Məhkəmə qərarları › İş №2-2(113)-21/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-21/2021

14.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-21/2021 14.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı-nin cavabdehlər "Cavabdeh1" MMC-yə və "Cavabdeh2" (əvvəlki adı “X6”) Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs: X13) hərracın yekunları barədə protokolun, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və digər tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobilin açıq hərracda satılması ilə bağlı xx.xx.2018-ci il tarixli, 14 saylı yekun protokolunun və Cavabdeh1 MMC-nin 432 saylı xx.xx.2017-ci il tarixli rəyinin etibarsız hesab edilməsi, X5 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobilin yenidən qiymətləndirərək real bazar qiymətinin müəyyən olunması və yenidən hərrac keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-148/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Xətai rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən mülkiyyət hüququ ilə X5 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC tərəfindən 432 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən qiymətləndirilmiş, avto nəqliyyat vasitəsinin dəyəri 6000 manat həcmində müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə real qiyməti əks etdirmədiyindən, qiymətləndirmə aparılarkən mövcud qanunvericliyin tələbləri pozulduğundan, həmin rəy etibarsız hesab edilməli, avtomobil həmin rəylə müəyyən edilmiş qiymətə satıldığından və bu alqı-satqı törəmə hüquq münasibəti olduğundan, hərracın nəticələrinə dair protokol da etibarsız hesab edilməlidir. Eyni zamanda “X6” MMC tərəfindən xx xxxxxx 2018-ci il tarixdə hərrac keçirilmiş, həmin hərrac nəticəsində mülkiyyət hüququ ilə X3 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil 6000 manata X7 tərəfindən alınmışdır. Keçirilmiş hərrac barədə tələbkar İddiaçı-yə heç bir məlumat verilməmişdir. “X6” MMC tərəfindən xx xxxxxx 2018-ci il tarixdə keçirilən hərrac zamanı avtomobilin qiymətləndirilməsi Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun, eləcədə də ümumən hərracın təşkil edilməsi və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, X11 tələblərinə zidd şəkildə həyata keçirilmişdir. Bu da ipoteka saxlayanın qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnir. Cavabdeh2 nümayəndəsi X10 iddiaya etiraz verərək, bildirmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, qeyd olunan hərrac ilə bağlı bildiriş İddiaçı tərəfindən qəbul edilmiş və hərracın vaxtı və yeri barədə öncədən məlumatı olmuşdur. Cavabdeh2 hərrac təşkilatı olmaqla sadəcə hərrac proseslərinin təşkili ilə məşğuldur. Hər hansı qiymətləndirmə səlahiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X9 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hərracda iştirak edəcək bankın səlahiyyətli nümayəndəsinə xx xxxxxx 2018-ci il tarixdə hərracın baş tutmaması barədə məlumat verildiyindən sonuncu sözügedən hərracda iştirak etməmişdir. Lakin sonradan çox aşağı məbləğdə qiymətləndirilən avtomobilin həmin tarixdə "Cavabdeh2" MMC tərəfindən düzgün təşkil edilməyən hərracda satıldığı məlum olmuşdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında hazırda istifadəsində olan avtomobili vicdanlı alıcı kimi əldə etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər "Cavabdeh1" MMC və Cavabdeh2 nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılıması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 9076,51 ABŞ dolları məbləğində əsas borc, 1124,39 ABŞ dolları məbləğində faiz borcu, 34 ABŞ dolları məbləğində cərimə, cəmi 10234,90 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat məbləğində dövlət rüsumu X1 alınaraq İddiaçı-yə ödənilməsi, tələbin “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 10234,90 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı-yə ödənilməsi qət edilmişdir. "Cavabdeh1" MMC-nin xx.xx.2017-ci il tarixli, QXM/432 nömrəli məktubunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-148/2017 saylı, xx xxxxxx 2017-cı il tarixli icra sənədi ilə əlaqədar, Xətai rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarxili qərarı və müraciətinə əsasən, X3 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil bazar dəyərinə uyğun qiymətləndirilmiş və avtomobilin bazar dəyəri (xx.xx.2017-ci il tarixli, QR-432 saylı qiymətləndirmə rəyi ilə) 6000 manat müəyyən edilmişdir. Xətai rayon icra şöbəsinin Cavabdeh2nə, "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə və X3 ünvanladığı xx xxxxxx 2017-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-148/2017 saylı, xx xxxxxx 2017-cı il tarixli icra sənədinə əsasən X3 məxsus 6000 manat məbləğində qiymətləndirilmiş “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsi ilə satışının təşkil edilməsi xahiş edilmişdir. “Kaspi” qəzetinin xx xxxxxx 2017-ci il tarixli buraxılışının surətindən görünür ki, “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin 6000 manat qiymətinə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc edilmişdir. Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixli Xətai rayon icra şöbəsinə, "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə və X3 ünvanladığı açıq hərracın keçirilməsinə dair 01/147 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 mülkiyyətində olan “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin 6000 manat qiymətə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş İddiaçı-yə göndərilmiş və xx xxxxxx 2018-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli 14 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokolun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin satış qiyməti 6000 manat olmaqla, 6060 manat dəyərində X7 almışdır. “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə MMC-nin adı dəyişdirilərək Cavabdeh2 kimi adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, X2 mülkiyyətində olan “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə bağlı hərracların təşkili və keçirilməsi barədə xx xxxxxx 2017-ci il tarixdə elan verilmiş, elə həmin tarixdə də açıq hərracın keçirilməsinə dair bildiriş İddiaçı-yə göndərilmiş və sözügedən bildirişi İddiaçı xx xxxxxx 2018-ci il tarixdə almışdır. Göründüyü kimi, Cavabdeh2 hərracın keçirilməsi barədə İddiaçı-yə lazımi qaydada məlumat verdiyinə görə hərracın təşkili və keçirilmə qaydalarını pozmamışdur. Məhkəmə, iddia ərizəsi üzrə “hərracın yekunları barədə ptotokolun etibarsız hesab edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin Cavabdeh1 MMC-nin 432 saylı xx.xx.2017-ci il tarixli rəyinin etibarsız hesab edilməsi, X5 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobilin yenidən qiymətləndirərək real bazar qiymətinin müəyyən olunması və yenidən hərrac keçirilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “hərracın yekunları barədə ptotokolun etibarsız hesab edilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh1 MMC-nin 432 saylı xx.xx.2017-ci il tarixli rəyinin etibarsız hesab edilməsi, X5 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobilin yenidən qiymətləndirərək real bazar qiymətinin müəyyən olunması və yenidən hərrac keçirilməsi” hissəsində də təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı-nin cavabdehlər "Cavabdeh1" MMC-yə və "Cavabdeh2" (əvvəlki adı “X6”) Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs: X13) hərracın yekunları barədə protokolun və Cavabdeh1 MMC-nin 432 saylı xx.xx.2017-ci il tarixli rəyinin etibarsız hesab edilməsi, X5 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobilin yenidən qiymətləndirərək real bazar qiymətinin müəyyən olunması və yenidən hərrac keçirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddiaçı-nin cavabdehlər "Cavabdeh1" MMC-yə və "Cavabdeh2" (əvvəlki adı “X6”) Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs: X13) hərracın yekunları barədə protokolun və Cavabdeh1 MMC-nin 432 saylı xx.xx.2017-ci il tarixli rəyinin etibarsız hesab edilməsi, X5 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobilin yenidən qiymətləndirərək real bazar qiymətinin müəyyən olunması və yenidən hərrac keçirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar