Məhkəmə qərarları › İş №2-2(113)-1774/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1774/2023

13.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1774/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: I. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh açıq səhmdar cəmiyyəti Binəqədi rayon Sukanal tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş 601806 saylı, 23 avqust 2022-ci il tarixli “AKT”ın, 23 avqust 2022-ci il tarixli “qanunsuz istifadə fakturası”nın ləğv edilməsi və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə xx.xx.2022-ci il tarixdə, saat təxminən 11-00 radələrində bir nəfər özünü Ağabəy Həmidli kimi təqdim edən şəxs daxil olmuşdur. Bundan sonra mülkiyyətində olan qeyri-yaşayış sahəsində bir müddət gəzişən Ağabəy Həmidli özünü Binəqədi rayon Sukanal İdarəsinin “nəzarətçisi” kimi təqdim edərək, bir az sonra obyektə aidiyyatı olmayan su borusuna rezin şlanqı birləşdirərək, orada istifadə olunmayan su bakının içərisinə şlanqı “yerləşdirmiş”, sonra isə nədənsə, bütün hərəkətlərini özündə olan mobil telefonuna çəkmişdir. Bundan sonra həmin şəxs oranı tələm-tələsik tərk etmişdir. Daha sonra məlum olmuşdur ki, o, Binəqədi rayon Sukanal İdarəsinin energetik vəzifəsində işləyirmiş. Bir neçə gün sonra qeyri-yaşayış sahəsinə Binəqədi rayon Sukanal İdarəsindən bir neçə əməkdaşı gəlmiş, onlardan həmin ərazinin nəzarətçisi olan şəxs 631806 saylı, 23 avqust 2022-ci il tarixli AKT və “qanunsuz istifadə fakturası”nı təqdim etmişdir. Belə ki, həmin sənədlərdən birində “qanunsuz istifadə fakturası”nda qeyd edilir: “Təyinat: xx.xx.2022-ci il tarixli, 601806 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə. Cavabdeh idarənin əməkdaşları tərəfindən tərtib edilmiş digər sənəddə 601806 saylı, tarixi bilinməyən aktda isə, göstərilmişdir ki, “...22 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli, 723-İQ saylı “Su təchizatı və tullantı suları haqqında” qanunun tələblərinə uyğun olaraq H.Hüseynov ev 1 ünvanında yerləşən ət kəsiminin nümayəndəsinin iştirakı ilə obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirildi və müəyyən edildi ki, obyektə baxış keçirən zaman su sayğacından kənar d-15 m rezin borcu vasitəsilə qeyri-qanuni istifadəsi aşkarlandı. 2 m3 borca keçmişdir.” Əvvəla iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ünvanı budur- ünvan 3ifadə fakturası”nda ünvan 8-ci mkr, H.Hüseynov ev 1 kimi qeyd olunmuşdur. Bundan başqa həmin sənədlərdə inzibati xəta törədilməsinin nə ilə sübut edilməsi qeyd edilməmişdir. Üstəik hüququ pozaraq yazılan sənədlər guya 2.196 manat borcun olduğunu bildirir. Aktı imzalayan əməkdaşların kabinetlərində əyləşərək (qeyri-yaşayış sahəsinə gəlmədən) qanunsuz “sənədlər” tərtib etmələrini və “borcu” müəyyən etmələrini tam qanunsuzdur. Bundan başqa aktda qeyd edilib ki, guya X6 akta qol çəkməkdən imtina etmişdir. Aktın yazılmasından xəbəri olmamışdır. Sonradan bilmişdir ki, akt yazılmışdır. Ona və ailə üzvlərinə məxsus ünvan 4 ünvanında heç bir daşınmaz əmlak mövcud deyildir. X4 isə mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izhat vermiş, ona məxsus olan qeyri yaşayış sahəsinin ünvanın ünvan 6v 1 ünvanından məlumatsız olduğunu qeyd etmiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, aktda da müqavilədəki ünvan göstərilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: Abonent haqqında məlumat çıxarışından məlum olur ki, 103013 müqavilə kodu üzrə X2 məxsus hesab üzrə ünvan Binəqədi rayonu 8-ci mkr., H.Hüseynov ev- 1 qeyd edilmişdir. Həmin abonent məlumatında 2022-ci ilin avqust ayı üzrə cəmi 2.298 manat satış göstərilmişdir. Cavabdeh ASC Binəqədi rayon Sukanal İdarəsi tərəfindən təsdiq edilmiş qanunsuz istifadə fakturasında xx.xx.2022 tarixli 601806 saylı akt üzrə 2.196 manat dəymiş maddi ziyan qeyd edilmişdir. Həmin fakturada qeyd edilmişdir ki, xx.xx.2023 tarixinə qalıq borc 2.187 manat təşkil edir. 601806 nömrəli aktda qeyd edilmişdir ki, Binəqədi rayonu 8 mkr., H.Hüseynov ev-a ünvanında yerləşən ət kəsiminin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, su sayğacından kənar d-15 mm rezin borc vasitəsilə qeyri-qanuni istifadə aşkarlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan məlum olur ki, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. 22 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamə surətində qeyd edilmişdir ki, X5 10 dekabr 2020-ci il tarixində ölümşdür. X5 və Cavabdeh ASC arasında imzalanmış 06 mart 2013-cü il tarixli 10013 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dar qeyri-əhali istehlakçıları üçün müqavilənin 2.1.2 bəndində qeyd edilmişdir ki, abonentin su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri 15 mm olan borcu vasitəsilə həyata keçirir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022 tarixli 601806 saylı akt üzrə Cavabdeh ASC Binəqədi rayon Sukanal İdarəsi tərəfindən Binəqədi rayonu 8 mkr., H.Hüseynov ev-1 ünvanında yerləşən ət kəsimi obyektinə baxış keçirilmiş daha sonra həmi obyektə 2.196 manat dəymiş ziyan üzrə cərimə hesablanmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış borcun silinməsini tələb etsə də abonent məlumatlarında ünvan olaraq ünvan 11üquq: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 4.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. “Sudan istifadə qaydaları” haqqında Azərbaycan Respulikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixili Qərarın 6.1 bəndində qeyd edilmişdir ki, STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. “Sudan istifadə Qaydaları”na 2 nömrəli əlavə olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilədə xidmət hüquqi ünvanın olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: İddiaçı iddia tələbində mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış borcun silinməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verilərkən iddiaçının tələbində qeyd edilən həddə tələb araşdırılır. İddiaçı isə özünün iddia tələbində hesablanmış borcun silinməsini qeyd edərkən müqavilə koduna abonent məlumatlarına istinad etməmişdir. Məhkəməyə təqdim edilmiş abonent məlumatlarında isə ünvan olaraq Binəqədi, 8-ci mikrorayon H.Hüseynov, ev-1 ünvanı göstərilmişdir. Eyni zamanda iddiaçı borcun silinməsi barədə qətnamə çıxarılmasını tələb etsə də həmin borcun məbləğini qeyd etməmiş, bu barədə məhkəmə araşdırması zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar