Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1599/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14369 manat əsas borc, pul vəsaitinin qanunsuz saxlanılmasına görə 1149,52 manat faiz borcunun, cəmi 15518,52 manat vəsaitin, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş 137 manat dövlət rüsumunun, ümumilikdə 15655,52 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-87/2024 saylı qərardadı ilə hazırkı işi məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi qərara alınıb. Kommersiya işinin materiallarından görünür ki, mülki iş kimi icraata qəbul edilib baxılandan sonra araşdırma zamanı kommersiya mübahisəsi olduğu aşkar olunduğu üçün məhkəmə kommersiya məhkəməsinə göndərib. Lakin, məhkəməyə daxil olan sənədlərdən görünür ki, iddia tələbi kommersiya işi üzrə qanunvericiliyin tələbinə riayət edilərək məhkəməyə təqdim edilməyib. Ona görə də, aşağıda göstərilən əsaslara görə hesab edirəm ki, kommersiya işi MPM-nin 152.1.10-cu maddəsinə əsasən həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədiyi üçün geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.10-cu maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kommersiya işində olan materiallardan görünür ki, hər iki tərəf sahibkar statusunda olduğu üçün Nərimanov rayon Məhkəməsində işə baxılması dayandırılmış və aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilmişdir. Kommersiya işlərində isə pretenziya, iddia ərizəsinin surəti məhkəməyə müraciət edilmədən əvvəl elektron qaydada, onlayn kargüzarlıq vasitəsilə cavabdehə göndərilir. Hazırkı kommersiya işinin içində isə pretenziya məktubu yoxdur, elektron qaydada (onlayn kargüzarlıq vasitəsilə) qarşı tərəfə göndərilməyib, həmçinin iddia ərizəsinin surəti də onlayn kargüzarlıq vasitəsilə göndərilməsi öz təsdiqini tapmır. Həmçninin kommersiya işinin materialları MPM-nin tələblərinə uyğun formada elektron kabinetə yerləşdirilməmişdir.Bu isə sübutların tədqiqini çətinləşdirir. Məhkəmə iclasında İddiaçı cavabdeh tərəfindən verilmiş vəsatətə etiraz etmədiyini, iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılmasına etirazının olmadığını bildimişdir. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, 28 dekabr 2018-ci il tarixdə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və o, həmin ilin dekabrın 30-da qüvvəyə minmişdir. Bu Qanunla MPM-ə əlavə edilmiş 10-1.3-cü maddəyə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Beləliklə, hazırkı iş üzrə iddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət etməmiş, MPM-in tələbləri pozulmuşdur. Bundan əlavə iş materiallarına iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən təsdiq edən sənəd əlavə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259- 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №2-2(113)-1599/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1599/2024
02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver