Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2065/2021 04.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 firmasının Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 Firması və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı1 Firmasının (Abonent kodu: 070894) şəxsi hesabında göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 7292,61 manat məbləğində borcun abonent hesabından (Abonent kodu: 070894) silinməsi, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-nin abonent bazası proqramında İddiaçı1 firmasının adından (Abonent kodu: 070894) çıxarılaraq İddiaçı2 ilə müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı2 mülkiyyətindədir və həmin sahəni İddiaçı1 Firmasından almışdır. Bu qeyriyaşayış sahəsinin ümumi sahəsi 172,8 kv.m təşkil edir. Bu əmlakla bağlı (Cavabdeh ASCnin abonent bazası proqramında İddiaçı1 firmasının adına olan Abonent kodu: 070894) Cavabdeh ASC tərəfindən tərtib olunmuş 10 iyul 2019-cu il tarixli üzləşmə aktında 01.07.2019 tarixinə 135 manat suya, 6932,61 manat çirkab suya görə olmaqla, cəmi 7067,61 manat qalıq borcun olduğu göstərilmişdir. Cavabdeh ASC tərəfindən tərtib edilmiş ********* nömrəli, 10/07/2019 tarixli hesab-fakturada isə bu tarixə 7292,61 manat borcun olduğu bildirilmişdir. Abonent haqqında illər üzrə məlumat vərəqəsində göstərilir ki, 2017-ci ildə içməli suya görə 80. çirkab suya görə 2874 m3 sərfıyyat olmuş, müvafiq olaraq 31.31 manat və 128.69 manat ödənişlər olmuşdur. 2018-ci ildə isə içməli suya görə 60, çirkab suya görə 2738 m’ sərfıyyat olmuş, yalnız çirkab suya görə 120 manat ödəniş olmuşdur. Beləliklə, 2017 və 2018-ci illər üçün suya görə 100.02, çirkab suya görə isə 5354.59 manat borc hesablanmışdır. 2019-cu ilin yanvar ayından etibarən isə içməli və çirkab su sərfıyyatı ilə yanaşı, qrunt suyuna görə tarif əlavə olunmuşdur. Buna əsasən, qrunt suya görə yanvar ayında 233, fevral ayında 279, mart ayında 334, aprel ayında 147, may ayında 194, iyun ayında isə 272 manat m3 sərfıyyat olmuş, aprel və may aylarında müvafiq olaraq 500 və 300 manat ödəniş olmuşdur. Bununla da 2019-cu ilin iyun ayı daxil olmaqla, suya görə 100.02 manat, çirkab suya görə 5354.59 manat, qrunt suyuna görə 659 manat, ümumilikdə 6113.61 manat borc məbləği müəyyən olunmuşdur. Lakin iddiaçılara məlum olmayan səbəblərdən borc məbləği daha sonra 7292.61 manat göstərilmişdir. Qeyd olunmalıdır ki, bu borc məbləği əsassız və qanunsuz olduğu üçün silinməlidir. Belə ki, İddiaçı2 qeyd olunan əmlakı 2015-ci ildə alqı- satqı müqaviləsi üzrə öz mülkiyyətinə almış, buna dair ona 29.04.2015-ci il tarixli, RX ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar tərəfindən qrunt sudan istifadə halı olmamış, ümumiyyətlə qeyd olunan əmlakda qrunt suyu mövcud olmamışdır. Buna baxmayaraq, cavabdeh əsassız olaraq borc məbləğini iddiaçı “İddiaçı1" Firmasının hesabına daxil etmiş və bu borc məbləğini ondan tələb etmişdir. Halbuki iddiaçı bu borc məbləğinin yaranmasına səbəb olan hərəkətlər etməmişdir. Cavabdeh göstərilən borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent haqqında məlumaf’a əsaslanır. “Abonent haqqında məlumat" cavabdehin müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla cavabdehin daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. “Su təchizatı və tullantı suları haqqında" qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının" 7.5-ci bəndinə əsasən, suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Bu halda isə cavabdeh tərəfindən hər hansı hesablama aparılmamış, bu barədə iddiaçılara hər hansı məlumat verilməmişdir. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 61.1- ci maddəsinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(004)-364/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı1 firmasının (abonent kodu: 070894) şəxsi hesabında göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 7292,61 manat məbləğində borc abonent hesabından (abonent kodu: 070894) silinməsi, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-nin abonent bazası proqramında İddiaçı1 firmasının adından çıxarılaraq İddiaçı2 ilə müqavilə bağlanması vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq dövlət nəfinə köçürülməsi, 102 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.02.2021-ci il tarixli, 2(103)- 1882/2021 saylı qərardadı ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(004)-364/2020 saylı qətnaməsinin ləğv olunması, cavabdeh tərəfindən İddiaçı1 firmasının (abonent kodu: 070894) şəxsi hesabında göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 7292,61 manat məbləğində borcun abonent hesabından silinməsi tələbinə dair mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi, “İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh ASC-nin abonent bazası proqramında İddiaçı1 firmasının adından çıxarılaraq, İddiaçı2 ilə müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilməsi, İddiaçı2 qeyd oulnan tələblə bağlı müvafiq təbii inhisar subyektinin ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun izah olunması qət edilmişdir. İş 02.04.2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Cavabdeh ASC ilə İddiaçı1 Firması arasında su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 01.01.2005-ci il tarixli, 070894 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə, Cavabdeh ASC-nin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı dövlət standartının tələblərinə uyğun, məişət içməli və istehsalat məqsədi ilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir. -Yasamal rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 03 iyul 2017-ci il tarixli MXD-2939 saylı inventar aktından görünür ki, idarənin əməkdaşları tərəfindən 03 iyul 2017-ci il tarixdə C.Cabbarlı küçəsi, ev 19 ünvanda yerləşən İddiaçı1 firmasına məxsus “Memi” mağazasında baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, obyektin zirzəmisindən 25 mm-lik boru vasitəsi ilə qrunt suyu kanalizasiya şəbəkəsinə ötürülür. Baxış zamanı videoçəkiliş aparılmışdır. - 07.07.2017-ci il tarixli “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”ndan görünür ki, 2794 m3 miqdarında suların axıdılması xidmətindən qeyri-qanuni istifadəyə görə İddiaçı1 firmasına 2794 manat borc hesablanmışdır. -İddiaçı1 firmasının abonent haqqında məlumatlarından görünür ki, inventar aktı tərtib edildiyi tarixdən, yəni 2017-ci ilin iyul ayından başlayaraq 31 dekabr 2019-cu il tarixədək İddiaçı1 firmasına grunt sularına görə, (2017-ci il üçün 3748 manat, 2018-ci il üçün 2678 manat və 2019-cu il üçün 1684 manat) cəmi 8110 manat borc hesablanmışdır. 18.05.2021-ci il tarixə İddiaçı1 firmasının qrunt sularının axıdılmasına görə borcu (MXD- 2939 saylı inventar aktına əsasən hesablanmış borc da daxil olmaqla) 6942,61 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2020-ci il tarixli 3969 saylı ekspert rəyindən görünür ki, 2(004)-364/2020 saylı mülki iş materiallarında qeyri-yaşayış sahəsində qrunt sularının olması və onun axıdılması barədə 03 iyul 2017-ci il tarixli, MXD-2939 saylı inventar aktından başqa hər hansı məlumat yoxdur. Həmçinin mülki iş materiallarındakı bir ədəd diskdə olan video görüntüdə qeyriyaşayış sahəsinin hansı tərəfində qrunt sularının olması, həmin suların kanalizasiya xəttinə axıdılıb-axıdılmaması aydın şəkildə görünmür. 03 iyul 2017-ci il tarixli, MXD-2939 saylı inventar aktda Cəfər Cabbarlı küçəsi ev 19 ünvanında yerləşən İddiaçı1 firmasına məxsus mağazaya baxış keçirilən zaman obyektin zirzəmisindən d=25 mm-lik boru vasitəsi ilə qrunt suyunun kanalizasiya şəbəkəsinə ötürüldüyü qeyd edilmişdir. Bununla yanaşı ekspertin və tərəflərin iştirakı ilə baxış zamanı mağazanın daxilində qrunt suları aşkar edilmədi və video görüntüdə olan hissə təqdim olunmadı. Beləliklə, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsində qrunt sularının olmasını və onun kanalizasiya şəbəkəsinə axıdılmasını müəyyən etmək mümkün olmamışdır. -Cavabdeh ASC-nin X4 İdarəsinin 25 iyul 2019-cu il tarixli inventarizasiya aktından görünür ki, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 19 ünvanında abonentin qrunt su xəttinə baxış keçirilən zaman sayğac aşkar olunmamış, su xəttinə abşeron-ÇSS-20 mexaniki sayğac quraşdırılmış və plomblanaraq abonentin nümayəndəsinə təhvil verilmişdir. -“Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” 25.07.2019-cu il tarixli, 02/05179 saylı aktdan görünür ki, ünvan 3 ünvanına Abşeron-ÇSS- 20 markalı, 19063702 nömrəli, C042659 plomb nömrəli su sayğacı quraşdırılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı1 Firmasının iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 03.07.2017-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı1 Firmasına məxsus olmuş Cəfər Cabbarlı küçəsi, ev 19 ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektin zirzəmisindən d=25 mm-lik boru vasitəsi ilə qrunt suyunun kanalizasiya şəbəkəsinə ötürülməsi barədə MXD-2939 saylı inventar aktı tərtib edilmiş və həmin akta əsasən İddiaçı1 Firmasına 2794 manat məbləğində borc hesablanmışdır. 2017-ci ilin dekabrından başlayaraq 2019-cu ilin iyul ayınadək iddiaçıya mütəmadi olaraq qrunt sularının axıdılmasına görə borclar hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış 7.292,61 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh ASC iddiaçıya qrunt sularının axıdılmasına görə borcun hesablanmasını iddiaçı tərəfindən qeyri-qanuni olaraq qrunt sularının kanalizasiya sisteminə axıdılması ilə əsaslandırsa da, göstərilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş MXD-2939 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən, həmçinin iddiaçı aktı imza etməkdən imtina etdiyindən iddiaçı tərəfindən qurunt sularının axıdılması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən mübahisəli obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Bununla yanaşı obyektdə qrunt sularının axıdılması faktı həmçinin onunla da təkzib edilir ki, mübahisəli obyektdə qrunt sularının kanalizasiyasına axıdılmasına nəzarət etmək üçün cavabdeh “xxxx” ASC tərəfindən 2019-cu ilin iyulunda sayğac quraşdırılsa da, sayğacın quraşdırılmasında keçən 2 il ərzində həmin sayğac əsasında iddiaçıya borc hesablanmamışdır. İnventar aktı tərtib ediləndən sonra 2017-2019-cu illlərdə iddiaçıya qrunt sularının axıdılmasına görə hesablanmış borclara gəldikdə məhkəmə əvvəla qeyd edir ki, həmin borclar sayğac göstəricilərinə əsasən hesablanmamış, cavbadehin nümayəndəsi həmin borcların “Sudan istifadə qaydaları”nın 4 saylı əlavəsinə əsasən (Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi) hesablandığını iddia etsə də, müvafiq hesablamaları (qeyri-qanuni istifadə ilə bağlı hesabatları) məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından da göründüyü kimi abonent İddiaçı1 Firmasının adına olan obyektdə qrunt sularının axıdılması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya qrunt sularının axıdılmasına görə borc hesablamaqda haqlı olmamışdır. Belə olan halda məhkəmə abonent barədə məlumatlara əsasən 18.05.2021-ci il tarixə İddiaçı1 firmasının qrunt sularının axıdılmasına görə iddiaçıya olan borcun cəmi 6942,61 manat (inventar aktına əsasən hesablanmış borc və 2017-2019-cu illərdə iddiaçıya qrunt sularının axıdılmasına görə hesablanmış borclar daxil olmaqla) təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh ASC tərəfindən qrunt sularının axıdılmasına görə İddiaçı1 firmasına hesablanmış 6942,61 manat məbləğində borc silinməlidir. İddiaçının silinməsini tələb etdiyi borcun qalan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, abonent haqqında məlumatdan da göründüyü kimi həmin borc abonentə sayğac göstəricilərinə əsasən içməli sudan və kanalizasiya sistemindən istifadəyə görə hesablanmış borc olduğundan həmin borcun silinməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia verilərkən ödənilməli olan dövlət rüsumunun 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh ASC tərəfindən qrunt sularının axıdılmasına görə İddiaçı1 firmasına hesablanmış 6942,61 manat (altı min doqquz yüz qırx iki manat altmış iki qəpik) məbləğində borc silinsin. Ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia verilərkən ödənilməli olan dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2065/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2065/2021
04.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver