Məhkəmə qərarları › İş №2-2(113)-1729/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1729/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1729/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şərafəddin oğlunun cavabdehlər Cavabdeh1 və X5 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: X17, illik 5%, dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Şərafəddin oğlunun cavabdehlər Cavabdeh1 və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Şərafəddin oğlu iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsini və iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1 225 000 manat borc məbləğinin İddiaçınun xeyrinə tutulması və 1402,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçınun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olan Cavabdeh2, Azərbaycan Respublikasının vətəndaşı X12 və Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı arasında 23 may 2018-ci il tarixində Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, tərəflər Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Nizami 104 və Xəqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin tikintisində iştirak haqqında öz niyyətlərini bildirməklə, tərəflərin həmin layihədə iştirak payları – iş üzrə Cavabdeh2 üçün – 50%, iş üzrə İddiaçı üçün – 25% və X12 üçün – 25 % olmaqla bölüşdürülmüşdür. 23 may 2018-ci il tarixli Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsi ilə həmin tərəflər arasında payların rəsmiləşdirilməsi "xxxx" YS kooperativinin iştirakçılarının səhmlərinin satın alınması yolu ilə həyata keçirilməli olmaqla, 25% nominallı səhmlərin satın alınması İddiaçı üçün 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində təşkil etmişdir. Tərəflər arasında 23 may 2018-ci il tarixində bağlanmış həmin Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsinə uyğun olaraq, 25% nominallı səhmlərin satın alınması 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində yazılı formada borc müqaviləsinin bağlanması yolu ilə rəsmiləşdirilmişdir. Bildirmək istəyirik ki, Rusiya Federasiyanın vətandaşı olan İddiaçı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh2 arasında 23 may 2018-ci il tarixində X17 bağlanmışdır. Həmin X9 1.1-ci maddəsinə əsasən, müqavilə ilə borcverən adlanan Rusiya Federasiyanın vətandaşı olan İddiaçı 44 105 000 (qırx dörd milyon yüz beş min) rubl məbləğində, borc müqaviləsinin tərəflər arasında imzalanması tarixinə Rusiya Federasiyası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 1 225 000 (bir milyin iki yüz iyirmi beş min) manat ekvivalentində olan pul vəsaitini müqavilə ilə borcalan adlanan Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 mülkiyyətinə vermiş, borcalan isə həmin məbləğdə olan borc məbləğini borcverəndən qəbul etmiş və müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə borcverən İddiaçına qaytarmağı öz öhdəsinə götürmüşdür. 23 may 2018-ci il tarixli borc müqaviləsinin 1.3-cü maddəsinə əsasən, həmin müqavilə 1 225 000 (bir milyon iki yüziyirmi beş min) manat məbləğində pul vəsaitinin borcalana verildiyi andan bağlanmış hesab edilir. 23 may 2018-ci il tarixli X9 2.1.1-ci maddəsinə əasən, borc məbləği borcalan Cavabdeh2 borcverən İddiaçı tərəfindən iki şahidin iştirakı ilə nağd şəkildə verilmiş və müqavilənin 2.1.2-ci maddəsinə əsasən 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində borcun verilməsi borcverənə təqdim edilən və tərəflər arasında bağlanmış X9 ayrılmaz tərkib hissəsi sayılan 23 may 2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilmiş borcalanın qəbzi ilə iki şahidin – Rusiya Federasiyasının vətəndaşı olan X11 və Azərbaycan Respublikasının vətəndaşı X6 iştirakları ilə verilmişdir. Belə ki, 23 may 2018-ci il tarixli X9 ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı və iş üzrə cavabdeh olan Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olan İddiaçından borc məbləği olan 44 105 000 rubl məbləğində pul vəsaitinin həmin borc müqaviləsinin imzalanması tarixinə Rusiya Federasiyası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat ekvivalentində olan pul vəsaitini mülkiyyətinə qəbul etmişdir və həmin borc məbləğinin 23 may 2018-ci il tarixli X9 şərtlərinə müvafiq olaraq geri qaytarılması öhdəliyini üzərinə götürmüşdür. Bildirmək istəyirik ki, Cavabdeh2 tərəflər arasında bağlanmış 23 may 2018-ci il tarixli Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsinin tələblərini pozmaqla yaşayış kompleksinin tikintisində iştirak payının 25% hissəsini İddiaçınun adına keçirməli olduğu halda keçirməmiş, bundan əlavə 23 may 2018-ci il tarixli X9 tələbini də pozmaqla iddiaçıdan götürdüyü (aldığı) 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğini də iddiaçıya geri qaytarmamışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Cavabdeh2 iddiaçıdan iki şahidin iştirakı ilə 23 may 2018-ci il tarixində tərəflər arasında bağlanmış müqavilə və onun ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə aldığı (qəbul etdiyi) 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğini iddiaçıya geri qaytaracağına söz versə də, cavabdeh tərəfindən iddiaçıya bugünə kimi sözügedən borc məbləğindən hər hansı bir məbləğ geri qaytarılmamışdır. İddiaçı dəfələrlə Cavabdeh2 ona 23 may 2018-ci il tarixli borc müqaviləsinə əsasən olan borcunu geri qaytarmasını tələb etsə də sonuncu üzərinə götürdüyü borcun geri qaytarılması öhdəliyini yerinə yetirməkdən imtina etmiş və nəticədə İddiaçına borclu olduğu 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğindən hər hansı bir məbləği geri qaytarmamışdır. Hesab edirik ki, bu hal, Cavabdeh2 tərəfindən İddiaçına olan borcunun ödənilməsindən imtina halı kimi qiymətləndirilməlidir ki, bu da öz növbəsində cavabdehin iddiaçı qarşısında olan borc öhdəliyini yerinə yetirməməsinə (yəni, iddiaçıya geri qaytarmalı olduğu borc məbləğini ona geri qartarmamasına və ya geri qaytarmaqdan müxtəlif bəhanələrlə imtinaetməsinə) əsas təşkil edir. Beləliklə, qeyd etmək istəyirik ki, Cavabdeh2 İddiaçından 23 may 2018-ci il tarixli X9 1.1-ci maddəsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavəsi ilə müəyyən edilmiş qaydada borc olaraq aldığı 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləği (pul vəsaitini) İddiaçına geri qaytarmamaqla və ya hər hansı bir formada həmin borc məbləğini geri qaytarmaqdan imtina etməklə, iddiaçının qanuni pul vəsaitlərini heç bir hüquqi əsas olmadan, yəni qanunsuz olaraq özündə saxlamışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi və iş üzrə cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada ******* (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğinin və dəymiş ziyanın əvəzi olaraq 490857,50 (dörd yüz doxsan min səkkiz yüz əlli yeddi manat, 50 qəpik) manat miqdarında pul vəsaitinin İddiaçınun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, iddia ərizəsinin verilməsi üçün əvvəlcə ödənilmiş 1402,50 manat və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verilən zamanı ödənilmiş 781 manat olmaqla, cəmi 2183,50 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçına ödənilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbində 23 may 2018-ci il tarixli farzsiz borc müqaviləsinə əsasən cavabdeh Yusuf zada Azari Elmar oğlunun iddiaçıdan götürdüyü ******* manat borc məbləğini uzun müddət, yəni hal-hazıradək iddiaçıya geri qaytarmaması irəli sürülmüşdür. Doğrudur, adından da göründüyü kimi, İddiaçı arasında bağlanmış 23 may 2018 tarixli X17 borc məbləğinə hər hansı faizlərin hesablanmasını nəzərdə tutmur. Lakin bu heç də cavabdehin borc qaydasında aldığı pul vəsaitini qanunsuz olaraq uzun müddətdə geri qaytarmamağa əsas vermir və cavabdehlər bunun nəticəsində borc verənə dəymiş ziyana görə məsuliyyət daşıyırlar.Beləliklə, iddiaçıdan götürülmüş və bugünədək iddiaçıya geri qaytarılmamış və ya geri qaytarılmasından müxtəlif bəhanələrlə imtina edilmiş iddiaçının qanuni pul vəsaiti olan ******* manat məbləğin əldən çıxmış fayda nəticəsində vurulmuş ziyan olmaqla ötən dövrün hər ilinə olan AR Mərkəzi Bankının bank uçot dərəcəsi ilə hesablanmaqla müqavilənin bağlandığı xx.xx.2018-ci il tarixindən iyun 2023-cü il tarixinə kimi 490857,50 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

5. xx.xx.2023-cü il tarixində cavabdeh X3 nümayəndəsi Nəsimi Rayon Məhkəməsinə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia tələbini qəbul etmirlər və hesab edirlər ki, tələb əsasszdır. Belə ki, İddiaçı və Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli Moskva şəhərində imzalanmış, “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi” və bilavasitə bu sazişə bağlı olan "X17". Əməkdaşlıq müqaviləsinə əsasən tərəflər Bakı şəhəri, Nizami 104 və Xəqani 65 küçələrinin kəsişməsində inşa ediləcək çoxmərtəbəli yaşayış binasının inşaasını planlaşdıraraq ona maliyyə vəsaitlərini ayırmışlar. Razılaşmanın 1.3-cü bəndinə əsasən əmkdaşlıq sazişində tərəflər ilkin dövrdə maliyyə investisiyasını müəyyən etmişlər və İddiaçı tərəfindən bu mərhələ üçün 3 500 000 manat müəyyən edilmişdir. Eyni zamanda həmin sazişlər tərəflər hansı mərhələ üçün nə kimi işlərin görülməsi razılaşdırılmışdır ki, Yusifzadə Azəriyə aid olan hissədə o görüləcək öhdəliklərinin həmin mərhələ üçün böyük bir hissəsini yerinə yetirmişdir. Lakin iddiaçı daha sonra öhdəliklərinin icrasından yayınmışdır. Sazişin 1.1-ci bəndində tərəflər "xxxx" MTK-nın paylarını müəyyən etmişlər, yəni iddiaçı müəssisənin 25% payına sahib olacaqdır. İlkin mərhələlərdə iddiaçı 1 225 000 manat investisiya qoyur və həmin payın rəsmiləşdirilməsi onun adına həyata keçirilir. Yəni göstərilən məbləğ 25% qoyulacaq investisiyanın yalnız bir hissəsidir dəqiq qeyd etsək razılaşdırılmış ilkin mərhələ olan ******* manatın yarısıdır. Müəssisənin payının iddiaçının adına rəsmiləşdirilməsi üçün tərəflərin hər ikisi Azərbaycan Respublikasında yerləşən notariat kontorlarından birinə getməsi lazım idi ki, iddiaçı tərəfin müxtəlif səbəb bəhanələri (pondemiya şəraiti, səhəri, maliyyə vəsaitinin olmaması və. s) səbəbindən baş tutmamışdır. Əməkdaşlıq sazişinin payın rəsmiləşdirilməsi hissəsi razılaşmanın digər öhdəliklərinin icra edilməməsini tərəfin üzərindən götürmür. Bağlanan saziş üç illik dövrü əhatə etməsi və bu dövrdə öhdəlikləri yerinə yetirməməsi mülki qanunvericiliyə əsasən yenədə sazişdən sonra tərəfin üç il ərzində (iddia müddəti) öhdəliklərin icrasını və yaxud dəymiş zərərin tələb edilməsini istisna etmir. Tərəflər arasında bağlanmış "xxxx"nin 4.3-cü bəndinə əsasən hazırkı müqavilə MTK-nın təsis payının 25% iddiaçıya keçənə qədər qüvvədədir. Hesab edir ki, həmin paylar iddiaçıya onun öz təqsiri səbəbindən keçmədiyi üçün və bu imkanlar hüquqi nöqteyi nəzərdən tükənmədiyi üçün borcun tələb edilməsi hazırkı mərhələdə mümkün deyildir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-92/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5204/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 92/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış. Qərardadan verilmiş kassasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4650/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5204/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın əsassız olduğunu bildirmişdir.

10. Cavabdehlərə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər.

11. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. xx.xx.2018-ci il tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişindən görünür ki, tərəflər hazırkı tərəfdaşlıq sazişi ilə Azərbaycan, Bakı, Nəsimi rayonu, Nizami 104 və Xaqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha sahəsi olan torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin (sonradan – “Yaşayış kompleksi”) tikintisində iştirak haqqında öz niyyətlərini təsdiq edirlər. Layihədə X4 50%, İddiaçınun 25%, X6 25% payları müəyyən edilmişdir. Payların rəsmiləşdirilməsi "xxxx" YS kooperativinin iştirakçılarının səhmlərinin satın alınması yolu ilə həyata keçirilməli olmaqla, 25% nominallı səhmlərin satın alınması İddiaçı üçün 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində təşkil etmişdir. Müqavilədə göstərilmişdir ki, tikintinin başa çatmasının, binanın istismara verilməsinin ümumi müddəti tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq nəzərdə tutulmuşdur. Tərəf 1 - Cavabdeh2 sakinlərin köçürülməsi, zəruri layihə smeta və icazə sənədlərinin, mühəndis obyektlərinin (xarici şəbəkələrin) birləşdirilməsinə dair Texniki Şərtlərin alınması, tikinti işlərinin təşkili və idarə edilməsi, kompleksin istismara verilməsi və qəbul komissiyasına təhvil verilməsi, tikintinin maliyyələşdirilməsi üzrə öhdəlikləri öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Əməkdaşlıq haqqında Saziş onun imzalandığı gündən qüvvəyə minir və 3 il ərzində qüvvədədir.

14. xx.xx.2018-ci il tarixli X8 görünür ki, İddiaçı Şərafəddin oğlu (borcverən) Cavabdeh2 (borcalana) ******* manat məbləğində faizsiz borc vermişdir, Borcalan isə borc məbləğini müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə Borcverənə qaytarmağı öhdəsinə götürür. Borc məbləğindən istifadə edilməsinə görə faizlər ödənilmir. Müqavilə pulların Borcalana verildiyi andan bağlanmış hesab edilir. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilə “YGroup construction” YS kooperativi şirkətində 25% məbləğində payın İddiaçı Şərafəddin oğlu ilə affilə edilmiş şirkətə rəsmiləşdirilməsi anından qüvvəyə minir, bu da notarial təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə təsdiq edilir. Müqavilənin 3.4-cü maddəsinə əsasən hazırki borc müqaviləsi Rusiya Federasiyası qanunvericiliyinə tabedir.

15. xx.xx.2018-ci il tarixli X17nə 1 saylı Əlavə olan borcalanın qəbzindən görünür ki, Cavabdeh2 İddiaçı Şərafəddin oğlundan 44105000 rubl məbləğinin ekvivalenti olan ******* manat məbləğində borc məbləğini almışdır.

16. İş materiallarına əlavə edilmiş nikah haqqında akt qeydindən görünür ki, Yusuf- X7-X21 ilə xx.xx.1996-cı il tarixdə nikah bağlamışdır.

17. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı Rusiya Federasiyasının vətəndaşı olan fiziki şəxs olduğundan, eləcə də mübahisə xarici ölkədə bağlanılmış Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişindən və X8 irəli gəldiyindən məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

20. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır:

21. 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;

22. 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

23. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.

24. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də belə AR MPM-in müvafiq normalarına (və Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli 2(102)-4650/2023 saylı qərarına) əsasən AR Məhkəmələri (Bakı Kommersiya Məhkəməsi) hazırkı mübahisəyə baxmaqda haqlıdırlar.

25. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

26. Müqavilənin 3.4-cü maddəsinə əsasən hazırki borc müqaviləsi Rusiya Federasiyası qanunvericiliyinə tabedir.

27. Müqavilənin 3.5-ci maddəsinə əsasən hazırki müqavilənin bağlanması, icra edilməsi, dəyişdirilməsi, xitam verilməsi, onun etibarlılığı ilə bağlı mübahisələrin yarandığı təqdirdə belə mübahisələr Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara müvafiq olaraq baxılmalıdır.

28. “Beynəlxalq Xüsusi Hüquq haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: borc müqaviləsində - borc verənin.

29. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

30. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

31. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi hazırki müqavilədən irəli gələn mübahisələrə hansı hüququn tətbiq edilməli olması müəyyən edildiyindən məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür.

32. Belə ki, iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olduğu dövrdə məhkəmə tərəfindən Rusiya Federasiyasının aidiyyəti orqanlarına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə sorğular verilmişdir. Lakin bu tədbirlər nəticə verməmiş, sorğulara cavab məhkəməyə daxil olmamışdır.

33. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

34. MPM-in 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar.

35. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işə Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

37. Maddə 21 - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 445.7 - Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

39. Maddə 449.1 - Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

40. Maddə 739.1 - borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

41. Maddə 739.2 - borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

42. Maddə 740.1 - borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

43. Maddə 740.2 - borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

44. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh X20 oğlu İddiaçı qarşısında xx.xx.2018-ci il tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi ilə Azərbaycan, Bakı, Nəsimi rayonu, Nizami 104 və Xaqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha sahəsi olan torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin, tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq tikintisinin başa çatdırılmasını, binanın istismara verilməsini öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli X17 İddiaçı Şərafəddin oğlu (borcverən) Cavabdeh2 (borcalana) ******* manat məbləğində faizsiz borc vermişdir. Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır. Lakin tərəfdaşlıq müqaviləsi icra olunmamış və müddəti bitmiş, belə olan halda borc müqaviləsinə əsasən müəyyən edilmiş məbləğin tələb edilməsi hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, borc müqaviləsində nəzərdə tutulmuş ******* manat borc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

45. İddia tələbinin ikinci hissəsi olan - iddiaçıdan götürülmüş və bugünədək iddiaçıya geri qaytarılmamış və ya geri qaytarılmasından müxtəlif bəhanələrlə imtina edilmiş iddiaçının qanuni pul vəsaiti olan ******* manat məbləğin əldən çıxmış fayda nəticəsində vurulmuş ziyan olmaqla ötən dövrün hər ilinə olan AR Mərkəzi Bankının bank uçot dərəcəsi ilə hesablanmaqla müqavilənin bağlandığı xx.xx.2018-ci il tarixindən iyun 2023-cü il tarixinə kimi 490857,50 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə qismən əsaslı hesab edir.

46. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

47. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

48. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

49. Göründüyü kimi, iddiaçı faiz borcunu müqavilələrin bağlandığı xx.xx.2018-ci il tarixindən iyun 2023-cü il tarixinə kimi tələb edir. Lakin, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə faizsin borc müqaviləsidir. Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişinin və X9 şərtlərini (Sazişin onun imzalandığı gündən qüvvəyə minməsini və 3 il ərzində qüvvədə olmasını) və iddiaçının nümayəndəsinin də izahatına əsasən verilmiş borc məbləğinin üç il müddətinə verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilələrin quvvədə olduğu müddətə də (xx.xx.2018-xx.xx.2021-ci il tarixinə) faiz məbləğinin tələb edilməsi tamamilə əsassız və qanunsuzdur. Borc məbləği Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişinin icrası ilə bağlı və faizsiz olaraq verilmişdir.

50. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilənin bağlandığı deyil, müqavilə müddətlərinin bitdiyi xx.xx.2021-ci il tarixindən iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixinə kimi illik 5% ilə hesablanmaqla 123690 manat məbləğində faiz borcu cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir (xx.xx.2021 – xx.xx.2023 = 2 il 7 gün. ******* manatın 1 illik 5% = 61250 manat, 1 ay = 5104 manat, 1 gün = 170 manat; 61250 manat x 2 il + 170 x 7 = 123690 manat).

51. İddianın təmin olunmayan ikinci cavabdehə münasibətdə məhkəmə qeyd edir ki, müqavilədə tərəf Cavabdeh2 olduğundan və borcun ailə ehtiyacları üçün götürülməsi müəyyən edilmədiyindən Cavabdeh1 münasibətdə iddia təmin edilməməlidir.

52. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cəmi 2183,50 manat dövlət rüsumu ödənilmişdir.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla) 1465 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 1.225.000 manat (bir milyon iki yüz iyirmi beş min manat) məbləğində əsas borc məbləği, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi illik 5% hesabı ilə hesablanan 123.690 manat (bir yüz iyirmi üç min altı yüz doxsan) faiz borcu, cəmi 1.348.690 manat (bir milyon üç yüz qırx səkkiz min altı yüz doxsan) və dövlət rüsumunun əvəzi olaraq 1465 manat (bir min dörd yüz altmış beş) tutularaq İddiaçına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar