Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1527/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərər tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının iştirakı olmadan, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu, Araz barı kəndi ərazisində 60 hek. torpaq sahəsində tikdiyi yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdiyi ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri 139.443 manat məbləğin "xxxx" MMC-in hesabından onun X14 və İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2000-ci ilin əvvələrində yaxından tanıdığı Biləsuvar rayon sakini X17 həmin rayonun Arazbarı kəndi ərazisində olan 60 hek.torpaq sahəsini qoyunculuğun inkişafı üçün icarəyə götürdüyünü, ama imkan olmadığına görə torpağı münbitləşdirə bilmədiyini bildirmişdir. Z.Məmmədovla aralarındakı razılamaya görə onlara məxsus iri və xırda buynuzlu heyvanları həmin torpaq sahəsində oğlu Ramillə birlikdə saxlamağa başlamış, gələcəkdə o torpağı qanuni əsaslarla öz adlarına keçirib əsaslı təsərrüfat yaradacaqlar. Bu məqsədlə 17 il ərzində o torpağa vicdanla qulluq edib münbitləşdirmiş, 3500 3x3 metrdən artıq dirina çəkilmiş, 3 otaqlı yaşayış evi tikilmiş, çobanlar üçün 2 otaqdan ibarət yaşayış evi, sanitar qovşaqlar, hamam istifadəyə verilmiş, 3 ədəd hər biri 10 metr uzunluğunda hovuz, 1 ədəd 15 metr uzunluğunda tövlə tikilib istifadəyə verilmişdir. Yaşayış, qeyri-yaşayış, tikilmiş digər obyektlərə elektrik xətləri, transoformator, su xətləri, aqro-texniki qurğular və sairə işlər görülmüşdür. Bu işlərin görülməsi üçün iddiaçı oğlu Ramillə birlikdə 150000 manata kimi pul xərcləmişdir. Həttda bu faktları Biləsuvar rayon Məhkəməsinin 2(0022)-44(2022) nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinində göstərildiyi kimi X17 özündə etiraf edərək 5 nəfər şahidlər xx.xx.2021-ci il tarixdə Zaminin yazdığı aktı imzalayıb təsdiq etmişlər ki, göstərilən torpaq üzərində tikilmiş yaşayış və qeyri-yaşayış sahələri, obyektlər, qurğular X25 ilə birlikdə tikilmişdir. O tikililərin sahibləri də onlardır. Torpaq sahəsində aparılan tikinti-quraşdırma işlərinin qiymətləndirilməsi üçün işə cəlb edilən ekspert belə bir rəy vermişdir ki, görülmüş işlərin cəmi 139943 manat qiymətləndirilir. Həmçinin cavabdeh torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahələrinə və qurğulara çəkilmiş vəsaitin ödənilməsi barədə tədbir görmür.
3. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd olunan torpaq sahəsi üzərində heç bir sənəddə və ya hər hansı formada bağlılığı görünmədiyindən məhkəmə mübahisəsinin subyekti kimi tanınmamışdır. Əgər iddiaçı müstəqil mübahisə subyekti kimi 2(022)-12/2022 №-li məhkəmə mübahisəsində iştirak etmiş olsa idi, Biləsuvar Rayon Məhkəməsinin mübahisəyə münasibətindən bu nəticəyə gələ bilinər ki, cavabdehin sahibliyində olan torpaq sahəsini zəbt etmiş və məhkəmə qətnaməsi ilə torpağı öz hesabına tamamilə boşaldaraq tərk etməsi öhdəliyi qoyulmuş şəxslər siyahısında İddiaçı və X26 da olacaqdır. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-12/2022 №-li qətnaməsindəki cavabdehin və şahidlərin izahatları ilə tanış olduqda aydın olur ki, İddiaçı öz iddia ərizəsində qeyd etmiş olduğu kimi “Azərsun Holdinq“ MMC-nin hərəkətləri nəticəsində ona dəymiş zərər yox, Cavabdeh MMC-dən heç bir reallığa və ya sübutlara əsaslanmayan artıq pul məbləği əldə etmək maraqlandırır. İddiaçının hazırki mübahisə üzrə məhkəməyə müraciətindəki əsl motivini Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(022)-44/2022 №-li qətnaməsində qeyd olunmuş X9 izahatından görmək mümkündür: "Cavabdeh Z.Ş.Məmmədov habelə bildirmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinin "Azərsun Holdinq” şirkətinin mülkiyyətinə verildiyi və həmin şirkətin onlardan mübahisəli torpaq sahəsini boşaltmalarını tələb etməsi barədə xəbər tutduqdan sonra onlara həmin sahənin onun təkbaşına sərəncamına verilməsini təklif etmişdir. Həmin vaxt İddiaçı mübahisəli torpaq sahəsində müxtəlif qanunsuz tikililər tikmək və kənar şəxsləri oraya köçürmək yolu ilə Cavabdehndən külli miqdarda pul vəsaiti alacağını bildirmiş və həmin şirkətdən alacağı pul vəsaitindən onlara da xeyli pay ayıracağını vəd etmişdir". (Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-44/2022 №-li qətnaməsi, s.4) Hazırkı məhkəmə mübahisəsinin əsası və predmeti Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022ci tarixli, 2(022)-44/2022 №-li qətnaməsində qeyd olunan məhkəmə mübahisəsinin əsası və predmeti ilə eynilik təşkil etməkdədir. Yalnız cavabdeh qismində çıxış edən şəxs dəyişdirilərək Cavabdeh MMC-yə çevrilmişdir. Yəni, iddiaçı eyni mübahisə əsası və eyni mübahisə predmeti ilə artıq ikinci dəfə məhkəməyə müraciət etməkdədir. Belə ki, iddiaçının hal-hazırda təqdim etmiş olduğu iddia ərizəsinin təmin edilməsi vahid məhkəmə təcrübəsi prinsiplərinə ziddir və yolverilməzdir. İddiaçının iddia ərizəsində əvəzini tələb etdiyi işlər cavabdehin razılığı və ya xəbəri olmadan icra edilmişdir. İddiaçı qanunsuz olaraq cavabdehin mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsində cavabdehin iradəsinə zidd olan işlər görmüşdür. Yəni, nəinki cavabdeh məhkəmə qətnaməsinə əsasən, dolayı yolla iddiaçını torpaq sahəsindən çıxarmaqla iddiaçıya hər hansı formada maddi ziyan vurmuş, cavabdehin sahibliyində olan torpaq ərazisində qanunsuz tikililər inşa etməklə iddiaçı cavabdehə maddi ziyan vurmuşdur. Həmin tikililərin sökülməsi, ərazinin yenidən səhmana salınması tikililərin qalıqlarının daşınması cavabdeh üçün əlavə xərclərin yaranması deməkdir. Məhz bu səbəbdən, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-12/2022 №-li qətnaməsi ilə X9 üzərinə qeyd olunanların öz hesabına sökülməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(022)- 44/2022 №-li qətnaməsində məhkəmənin mövqeyinə əsasən, başqa şəxsin mülkiyyətində olan, lakin qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş tikili və qurğulara görə çəkilmiş xərclərin əvəzinin həmin tikili və qurğuları inşa etdiyini iddia edən (qanunsuz inşa edən) tərəfin xeyrinə tutulması mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsində hər hansı tikili və qurğu inşa etmiş və aqrotexniki işlərin görülməsinə vəsait xərcləmişsə belə, İddiaçı həmin işləri hər hansı müqavilə olmadan, öz riski ilə həyata keçirmişdir. Belə olan halda, iddiaçının iddiası əsassızdır və və sözügedən iddia barəsində subyektiv hüququ yoxdur.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-1527/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı və X15 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata X18 münasibətdə xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununu müdafiə edərək və iddiaçının bu cür iddia qaldırmaq üçün sübyektiv hüququnun olmadığına və hazırki tələbə cavab verməli şəxs olaraq "xxxx" MMC cavabdehlik daşımadığı üçün iddia tələbinin rədd olunmasını xahiş etdi. III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Biləsuvar rayonu, Dövlət torpaq Fonduna daxil olan 1681.83 hektar torpaq sahəsi 99 il müddətinə xx.xx.2006-cı il tarixli 17 saylı Torpaq icarəsi müqaviləsi əsasında Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmişdir. Torpaq sahəsi Cavabdeh MMC-nin adına 17 iyun 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Biləsuvar rayonu, Dövlət torpaq Fonduna daxil olan 262.1603 hektar torpaq sahəsi 99 il müddətinə Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmişdir. Torpaq sahəsi Cavabdeh MMC-nin adına 29 iyun 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
11. X17, İddiaçı, X19, X20, X24, X16 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, X21 ona məxsus olan Biləsuvar rayon Arazvari kənd ərazisində yerləşən 60 ha Kənd Təsərrüfatı Nazirliyinin Bjləsuvar rayon Damazlıq təsərrüfatı müqavilə 2000-ci ildə torpaq sahəsi götürmüşdür. Həmin torpaq sahəsini Abadlaşdırmaq və əkin üçün yararlı vəziyyətə salınaq üçün maddi imkanı yox idi. Ona görə də İddiaçı ilə razılaşaraq ona 2014-cü ildən 2024-cü ilə qədər etibarnamə vermişdir. O da Bakıdakı fermasında südçülük, inəklər saxlamaq üçün yem bazası yaratmaq məqsədi ilə 60 hektarda arpa və yonca əkmişdir. Həmin torpaq sahəsini yem bazası kimi biznes planında göstərərək İqtisadiyyat Nazirliyi yanında sahibkarlara kömək fondundan 50 min manat pul kredit götürmüşdür. Ramil bu günə qədər həmin 60 ha torpağın ərazisinə onun, X6, X10, X11, X12 iştirakı ilə 3500 metr 3x3-ə şor kanal, yerin səthinin hamarlanması, suvarma sisteminin yararlı hala gətirilməsi, bu axının əkilməsi, keçidlərə borunun qoyulması, əraziyə elektrik xəttinin çəkilməsi, İddiaçı şəhid atası, özü qalması üçün 3 otaq daş ev tikdirmişdir. Daşdan hamam-tualet, çobanın qalması üçün 2 otaq ev tikdirmişdir. 3 ədəd hərəsi 10 metr uzunluğunda bir tövlə tikilmişdir. Əlavə olaraq 15 m uzunluğunda bir tövlə tikilmişdir. Əli Hüseynov öz vəsaiti hesabına qoyunların yemlənməsi üçün daşdan 15 metr uzunluqda hamam tikdirmişdir. Bütün xərcləri İddiaçı atası öz şəxsi hesabına başa çatdırmışdır.
12. Azərbaycan Respublikası "xxxx" MMC-nin MB-15/1497 nömrəli xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Biləsuvar rayonu, Arazbari kənd ərazisində 60,0 ha torpaq sahəsi üzərində aparılmış tikinti və abadlaşdırma xərcləri 10 noyabr 2022-ci il tarixə 139943 manat təşkil etmişdir.
13. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiasının təmin edilməsi, X9 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2010-cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262.1603 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, C204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən şimal-qərb hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X9 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X4 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2010- cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262.1603 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, C-204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən cənub-qərb hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X4 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X7 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2010-cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262.1603 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, C204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən cənub-şərq hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X7 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X8, X3 və X5 məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik və mütəxəssis rəyinin verilməsinə sərf edilmiş 1.255 (bir min iki yüz əlli beş) manat məbləğində pul vəsaitinin Cavabdeh xeyrinə müştərək qaydada tutulması, X8, X3 və X5 iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə müştərək qaydada tutulması qət edilmişdir.
14. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Əİi oğlunun X13 qarşı vurulmuş maddi zərərin əvəzi qismində 150.000 manat və mənəvi ziyanın əvəzi qismində 20.000 manat, cəmi 170.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilmiş, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun İddiaçı Əİi oğluna aid edilməsi qət edilmişdir.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Əİi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 44/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin İddiaçı Əİi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. 15.10.2014-cü il tarixli etibarnamədən görünür ki, X21 tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixinə kimi özünün bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və sair səlahiyyətlər verilmişdir.
17. İşdə olan AZ-İİ392241 saylı, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
19. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və X2 rayonu, Arazbarı kəndində yerləşən 60 hektar torpaq sahəsi üzərində tikinti və müxtəlif abadlaşdırma işləri aparmış və onlar tərəfindən keçirilmiş qiymətləndirmə əsasında tikinti və abadlaşdırma xərcləri 10 noyabr 2022-ci il tarixinə 139943 manat təşkil etmişdir. Qanuni qüvvəsini almış Biləsuvar Rayon Məhkəməsinin 2(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli ərazi əslində əmlak hüququ əsasında Cavabdeh adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin torpaq sahəsində Z.Ş.Məmmədov və qeyriləri tərəfindən qanunsuz inşa edilmiş tikililərin məhz Z.Ş.Məmmədovun vəsaiti hesabına sökülməsi barədə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 44/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, İddiaçı Əİi oğlu iddia tələbinin əsası kimi cavabdeh tərəfindən notariat qaydasında təsdiq olunmaqla, verilmiş etibarnaməyə istinad etsə də, etibarnamə hər hansı öhdəliklərin yaranma əsası deyildir. Digər tərəfdən isə şəxsin hər hansı daşınmaz əmlakı digər şəxsin mülkiyyətinə, icarəsinə, yaxud istifadəsinə verməsi üçün qeyd olunan əmlak üzərində yalnız istifadə hüququnun olması kifayət deyil. Bunun üçün əmlak üzərində mülkiyyət hüququnun olması və belə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, yaxud ilkin icarə müqaviləsində subicarənin nəzərdə tutulması zəruridir. Cavabdeh isə yuxarıda da qeyd olunduğu kimi belə hüquqa malik olmamışdır. M.Ə.Sabir adına qoyunçuluq üzrə DDKTJ ilə X21 arasında bağlanmış 06 iyun 2007-ci il tarixli müqavilənin İddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədi kimi götürüldüyü qəbul edilsə belə, həmin müqavilənin 1-ci hissəsinin 4-cü bəndində Z.Ş.Məmmədovun icarəyə götürdüyü örüş sahəsini digər tərəfə icarəyə vermək hüququnun olmadığı göstərilmişdir. Beləliklə qeyd olunanlara əsasən, İddiaçı Əİi oğlunun iddia tələbi rədd edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 231/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda qeyd olunan qətnamələr qanuni qüvvələrini almışdır. Eyni zamanda, iş materialların əlavə edilmiş materiallar ilə mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilməsi və hazırda onun sahibliyində olması öz əksini tapmışdır.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılmasına dair 111-ci maddəsinə əsasən:
21. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
22. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
23. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
24. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Ümumiyyətlə, mülki qanunvericilikdə öhdəliklərin əmələ gəlmə əsasları aşağıdakı kimi fərqləndirilmişdir:
28. - müqavilədən əmələ gələn öhdəliklər;
29. - qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma);
30. - mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər.
31. Hər hansı bir öhdəliyin yaranması üçün yuxarıda göstərilən əsaslardan biri mövcud olmalıdır, yəni, öhdəliyin həm müqavilə üzrə, həm də digər əsaslarla əmələ gəlməsi mümkün deyildir.
32. Hazırkı iddianın predmetini Biləsuvar rayonu, Araz barı kəndi ərazisində 60 hek. torpaq sahəsində tikdiyi yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdiyi ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri 139.443 manat məbləğin "xxxx" MMC-dən tutulması təşkil edir.
33. İddiaçı iddianın faktiki əsası kimi həmin torpaq sahəsində müxtəlif tikintiyenidən qurma işləri apardığını və həmin işlərin görülməsinə vəsait xərclədiklərini və buna dair mütəxəssis rəyi olduğunu, hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
35. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
38. İşdən göründüyü kimi iddiaçının tikinti apardığı iddia etdiyi torpaq sahəsi üzərində cavabdeh hüquqi şəxsin hüquqları Dövlət tərəfindən tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və iddiaçıya aid olmayan torpaq sahəsindən qanunsuz istifadə edilməsi nəticəsində dəymiş ziyanı qanuni sahibindən tələb edir.
39. Halbuki iddiaçının iddia tələbini yönəltdiyi cavabdeh həmin torpaq sahəsinin qanuni sahibidir. Eyni zamanda işin hallarından da ona hər hansı ziyanın dəyilməsi və ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması müəyyən edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
41. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
42. Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
43. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
46. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə hesab edir ki, iddia tələbi tam rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Biləsuvar rayonu, Arazbarı kəndi ərazisində 60 hektar torpaq sahəsində tikdikləri yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdikləri ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri 139443 manat məbləğin "xxxx" MMC-nin hesabından İddiaçı xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova