Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2149/2021 16.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlnda X3 Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (müstəqil tələb irəli sürməyən üçünçü şəxs X2) qarşı müsabiqənin nəticələrinin ləğv edilməsi, torpaq icarə müqavilələrinin xitam verilməsi tələbinə dair iddia ərizəsi barədə işə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı xx.xx.2021-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1 qalib olduğu xx xxx 2019-cu il tarixli müsabiqənin nəticələrinin ləğv edilməsi və bələdiyyə ilə X2 arasında bağlanmış xx xxx 2019-cu il tarixli icarə müqavilələrinə (0,027 ha, 0,008 ha torpaq sahəsi üzərində icarə hüququna) xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-(073)-572/2021 nömrəli qərardadına əsasən, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan kommersiya mübahisəsidir və cavabdehin hüquqi ünvanı ünvan 1PM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, Cəlilabad Rayon Məhkəməsi işi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəkəmsinə göndərməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, İddiaçı 2 iddia tələblərdən biri, yəni “müsabiqənin nəticələrinin ləğv edilməsi tələbi” inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrlə bağlı olduğundan həmin tələbə inzibati icraat qaydasında (Bakı İnzibati Məhkəməsi) baxılmalıdır. Digər tələb (torpaq icarə müqaviləsini xitamı) üzrə X2 cavabdeh qismində çıxış etməli olduğu halda, iddiaçı sonuncunu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər sırasında göstərmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, X2 cavabdehlər sırasında olsaydı belə, sahibkarlıq fəaliyyətini həyata keçirməyən (Elektron məhkəmə sisteminin “vergi ödəyicilərinin məlumatları” bölməsindən çıxarışda və Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytından çıxarılmış məlumata əsasən Ə.Məcidov vergi ödəyicisi kimi qeydə alınmadığı müəyyən olunmuşdur) fiziki şəxs olduğuna görə işə Yardımlı Rayon Məhkəməsində (VÖEN olduğu təqdirdə Şirvan Kommersiya Məhkəməsində) baxılmalıdır. Göründüyü kimi hazırki iddia üzrə heç bir tələbə Bakı Kommersiya Məhkəməsində (biri icraat, digəri isə ərazi, həm də məhkəmə aidiyyət baxımından) baxıla bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, Cəlilabad Rayon Məhkəməsində bir neçə məhkəmə baxışı keçirildiyindən, həmçinin hazırki tələblərin Bakı Kommersiya Məhkəməsinə aidiyyəti olmadığından məhkəmə MPM-nin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması ilə bağlı hüququndan istifadə edə bilməz. Odur ki qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlnda X3 Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (müstəqil tələb irəli sürməyən üçünçü şəxs X2) qarşı müsabiqənin nəticələrinin ləğv edilməsi, torpaq icarə müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlnda X3 Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (müstəqil tələb irəli sürməyən üçünçü şəxs X2) qarşı müsabiqənin nəticələrinin ləğv edilməsi, torpaq icarə müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-2149/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2149/2021
16.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver