Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-19/2020 11.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinədair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dairiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2013-cü il tarixli, 49AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 374.441,62 manat, faiz borcu üzrə 160.774,16 manat və cərimə borcu üzrə 13.481,59 manat, cəmi 548.697,37 manat borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh MMC-nin mülkiyyətində olan **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtobuslara yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə, əgər satışdan əldə olunan vəsait kifayət etməyəcəksə, cavabdehin digər gəlirlərinə və ya əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 20 saylı filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 nömrəli təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə İddiaçı ASC-nin 20 saylı filialı tərəfindən 8 ədəd İSUZU ECOBUS markalı avtobusların alınması üçün 48 ay müddətinə illik 20 faiz olmaqla 388.800 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq Cavabdeh MMC-nin mülkiyyətində olan: Şassi: NNAMOB5LL02017386, Mühərrik: 042966, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017387, Mühərrik: 043046, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017388, Mühərrik: 043012, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017400, Mühərrik: 043477, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017402, Mühərrik: 043468, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017406, Mühərrik: 044844, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017408, Mühərrik: 044858, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017413, Mühərrik: 042966, Buraxılış ili: 2012-ci il Buraxılışlı 8 ədəd İsuzu Ecobus markalı avtobuslar girov kimi Banka təqdim edilmiş və bu barədə xx xxxxx 2013-cü il tarixli 49İP/F20-13 saylı girov müqaviləsi imzalanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsində qeyd edilənşərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh MMC-yə borcun qaytarılması ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC-nin 20 saylı filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 49AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə Cavabdeh MMC-nin LPO İddiaçı ASC qarşısında əsas borc üzrə 374.441,62 manat, faiz borcu üzrə 160.774,16 manat və cərimə borcu üzrə 13.481,59 manat, cəmi 548.697,37 manat borc yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən, İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən, X1 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil öhdəliyin icra olunduğunu bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC-nin 20 saylı filialı (borcverən) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 49AV/F20-13 nömrəli təminatlı Kredit müqaviləsindən görünür ki, borc verən borc alana 388.800 (üç yüz səksən səkkiz min səkkiz yüz) manat məbləğində 48 ay müddətinə illik 20 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Borc alan kredit məbləğini yeni alınacaq 8 ədəd İsuzu Ecobus markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün istifadə edəcəkdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, kredit üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 20 faizlə hesablanır. Əsas kimi 1 ayda 30, 1 ildə isə 360 təqvim günü götürülür. Müqavilənin 3.1-ci bəndinə əsasən, kredit məbləğinin hərəkəti və uçotu borc verən tərəfindən borc alan üçün açılan 12-53314 saylı ssuda hesabı vasitəsi ilə təmin edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, bankla borc alan arasında aparılan hesablaşmalar borc verən tərəfindən borc alan üçün açılan 12-53314-3 saylı cari hesab vasitəsi ilə aparılır. Müqavilənin 3.5-ci bəndinə əsasən, kredit vəsaitindən istifadə müddəti 48 ay təşkil edir. Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC-nin 20 saylı filialı və Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı girov/ipoteka müqaviləsinin predmeti çıxış edir. - İddiaçı ASC-nin 20 saylı filialı (girov saxlayan) ilə Cavabdeh MMC (girov qoyan) arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 49İP/F20-13 nömrəli girov müqaviləsindən görünür ki, xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsinə əsasən girov saxlayan girov qoyana 8 ədəd İsuzu Ecobus markalı sərnişin daşıma avtobuslarının alınması üçün 388.800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq girov qoyan 8 ədəd Şassi: NNAMOB5LL02017386, Mühərrik: 042966, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017387, Mühərrik: 043046, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017388, Mühərrik: 043012, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017400, Mühərrik: 043477, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017402, Mühərrik: 043468, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017406, Mühərrik: 044844, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017408, Mühərrik: 044858, Buraxılış ili: 2012-ci il Şassi: NNAMOB5LL02017413, Mühərrik: 044808, Buraxılış ili: 2012-ci il İsuzu markalı sərnişin daşınma avtobuslarını girov saxlayan girov kimi təqdim etmişdir. Müqavilənin 2.1-ci bənində əsasən, tərəflərin razılığı ilə girov predmeti 432.000 manat dəyərində qiymətləndirilmişdir. - İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 082517 nömrəli xx xxxxx 2013-cü il tarixli çıxarışın surətindən görünür ki, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxs: Cavabdeh MMC, Nəqliyyat vasitəsi: X4 markalİş **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri, ipoteka saxlayan İddiaçı ASC 20 saylı filialı. -xx xxxxxx 2015-ci il tarixdə bağlanan İddiaçı ASC 0 saylı filialı ilə borcalan hüquqi şəxs Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə kreditin kapitallaşdırılması, borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması və kredit müqaviləsinə 1 nömrəli əlavə (ödəniş cədvəli) xx xxxxxx 2015-ci il tarixində yenisi ilə əvəz olunması, kredit müqaviləsi üzrə çıxış edən təminatların xx.xx.2017-ci il tarixədək sığortalı olduğunu nəzərə alaraq mövcud sığorta müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış təminatların xx.xx.2019-cu il tarixinədək yenidən 100 faiz sığortalanması, komissiya haqqının 100 manat olması, borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin digər şərtlərinin dəyişməz olaraq qalması razılaşdırılmışdır. - LPO İddiaçı ASC-nin xx xxxxxxxx 2017-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 374.441,62 manat əsas, 160.774,16 manat faiz borcu, 13481,59 manat cərimə borcu, cəmi 548697,37 manat borcu vardır. - xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018ci il tarixli, 2188 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxx 2013-cü il tarixli, 49AV/F20-13 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı ASC-yə olan borcu 515.771,72 manat məbləğində müəyyən edilir. əsas borc üzrə-366.034,86 manat, faiz borcu üzrə 149.736,87 manat. - xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, 19699 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları və xx xxxxx 2013-cü il tarixli, 49AV/F20-13 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin sual üzrə xx xxxxxxxx 2017-ci il tarixə İddiaçı ASC-yə olan borcu 515.771,73 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas borc üzrə-366.034,86 manat, faiz borcu üzrə 149.736,87 manat. - xx.xx.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21793 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə MMC-nin xx xxxxxxxx 2017-ci il tarixədək (maliyyə arayışının tarixinə) banka olan borcu 515779,23 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 366.036,19 manat, faiz borcu üzrə 149.743,04 manat. İş materiallarında göründüyü kimi Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla müqavilə üzrə Cavabdeh MMC-yə cərimə hesablanmır. - xx.xx.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 09/403 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə MMC-nin xx xxxxxxxx 2017-ci il tarixədək (maliyyə arayışının tarixinə) banka olan borcu 515779,23 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 366.036,19 manat, faiz borcu üzrə 149.743,04 manat. İş materiallarında göründüyü kimi Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla müqavilə üzrə Cavabdeh MMC-yə cərimə hesablanmır. - 305 nömrəli xx xxxxxxx 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflərin bərabərliyi prinsipi tərəflər arasında ədalətli balans baxımından ədalətli məhkəmə araşdırması hüququnun mühüm xüsusiyyətidir və prosessin çəkişmə xarakterinə xas olan cəhətidir. Mahiyyət etibarı ilə bu prinsip tələb edir ki: “Hər bir tərəf öz arqumentlərini, o cümlədən sübutlarını təqdim etmək üçün ağlabatan imkana malik olmalı və əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salınmamalıdır” (X2rşı, 1993-cü il tarixli qərarı). Mülki prosessual qanunvericiliyə görə hazırki iş üzrə tərəflərin bərabərlik prinsipinin təmin edilməsi məqsədi ilə müştərinin həqiqi borcunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsi baxımından, tərəflərin vəsatətləri üzrə təkrar məhkəməekspertizası təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin dispozisiyasından aydın olduğu kimi, ekspertiza təyin edilməsində məqsəd məhkəmə araşdırmasının gedişində ortaya çıxan və aydınlaşdırılması xüsusi bilik tələb edən sualların izah edilməsindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 09/403 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə MMC-nin xx xxxxxxxx 2017-ci il tarixədək (maliyyə arayışının tarixinə) banka olan borcu 515779,23 manat məbləğində o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 366.036,19 manat, faiz borcu üzrə 149.743,04 manat borc müəyyən olunmuşdur. Bundan əlavə Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla müqavilə üzrə Cavabdeh MMC-yə cərimə hesablanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanılmış kredit müqavilələri üzrə münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci və “Banklar haqqında” Qanunun 36.6-cı maddələri ilə nizama salınır. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki,İddiaçı ASC-nin 20 saylı filialı (borcverən) ilə Cavabdeh MMC (borc alan) arasında xx xxxxx 2013-cü il tarixli, 49AV/F20- 13 nömrəli təminatlı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, borc verən borc alana 388.800 (üç yüz səksən səkkiz min səkkiz yüz) manat məbləğində 48 ay müddətinə illik 20 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixdə bağlanan İddiaçı ASC 20 saylı filialı ilə borcalan hüquqi şəxs Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən isə borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə kreditin kapitallaşdırılması, borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması və kredit müqaviləsinə 1 nömrəli əlavə (ödəniş cədvəli) xx xxxxxx 2015-ci il tarixində yenisi ilə əvəz olunması, kredit müqaviləsi üzrə çıxış edən təminatların xx.xx.2017-ci il tarixədək sığortalı olduğunu nəzərə alaraq mövcud sığorta müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış təminatların xx.xx.2019-cu il tarixinədək yenidən 100 faiz sığortalanması razılaşdırılmışdır. Cavabdeh tərəf bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetiməməsi səbəbindən iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 09/403 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, həmin rəydə qeyd edilən əsas borc məbləi və faiz məbləğləri cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, xx xxxxx 2013-cü il tarixli, 49AV/F20-13 nömrəli təminatlı Kredit müqaviləsi üzrə tələb olunan 13481,59 manat cərimə məbləğinin 1300 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınması əsaslarından biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin269.1-ci maddəsinə əsasən, Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, 690 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi üzrə 366.036,19 manat əsas, 149.743,04 faiz borcu, 1300 manat cərimə cəmi 517.079,23 manat məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh MMC-nin mülkiyyətində olan **-JZ-***, **-JZ-***, **-JZ-***, **- JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtobuslara yönəldilməli, qeyd edilən əmlaklar açıq hərracdan satılmalı və əmlakın satışından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx xxxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi üzrə 366.036,19 (üç yüz altmış altı min otuz altı manat on doqquz qəpik) manat əsas, 149.743,04 (yüz qırx doqquz min yeddi yüz qırx üç manat dörd qəpik) faiz borcu, 1300 (min üç yüz) manat cərimə cəmi 517.079,23 (beş yüz on yeddi min yetmiş doqquz manat iyirmi üç qəpik) manat məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh MMC-nin mülkiyyətində olan **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət nömrə nişanlı İSUZU ECOBUS markalı avtobuslara yönəldilsin. Qeyd edilən əmlaklar açıq hərracdan satılsın və əmlakların satışından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilsin. Cavabdeh MMC-dən 690 (altı yüz doxsan) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(113)-19/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-19/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver