Məhkəmə qərarları › İş №2-2(113)-1717/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1717/2025

22.01.2025 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1717/2025 22.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ərizəçi "xxxx" MMC-nin maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə Açar sözlər: barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, ərizəçi "xxxx" MMC-nin maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış MŞB/13/2024- 01077 saylı, 23 iyul 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə barışığa gəlmişlər:

1. Bu Barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf və birlikdə “Tərəflər” adlandırılacaqdır. Mübahisənin növü Kommersiya Mübahisənin predmeti Pul tələbi Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri 2.1. Mübahisə predmeti Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Ərizəçi MMC arasında xx.xx.2014-cü il tarixli AV14-SP10 saylı müqaviləyə dair xx.xx.2017-ci il tarixli 2 saylı əlavə, xx.xx.2014-cü il tarixli SP14-HM6 saylı müqaviləyə xx.xx.2017-ci il tarixli, 2 saylı əlavə, xx.xx.2019-cu il tarixli, 20 saylı və xx.xx.2019-cu il tarixli, 21 saylı müqavilədən kənar "xxxx" MMC tərəfindən görülən işlərə və göstərilmiş xidmətlərin təhvil-təslim edilməsi və əvəzinin ödənilməsi təşkil edir. 2.2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)239/2024 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin 1.2-ci bəndinə əsasən könüllü mediasiyada iştirak edərək, tərəflər razılaşır ki, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 12 may 2023-cü il tarixli 4733 nömrəli AKT-da, eyni zamanda kompleks məhkəmə-mühəndis texniki və məhkəmə mühasibatlıq ekspertizasının 12 fevral 2024-cü il tarixli, 9/101xxxx/9995 saylı ekspert rəyində görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmini qəbul edirlər. 2.3. Tərəflər razılaşır ki, keçirilmiş kompleks məhkəmə-mühəndis texniki və məhkəmə mühasibatlıq ekspertizasının 12 fevral 2024-cü il tarixli, 9/101xx-xx/9995 saylı ekspert rəyində göstərilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və "xxxx" MMC arasında "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə aralarında imzalanmış qeyd olunan müqavilə və razılaşmalarda göstərilməmiş, lakin "xxxx" MMC tərəfindən faktiki olaraq yerinə yetirilmiş hazırki bazar qiyməti nəzərə alınmaqla 12.163.044,68 manat kimi qiymətləndirilmiş tikinti-təmir işlərinin hazırki bazar qiymətini nəzərə alınmadan dəyərinin Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli 22/1472 saylı məktubuna və ona qoşma cədvəllərə əsasən 5.721.957.54 (beş milyon yeddi yüz iyirmi bir min doqquz yüz əlli yeddi manat əlli dörd qəpik) manat (ƏDV daxil) olmasını qəbul edirlər. 2.4. Tərəflər razılaşır ki, 1 ay ərzində "xxxx" MMC bu işlərlə bağlı müvafiq təhviltəslim sənədlərinin hazırlanmasını və təqdim edilməsini, Müdafiə Nazirliyi isə həmin sənədlərin təsdiq edilməsini öz öhdəsinə götürür. 2.5. Tərəflər razılaşır ki, Müdafiə Nazirliyi bu sazişin 4-cü bəndinə qeyd edilmiş məbləği, sazişin 5-ci bəndində qeyd edilmiş sənədlərin "xxxx" MMC tərəfindən təqdiq edildiyindən sonra həmin işlərlə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə vəsaiti ayrılan kimi 5 (beş) iş günü müddətində ödənilməsini öz öhdəsinə götürür. 2.6. Tərəflər razılaşır ki, bu saziş imzalandıqdan və icra edildikdən sonra sazişdə qeyd edilmiş işlər və xidmətlərlə bağlı tərəflər bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcək.

3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.

13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensialiığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 16.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 16.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 16.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 16.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);

17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.

25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər).

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) Ərizəçinin tələbi və tələbinin dəlilləri

1. Ərizəçi "xxxx" MMC ərizə ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə onun arasında bağlanmış MŞB/13/2024-01077 saylı, 23 iyul 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və məcburi icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-6336/2024 saylı qərardadına əsasən, ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla mediasiya nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri ilə İndra Sistemas S.A. və Consolidated Equipments şirkətləri arasında 2014-cü ilin oktyabr və dekabr aylarında imzalanmış, AV14-SP10, SP14-HM6, FR-30-53 müqavilələr üzrə hərbi hissələrdə tikinti-quraşdırma işlərinin görülməsi nəzərdə tutulsa da, həmin müqavilələr üzrə qeyd olunan şirkətlər onlara həvalə edilmiş işləri vaxtında icra etmədikləri üçün həmin müqavilələr üzrə işlərin davam etdirilməsi məqsədi ilə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ərizəçi "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli, AV14-SP10 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə, xx.xx.2014-cü il tarixli, SP14-HM6 nömrəli, xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə, xx.xx.2014-cü il tarixli, FR-30-AZ-53 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə, xx.xx.2019-cu il tarixli, 20 nömrəli və xx.xx.2019-cu il tarixli, 21 nömrəli müqavilələr imzalanmışdır. FR-30-AZ-53 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavəyə uyğun olaraq 16132953,82 manat işlər vaxtında icra edilmiş, razılaşmada nəzərdə tutulmuş işlərin təxminin 99%-i yerinə yetirilmiş və ödənişlər də vaxtında icra edilmişdir. xx.xx.2014-cü il tarixli, AV14-SP10 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə üzrə "xxxx" MMC tərəfindən 13829025,25 manat dəyərində işlər görülsə də, həmin məbləğin 12940004,28 manat hissəsi şirkətə ödənilmiş, 889020,97 manat hissəsi bugünə kimi ödənilməmişdir. SP14-HM6 nömrəli, xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə üzrə "xxxx" MMC tərəfindən 35107090,26 manat dəyərində işlər görülsə də, həmin məbləğin 32810972,92 manat hissəsi şirkətə ödənilmiş, 2296117,34 manat hissəsi isə bugünə kimi ödənilməmişdir. xx.xx.2019-cu il tarixli, 20 nömrəli müqavilə üzrə "xxxx" MMC tərəfindən 2852686,03 manat işlər görülsə də, həmin məbləğin ******* manat hissəsi şirkətə ödənilmiş, 752686,03 manat hissəsi isə bugünə kimi ödənilməmişdir. xx.xx.2019-cu il tarixli, 21 nömrəli müqavilə üzrə "xxxx" MMC tərəfindən bütün işlər görülsə də, həmin məbləğin ******* manat hissəsi şirkətə ödənilmiş, 980000 manat hissəsi isə bugünə kimi ödənilməmişdir. Göründüyü kimi, rəsmi müqavilə və yazılı razılaşmalara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və "xxxx" MMC arasında HHQ-ya və digər hərbi hissələrə məxsus obyektlərdə müxtəlif təyinatlı avadanlıq və qurğuların quraşdırlması və tikintisi məqsədi ilə görülmüş işlərə görə cəmi 4917824,34 manat vəsait bugünə kimi şirkətə ödənilməmişdir. Bununla bağlı ərizəçi tərəfindən Bakı Kommesiya Məhkəməsində iddia qaldırılmış və həmin məhkəmənin gedişində qeyd olunan xüsusatla bağlı tərəflər arasında barışıq sazişi imzalanaraq məhkəmə tərəfindən təsdiq edilmişdir. Ərizəçi "xxxx" MMC tərəfindən göstərilən yazılı müqavilələr və razılaşmalardan başqa Müdafiə Nazirliyinin tapşırığı ilə şifahi razılaşmalar əsasında "xxxx" MMC tərəfindən 2020- 2021-ci illərdə cavabdeh Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin və N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə külli miqdarda dəyəri olan əlavə tikinti-quraşdırma işləri görülmüş, xidmətlər göstərilmişdir. Qeyd olunan işlərin görülməsi, xidmətlərin göstərilməsi, 12 may 2023-cü il tarixli Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin və N nömrəli hərbi hissənin tabeliyində olanm hərbi hissələrdə külli miqdarda dəyəri olan əlavə tikinti-quraşdırma işləri görülmüş, xidmətlər göstərilmişdir. Qeyd olunan işlərin görülməsi, xidmətlərin göstərilməsi 12 may 2023-cü il tarixli Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin və N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə "xxxx" MMC şirkəti tərəfindən əlavə görülmüş işlərin yoxlanılmasına dair tərtib olunmuş və Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi vəzifəsini icra edən Qalib Əliyev tərəfindən təsdiq edilmiş 4733 nömrəli aktla öz təsdiqini tapmışdır. Həmin aktda göstərilən MMC tərəfindən görülmüş işlər, göstərilmiş xidmətlərin dəyərinin Müdafiə Nazirliyi ilə MMC arasında xx.xx.2024-cü il tarixdə 13 saylı Mediasiya Təşkilatında imzalanmış MŞB/13/2024-01077 nömrəli barışıq sazişinə əsasən 5721957,54 manat (ƏDV daxil) olması qəbul edilmişdir. MŞB/13/2024-01077 nömrəli barışıq sazişinə əsasən MMC tərəfindən görülmüş işlərlə bağlı təhvil-təslim sənədləri Müdafiə Nazirliyinə təqdim olunsa da, Müdafiə Nazirliyi görülmüş işlərin dəyərini bu günə kimi ödəməmiş, sazişin şərtlərini icra etməmişdir. Barışıq sazişi bağlanıldığı vaxtdan hazırkı vaxtadək maraqlı şəxs tərəfindən ərizəçiyə hər hansı ödəniş edilməmişdir.

4. Ərizəçi tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 35.1, 355-23.1-ci maddələrinə, “Mediasiya haqqında Qanun”un 36.2-ci maddəsinə istinad etmişdir.

b) Ərizəyə qarşı etirazın dəlilləri

2. Ərizəyə qarşı etiraz təqdim olunmamışdır. a) İşdə iştirak edən şəxslər və onların izahatları

3. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəsini müdafiə etmiş və ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında təmsil etdiyi Nazirliyin barışıq sazişində göstərilən əsaslarla razılıq əldə edildiyindən bu sazişin tərəflər arasında səlahiyyətli şəxslər tərəfindən imzalandığından bu sənədi müdafiə edir və təsdiq olunmasını məhkəmənin səlahiyyətinə buraxdığını bildirdi.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

5. Barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 355.25.1-ci maddəsi).

6. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM-in 355.25.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: - 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; - 33.1.2. tərəflər haqqında məlumat; - 33.1.3. mübahisənin predmeti; - 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; - 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; - 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; - 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. - 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. - 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. - 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. - 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. - 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). - 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.AR Mülki Məcəlləsinin:

8. AR MPM-in: - 355-23.1.“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

9. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

10. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.

11. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və "xxxx" MMC arasında bağlanmış MŞB/13/2024-01077 saylı, 23 iyul 2024-cü il tarixli barışıq sazişinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin sazişdə nəzərdə tutulmuş 5.721.957.54 (beş milyon yeddi yüz iyirmi bir min doqquz yüz əlli yeddi manat əlli dörd qəpik) manatı (ƏDV daxil) bu sazişin 5-ci bəndində qeyd edilmiş sənədlərin "xxxx" MMC tərəfindən təqdim edildiyindən sonra həmin işlərlə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə vəsaiti ayrılan kimi 5 (beş) iş günü müddətində ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin maraqlı şəxs qeyd olunan barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla yanaşı barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanuna zidd deyildir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə həmin saziş məhkəmə tərəfindən təstiq edilməlidir.

12. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə barışıq sazişinin şərtlərini və hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alıaraq hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu barışıq müqaviləsində nəzərdə tutulsa da, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları azad olunduğundan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi "xxxx" MMC-nin maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla mediasiya prosesi nəticəsində bağlanmış MŞB/13/2024-01077 saylı, 23 iyul 2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq və məcburi icra edilsin.

1. Bu barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaqdır. 2.1. Mübahisə predmeti Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Ərizəçi MMC arasında xx.xx.2014-cü il tarixli AV14-SP10 saylı müqaviləyə dair xx.xx.2017-ci il tarixli 2 saylı əlavə, xx.xx.2014-cü il tarixli SP14-HM6 saylı müqaviləyə xx.xx.2017-ci il tarixli, 2 saylı əlavə, xx.xx.2019-cu il tarixli, 20 saylı və xx.xx.2019-cu il tarixli, 21 saylı müqavilədən kənar "xxxx" MMC tərəfindən görülən işlərə və göstərilmiş xidmətlərin təhvil-təslim edilməsi və əvəzinin ödənilməsi təşkil edir. 2.2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)239/2024 saylı Qərardadı ilə təstiq edilmiş barışıq sazişinin 1.2-ci bəndinə əsasən könüllü müdiasiyada iştirak edərək, Tərəflər razılaşır ki, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 12 may 2023-cü il tarixli 4733 nömrəli AKT-da, eyni zamanda kompleks məhkəməmühəndis texniki və məhkəmə mühasibatlıq ekspertizasının 12 fevral 2024-cü il tarixli, 9/101xx-xx/9995 saylı ekspert rəyində görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmini qəbul edirlər. 2.3. Tərəflər razılaşır ki, keçirilmiş kompleks məhkəmə-mühəndis texniki və məhkəmə mühasibatlıq ekspertizasının 12 fevral 2024-cü il tarixli, 9/101xx-xx/9995 saylı ekspert rəyində göstərilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və "xxxx" MMC arasında "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə aralarında imzalanmış qeyd olunan müqavilə və razılaşmalarda göstərilməmiş, lakin "xxxx" MMC tərəfindən faktiki olaraq yerinə yetirilmiş hazırki bazar qiyməti nəzərə alınmaqla 12.163.044,68 manat kimi qiymətləndirilmiş tikinti-təmir işlərinin hazırki bazar qiymətini nəzərə alınmadan dəyərinin Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli 22/1472 saylı məktubuna və ona qoşma cədvəllərə əsasən 5.721.957.54 (beş milyon yeddi yüz iyirmi bir min doqquz yüz əlli yeddi manat əlli dörd qəpik) manat (ƏDV daxil) olmasını qəbul edirlər. 2.4. Tərəflər razılaşır ki, 1 ay ərzində "xxxx" MMC bu işlərlə bağlı müvafiq təhviltəslim sənədlərinin hazırlanmasını və təqdim edilməsini, Müdafiə Nazirliyi isə həmin sənədlərin təstiq edilməsini öz öhdəsinə götürür. 2.5. Tərəflər razılaşır ki, Müdafiə Nazirliyi bu sazişin 4-cü bəndinə qeyd edilmiş məbləği, sazişin 5-ci bəndində qeyd edilmiş sənədlərin "xxxx" MMC tərəfindən təqdim edildiyindən sonra həmin işlərlə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə vəsaiti ayrılan kimi 5 (beş) iş günü müddətində ödənilməsini öz öhdəsinə götürür. 2.6. Tərəflər razılaşır ki, bu saziş imzalandıqdan və icra edildikdən sonra sazişdə qeyd edilmiş işlər və xidmətlərlə bağlı tərəflər bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcək.

3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.

13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensialiığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 16.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 16.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 16.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 16.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);

17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.

25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Ərizəçi tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu barışıq müqaviləsində nəzərdə tutulsa da, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları azad olunduğundan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar