Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-17/2020 26.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi ilə, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı X6 cavabdehlər Cavabdeh1nə və “xxxxxxxx” X1rşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı X8 (ləğv prosesində olan İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və “xxxxxxxx” X3 (“xxxxxxxx” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və “xxxxxxxx” MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 113051,05 manat (yüz on üç min əlli bir manat beş qəpik), faiz borcu üzrə 61460,21 manat (altmış bir min dörd yüz altmış manat iyirmi bir qəpik), cərimə borcu üzrə 51449,03 manat (əlli bir min dörd yüz qırx doqquz manat, üç qəpik) olmaqla, cəmi 225960,29 manat (iki yüz iyirmi beş min doqquz yüz altmış manat iyirmi doqquz qəpik); Cavabdeh1 MMC-dən xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 231795,41 manat (iki yüz otuz bir min yeddi yüz doxsan beş manat qırx bir qəpik), faiz borcu üzrə 118203,99 manat (yüz on səkkiz min iki yüz üç manat doxsan doqquz qəpik), cərimə borcu üzrə 95807,20 manat (doxsan beş min səkkiz yüz yeddi manat iyirmi qəpik) olmaqla, cəmi 445806,60 manat (dörd yüz qırx beş min səkkiz yüz altı manat altmış qəpik), iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh «Cavabdeh1” MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinə əsasən «Cavabdeh1” MMC-yə dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə İddiaçı ASC tərəfindən 45 ay müddətinə illik 17% olmaqla 150000 manat, 37k/12 nömrəli, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə illik 17 % olmaqla 48 ay müddətinə 360000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə “xxxxxxxx” MMC arasında xx xxxxxx 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 37k/12 nömrəli, xx xxxx 2012ci il tarixli kredit müqaviləsinin təminatı olaraq «Cavabdeh1” MMC ilə İddiaçı ASC arasında həmin tarixdə 10 ədəd Shacman SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, şassi nömrəsi LZGCL2M42CX011910, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011907, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011905, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011906, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011911, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011908, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011913, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011914, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011912, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011909, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri girov predmeti kimi banka təqdim edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozulmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehlər Cavabdeh1 MMC və “xxxxxxxx” MMC-yə şifahi və yazılı xəbərdarlıqlar olunsa da, borcun qaytarılması istiqamətində hər hansı addım atılmamışdır. «Cavabdeh1” MMC-nin yuxarıda qeyd olunan müqavilələr üzrə iddia tələbində göstərilən məbləğdə borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən X2 İddiaçı ASCnin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448, 449cu maddələrinə, borclu ilə bağlanmış kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borclu öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borclunun kreditor qarşısında məsuliyyəti yaranır. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və “xxxxxxxx” MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 113051,05 manat (yüz on üç min əlli bir manat beş qəpik), faiz borcu üzrə 61460,21 manat (altmış bir min dörd yüz altmış manat iyirmi bir qəpik), cərimə borcu üzrə 51449,03 manat (əlli bir min dörd yüz qırx doqquz manat üç qəpik) olmaqla, cəmi 225960,29 manat (iki yüz iyirmi beş min doqquz yüz altmış manat iyirmi doqquz qəpik); cavabdeh Cavabdeh1 MMC-dən xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 231795,41 manat (iki yüz otuz bir min yeddi yüz doxsan beş manat qırx bir qəpik), faiz borcu üzrə 118203,99 manat (yüz on səkkiz min iki yüz üç manat doxsan doqquz qəpik), cərimə borcu üzrə 95807,20 manat (doxsan beş min səkkiz yüz yeddi manat iyirmi qəpik) olmaqla, cəmi 445806,60 manat (dörd yüz qırx beş min səkkiz yüz altı manat altmış qəpik), iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqının tutulması və tutmanın xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli girov müqaviləsi ilə banka girov qoyulmuş 10 ədəd SHACMAN SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, 90JT901, 90JT/902, 90JT903, 90JT904, 90JT905, 90JT906, 90JT907, 90JT908, 90JT909, 90JT910 dövlət qeydiyyat nişanlı yük avtomobillərinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC və “xxxxxxxx” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlər Cavabdeh1 MMC və “xxxxxxxx” MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 201(81)- 1404/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, X2 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. xx xxxx 2012-ci il tarixli, 37K/12 saylı təminatlı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə «Cavabdeh1” MMC-yə 37k/12 nömrəli, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 17 % olmaqla 48 ay müddətinə 360000 manat kredit verilmişdir. xx xxxx 2012-ci il tarixli, 37K/12 saylı girov müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün «Cavabdeh1” MMC-nin mülkiyyətində olan 10 ədəd Shacman SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, şassi nömrəsi LZGCL2M42CX011910, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011907, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011905, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011906, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011911, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011908, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011913, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011914, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011912, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011909, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri girov predmeti kimi banka girov qoyulmuşdur. Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflərin razılığı ilə girov predmetinin hər biri 60000 manat olmaqla, 600000 manat dəyərində qiymətləndirilmişdir. xx xxxxxx 2012-ci il tarixli, 81K/12 saylı təminatlı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə «Cavabdeh1” MMC-yə 45 ay müddətinə illik 17% hesablanmaqla, 150000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2012-ci il tarixli, 81K/12 saylı təminatlı kredit müqaviləsinin təminatı olaraq bank İddiaçı ASC ilə zamin “xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsindən görünür ki, qeyd olunan müqaviləyə əsasən zamin “xxxxxxxx” MMC borc alan Cavabdeh1 MMC ilə bank arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 81K/12 saylı kredit müqaviləsinə əsasən llik 17% olmaqla, 150000 manat məbləğində vəsaitin, hesablanmış faizlərin və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin durur. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən borc alan tərəfndən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və borc alan bank qarşısında eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminlik borc alan tərəfindən kredit müqavilələri üzrə aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin edir; kredit və digər ödənişlərin kredit müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; kredit müqaviləsinə əsasən dəbbə pulu, cərimələrin və banka vurulmuş zərərin ödənilməsi; kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və lazımi qaydada icra edilməməsi nəticəsində banka borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi. xx.xx.2017-ci il tarixli, 2270 saylı maliyyə arayışından görünür ki, «Cavabdeh1” MMCnin ləğv prosesində olan İddiaçı X7 xx xxxx 2012-ci il tarixli, 37K/12 saylı kredit müqaviləsi üzrə maliyyə arayışı təqdim olunan xx.xx.2017-ci il tarixə əsas borcu 231795,41 manat, faiz borcu 118203,99 manat, cərimə borcu 95807,20 manat, müqavilənin bitmə tarixinə əsas borcu 231795,41 manat, faiz borcu 71902,61 manat, cərimə borcu 61086,59 manat olmuşdur. xx.xx.2017-ci il tarixli, 2269 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 MMCnin ləğv prosesində olan İddiaçı X7 xx xxxxxx 2012-ci il tarixli, 81K/12 saylı kredit müqaviləsi üzrə maliyyə arayışı təqdim olunan xx.xx.2017-ci il tarixə əsas borcu 113051,05 manat, faiz borcu 61460,21 manat, cərimə borcu 51449,03 manat, müqavilənin bitmə tarixinə əsas borcu 113051,05 manat, faiz borcu 38290,24 manat, cərimə borcu 33571 manat olmuşdur. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, yuxarıda qeyd olunan nəqliyyat vasitələri Cavabdeh1 MMC-nin mülkiyyətindədir. AR DİN BDYPİ tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli İpoteka Müqaviləsinin qeydiyyatı ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən edilmiş AA seriyalı 043963 nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 MMC tərəfindən mülkiyyətində olan SHACMAN SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, 90JT901, 90JT902, 90JT903, 90JT904, 90JT905, 90JT906, 90JT907, 90JT908, 90JT909, 90JT910 dövlət qeydiyyat nişanlı yük avtomobilləri xx xxxx 2012-ci il tarixli, 37K/12 saylı müqavilə üzrə ipoteka saxlayan İddiaçı X6 xeyrinə ipoteka ilə yüklü edilmiş və bu hal AR DİN BDYPİ tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli 2283 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsinə dair xəbərdarlıq edilmiş, tutmanın girov predmetlərinə yönəldilməsi proseduruna başlayacağı bildirilmişdir. Cavabdeh “xxxxxxxx” MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və “xxxxxxxx” MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası iddia müddəti keçdikdən sonra verildiyindən, iddia müddətini tətbiq etməklə, iddianın “xxxxxxxx” MMC-yə münasibətdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1106 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları, "Cavabdeh1" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri və xx.xx.2012-ci il tarixli, 81K/12 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "Cavabdeh1" MMC-nin İddiaçı ASC-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: xx.xx.2016-cı il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixinə) əsas borc 113,681,37 manat, faiz borcu 41.068,76 manat, bundan başqa, xx.xx.2019-cu il tarixə (iddia tələbinin artırılmasına dair ərizə verilən tarix) əsas borc 113681.37 manat, faiz borcu 56905,21 manat təşkil edir. Bundan başqa, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları, "Cavabdeh1" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri və xx.xx.2012-ci il tarixli 37K/2Q12 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "Cavabdeh1" MMC-nin İddiaçı ASC-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: xx.xx.2016-cı il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixinə) əsas borc 230656,36 manat, faiz borcu 80605,86 manat, bundan başqa, xx.xx.2019-cu il tarixə (iddia tələbinin artırılmasına dair ərizə verilən tarix) əsas borc 230656,36 manat, faiz borcu 112385,18 manat təşkil edir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 81k/12 nömrəli və xx.xx.2012-ci il tarixli 37k/12 nömrəli təminatlı kredit müqavilələri üzrə dəbbə pulu bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank dəbbə pulu hesablamamışdır. Bu səbəbdən də hazırkı tədqiqatla «Cavabdeh1” MMC-yə dəbbə pulu hesablanmır. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC ilə «Cavabdeh1” MMC arasında bağlanmış təminatlı kredit müqavilələri əsasında «Cavabdeh1” MMC-yə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə «Cavabdeh1” MMC arasında yuxarıda qeyd olunan girov müqaviləsi, “xxxxxxxx” MMC ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə kreditor müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər bağladıqları müqavilələr üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Ona görə də iddiaçının hazırkı tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqavilələrə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borc hissəsində xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsinə münasibətdə qismən əsaslı olduğundan qismən, ikinci müqaviləyə münasibətdə isə tam təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-dən əsas borc üzrə 231795,41 manat, xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC və “xxxxxxxx” MMC-dən əsas borc üzrə 113051,05 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Ekspert rəyindən göründüyü kimi, xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya olan əsas borc 230656,36 manat, xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsi üzrə isə əsas borc 113681.37 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci müqaviləyə münasibətdə tələb əsas borc hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə), ikinci müqaviləyə münasibətdə isə tam (ekspert rəyində artıq göstərilsə də, tələbdən kənara çıxılmadığından iddia tələbində göstərilən məbləğdə) təmin olunmalıdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi faiz borcu hissəsində də qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı X8 Cavabdeh1 MMC-dən faiz borc üzrə xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsinə əsasən 118203,99 manat, xx.xx.2012-ci il tarixli, 81K/12 kredit müqaviləsinə əsasən 61460,21 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarından görünür ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Ekspert rəyindən göründüyü kimi, müqavilə müddətinin sonuna cavabdehin ləğv prosesində olan İddiaçı X7 faiz borcu xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsinə əsasən 80605,86 manat, xx.xx.2012-ci il tarixli, 81K/12 kredit müqaviləsinə əsasən 41068,76 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, hər iki müqaviləyə münasibətdə ekspert rəyində göstərilən müqavilə müddətinin sonuna olan faiz borcu əsas götürülməklə tələb faiz borcu hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə) təmin olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli və xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli 5.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilimiş borc yarandığı gündən hər gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən iddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 95807.20 manat, 37K/12 nömrəli və xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsi üzrə 51449.03 manat cərimənin cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 10000 manat, 37K/12 nömrəli və xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsi üzrə 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə cavabdeh “xxxxxxxx” MMC-nin zamin kimi ona münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcələsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqdazaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Yuxarıda qeyd olunan zaminlik müqaviləsi İddiaçı ASC ilə «Cavabdeh1” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Həmin kredit müqaviləsinin 14.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir. Bu müqavilə, müddətsiz olaraq qüvvədə olacaq və 11-ci bəndlər istisna olmaqla, bu müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirdiyi tarixədək qüvvədə olması tərəflər arasında razılaşdırılmışdır. Eyni zamanda İddiaçı ASC ilə zamin “xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsinin qüvvədə olma müddətinə dair müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı an qüvvəyə minir və bu müqavilənin 7.2-ci bəndində və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqaviləyə aşağıdakı hallarda xitam verilir: Borc alan kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra; Zamin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra. Göründüyü kimi, zamunlik müqaviləsi üzrə tərəflər müqavilə azadlığı, könüllülük prinsiplərinə müvafiq olaraq həmin müqavilənin qüvvədə olma müddətini borc alan və ya zaminin kredit müqavilələri üzrə öhdəliklərinin tam icrası ilə şərtləndirmişlər. xx xxxxxx 2012-ci il tarixli, 81ZA/12 nömrəli müqavilənin qüvvədə olma müddəti xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinin qüvvədə olma müddəti ilə əlaqələndirilmiş və müqavilənin qüvvədən düşməsi anı tərəflərin öhdəliklərini tam yerinə yetirdiyi tarixədək müəyyən edilmişdir. Müqavilələr üzrə öhdəliklər tam icra edilməmişdir. Belə olan halda zaminlik müqaviləsinin qüvvədə olma müddəti həmin müavilənin 7.2-cı bəndi üzrə müəyyən edilməlidir. Ona görə də məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsassız hesab edir və belə nəticəyə gəlir ki, xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsi üzrə borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia tələbinin bir hissəsini xx.xx.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsi üzrə borcun İddiaçı ASC ilə «Cavabdeh1” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli girov müqaviləsi ilə banka girov qoyulmuş 10 ədəd SHACMAN SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, 90JT901, 90JT/902, 90JT903, 90JT904, 90JT905, 90JT906, 90JT907, 90JT908, 90JT909, 90JT910 dövlət qeydiyyat nişanlı yük avtomobillərinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 281.2-ci maddəsinə əsasən əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə əsasən girov predmetlərinə tutmanın yönəldilməsi qaydasına əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da iddiaçının girov predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı hazırda tutmanın girov predmetlərinə yönəldilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də əsaslı olduğundan təmin edilməli, xx.xx.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə «Cavabdeh1” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli girov müqaviləsi üzrə tutma girov predmeti olan, Cavabdeh1 MMC-nin mülkiyyətində olan, 10 ədəd Shacman SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, şassi nömrəsi LZGCL2M42CX011910, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011907, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011905, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011906, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011911, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011908, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011913, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011914, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011912, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011909, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinə yönəldilməli, avtomobillər açıq hərracdan satılmalı və satış hesabına əldə edilmiş vəsait hesabına xx.xx.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsi üzrə iddiaçıya olan borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumunun 14,60 manat hissəsi və 1 manat (bir) xidmət haqqı Cavabdeh1 MMC-dən ləğv prosesində olan İddiaçı X6 xeyrinə tutulmalı, dövlət rüsumunun qalan 15,40 manat hissəsi iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 10471 saylı, xx.xx.2020 il tarixli, 21795 saylı və xx.xx.2020-ci il tarixli 9/1106 saylı ekspert rəylərindən gürünür ki, aparılmış ekspert tədqiqatlarının dəyəri cəmi 690 (altı yüz doxsan) manat təşkil edir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 690 (altı yüz doxsan) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və “xxxxxxxx” MMC-dən müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Мülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və “xxxxxxxx” MMC-dən müştərək qaydada xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 113051,05 (yüz on üç min əlli bir manat beş qəpik) manat, faiz borcu üzrə 41068,76 (qırx bir min altmış səkkiz manat yetmiş altı qəpik) manat, cərimə borcu üzrə 1000 (bir min) manat olmaqla, cəmi 155119,81 manat (yüz əlli beş min yüz on doqquz manat səksən bir qəpik) məbləğində pul ləğv prosesində olan İddiaçı X6 xeyrinə tutulsun. Cavabdeh1 MMC-dən xx.xx.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsinə əsasən əsas borc üzrə 230656,36 manat (iki yüz otuz min altı yüz əlli altı manat otuz altı qəpik), faiz borcu üzrə 80605,86 manat (səksən min altı yüz beş manat səksən altı qəpik), cərimə borcu üzrə 10000 (on min) manat, dövlət rüsumunun 14,60 manat hissəsi və 1 manat (bir) xidmət haqqı olmaqla, cəmi 321277,82 manat (üç yüz iyirmi bir min iki yüz yetmiş yeddi manat səksən iki qəpik) məbləğində pul ləğv prosesində olan İddiaçı X6 xeyrinə tutulsun. xx.xx.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsi üzrə tutma Cavabdeh1 MMC-nin mülkiyyətində olan, 10 ədəd Shacman SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, şassi nömrəsi LZGCL2M42CX011910, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011907, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011905, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011906, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011911, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011908, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011913, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011914, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011912, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011909, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinə yönəldilsin, avtomobillər açıq hərracdan satılsın və satış hesabına əldə edilmiş vəsait hesabına xx.xx.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsi üzrə iddiaçıya olan borc ödənilsin. Dövlət rüsumunun qalan 15,40 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 690 (altı yüz doxsan) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və “xxxxxxxx” MMC-dən müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-17/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-17/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver