Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-20/2020 09.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 119/03F1 nömrəli, xx xxx 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə əsas borc üzrə 405795,90 manat, faiz borcu üzrə 164114,27 manat, cərimə borcu üzrə 51.446,06 manat, cəmi 621.356,23 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 119/03F1 nömrəli, xx xxx 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə əsas borc üzrə 405795,90 manat, faiz borcu üzrə 164114,27 manat, cərimə borcu üzrə 51.446,06 manat, cəmi 621.356,23 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 119/03F1 nömrəli, xx xxx 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə illik 14%-lə, 1.400.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdə edilmiş əlavəyə əsasən kredit xəttinin müddəti 10 ay 14 gün, xx.xx.2014-cü il tarixə qədər uzadılmışdır. Sonradan kredit müqaviləsinə edilmiş əlavəyə müqavilənin bitmə müddəti xx.xx.2015-ci il tarixə qədər uzadılmışdır.Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. Sonuncu dəfə cavabdeh xx.xx.2014-cü il tarixdə 20105,00 manat məbləğində ödəniş etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 119/03F1 nömrəli, xx xxx 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında əsas borc üzrə 405.795,90 manat, faiz borcu üzrə 164.114,27 manat, cərimə borcu üzrə 51.446,06 manat, cəmi 621.356,23 manat borc yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verdi və ekspert rəyi nəzərə alınmaqla iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil əvvəl keçirilmiş məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, cavabdeh tərəfindən xx xxxxxx 2015-ci il tarixədək 1.451.861 manat ödəniş edilmişdir. Ekspert rəyində ödəniş faiz borcuna hesablanmışdır. Faiz borcu hissəsini qəbul etmir. Müqavilənin müddəti bitdikdən sonra faiz borcu hesablanması qanunsuzdur. İddianı əsas borc hissəsində qəbul edir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh xx xxxxx 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxx 2012-ci il tarixli 119/03F1 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 21 ay müddətinə illik 14%-lə, 1.400.000 manat məbləğində kredit xətti açmağı, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Müqavilənin 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faiz də hesablanmaqla ümumi məbləğin 28 faiz miqdarında borc verənə dəbbə pulu ödəməlidir. xx xxxxxx 2014-cü il tarixli 2 saylı Əlavədən görünür ki, xx xxx 2012-ci il tarixli 119/03F1 nömrəli kredit xətti müqaviləsinin bitmə müddəti xx xxxxxx 2014-cü il tarixinə kimi 10 ay 14 gün uzadılmışdır. xx xxxxxx 2015-ci il tarixli 3 saylı Əlavədən görünür ki, xx xxx 2012-ci il tarixli 119/03F1 nömrəli kredit xətti müqaviləsinin bitmə müddəti xx xxxxxx 2015-ci il tarixinə kimi uzadılmışdır. xx xxxxxxx 2017-ci il tarixli Maliyyə arayışından görünür ki,cavabdehin xx xxxxxxxx 2017-ci il tarixə 405795,9 manat kredit, 164114,27 manat faiz, 51446,06 manat cərimə borcu olmaqla cəmi 621356,23 manat borcu vardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(81)- 276/2018 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2012-ci il tarixli 119/03F1 nömrəli müqavilə üzrə cavabdehin xx.xx.2017-ci il tarixinə olan əsas borc, faiz və dəbbə pulunun məbləğinin müəyyən edilməsi barədə sual qoyularaq, ekspertizanın aparılmasıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 9521 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış, xx xxx 2012-ci il tarixli 119/03F1 nömrəli kredit xətti müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 570922,42 manat, o cümlədən əsas kredit borcu 405795,9 manat, faiz borcu 165126,52 manat məbləğində müəyyən olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(81)- 65/2019 saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında xx xxx 2012-ci il tarixli 119/03F1 nömrəli kredit xətti müqaviləsinin bitmə tarixinə cavabdehin əsas, faiz və cərimə borcunun məbləğinin nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılmasıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 28213 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış, xx xxx 2012-ci il tarixli 119/03F1 saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2015-ci iltarixə iddiaçının cavabdehə olan borcu 472.291,48 manatməbləğində, o cümlədənəsas kredit borcu 405.795,9 manat, faiz borcu 66.495,58 manat müəyyən edilir.Bank tərəfindən xx xxx 2012cü il tarixli 119/03F1 saylı kredit xətti müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanması mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2012-ci il tarixli 119/03F1 nömrəli kredit xətti müqaviləsinə əsasən iddiaçı cavabdehə 21 ay müddətinə illik 14%-lə, 1.400.000 manat məbləğində kredit xətti açmağı, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 2 saylı Əlavəyə əsasən xx xxx 2012-ci il tarixli 119/03F1 nömrəli kredit xətti müqaviləsinin bitmə müddəti xx xxxxxx 2014-cü il tarixinə kimi 10 ay 14 gün, xx xxxxxx 2015-ci il tarixli 3 saylı Əlavəyə əsasən isə xx xxx 2012-ci il tarixli 119/03F1 nömrəli kredit xətti müqaviləsinin bitmə müddəti xx xxxxxx 2015-ci il tarixinə kimi uzadılmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi ilə cavabdehə verilmiş əsas kredit məbləğinin ödənilməmiş 405795,90 manat məbləğində borc iş materialları, habelə tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Məhkəmə, faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Kredit xətti müqaviləsi” xx xxx 2012-ci il tarixdə 21 ay müddətinə bağlanmış, sonradan xx xxxxxx 2014-cü il tarixli 2 saylı Əlavəyə əsasən müqavilənin bitmə müddəti xx xxxxxx 2014-cü il tarixinə kimi 10 ay 14 gün, daha sonra xx xxxxxx 2015-ci il tarixli 3 saylı Əlavəyə əsasən isə müqavilənin bitmə müddəti xx xxxxxx 2015-ci il tarixinə kimi uzadılmışdır. Yəni müqavilənin müddəti xx xxxxxx 2015-ci il tarixdə bitmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 28213 saylı rəyindən müəyyən olunur ki, xx xxx 2012-ci il tarixli 119/03F1 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci iltarixə cavabdehə 66.495,58 manat faiz borcu hesablanmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqedən işin hallına yanaşdıqda müəyyən edilir ki, cavabdehə hesablanmış faiz borcunun məbləği 164114,27 manat deyil, 66.495,58 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən faiz borcunu müqavilənin bitdiyi tarixə tələb etmək hüququna malik olduğundan ekspert rəyi ilə müəyyən olunmuş 66.495,58 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faiz də hesablanmaqla ümumi məbləğin 28 faiz miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 51.446,06 manat dəbbə pulu məbləği yaranmış 405795,90 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 20289 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 119/03F1 nömrəli, xx xxx 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə əsas borc üzrə 405795,90 manat, faiz borcu üzrə 66495,58 manat, cərimə borcu üzrə 20289 manat, cəmi 492580,48 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (492580,48 manat) iddia tələbinin (621.356,23 manat) 79,27 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 23,78 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 6,22 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 395 manat məbləğində ekspertiza xərclərinin 313,11 manat məbləği cavabdehdən, qalan 81,89 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 119/03F1 nömrəli, xx xxx 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə əsas borc üzrə 405795,90 (dörd yüz beş min yeddi yüz doxsan beş manat doxsan qəpik) manat, faiz borcu üzrə 66495,58 (altmış altı min dörd yüz doxsan beş manat əlli səkkiz qəpik) manat, cərimə borcu üzrə 20289 (iyirmi min iki yüz səksən doqquz) manat, cəmi 492580,48 (dörd yüz doxsan iki min beş yüz səksən manat qırx səkkiz qəpik) manat borc məbləği Cavabdehndən Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 23,78 (iyirmi üç manat yetmiş səkkiz qəpik) manat məbləği Cavabdehndən Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulsun, qalan 6,22 (altı manat iyirmi iki qəpik) manat məbləği isə Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 395 (üç yüz dixsan beş) manat məbləğində ekspertiza xərclərinin 313,11 (üç yüz on üç manat on bir qəpik) manat məbləği Cavabdehndən, qalan 81,89 (səksən bir manat səksən doqquz qəpik) manat məbləği isə Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-20/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-20/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver