Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2017/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan Filialına qarşı “direktor vəzifəsindən çıxarılma və təmsilçilik hüququna xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan Filialına qarşı “cəmiyyətin drektoru vəzifəsindən çıxarılma və qanuni təmsilçilik hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, “X1 Turizm” Anonim Şirkətinin Azərbaycan Filialının direktoru vəzifəsindən çıxarılmaqla onun cəmiyyətdəki qanuni təmsilçilik hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarından məlum olur ki, “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkəti xx.xx.2023 tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, İddiaçı Rafael oğlunun işdən çıxarılmasına adının direktor kimi silinməsinə razılıq verildiyini qeyd etmişdir. “X1 Turizm Gayrımenkul Ticaret Limited” şirkəti Fatih Sarıtağ adından Bakı Kommersiya Məhkəməsinə göndərilmiş xx.xx.2023 tarixli məktubda İddiaçı dəfələrlə müraciət edərək qanuni təmsilçilikdən və filial müdiri vəzifəsindən azad edilməsini tələb etdiyini, bu günə qədər tələbin icra edilmədiyini qeyd etmiş, iddia tələbinin tam qəbul edildiyini iddianın təmin edilməsini xahiş etmişdir. “X1 Turizm Gayrımenkul Ticaret Limited” şirkətinin səhmdarlarının xx.xx.2022 tarixli ümumi yığıncağı barədə xülasədən məlum olur ki, İddiaçı işindən azad edilmişdir. Qərar, yığıncaq sədri Fatih Sarıdağ və yığıncaq katibi Melis Başgüner tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh olaraq “X1 Turizm” Anonim Şirkətinin Azərbaycan Filialını qeyd etmiş və direktor vəzifəsindən çıxarılmasını xahiş etmişdir. Bununla belə iddiaçının özü xx.xx.2023 tarixində məhkəməyə işdən azad edilməsi barədə cavabdehin ümumi yığıncaq qərarını təqdim etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında hər-hansı mübahisə olmadığından yəni, iddiaçının iddia tələbi cavabdeh tərəfindən yerinə yetirildiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. AR MPM-nin 261.0.1 iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam veririlir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2017/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2017/2023
13.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver