Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-173/2020 07.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” X1 Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxxxxxxxxx” X2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4.908,41 manat və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxxxxxxxxx” X1 xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxx” şirkəti müxtəlif növdə tikinti materiallarının istehsalı və satışını həyata keçirməklə məşğuldur.Şirkət özünün istehsal və satış fəaliyyətini Bakı-Sumqayıt yolu 17-ci kilometrliyində yerləşən ofisi və zavodu vasitəsi ilə həyata keçirir.Şirkətin istehsal etdiyi malların satışı onun işçiləri olan satış təmsilçiləri vasitəsi ilə həyata keçirilir.Satış təmsilçiləri məhsulları onun tərəfindən alınması barədə razılıq əldə edilmiş mağaza və ya digər satış nöqtələrinə təhvil verirlər, həmin satış nöqtələrində mallar satıldıqca onun pulu təhvil alınır və mütəmadi olaraq şirkətə münasibətdə alıcı qismində çıxış edən şəxslərin sifarişi əsasında onun dövriyyəsi və şirkət qarşısında qazandığı etimaddan asılı olaraq ona yeni partiyada mal və məhsullar təqdim edilir. Cavabdeh Bakı şəhəri Z.Bünyadov prospektində yerləşən tikinti malları mağazasında tikinti materiallarının satışı ilə məşğul olmuş, onun satdığı məhsullar içərisində “xxxxxxxxxxx” şirkətinin istehsal etdiyi məhsullar əsas çəkiyə malik olmuşdur.Cavabdeh xx.xx.2013-cü il tarixdən başlayaraq “Evro İşaat” şirkətindən tikinti materiallarının alışını və satışını həyata keçirməyə başlamışdır.xx.xx.2017-ci il tarixə,cavabdehin şirkətə olan əsas borcu 4908,41manat təşkil edir.Dəfələrlə ona xəbərdarlıq edilmişdir ki, həmin borcları ödəməlidir. Sonuncu dəfə cavabdehdən xx.xx.2015-ci il tarixdə 200 manat ödəniş qəbul edilmişdir. Həmin vaxtdan bu günə qədər bütün səylərə baxmayaraq.Cavabdeh şirkətə olan borcunu almaq mümkün olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)- 14001/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4.908,41 manat və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-14001/2017 saylı qətnaməsi ləğv edilmiş, mülki işə iqtisadi mübahisələr üzrə icraat qaydasında baxılması üçün işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsiX4 oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiada göstərilənlərə əlavə olaraq bildirmişdir ki, bəzi mallar təhvil verilərkən cavabdheh Cavabdeh obyektdə olmadığından həmin malların verilməsinə dair qaimə-fakturalar satıcılar tərəfindən imzalanırdı. Əvvəllər belə qaimə-fakturalara əsasən Cavabdeh tərəfindən ödənişlər həyata keçirilirdi. Qaiməfakturaların xeyli hissəsi isə Cavabdeh tərəfindən imzalanmışdır. Sonuncu dəfə Cavabdeh xx.xx.2015-ci il tarixdə 200 manat ödəniş etmiş və bu barədə kassa mədaxil orderinə imza edərək eyni zamanda 11.821,40 manat borcunun olmasını təsdiq etmişdir. Bundan sonra malların bir hissəsi Cavabdeh tərəfindən MMC-yə qaytarılmış və yerdə qalan borc 4.908,41 manat təşkil edir. Cavabdeh tərəfindən sonuncu ödəniş yuxarıda göstərilən tarixdə edildiyi halda iddia xx.xx.2017-ci il tarixdə qaldırılmış, yəni iddia müddəti ötürülməmişdir. Göstərilənlərə əsasən F.Bəşirov iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyini izahatında bəzi qaimə-fakturaların onun tərəfindən imzalanmasını təsdiq etmiş, lakin hazırda iddiaçıya borcunun tam ödənildiyini, eləcə də iddia müddətinin keçdiyi əsas göstərərək iddianın rədd edilməsini xahiş etdi. xx.xx.2020-ci il tarixdə Cavabdeh yazılı vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı “xxxxxxxxxxx” X2 tərəfindən sübutların - xx xxxxx 2017-ci il tarixli üzləşmə aktı və ona əlavə edilmiş iltizamın saxtalaşdırılması faktının aşkar edilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2013-cü il tarixli, 8015 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 900 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2013-cü il tarixli, 8243 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 1140 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2013-cü il tarixli, 8331 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 610 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2013-cü il tarixli, 8441 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 860 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2014-cü il tarixli, 9042 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 430 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2014-cü il tarixli, 9043 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 940 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2014-cü il tarixli, 9497 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 820 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2014-cü il tarixli, 9499 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 1030 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2014-cü il tarixli, 10592 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 310 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2014-cü il tarixli, 10593 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 615 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2014-cü il tarixli, 10976 saylı qaimə-fakturadan görünür ki, “xxxxxxxxxxx” X2 tərəfindən 820 manat məbləğində mal Cavabdeh təhvil verilmişdir. xx.xx.2015-ci il tarixli, 10063 saylı kassa mədaxil orderindən müəyyən edilir ki, Cavabdeh 600 manat məbləğində ödəniş etmiş və ödəniş etdikdən sonra onun “xxxxxxxxxxx” MMC-yə borcu 14.721,40 manat məbləğində borcu vardır. Order Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2015-ci il tarixli, 10071 saylı kassa mədaxil orderindən müəyyən edilir ki, Cavabdeh 200 manat məbləğində ödəniş etmiş və ödəniş etdikdən sonra onun “xxxxxxxxxxx” MMC-yə borcu 14.571,40 manat məbləğində borcu vardır. Order Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2015-ci il tarixli, 01138 saylı kassa mədaxil orderindən müəyyən edilir ki, Cavabdeh 700 manat məbləğində ödəniş etmiş və ödəniş etdikdən sonra onun “xxxxxxxxxxx” MMC-yə borcu 13.821,40 manat məbləğində borcu vardır. Order Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2015-ci il tarixli, 01147 saylı kassa mədaxil orderindən müəyyən edilir ki, Cavabdeh 535 manat məbləğində ödəniş etmiş və ödəniş etdikdən sonra onun “xxxxxxxxxxx” MMC-yə borcu 13.286,40 manat məbləğində borcu vardır. Order Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2015-ci il tarixli, 13998 saylı kassa mədaxil orderindən müəyyən edilir ki, Cavabdeh 550 manat məbləğində ödəniş etmiş və ödəniş etdikdən sonra onun “xxxxxxxxxxx” MMC-yə borcu 12.571,40 manat məbləğində borcu vardır. Order Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2015-ci il tarixli, 06152 saylı kassa mədaxil orderindən müəyyən edilir ki, Cavabdeh 550 manat məbləğində ödəniş etmiş və ödəniş etdikdən sonra onun “xxxxxxxxxxx” MMC-yə borcu 12.021,40 manat məbləğində borcu vardır. Order Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2015-ci il tarixli, 06159 saylı kassa mədaxil orderindən müəyyən edilir ki, Cavabdeh 200 manat məbləğində ödəniş etmiş və ödəniş etdikdən sonra onun “xxxxxxxxxxx” MMC-yə borcu 11.821,40 manat məbləğində borcu vardır. Order Cavabdeh tərəfindən imzalanmışdır. “xxxxxxxxxxx” şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli üzləşmə aktından görünür ki, şirkətin mühasibatlığına əsasən alıcı Cavabdeh borcu 4.908,41 manat təşkil edir. Aktın “xxxxxxxxxxx” şirkəti adından təftiş edən Q.Atakişiyev, satış şöbəsinin müdiri T.Manafov, satış təmsilçisi S.Cəfərovun və müştəri Cavabdeh qrafalarında imzalar mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31630 saylı ekspert rəyindən görünür ki, “xxxxxxxxxxx” şirkəti ilə Cavabdeh arasında olan xx xxxxx 2017-ci il tarixli üzləşmə aktının üz tərəfində “Müştəri” qrafasındakı imza, həmin vərəqin arxa tərəfində olan iltizamda “İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “xxxxxxxxxxx” şirkəti ilə Cavabdeh arasında olan xx xxxxx 2017-ci il tarixli üzləşmə aktının üz tərəfində “Müştəri” qrafasındakı imzada, həmin vərəqin arxa tərəfində olan iltizamda “İmza” qrafasındakı imzada-imzaların qəsdən dəyişdirməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxxxxxxxxx” X2(satıcı) ilə Cavabdeh (alıcı)arasında şifahi alqı-satqı müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindənalqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra edərək sifariş olunan malların cavabdehə təqdim etməsinə baxmayaraq Cavabdeh tərəfindən malların dəyərinin tam ödənilmədiyini iddia edir və müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddiaçı ilə alqı-satqı münasibətlərində olmasını etiraf etsə də, hazırda iddiaçı tərəfindən təqdim edilmiş mallara görə iddiaçıya borcunun olmadığını iddia edir. İddiaçı “xxxxxxxxxxx” MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün Cavabdeh malların təqdim edilməsi barədə qaimə-fakturaları, Cavabdeh borcdan ödəniş etməsi barədə kassa məxaric orderlərini, eləcə də xx xxxxx 2017-ci il tarixli üzləşmə aktını məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması gedişində Cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş xx xxxxx 2017-ci il tarixli üzləşmə aktında Cavabdeh qrafasında olan imzanın onun tərəfindən icra edilməsini mübahisələndirmiş və mübahisəli halı müəyyən etmək üçün təyin edilmiş məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizasını rəyi üzləşmə aktının Cavabdeh qrafasında imzanın Cavabdeh tərəfindən icra edilməməsi müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq və onu əsas götürərək üzləşmə aktının Cavabdeh iddiaçıya borcunun olmasını təsdiq edən sübut qismində qəbul etmir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş digər sübutlarla, o cümlədən cavabdehin mübahisələndirmədiyi yuxarıda göstərilən qaiməfaktura və kassa məxaric orderləri ilə iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh mal təqdim etməsi və cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmışdır. Digər tərəfdən cavabdeh iddiaçı tərəfindən ona təqdim edilmiş malların dəyərini tam ödədiyini iddia etsə də, göstərilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə iş materiallarına əsasən müəyyən edildi ki, Cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Borcun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin kassa məxaric orderində sonuncu dəfə təsdiq etdiyi borc məbləği 11.821,40 manat olsa da, iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəmədə verdiyi izahatında Cavabdeh tərəfindəın malların bir hissəsinin onlara geri qaytarıldığını və geri qaytarılmadan sonra borcun 4.908,41 manat olduğunu göstərmişdir. Məhkəmə malların qaytarılması hissəsində tərəflər arasında mübahisə olmadığını, eyni zamanda məhkəmənin işə iddia tələbi həcmində baxmalı olması barədə tələbi nəzərə alaraq həmin halı müəyyən edilmiş hesab edir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin bir hissəsini – 4.908,41 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh 4.908,41 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə görə ddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə görə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İş materiallarından isə görünür ki, iddiaçının hazırda ödənilməsini tələb etdiyi borc məbləği 2013-2014-cü illlərdə qaimə-fakturalarla Cavabdeh təhvil verilmiş mallara görə yaranmışdır. Lakin eyni zamanda iş materiallarına əlavə edilmiş kassa mədaxil orderləri ilə öz təsdiqini tapır ki, xx.xx.2015-ci il tarixədək Cavabdeh hissə-hissə ödənişlər etməklə borcu etiraf etməsini göstərən və iddia müddətinin axımının kəsilməsi üçün əsas olan real hərəkətlər etmişdir. Belə olan halda isə iddia müddəti cavabdehin sonuncu dəfə borcunu etiraf etdiyi andan – xx.xx.2015-ci il tarixdən yenidən başlandığından iddiaçı “xxxxxxxxxxx” MMC xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət edərkən müqavilə tələbləri üçün qanunla nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “xxxxxxxxxxx” MMCnin iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı mülki işin araşdırılması zamanı aşkara çıxan cinayət əməlinin araşdırılması üçün xüsusi qərardad qəbul edilərək müvafiq prokurorluq orqanına göndərilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı tərəflərin və ya digər şəxslərin əməllərində cinayət əlamətlərinin olmasını təsdiq edən və iş üzrə xüsusi qərardadın qəbul edilməsi üçün yetərli olan hallar müəyyən edilmədiyindən həmin vəsatət rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat pul məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.908,41 manat (dörd min doqquz yüz səkkiz manat qırx bir qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat pul məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-173/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-173/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver