Məhkəmə qərarları › İş №2-2(113)-1655/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1655/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1655/2020 18.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dairiddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Dövlət Komitəsi Cavabdeh ASC-yə qarşı “icarə haqqının tutulması” tələbinə dairiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 18656 (on səkkiz min altı yüz əlli altı) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq (VÖEN:**********) Komitənin Azərbaycan Respublikası Mərkəzi X1 AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T.bik NABZAZ2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 425/419 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yuxarı Dairəvi küçəsi, 212 ünvanındakı əmlak kompleksinin yerləşdiyi, dövlət mülkiyyətində olan 11202,9 kv.m torpaq sahəsi Cavabdeh ASC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 18656 manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2019-cu il tarixli **********33 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-1655/2020 nömrəli qərardadı ilə X5 Dövlət Komitəsi əsl iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən icarə haqqı borcu üzrə 56851 (əlli altı min səkkiz yüz əlli bir) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN:**********) Azərbaycan Respublikası Mərkəzi X1 AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T.bik NABZAZ2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsiX8 oğlu ərizənin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 icarə borcunun olduğunu və hissə-hissə ödəmək imkanında olduqlarını bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarına əlavə olunmuş: -Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsi və Cavabdeh ASC arasında Özəlləşdirilən müəssisə və obyektlərinin habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 425/419 nömrəli xx xxxxxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, icarəyəverənin icarəyə verdiyi ünvan 2 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 11202,9 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən, torpaq sahəsinin illik icarə haqqı 47310,0 manat, aylıq icarə haqqı isə 3942,5 manatdır. Müqavilənin 3.2-ci bəndinə əsasən, icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10dan gec olmayaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına ödənilməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə ilə icarə müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixədək müəyyən edilir. -Cavabdeh ASC-nin şəxsi hesab vərəqindən görünür ki, xx.xx.2020-ci il tarixinə Yuxarı Dairəvi küçəsi 212 ünvanına görə icarə borcu 56850,55 manat təşkil edir. -Cavabdeh ASC-nin şəxsi hesab vərəqindən görünür ki, xx.xx.2020-ci il tarixinə Yuxarı Dairəvi küçəsi 212 ünvanına görə icarə borcu 52793,05 manat təşkil edir. -xx xxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi cavabdeh "Cavabdeh” ASC-dən xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2019-cu il tarixin 19713,05 manat məbləğində icarə haqqının 7 gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə qanunverciliklə müəyyən edilmiş tədbirlərin tətbiq ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsi və Cavabdeh ASC arasında 425/419 nömrəli xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsinin icarəyə verdiyi ünvan 2 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 11202,9 kv.m torpaq sahəsi icarəçi Cavabdeh ASC tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, torpaq sahəsinin illik icarə haqqı 47310,0 manat, aylıq icarə haqqı isə 3942,5 manat olaraq razılaşdırılmışdır. Cavabdeh ASC-nin şəxsi hesab vərəqinə əsasən, xx.xx.2020-ci il tarixinə Yuxarı Dairəvi küçəsi 212 ünvanına görə icarə borcu 52793,05 manat məbləğindədir. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi icarə borcunun olduğunu qəbul etmiş, lakin hazırda borcu tam ödəmək iqtidarında olmadıqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 710.1-ci maddəsinə əsasən, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən, icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən, icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən, icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən, icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Məhkəmə qeyd edir ki, tərəflər arasında torpaq sahənin icarəsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini lazımi qaydada yerinə yetirmiş, lakin cavabdeh torpaq sahəsindən istifadə etməsinə baxmayaraq icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqını iddiaçıya tam və vaxtında ödəməmişdir. xx.xx.2020-ci il tarixinə 52793,05 manat məbləğində ödənilməmiş icarə haqqı borcu qalmışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 425/419 nömrəli xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh ASC-dən 52793,05 manat (əlli iki min yeddi yüz doxsan üç manat beş qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ((VÖEN:**********) Azərbaycan Respublikası Mərkəzi X1 AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T.bik NABZAZ2C) xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 425/419 nömrəli xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh ASC-dən 52793,05 manat (əlli iki min yeddi yüz doxsan üç manat beş qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ((VÖEN:**********) Azərbaycan Respublikası Mərkəzi X1 AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T.bik NABZAZ2C) xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar