Məhkəmə qərarları › İş №2-2(113)-2163/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2163/2025

28.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2163/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhəri Yasamal rayonu İnşaatçılar küç.5 ünvanda yerləşən yataqxananı bütöv halda boşaldılması və icarədar olaraq faktiki sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu İnşaatçılar küç.5 ünvanda yerləşən yataqxananı bütöv halda boşaldılması və icarədar olaraq faktiki sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1994-cü il tarixdə "Zirvə"kiçik müəssisəsi yaradılmışdır və həmin kiçik müəssisə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli,562/6 nömrəli Sərəncamı ilə hüquqi ünvan olaraq Bakı şəhəri Yasamal rayonu İnşaatçılar küç.5 ünvanda müstəqil hüquqi şəxs olaraq qeydə alınmış,sonradan yəni 06 aprel 1994-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs qismində qeydiyyatdan keçmişdir.,,Zirvə,,kiçik müəssisəsinin təsisçisi mən özüm hazırda İddiaçı olmuşam.Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli,065/44 nömrəli sərəncamı ilə "ZİRVƏ"Kiçik müəssisəsinə"X2 məxsus İnşaatçılar prospekti 5-nömrəli ünvanda yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsində kommersiya fəaliyyətinə icazə verilmişdir.Həmin sərəncama əsasən qeyd edilən yataqxananın 1-ci mərtəbəsində yeməkxana,ayaqqabı təmiri və dərzi fəaliyyəti ilə məşğul olmuşam. Yataqxana işçilərinin 4 yanvar 1991-ci il tarixdə "Yataqxananın icarəyə götürülməsinə dair"dair keçirilmiş iclasın qərarına əsasən Xəzər dəniz Gəmiçiliyinin rəhbərliyin qəbulunda olmuşam və iclasın qərarını rəhbərliyə təqdim etmişəm,və gəmiçilik rəhbərliyi yataqxananın yataqxana işçilərinin icarəsinə verilməsinə dair razılığım bildirmişdir və müavini T.Muradova müvafiq müqavilkə bağlanılması barədə göstəriş vermişdir.Həmin tarixdən yataqxana bütöv halda yataqxana işçilərinin icarəsinə keçmiş və müvafiq təsərrüfat fəaliyyətinui həyata keçirmişik. Məlumatımız olmadan cavabdeh müxtəlif vaxtlarda Bakı şəhəri Yasamal rayonu İnşaatçılar küç.5 ünvanda yerləşən yataqxananı hissə-hissə tanımadığımız müxtəlif şəxslərə vermiş bununla da icarədar olaraq qeyd olunan iinvada yerləşən əmlaka faktiki sahiblik və istifadə hüquqlarımızı pozmuşdur.Hesab edirəm ki, Bakı şəhəri Yasamal rayonu İnşaatçılar küç.5 ünvanda yerləşə yataqxanadan istifadə edən fiziki şəxslər çıxarılmalıdır.Bu məsələ ilə əlaqədar cavabdehə yazılı surətdə müraciət edərək yataqxanandan istifadə edən kənar şəxslərin çıxarılmasını xahiş etsəm də, cavabdeh Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında hərrac vasitəsi ilə özəlləşdirildiyini bildirmişdir. Cavabdehin 10 iyul 2024-cii il tarixli,3-21-3\2-M1437/02- 8/2024 nömrəli məktubundan göründüyü kimi cavabdeh qeyd edilən əmlakla bağlı özəllışdirmə tədbirlərini 20016 və 2017- ci nillərdə görmüşüdür.Sözügedən əmlakın özəlləşdirilməsi ilə əlaqədar həyata keçirtdiyi tədbirlərini qanunsuz hesab edirəm,ona görə ki, sözügedən həmin əmlak 1991-1993-cü illərdən etibarən sözügedən yataqxana işçilərinin və birinci mərtəbəsi şəxsən mənim yəni təsisçisi olduğum //ZİRVƏ,,Kiçik müəssisəsinin qanunla müəyyən edilmiş qaydada icarəsində olmuşdur.. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətləin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 4-cü bəndinə görə isə inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi mübasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 15.4-cü bəndinə uyğun olaraq. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi hazırkı iş üzrə mübahisənin tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (İddiaçı) və inzibati orqan (cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) olmaqla bərabər, mübahisə inzibati orqanın xüsusi hüququn bərabərhüquqlu subyekti kimi iştirak etdiyi münasibətlərdən (müqavilə və s.) deyil, hakimiyyət səlahiyyətlərinin subyekti kimi ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası üzrə işə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhəri Yasamal rayonu İnşaatçılar küç.5 ünvanda yerləşən yataqxananı bütöv halda boşaldılması və icarədar olaraq faktiki sahibliyinə qaytarılması” tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı iddia ilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Bakı şəhəri Yasamal rayonu İnşaatçılar küç.5 ünvanda yerləşən yataqxananı bütöv halda boşaldılması və icarədar olaraq faktiki sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti İnzibati məhkəməyə müraciət vermək hüququ izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar