Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2148/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, Masallı rayon Qarğalıq bələdiyyəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6) qarşı hərracın nəticələrinin ləğv edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı rayon Qarğalıq bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X5 15 saylı Torpaq müsabiqə və hərrac komissiyasının (hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komisiyası) X3 qalib olduğu 16 fevral 2017-ci il tarixli hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətinə aid 61,42 ha su tutarının icarəyə ayrılması ilə bağlı 16 fevral 2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərrac keçirilmiş və həracın qalini X6 olmuşdur. Masallı rayonu Qarğalı bələdiyyəsinin sabiq sədri işlədiyi dövrdə 61,42 ha sututarın icarəyə veriləsi məqsədilə hərraca çıxarılması üçün təkbaşına qərar qəbul etdiyi müəyyən edilmiş və nəticədə Masallı rayon məhkəməsinin 16.10.2017-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmişdir. İddiaçının nümayəndəsi X4 izahatında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X7 iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 25.01.2017-ci il tarixli, 100 saylı qəbzə əsasən AR ƏMDK yanında Hərracların Təşkili üzrə X5 15 saylı Torpaq Müsaiqə və Hərrac Komissiyası tərəfindən X6 hərracda iştirak etməsi üçün 100 nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə işin faktiki hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. İddianın faktiki əsası kimi bələdiyyə sədri tərəfindən ümumi istifadədə olan torpaq sahəsinin icarəyə verilməsini barədə təkbaşına qərar qəbul edilməsinə, hüquqi əsas olaraq “Bələdiyyə torpaqlarını idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.2, 6.2, 11.9-cu və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə istinad edilmişdir. “Bələdiyyə torpaqlarını idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 4.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək bələdiyyələrin səalhiyyətlərinə aid edilmişdir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Normaların məzmunundan görünür ki, hüquqi əsas kimi istinad olunan normalarda hərracın keçirilməsi, nəticələrinin etibarsız hesab olunması ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Halbuki, iddianın predmeti bələdiyyə qərarının qanuniliyi deyildir, hərracın nəticələrinin ləğvidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-cı maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Lakin ərizədə hərracın Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş hansı qaydaları pozmaqla keçirilməsi nə hüquqi, nə də faktiki tərəfdən əsaslandırılmamış və bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Hətta bələdiyyənin qərarı qanunsuz olsa belə, həmin qərar ləğv olunmamış və iddiaçı tərəfi mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını araşdıraraq və iddiaçı tərəfin istinad etmiş olduğu dəillərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən hərracın Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş hansı qaydaları pozmaqla keçirilməsi nə hüquqi, nə də faktiki tərəfdən əsaslandırılmadığından və bu barədə məhkəməyə heç bir sübut təqdim olunmadığına görə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Masallı rayon Qarğalıq bələdiyyəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı hərracın nəticələrinin ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-2148/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2148/2021
10.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver