Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1592/2020 18.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən “xxxx” ASC-nin balansında olan 550 kv.m-lik sahəyə görə xx.xx.2018-ci il tarixdə Cavabdeh1 ilə arasında bağlanan müqaviləyə xitam verilməsi, cavabdehdən icarə haqqı kimi 4200 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən “xxxx” ASC-nin idarə heyətinin sədri kimi xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh1 müəssisənin ərazisində yerləşən və müəssisənin balansında olan sahəsi 550 kv.m olan tikililəri icarəyə vermişdir. Cavabdeh hər ay icarəyəö götürdüyü tikililərdən istifadəyə görə 350 manat icarə haqqı ödəməli olduğu halda bu günə kimi bir manat belə ödəməmişdir. Ona dəfələrlə şifahi xəbərdarlıq edilsə də, o, xəbərdarlığa məhəl qoymamışdır. Müqavilənin müddəti başa çatmış olduğu üçün ona iki dəfə yaşadığı ünvana xəbərdarlıq məktubu göndərilmişdir. Lakin bu məktublara cavab gəlməmişdir. İcarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin müddəti bitdikdən sonra icarəyə götürən sahəni onlara təhvil verməlidir. Lakin cavabdehin harada olması məlum olmadığından sahənin ondan təhvil alınması mümkün olmur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-560/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən, İddiaçı ASC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1592/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 əsl Cavabdeh2 MMC ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən icarə haqqı kimi 8400 manat pulun Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsiX2 oğlu iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı və nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1592/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - icarəyə verən İddiaçı ASC və icarədar Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə icarəyə verən müqavilənin 3-cü bəndində göstərilən mülkü (bundan sonra icarə sahəsi adlanacaq) müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlər ilə icarədarın istifadəsinə verməyi, icarədar isə həmin mülkü sahəni istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı verməyi öhdəsinə götürür. İcarə sahəsi ünvan 1 ünvanında yerləşir. Müqaviləyə əsasən icarəyə verilən mülkilərin ümumi sahəsi 550 kv.m təşkil edir. İcarəyə götürülən sahə icarədar tərəfindən sex və anbar kimi fəaliyyət göstərməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən icarə sahəsinin istifadəsinə görə hər bir ay üçün icarə haqqı 350 (üç yüz əlli) manat müəyyən edilir. Yuxarıda göstərilən məbləğ (icarə vergisindən əlavə) icarədar tərəfindən icarəyə verənə müqavilə bağlandığı tarixdən başlayaraq hər ay ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh2 MMC arasında xx xxxxxxx 2018-ci il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bu müqaviləyə görə icarəyə verən müqavilənin 3-cü bəndində göstərilən ünvan 1 ünvanında yerləşən mülkü müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlər ilə icarədarın istifadəsinə verməyi, icarədar isə həmin mülkü sahəni istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən icarə sahəsinin istifadəsinə görə hər bir ay üçün icarə haqqı 350 (üç yüz əlli) manat müəyyən edilir. Yuxarıda göstərilən məbləğ (icarə vergisindən əlavə) icarədar tərəfindən icarəyə verənə müqavilə bağlandığı tarixdən başlayaraq hər ay ödənilir. Lakin cavabdeh tərəfindən qeyd edilən icarə müqaviləsi üzrə ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı öz öhdəliyini yerinə yetirib müqavilədə göstərilən sahəni cavabdehin istifadəsinə versə də, cavabdeh tərəfindən müqavilədə qeyd edilən məbləğ ödənilməmişdir. Cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya 8400 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 MMC-dən xx xxxxxxx 2018-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 MMC-dən xx xxxxxxx 2018-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(113)-1592/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №2-2(113)-1592/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver