6.173.000 manat, “xxxx” MMC tərəfindən 6.568.000 manat) sonuncu mütəxəssis rəyi ilə müəyyən edilmiş ilkin satış qiyməti (10.018.779 manat) əvvəlki rəylərlə müəyyən edilmiş qiymətlərdən kəskin surətdə fərqlənir (fərq təxminən üç milyon yarım manata bərabərdir). Belə olan halda məhkəmə “X7.” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etdiyini nəzərə alaraq həmin rəydə müəyyən edilmiş bazar qiyməti və likvid dəyəri ağlabatan hesab etmir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər tərəfdən məhkəmə xxxx” MMC tərəfindən mütəxəssis rəyinin 27.09.2019-cu il tarixdə, “xxxx” MMC tərəfindən mütəxəssis rəyinin isə 01.06.2020-ci il tarixdə verildiyini, eləcə daşınmaz əmlak bazarında qiymətlərin daim dinamikada olmasını nəzərə alaraq ipoteka predmetləri olan əmlakların likvid dəyərinin daha sonrakı (qətnamənin qəbul edildiyi tarixə daha yaxın) tarixdə verilmiş rəyə əsasən müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetləri olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 6.568.000 manat məbləğində; ünvan 1 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 788.000 manat məbləğində; ünvan 1 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilinin ilkin satış qiyməti 1.159.000 məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mütəxəssis rəylərinin alınmasına çəkilmiş xərclər cavabdehlərdən müştərək qaydada tutularaq - 800 manat məbləğində pul vəsaiti “xxxx” MMC-yə, 1000 manat məbləğində pul vəsaiti “xxxx” MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 02.02.2016-cı il tarixli KBS16- 1823 nömrəli kredit müqaviləsi üzrə iddiaçı AR Mərkəzi Bankı qarşısında 9.469.166,67 manat kredit borcunun və 15.04.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 12.252.469,87 manat məbləğində əsas borc, 7.164 manat faiz borcu olmaqla, cəmi 12.259.633,87 manat məbləğində kredit borcunun, ümumilikdə 21.728.800,54 manat məbləğində borcun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilə tutma yönəldilsin. Həmin əmlaklar ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satılsın, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 6.568.000 manat məbləğində; ünvan 1 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 788.000 manat məbləğində; ünvan 1 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilin ilkin satış qiyməti 1.159.000 məbləğində müəyyən edilsin. Əmlakların satışından əldə olunmuş vəsait hesabına AR Mərkəzi Bankının borc tələbi (ipotekanın qeydə alınması ardıcıllığı ilə əvvəl 02.02.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə borc tələbi, sonra isə 15.04.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə borc tələbi) və tutma yönəldilməsi ilə bağlı xərclər ödənilsin. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğ Cavabdeh1 MMC-yə qaytarılsın. ünvan 1 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğ Cavabdeh2 MMC-yə qaytarılsın. Mütəxəssis rəylərinin alınmasına çəkilmiş xərclər cavabdehlərdən müştərək qaydada tutularaq - 800 manat məbləğində pul vəsaiti “xxxx” MMC-yə, 1000 manat məbləğində pul vəsaiti “xxxx” MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-15/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-15/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver