Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-22/2024 26.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh8 qarşı pul tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" şirkətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh8 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: vurulmuş ziyanın ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X25 oğlunun katibliyi, İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh11 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh8 qarşı pul tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" şirkətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh8 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh10, X18, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh8 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mütəşəkkil dəstə yaradaraq cinayət əməlləri törətmiş cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, X18, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh8 tərəfindən dəymiş 647780 manat məbləğində maddi ziyanın, eləcə də cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində işgüzar nüfuzlarına dəymiş ******* manat ziyanın, cəmi ******* manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehlərin əməllərində cinayətin əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxlsərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0103-P9-37514 saylı şəhadətnamə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən almış olduğu müvafiq lisenziya əsasında respublika daxilində və o cümlədən Bakı şəhərində müxtəlif növ dərman preparatlarının topdan və pərakəndə satışını təşkil etmişdir. Daha sonra, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X15 Qeydiyyatı İdarəsi tərəfindən 0103-P9-37514 qeydiyyat nömrəsi ilə, 01 aprel 2003-cü il tarixdə qeydiyyata alınmış "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən cəmiyyətin təsisçiləri "xxxx" şirkəti, X12 və Cavabdeh3 və nizamnamə kapitalındakı mayalar "xxxx" şirkəti 50%, X12 25% və Cavabdeh3 25% olmuşdur. X6 25% və Cavabdeh3 25% nizamnamə paylarının dəyəri Cavabdeh3 bibisi oğlanları Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh3 olsa da, MMC-yə faktiki rəhbərliyi Cavabdeh1 və qardaşları Azad və Asif etmişlər. Belə ki, "xxxx" MMC-nin faktiki idarəçiliyi Cavabdeh1 olmuş, cəmiyyətin maliyyə işlərinə Cavabdeh2 nəzarət etmiş, Cavabdeh10 isə şirkətin işlərini Rusiya Federasiyasından idarə etmişdir. "xxxx" şirkətinin qeyri təsisçilərinin İddiaçı1 və İddiaçı2 və fiziki şəxslər Cavabdeh3, X6 iştirakı ilə "xxxx" MMC təsisçilərinin birgə iclası keçirilmiş və xx.xx.2007-ci il tarixdə qəbul edilmiş qərarla "xxxx" MMC-nin 2006-cı fəaliyyəti qənaətbəxş edilmiş, Cavabdeh1 təşəbbüsü ilə "xxxx" MMC-nin təsisçilərindən biri və direktoru Cavabdeh3 cəmiyyətin 2007-ci il və sonrakı dövründə dövlət və qeyri-dövlət müəssisələrində, tibb müəssisələrində və eləcə də beynəlxalq miqyasda təmsilçi nümayəndəsi seçilmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru tərəfindən müxtəlif bank əməliyyatları keçirilərək kredit vəsaitləri alınmışdır. "xxxx" MMCnin maliyyə problemlərinin aşkar edilməsi "xxxx" şirkətinin təsisçiləri, həmçinin maliyyətəsərrüfat fəaliyyət ilə bağlı keçirilmiş təsisçilərin ümumi yığıncağında gündəlik məsələyə qoyularaq baxılmış və bu kimi halların qarşısının alınması üçün təsisçilərin yığıncağında qərarlar çıxarılmışdır. Belə ki, "xxxx" MMC-nin təsisçilərinin növbədənkənar xx.xx.2014-cü il tarixli birgə "xxxx" şirkətinin təsisçilərinin və "xxxx" MMC-nin cavabdeh şəxsləri Cavabdeh1 iştirakı ilə "xxxx" MMC-də 2007-2014-cü illər ərzində yaranmış maliyyə problemləri müzakirə edilmişdir. Qəbul edilmiş qərar üzrə bütün tapşırıqlar yerinə yetirilmiş və məlum olmuşdur ki, "xxxx" MMC-nin cavabdeh şəxsləri Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 "xxxx" şirkətinin təsisçilərinin məlumatı olmadan Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 38 bankdan, o cümlədən "xxxx" QSC-dən, Azərbaycan Beynəlxalq Bankından və “AtaBank”dan rəsmi sənədləri saxtalaşdıraraq külli miqdarda kredit götürərək, "xxxx" MMC-ni borclandırmış və həmin kreditlər hesabına "xxxx" MMC yaradaraq həmin cəmiyyətin inkişafına xərcləmişlər. Bununla bağlı biz "xxxx" şirkətinin təsisçiləri İddiaçı1, İddiaçı2la "xxxx" MMC-nin cavabdeh şəxsi-rəhbəri Cavabdeh1 arasında zaminlik-öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 15 noyabr 2014-cü il birgə iclasın protokolunda açıqlanmış məsələ üzrə yaranmış maliyyə problemlərinin icra olunmasını öz adına və qohumu X8 adına rəsmiləşdirdiyi daşınmaz əmlakları ilə icra edəcəyi barədə öhdəlik götürmüş və sözügedən əmlakların dövlət reyestrindən çıxarışlarını bizə təqdim etmişdir. Bundan əlavə, Cavabdeh1 rəsmi öz adına olan, eyni zamanda faktiki mülkiyyətində olan, lakin rəsmiyyətdə Fikrət Həsənovun adına rəsmiləşmiş torpaq sahələrini "xxxx" şirkətinin razılığı olmadan satılmamasını öz öhdəsinə götürmüşdür. Lakin keçən bu müddət ərzində cavabdehlər üzərilərinə götürdükləri yazılı və şifahi öhdəlikləri qərəzli olaraq pozmuş, "xxxx" şirkətinin təsisçilərinin xəbəri olmadan, "xxxx" MMC-nin adına alınmış kredit borclarını ödəməmişlər. Əksinə adlarına olan əmlakları özgəninkiləşdirərək başqa öhdəliklərin icrasına yönəltmiş və "xxxx" MMC-nin öhdəliklərini icra etməkdən qərəzli olaraq boyun qaçırmışlar. Həmin ödənilməmiş bank öhdəlikləri üzrə "xxxx" şirkəti və şirkətin təsisçiləri üzərinə heç bir öhdəlik götürməmişlər. Bununla da, "xxxx" MMC-nin cavabdeh şəxsləri Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində təsisçilər İddiaçı1 və İddiaçı2 həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, yuxarıda qeyd olunan saxta kredit öhdəliklərinin tam icra olunmamasına görə hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq aradırmalar aparılır. Həmin araşdırmalarda "xxxx- xxxx" şirkətinin təsisçisi kimi İddiaçı1 ölkədən getmək hüququ məhdudlaşdırılmışdı, eləcə də mülkiyyətində olan digər əmlakların üzərinə həbs qoyulmuşdu. "xxxx" MMC-nin faktiki rəhbərləri Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 qardaşları, eləcə də bibisi oğlu Cavabdeh3 işlədikləri müddət ərzində İddiaçı1 imzasını saxtalaşdıraraq əmrlər və etibarnamə hazırlamış, həmin saxta sənədlər əsasında da respublikanın müxtəlif banklarından kredit götürərək mənimsəmişlər. Bu barədə məlumatı olan kimi dərhal aidiyyəti məhkəməyə müraciət edərək, saxta sənədlərin etibarsız hesab edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək barələrində ciddi tədbirlərin görülməsi üçün prokurora məlumat verilməsini xahiş etmişdir. Həmin məhkəmə araşdırmasında məhkəmə ekspertizası rəyləri ilə imzalarının saxtalaşdırılması öz təsdiqini tapmışdır. İddia ərizəsində cavabdeh qoyulmuş şəxslər ilk gündən bir yerdə mütəşəkkil dəstə kimi cinayət əməlləri törətmiş və bu günədək birgə fəaliyyətlərini gizlədə bilmişlər. Həmin şəxslərin də çirkin əməlləri nəticəsində işgüzar nüfuzlarına ciddi xələl yetirilmişdir. Belə ki, iddiaçılar "xxxx" şirkətinin təsisçiləri kimi "xxxxxx” ASC-nin 49,3717 % vǝ BOKT "xxxx" MMC-nin təsisçiləri kimi isə 29,3950% səhmlərə malikdirlər. "xxxxxx” ASC-nin səhmlərinin tərkibi aşağıdakı kimidir: "xxxx” ASC-386987 səhm - 100% 1."xxxx" şirkəti - 191062 səhm - 49,3717 % 2. BOKT "xxxx" MMC 113755 səhm - 29,3950 % - 3. Reyestr üzrə digər səhmdarlar - 82170 səhm - 21,2333 % (126 nəfər fiziki şəxs). Cəmi - 386987 səhm - 100 %. 2016-cı ilin yanvar ayının beşi ərəfəsində iddiaçılara məlum olmuşdur ki, təsisçisi olduqları "xxxx xxxx" şirkətinə aidiyyəti olan və ondan törəmə müəssisələrdə, cəmiyyətlərdə çoxsaylı özbaşnalıqlar, əmlakı mənimsəmə, talama, oğurluq və qarət faktları və digər neqativ hallar mövcuddur. "xxxx" şirkətinə aid olan müəssisələr aşağıdakılardır: 1."xxxxxx” ASC 2."xxxx" MMC 3. "xxxx" ASC 4. BOKT "xxxx" MMC 5. "" firması 6. "xxxx" MMC 7. "xxxx" Klinikası MMC. "xxxx" şirkətinin aid olduğu müəssələrin tibb sahəsinin idarə edilməsi ixtisasca həkim olan Cavabdeh4 həvalə edilmişdir. Lakin araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh4 ona edilmiş etibardan sui-istifadə edərək, təsisçisi və qurucusu olduğuqları cəmiyyətlərin əmlaklarını yaxın qohumları ilə birlikdə müətşəkkil dəstə yaradaraq mənimsəmiş və əldə etdiyi pullar hesabına xarici ölkələrdə saysız-hesabsız əmlak almışdır. Hələ 2008-ci illər ərəfəsində "xxxx" şirkətinin təsisçisi olduğu "xxxx" MMC-də dərman preparatlarının topdan və pərakəndə satışının daha da səmərəli təşkili məqsədi ilə 17 iyun 2008-ci il tarixli 10 illik icarə müqaviləsi və təhvil-təslim aktına əsasən "xxxx" MMC "xxxx" şirkətinin səhmdarı olduğu, ünvan 1 ünvanda yerləşən "xxxxxx” ASC-nin inzibati bina və anbarlarında yerlədirilmişdir. 2015-ci ilin 5 may tarixində "xxxx" MMC-nin direktoru və təsisçisi Cavabdeh3 və ondan sonra isə cəmiyyətə faktiki rəhbərlik edən Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankında baş vermiş problemlərə əsasən hüquq-mühafizə orqanları tərəfindən istintaq işlərinin aparılması ilə əlaqədar olaraq təcrid edildikdən sonra "xxxx" şirkətinin təsisçisi Cavabdeh4 şəxsi maddi maraqları əsasında əvvəlcədən planlaşdırılmış şəkildə məqsədyönlü tövsiyyəsi və təlimatı ilə güya oranı qorumaq adı altında " xxx” ASC və "xxxx" MMC-yə heç bir aidiyyəti olmayan oğlu Cavabdeh5 və öz ətrafından yaxın əlaqəsi olan, bibisi oğlu Cavabdeh7 rəhbərlik etdiyi və fəal üzvü olduğu, yaxın qohumları Asif, Rasim, Sərdar, Cavabdeh9 ibarət mütəşəkkil cinayətkar dəstə tərəfindən "xxxx" MMC-nin Sabunçu rayonu, Bakıxanov ŞTQ, xxxx küçəsi, 10 saylı ünvanda yerləşən, icarə müqaviləsi ilə "xxxxxx” ASC tərəfindən istifadəsi "xxxx" MMC-yə verilmiş inzibati bina, tikili və anbarlar, güya orada yerləşən əmlak və dərman preparatlarına nəzarət etmək pərdəsi altında zəbt edilərək talan etdilmişdir. Belə ki, həmin şəxslər yuxarıda qeyd olunan, "xxxxxx” ASC tərəfindən istifadəçi "xxxx" MMC- yə verilmiş inzibati bina, tikililəri və anbarları zəbt etdiyi gündən başlayaraq "xxxxxx” ASC-yə məxsus binada yerləşən bütün avadanlıqların, eləcə də inventarların, mebellərin, əşyaların və s. talanması ilə məşğul olmuş və qarət, talan edǝrǝk oğurladıqlarını birbaşa Cavabdeh7 idarə etdiyi yük nəqliyyat vasitəsilə ərazidən çıxarıb naməlum istiqamətə aparmışlar. "xxxxxx” ASC-yə məxsus olan yuxarıda qeyd olunan ünvanda yerləşən bütün avadanlıq və inventarlar 10 aprel 2008-ci il tarixdə tərtib olunmuş inventarların təhvil-təslim aktına əsasən "xxxx" MMC-nin direktoru və təsisçisi Cavabdeh3 təhvil verilmişdir. Həmçinin 2016-cı ilin 30 may tarixində təcridxanadan buraxılandan sonra Cavabdeh3 bildirmişdir ki, icarə müqaviləsinə və inventar aktına əsasən ona təhvil verilmiş "xxxxxx” ASC-yə məxsus avadanlıq və inventarların hamısı, eləcə də "xxxx" MMC-nin balansında olan dərman preparatlarının müəyyən hissəsi Cavabdeh5 və öz ətrafından yaxın əlaqəsi olan, bibisi oğlu Cavabdeh7 rəhbərlik etdiyi və fəal üzvü olduğu, yaxın qohumları Asif, Rasim, Sərdar və Cavabdeh9 ibarət mütəşəkkil cinayətkar dəstə tərəfindən talan edilmiş və birbaşa Cavabdeh7 idarə etdiyi yük avtomobilləri ilə ərazidən çıxarılıb naməlum istiqamətə aparılmışdır. Baş vermiş hadisələrlə bağlı 18 iyul 2016-cı il tarixdə İddiaçı1 göstərişi əsasında yaradılmış Komissiya tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Bəşir Bünyatov -10 ünvanında dislokasiya olunmuş, "xxxxx” ASC-yə məxsus inzibati binaya, ərazidə yerləşən anbarlara, tikililərə və s. baxış keçirildikdə, həqiqətən də orada baş vermiş oğurluq, quldurluq, talama və s. halların baş verməsi öz təsdiqini tapmışdır. Hətta müəyyən edilmişdir ki, "xxxxx” ASC-nin inzibati binasından və anbarlarından pəncərələr çıxarılmış, istilik sistemləri sökülmüş, kondisionerlər aparılmaqla qarət olunmuşdur. Cavabdeh7 və onun rəhbərlik etdiyi, yaxın qohumları Asif, Aslan, Rasim, Sərdar, Cavabdeh9 və s. şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstənin törətdiyi özbaşnalıq, quldurluq, oğurluq, talama və s. mütəşəkkil cinayət əməlləri nəticəsində "xxxx" şirkətinə 647780 manat dəyərində maddi ziyan dəymişdir. Həmçinin məlum olmuşdur ki, qeyd olunan mütəşəkkil dəstənin üzvləri törətdiyi əməllərinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyindən və tutulacağından ehtiyat edərək, respublika hüdudlarını tərk etmişlər. Xüsusi ilə vurğulamaq vacibdir ki, baş vermiş hadisələrin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-yə icarəyə verilmiş əraziyə, orada olan inzibati binaya, binada olan otaqlara, həmçinin anbarlara və s., komissiyon baxışın videoçəkiliş etməklə qeyd olunan ünvanda "xxxxx” ASC-yə məxsus əraziyə və inzibati binaya daxil olmaq istədikdə, giriş darvazasının, inzibati binanın, inzibati binanın otaqlarının, anbarların açarlarını komissiya üzvlərinə məhz elə adıçəkilən Cavabdeh7 şəxsən özü təqdim etmişdir. Bu hal videoçəkilişdə mövcuddur. Eyni zamanda xüsusilə qeyd etmək vacibdir ki, "xxxx" şirkətinin təsisçilərinin nəzarət etdiyi və bilavasitə rəhbərlik etdiyi obyektlərin, müəssisələrin maliyyətəsərrüfat fəaliyyətləri haqda müntəzəm olaraq aybaay, ilbəil maliyyə hesabatları şirkətə təqdim olunmalıdır. Lakin təsisçi Cavabdeh4 öz nəzarətində olan tibb sahələri və bilavasitə rəhbərlik etdiyi obyektlərlə bağlı fəaliyyət barədə şirkətə hesabat verməkdən yayınmışdır. Araşdırma üçün 14 yanvar 2016-cı il tarixdə "xxxx" şirkəti təsisçilərinin birgə iclası keçirilmiş və təsisçi Cavabdeh4 rəhbərlik etdiyi müəssisə və obyektlərin illərlə verilməmiş maliyyə-təsərrüfat fəaliyyəti haqda hesabatları şirkətin rəhbərliyinə təqdim etməsi və eləcə də "xxxx" MMC-nin, "xxxxxx” ASC-nin yerləşdiyi ünvanda yuxarıda qeyd olunan şəxslər tərəfindən talanmış avadanlıq və inventarlar haqda hesabat verməsi üçün xəbərdarlıq edilmiş, lakin Cavabdeh4 tərəfindən hər hansı hesabat təqdim edilməmişdir. Bir daha bildirılir ki, "xxxx" şirkəti və eləcə də BOKT "xxxx" MMC üçün "xxxxxx” ASC-nin səhmlərinin alqı-satqısı üçün ödənilən vəsaitin təsisçi Cavabdeh4 aid olan hissəsi onun tərəfindən ödənilməmiş və müxtəlif bəhanələr gətirərək ödənişdən yayınmışdır. Alqı-satqı üçün bütün ödənişlər təsisçilər İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmişdir. Ümumiyyətlə yeni yaradılmış müəssisələrin fəaliyyətinin genişləndirilməsi üçün lazım olan vəsait xərclərinin təsisçi Cavabdeh4 aid olan hissəsi demək olar ki, nizamnamə kapitalından başqa əksəriyyəti digər təsisçilər İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmişdir. Qeyd olunur ki, Cavabdeh4 Azərbaycan Respublikasında yaşadığı müddət ərzində özünü Azərbaycan Tibb Universitetinin müəllimi, professoru kimi adları ilə yanaşı, saxta imiclərdən istifadə edərək bir çox xarici və yerli vətəndaşları aldadaraq onların əmlaklarını mənimsəmişdir. Bundan əlavə, Cavabdeh4 övladı Cavabdeh5 hərbi xidmətdən yayındarmaq məqsədilə saxta sənədlər əsasında guya təhsilə görə möhlət hüququ almış, lakin aparılmış araşdırma nəticəsində həmin sənədlər saxta olduğundan ləğv edilmişdir. Cavabdeh4 və onun oğlu Cavabdeh5 barəsində müxtəlif istintaq orqanlarında cinayət təqibi aparılır. Lakin sonuncular istintaqdan yayınmaq məqsədilə ölkədən qaçdıqlarından barələrində axtarış elan edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdehlər təsisçisi və qurucusu olduğu cəmiyyətlərin əmlaklarını mənimsəmişlər. Qeyd edir ki, cavabdehlər iddiaçılara maddi ziyan vurmaqla yanaşı, işgüzar nüfuzlarına da xələl gətirmişlər. Belə ki, Cavabdeh4 digər cavabdehlərlə əvvəlcədən birləşərək nalayiq ifadələr yayaraq nüfuzlarıa ciddi ziyan vurmuşlar. Hətta məlumatı olmadan imzaları saxtlaşdıraraq banklardan xüsusilə külli miqdarda kredit götürərək mənimsəmişlər.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 390.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçılar iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh10 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mütəşəkkil dəstə yaradaraq cinayət əməlləri törətmiş cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, X18, Cavabdeh4, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh8 tərəfindən dəymiş 647780 manat məbləğində maddi ziyanın, eləcə də cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində işgüzar nüfuzlarına dəymiş ******* manat ziyanın, cəmi ******* manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehlərin əməllərində cinayətin əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsini xahiş etmişlər və iş üzrə Cavabdeh11 cavabdeh qismində cəlb edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadına əsasən mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
6. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh8 müştərək qaydada 647780 (altı yüz qırx yeddi min yeddi yüz səksən) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" şirkətinə ödənilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mütəşəkkil dəstə yaradaraq cinayət əməlləri törətmiş cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh8 tərəfindən dəymiş 647780 (altı yüz qırx yeddi min yeddi yüz səksən) manat məbləğində maddi ziyanın, eləcə də cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində işgüzar nüfuzlarına dəymiş ******* manat ziyanın, cəmi ******* manat məbləğinin cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehlərin əməllərində cinayətin əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsini xahiş etmişdir. Həmin iddia üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi hazırk iddia tələbinin irəli sürülməsinə zərurət yaranmışdır. Belə ki, "xxxx" MMC xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxlsərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0103- P9-37514 saylı Şəhadətnamə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən almış olduğu müvafiq lisenziya əsasında respublika daxilində və o cümlədən Bakı şəhərində müxtəlif növ dərman preparatlarının topdan və pərakəndə satışını təşkil etmişdir. Daha sonra xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X15 Qeydiyyatı İdarəsi tərəfindən 0103- P9-37514 qeydiyyat nömrəsi ilə 1 aprel 2003-cü il tarixdə qeydiyyata alınmış "xxxx-1” MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliyə əsasən cəmiyyətin təsisçiləri "xxxx" şirkəti, X12 və Cavabdeh3 olmuşdur və Nizamnamə kapitalındakı mayalar "xxxx-xxxx” şirkəti 50%, X12 25% və Cavabdeh3 25% olmuşdur. X6 25% və Cavabdeh3 25% nizamnamə paylarının dəyəri Cavabdeh3 bibisi oğlanları Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh3 olsa da, MMC-yə faktiki rəhbərliyi Cavabdeh1 və onun qardaşları etmişlər. "xxxx" MMC-nin faktiki idarəçiliyi Cavabdeh1 olmuş, cəmiyyətin maliyyə işlərinə Cavabdeh2 nəzarət etmiş, Cavabdeh10 isə şirkətin işlərini Rusiya Federasiyasından idarə etmişdir. "xxxx-xxxx” şirkətinin təsisçilərinin İddiaçı1 və İddiaçı2 və fiziki şəxslər Cavabdeh3, X6 iştirakı ilə "xxxx" MMC təsisçilərinin birgə iclası keçirilmiş və xx.xx.2007-ci il tarixdə qəbul edilmiş qərarla "xxxx" MMC-nin 2006-cı il fəaliyyəti qənaətbəxş hesab edilmiş, Cavabdeh1 təşəbbüsü ilə "xxxx" MMC-nin təsisçilərindən biri və direktoru Cavabdeh3 cəmiyyətin 2007-ci il və sonrakı dövründə dövlət və qeyri-dövlət müəssisələrində, tibb müəssisələrində və eləcə də beynəlxalq miqyasda təmsilçi nümayəndə seçilmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru tərəfindən müxtəlif bank əməliyyatları keçirilərək kredit vəsaitləri alınmışdır. "xxxx-1” MMC-nin maliyyə problemlərinin aşkar edilməsi "xxxx-xxxx” şirkətinin təsisçiləri, həmiçinin maliyyə-təsərrüfat fəaliyyətlə bağlı keçirilmiş təsisçilərin ümumi yığıncağında gündəlik məsələyə qoyularaq baxılmış və bu kimi halların qarşısının alınması üçün təsisçilərin yığıncağında qərarlar çıxarılmışdır. "xxxx" MMC-nin təsisçilərinin növbədənkənar xx.xx.2014-cü il tarixli "xxxx" şirkətinin təsisçilərinin və "xxxx" MMC-nin cavabdeh şəxsləri Cavabdeh1 iştirakı ilə "xxxx" MMC-də 2007-2014-cü illər ərzində yaranmış maliyyə problemləri müzakirə edilmişdir. Qəbul edilmiş qərar üzrə bütün tapşırıqlar yerinə yetirilmiş və məlum olmuşdur ki, "xxxx" MMC-nin cavabdeh şəxsləri Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 "xxxx-xxxx” şirkətinin təsisçilərinin məlumatı olmadan Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 38 bankdan, o cümlədən "xxxx" QSC-dən, Azərbaycan Beynəlxalq Bankından və “AtaBank”dan rəsmi sənədləri saxtalaşdıraraq külli miqdarda kredit götürərək "xxxx" MMC-nin borclandırmış və həmin kreditlər hesabına "xxxx" MMC yaradaraq həmin cəmiyyətin inkişafına xərcləmişlər. Bununla bağlı, "xxxx" şirkətinin təsisçiləri İddiaçı1, İddiaçı2la "xxxx" MMC-nin cavabdeh şəxsi-rəhbəri Cavabdeh1 arasında zaminlik-öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 15 noyabr 2014-cü il birgə iclasın protokolunda açıqlanmış məsələ üzrə yaranmış maliyyə problemlərinin icra olunmasını öz adına və qohumu X8 adına rəsmiləşdirdiyi daşınmaz əmlakları ilə icra edəcəyi barədə öhdəlik götürmüş və sözügedən əmlakların Dövlət Reyestrindən Çıxarışları təqdim olunmuşdur. Bundan əlavə, Cavabdeh1 rəsmi öz adına olan, eyni zamanda faktiki mülkiyyətində olan, lakin rəsmiyyətdə Fikrət Həsənovun adına rəsmiləşmiş torpaq sahələrini "xxxx" şirkətinin razılığı olmadan satılmamasını öz öhdəsinə götürmüşdür. Lakin keçən bu müddət ərzində cavabdehlər üzərilərinə götürdükləri yazılı və şifahi öhdəlikləri qərəzli olaraq pozmuş, "xxxx-xxxx” şirkətinin xəbəri olmadan, "xxxx" MMC-nin adına alınmış kredit borclarını ödəməmişlər. Əksinə adlarına olan əmlakları özgəninkiləşdirərək başqa öhdəliklərin icrasına yönəltmiş və “xxxx- 1" MMC-nin öhdəliklərini icra etməkdən qərəzli olaraq boyun qaçırmışlar. Həmin ödənilməmiş bank öhdəlikləri üzrə "xxxx-xxxx” şirkəti və şirkətin təsisçiləri üzərinə heç bir öhdəlik götürməmişlər. Bununla da, "xxxx" MMC-nin cavabdeh şəxsləri Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində həm şirkətə, həm də təsisçilər İddiaçı1 və İddiaçı2 həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, yuxarıda qeyd olunan saxta kredit öhdəliklərinin tam icra olunmamasına görə hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq aradırmalar aparılır. Həmin araşdırmalarda “xxxx- xxxx" şirkətinin təsisçiləri İddiaçı1 ölkədən getmək hüququ məhdudlaşmış, o cümlədən mülkiyyətində olan digər əmlakların üzərinə həbs qoyulmuşdur. Qeyd edir ki, "xxxx-1” MMC-nin faktiki rəhbərləri Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 qardaşları, eləcə də bibisi oğlu Cavabdeh3 işlədikləri müddət ərzində "xxxx" şirkətinin direktoru İddiaçı1 imzasını saxtalaşdıraraq əmrlər və etibarnamə hazırlamışlar ki, həmin saxta sənədlər əsasında da respublikanın müxtəlif banklarından kredit götürərək mənimsəmişlər. Bu səbəbdən də iddiaçı "xxxx" Şirkəti iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx-xxxx” şirkətinin prezidenti tərəfindən imza olunduqdan və möhürlə təsdiq edildikdən sonra saxtalaşdırılmış və notarial qaydada təsdiq olunmuş 11 yanvar 2007-ci il tarixli 1 saylı əmrin etibarsız hesab edilməsi, "xxxx-xxxx” şirkətinin Prezidenti tərəfindən imza olunduqdan və möhürlə təsdiq edildikdən sonra saxtalaşdırılmış 12 mart 2012-ci il tarixli 1 saylı əmrin etibarsız hesab edilməsi, "xxxx" şirkətinin prezidenti İddiaçı1 imzasını saxtalaşdıraraq və bundan irəli gələrək saxta yolla əldə edilmiş, üzərində "xxxxxxxx” şirkətinin möhürü olan 48 saylı, 12 iyul 2012-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamənin istifadəsində olan şəxslərə etibarnamənin istifadəsindən irəli gələn bütün hərəkətlərə qadağa qoyulması, qeyd olunan saxtalaşdırılmış əmrlər əsasında müxtəlif banklardakı cinayət xarakterli əlaqələri ilə əlbir olaraq əvvəlcədən planlaşdırılmış mütəşəkkil şəkildə qarşılıqlı şəxsi maddi maraqları əsasında dolayı, qanunazidd yolla maddi vəsaitlərin əldə edilməsinə şərait yaradılmasına səbəb olan görülmüş, görülən və görüləcək əməliyyatların etibarsız hesab edilməsi və günahkar şəxslərin, o cümlədən cinayət əlaqələrinə girən bank işçilərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsinə dair aidiyyəti qurumlar qarşısında vəsatətin qaldırılması barədə xüsusi qərardad çıxarılması, "xxxx-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh3, "xxxx-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl sahibi Cavabdeh1 və "xxxx" MMC-nin baş mühasibi X13 və onlarla qarşılıqlı şəxsi maddi maraq əsasında törətdiyi cinayət xarakterli əməllərində adı çəkilənlərlə əlbir olan şəxslər, o cümlədən onlarla cinayət əlaqələrinə girmiş bank işçiləri barəsində xüsusi qərardad çıxarılaraq baş vermiş halların araşdırılması məqsədilə aidiyyəti üzrə hüquq mühafizə orqanları (Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq orqanları) qarşısında vəsatət qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2- 2(113)- 224/2022 saylı qətnaməsi ilə "xxxx-xxxx” Şirkəti tərəfindən verilmiş 11 yanvar 2007-ci il tarixli 1 nömrəli əmr, 12 mart 2012-ci il tarixli 1 nömrəli əmr və 12 iyul 2012-ci il tarixli 48 nömrəli etibarnamə etibarsız hesab edilmişdir. Həmçinin qeyd olunur ki, "xxxx" şirkətinin aid olduğu müəssələrin tibb sahəsinin idarə edilməsi ixtisasca həkim olan Cavabdeh4 həvalə edilmişdir. Lakin araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh4 ona edilmiş etibardan sui-istifadə edərək təsisçisi və qurucusu olduğuğu cəmiyyətlərin əmlaklarını yaxın qohumları ilə birlikdə mənimsəmiş və əldə etdiyi pullar hesabına xarici ölkələrdə saysız-hesabsız əmlaklar almışdır. Hələ 2008-ci illər ərəfəsində "xxxx" şirkətinin təsisçisi olduğu "xxxx" MMC-də dərman preparatlarının topdan və pərakəndə satışının daha da səmərəli təşkili məqsədi ilə 17 iyun 2008-ci il tarixli 10 illik icarə müqaviləsi və 10 aprel 2008-ci il tarixli ilkin təhvil-təslim aktına əsasən "xxxx" MMC "xxxx" şirkətinin səhmdarı olduğu, ünvan 1 ünvanda yerləşən "xxxxxx” ASC-nin inzibati binası və anbarlarında yerləşdirilmişdir. 2015-ci ilin 5 may tarixində "xxxx" MMC-nin direktoru və təsisçisi Cavabdeh3 və ondan sonra isə cəmiyyətə bilavasitə rəhbərlik edən Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankında baş vermiş problemlərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq işlərinin aparılması ilə əlaqədar olaraq təcrid edildikdən sonra "xxxxxxxx” şirkətinin təsisçisi Cavabdeh4 şəxsi maddi maraqları əsasında əvvəlcədən planlaşdırılmış şəkildə məqsədyönlü tövsiyyəsi və təlimatı ilə güya oranı qorumaq adı altında "xxxxx” ASC və "xxxx" MMC-yə heç bir aidiyyəti olmayan oğlu Cavabdeh5 və öz ətrafından yaxın əlaqəsi olan, bibisi oğlu Cavabdeh7 rəhbərlik etdiyi və fəal üzvü olduğu, yaxın qohumları cavabdehlərdən ibarət mütəşəkkil cinayətkar dəstə tərəfindən "xxxx" MMC-nin Sabunçu rayonu, Bakıxanov ŞTQ, xxxx küçəsi, 10 saylı ünvanda yerləşən, icarə müqaviləsi ilə "xxxxxx” ASC tərəfindən istifadəsi "xxxx" MMC-yə verilmiş inzibati bina, tikili və anbarları, güya orada yerləşən əmlak və dərman preparatlarına nəzarət etmək pərdəsi altında zəbt edərək talan etmişlər. Belə ki, xxxxx” ASC tərəfindən "xxxx" MMC-yə verilmiş inzibati bina, tikililər və anbarlar Cavabdeh4 və onun yaxın qohumları tərəfindən zəbt olunmuş və həmin gündən başlayaraq "xxxxxx” ASC-yə məxsus binada yerləşən bütün avadanlıqlar, eləcə də inventarlar, mebellər, əşyalar və s.-in talanması ilə məşğul olmuş və qarət, talan etdiklərini, oğurladıqlarını birbaşa Cavabdeh7 idarə etdiyi yük avtomobilləri ilə ərazidən çıxarıb naməlum istiqamətə aparmışlar. Vurğulamaq vacibdir ki, "xxxx" ASC-yə məxsus olan yuxarıda qeyd olunan ünvanda yerləşən avadanlıq və inventarlar ilkin olaraq 10 aprel 2008-ci il tarixdə tərtib olunmuş inventarların təhvil-təslim aktına əsasən "xxxxxxxx” şirkətinin təsisçisi tərəfindən "xxxx" MMC-nin direktoru və təsisçisi Cavabdeh3 təhvil verilmişdir. Həmçinin 2016-cı ilin 30 may tarixində təcridxanadan buraxılandan sonra Cavabdeh3 bildirmişdir ki, icarə müqaviləsi və inventar aktına əsasən ona təhvil verilmiş "xxxxxx” ASC-yə məxsus avadanlıq və inventarların hamısı, eləcə də "xxxx" MMC-nin balansında olan dərman preparatlarının müəyyən hissəsi Cavabdeh5 və bibisi oğlu Cavabdeh7 rəhbərlik etdiyi və fəal üzvü olduğu, yaxın qohumları Asif, Rasim, Sərdar, Cavabdeh9 ibarət mütəşəkkil cinayətkar dəstə tərəfindən talan edilmiş və birbaşa Cavabdeh7 idarə etdiyi yük avtomobilləri ilə ərazidən çıxarılıb naməlum istiqamətə aparmışlar. Baş vermiş hadisələrlə bağlı 18 iyul 2016-cı il tarixdə iddiaçılardan olan İddiaçı1 göstərişi əsasında yaradılmış Komissiya tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov, 10 ünvanında dislokasiya olunmuş, "xxxxx” ASC-yə məxsus inzibati binaya, ərazidə yerləşən anbarlara, tikililərə və s. baxış keçirildikdə, həqiqətən də orada baş vermiş oğurluq, quldurluq, talama və s. halların baş verməsi öz təsdiqini tapmışdır. Hətta müəyyən edilmişdir ki, "xxxxxx” ASC-nin inzibati binasından və anbarlarından pəncərələr çıxarılmış, istilik sistemləri sökülmüş, kondisionerlər aparılmaqla qarət olunmuşdur. Cavabdeh7 və onun rəhbərlik etdiyi, yaxın qohumları Asif, Aslan, Rasim, Sərdar, Cavabdeh9 və s. şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstənin törətdiyi özbaşnalıq, quldurluq, oğurluq, talama və s. mütəşəkkil cinayət əməlləri nəticəsində "xxxxxxxx” şirkətinə xüsusi külli miqdarda maddi ziyan dəymişdir. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli ekspert rəyi ilə də əsas vəsaitlərin orta bazar qiymətinin 647780 (altı yüz qırx yeddi min yeddi yüz səksən) manat təşkil etdiyi müəyyən olunmuşdur. Xüsusi ilə vurğulamaq vacibdir ki, baş vermiş hadisələrin müəyyən edilməsi məqsədi ilə “xxxx-1" MMC-yə icarəyə verilmiş əraziyə, orada olan inzibati binaya, binada olan otaqlara, həmçinin anbarlara və s. komissiyon baxişi videoçəkiliş etməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov, 10 ünvanında dislokasiya olunmuş, "xxxx" ASC-yə məxsus əraziyə və inzibati binaya daxil olmaq istədikdə, giriş darvazasının, inzibati binanın, inzibati binanın otaqlarının, anbarların açarlarını komissiya üzvlərinə məhz elə adıçəkilən Cavabdeh7 şəxsən özü təqdim etmişdir. Bu hal videoçəkilişdə mövcuddur.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 80-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 21.1, 21.2, 21.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad olunmuşdur.
Tədqiq olunan sübutlar:
9. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizələrində göstərilənlərə uyğun izahat verərək, iddia tələblərini müdafiə etdi və iddiaların təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Cavabdeh4 nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələblərinə etiraz etdi və iddiaların rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
11. Cavabdeh11 nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələblərinə etiraz etdi və iddiaların rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
12. Digər proses iştirakçıları məhkəməyə gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir
13. İş materiallarında olan “Əmlakın icarəyə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən icarəyəverən "xxxx" ATSC tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1276,5 m2 qeyri-yaşayış sahəsi əczaçılıq məqsədilə icarəçi "xxxx" MMC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən ümumi aylıq icarə haqqı (ƏDV ilə) 1276,5 manat, ümumi illik icarə haqqı isə (ƏDV ilə) 15318 manat təşkil edir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müəyyən edilir.
14. xx.xx.2008-ci il tarixli "xxxx" ATSC-nin inzibati binasında olan inventarların təhviltəslim aktından görünür ki, aktda qeyd olunan inventarlar “xxxx xxxx” şirkəti tərəfindən "xxxx" firmasına təhvil verilmişdir.
15. "xxxx" ATSC-nin sifarişi əsasında tərtib edilmiş "xxxx" MMC-nin xx.xx.2017-ci il ekspert rəyindən görünür ki, "xxxx" ATSC-nin 04 saylı, xx.xx.2017-ci il tarixli məktubunun tələblərinə uyğun olaraq əsas vəsaitlərin orta bazar qiyməti 647780 manat təşkil edir.
16. Cavabdeh4 və onun oğlu Cavabdeh5 "xxxx" MMC ilə bağlı olaraq rəsmi və qeyrirəsmi fəaliyyətlərinin auditi barədə Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2017-ci il tarixli auditor rəyində qeyd edilmişdir ki, aparılan auditlə müəyyən olunmuş, "xxxx" MMC-nin qanuni təmsilçisi və təsisçisi Cavabdeh3 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək aparılan istintaqla bağlı olaraq X1, orta hesabla, bir il ərzində Cavabdeh5 və onun ətrafına toplanılmış adları qeyd olunan özünə doğma və yaxın dəstə üzvləri tərəfindən "xxxx" MMC-yə 63727934,04 (altmış üç milyon yeddi yüz iyirmi yeddi min doqquz yüz otuz dörd) manat məbləğində ziyanın vurulması faktı yerinə yetirilmiş müvafiq audit prosedurları və toplanılmış auditor sübutları ilə tam təsdiq olunur və eyni zamanda, bu barədə tərtib olunmuş həmin auditor rəyində qeyd edilənlər işin ziyanvurma faktının mahiyyəti üzrə əsaslı və ədalətli təsəvvür yaradır.
17. xx.xx.2017-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğundan Cavabdeh4 və qeyrilərinin qanunsuz əməlləri barədə "xxxx" MMC-nin müraciəti üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə material daxil olmuş və material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 314.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanılmışdır.
18. "xxxx" ATSC-nin sifarişi əsasında tərtib edilmiş "xxxx" MMC-nin xx.xx.2017-ci il ekspert rəyindən görünür ki, "xxxx" ATSC tərəfindən təqdim edilmiş siyahı üzrə ofis mebellərinin və avadanlıqlarının xx.xx.2017-ci il tarixə bazar dəyəri 11126 manat təşkil edir.
19. 17 mart 2018-ci il tarixli cinayət işinin başlanılması və icraata qabul edilməsi barədə qərardan görünür ki, İddiaçı1 Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət edərək rəhbəri olduğu "Röyal Sığorta" şirkətinin əməkdaşı olmuş Cavabdeh5 onun imzasını saxtalaşdıraraq xasiyyətnamə tərtib etdiyini və hamin saxta sənəddən Azərbaycan Milli Elmlər X3 "Ümumi iqtisadiyyat" ixtisası üzrə dissertanturasına qəbul olunan zaman istifadə olunmasını bildirmişdir. Material üzrə İddiaçı1 götürülmüş ekspermental imza nümunələrinin tədqiq olunması üçün xasiyyətnamənin kserosurəti əsasında məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə xətşünaslıq ekspertizasının 14 mart 2018-ci il tarixli 6333 nömrəli ekspert rəyinə əsasən xasiyyətnamənin kserosurətində edilən imzaların İddiaçı1 tərəfindən deyil, kənar şəxs tərəfindən icra edildiyi təsdiq olunduğu müəyyən edilmiş və fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır.
20. Cavabdeh4 və onun oğlu Cavabdeh5 "xxxx" MMC ilə aralarında olan rəsmi və qeyri-rəsmi mal və pul dövriyyəsi ilə əlaqədar aparılmış auditor yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli müstəqil auditor rəyi ilə müəyyən edilmiş halların işin faktiki hallarına uyğun olub-olmamasının, habelə iş üçün əhəmiyyət kəsb edən digər halların araşdırılmasının nəticələrinə dair Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsin tərəfindən verilən xx.xx.2018-ci il tarixli rəydən görünür ki, Cavabdeh4 və onun oğlu Cavabdeh5 "xxxx" MMC ilə aralarında olan rəsmi va qeyri-rəsmi fəaliyyətlərinin auditinin aparması ilə əlaqədar Azərbaycan Respublikası Auditorlar Palatasının Müstəqil X2 01 may 2017-ci il tarixli auditor rǝyi şifahi məlumatlara əsaslanaraq tərtib edildiyindan, heç bir sənədə əsaslanmadığından və buna müvafiq olaraq auditor rəyindən göstərilən xüsusatlar təqdim edilmiş cinayət işinin materialları ilə öz təsdiqini tapmadığından, habelə araşdırma zamanı bununla bağlı heç bir sənəd təqdim edilmədiyindən auditor rəyi ilə müəyyən edilən çatışmazlıqlar ve həmin çatışmazlıqların yaranması səbəbləri əsas kimi qəbul edilə bilməz. "xxxx" MMC-nin anbarından götürülmüş malların dəyərinin xəzinəyə ödənilibödənilməməsi, hər hansı ziyanın vurulmasını araşdırmaya malların və pulların dövriyyəsi ilə əlaqədar sənədlər təqdim edilmədiyi üçün müəyyən etmək mümkün olmamışdır.
21. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 285/2018 nömrəli qətnaməsi ilə “xxxx-xxxx" firmasının təsişçiləri İddiaçı1 Adil oğlunun və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nin rəhbərləri Cavabdeh1, Cavabdeh10, Cavabdeh2 və X10 qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin, Cavabdeh1 cavabdehlər İddiaçı1 Adil oğluna və İddiaçı2 qarşı zaminlik-öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri və X8 cavabdeh Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu X11 qarşı zaminlik-öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir.
22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq ve Təhqiqat İdarəsinin təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 fevral 2020-ci il tarixli qərarı ilə xx xxxxx 1961-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 48-də qeydiyyatda olan Cavabdeh4 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir.
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(007)-40/2020 nömrəli qərarı ilə X14, Cavabdeh5 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair xüsusi ittiharn qaydasında şikayət üzrə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 48-də qeydiyyatda olan və yaşayan təqsirləndirilən şəxs Cavabdeh5 barəsində axtarış elan edilmiş və Cavabdeh5 barəsində həbs qətimkan tədbiri seçilmişdir.
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin İddiaçı1 ünvanlandığı xx.xx.2020-ci il tarixli, 005-7480-322 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baş vermiş qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə icraat Baş X26 İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində xüsusilə mühüm işlər üzrə baş müstəntiq Samir Məcidov tərəfindən 02 iyul 2020-ci ildə Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan gizləndiyinə) əsasən dayandırılmışdır.
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********887700 nömrəli məktubunda qeyd edilmişdir ki, cinayət işinin istintaqı zamanı, "xxxx" MMC-nin direktoru Cavabdeh4 adı çəkilən müəssisədə vergidən yayınma cinayətini törətməsi tam sübuta yetirildiyindən, onun barəsində təqsirləndirilən şəxs qismində cəlb olunması haqda qərar qəbul edilmiş, lakin o, istintaqdan gizləndiyindən ittihamı elan etmək mümkün olmamışdır. Bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası CPM-nin 278-ci maddəsinə əsasən axtarışı elan olunmuş və həmin prosessual qərarlar cinayət işinin materiallarına əlavə olunmuşdur.
26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-224/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı 11 yanvar 2007-ci il tarixli və 12 mart 2012-ci il tarixli 1 saylı əmrlərin, həmçinin 12 iyul 2012-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, saxtalaşdırılmış əmrlər hesabına görülmüş, görülən və görüləcək əməliyyatların etibarsız hesab edilməsi və qeyd olunan saxtalaşdırılmış əmrlər əsasında müxtəlif banklarda görülən əməliyyatların etibarsız hesab edilməsi və günahkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi qərardadlar çıxarılması barədə tələbinə dair iddiası qismən təmin edilərək "xxxx" Şirkəti tərəfindən verilmiş 11 yanvar 2007-ci il tarixli 1 nömrəli əmr, 12 mart 2012-ci il tarixli 1 nömrəli əmr və 12 iyul 2012-ci il tarixli 48 nömrəli etibarnamə etibarsız hesab edilmişdir.
27. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 2-2/07 nömrəli məktubundan görünür ki, 22 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində İddiaçı2 və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2718 nömrəli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan əşyaların istifadədə olması nəzərə alınmaqla 2018-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11126 manat, 2021-ci il tarixə 8598 manat müəyyən olunur.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1.2-ci maddəsinə əsasən fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq Mülki Məcəllənin vəzifələrindən biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3-ci maddəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4-ci maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumamların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. . Məhkəmənin mövqeyi
31. İddiaçıların iddia tələbinin bir hissəsini vurulmuş ziyana görə cavabdehlərdən müştərək qaydada 647780 (altı yüz qırx yeddi min yeddi yüz səksən) manat məbləğində pul vəsaitinin tutularaq onlara ödənilməsi təşkil edir.
32. Sonradan müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" şirkətinin iddia tələbinin bir hissəsini vurulmuş ziyana görə cavabdehlərdən müştərək qaydada 647780 (altı yüz qırx yeddi min yeddi yüz səksən) manat məbləğində pul vəsaitinin tutularaq (eyni əsaslarla) "xxxx" şirkətinə ödənilməsi təşkil edir.
33. İşin faktiki hallarından göründüyü kimi, iddiaçılar "xxxx" şirkətinin təsisçiləridir, eyni zamanda "xxxx" şirkəti "xxxx” ASC-də 49,3717 % səhmlərə malik olmuşdur.
34. Qeyd olunmalıdır ki, iddiaçılar və üçüncü şəxs iddia ərizələrində cavabdehlərin qanunsuz hərəkətləri, cinayətkar əməlləri nəticəsində onlara 647780 manat dəyərində maddi ziyan vurulduğunu bildirərək, həmin məbləğin cavabdehlərdən iddiaçıların xeyrinə tutulmasını, müstəqil tələb irəli sürən üçüncü şəxs isə cavabdehlərdən müştərək qaydada 647780 (altı yüz qırx yeddi min yeddi yüz səksən) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" şirkətinə ödənilməsini xahiş etmişdir.
35. Həmin rəqəm iddiaçıların məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2017ci il ekspert rəyində öz əksini tapmışdır. Rəydən görünür ki, rəy "xxxx" ATSC-nin sifarişi əsasında verilmişdir və rəydə "xxxx" ATSC-nin 04 saylı, xx.xx.2017-ci il tarixli məktubunun tələblərinə uyğun olaraq əsas vəsaitlərin orta bazar qiymətinin 647780 manat təşkil etdiyi göstərilir. Həmin məbləğ ˝xxxxx˝ ASC-nin inzibati binasında olmuş inventarların ümumi dəyəri kimi qeyd olunur. Məhkəməyə təqdim olunan digər rəy də ("xxxx" MMC-nin xx.xx.2017-ci il ekspert rəyi) xxxxx” ATSC-nin sifarişi əsasında tərtib edilmişdir və rəydə "xxxx" ATSC tərəfindən təqdim edilmiş siyahı üzrə ofis mebellərinin və avadanlıqlarının xx.xx.2017-ci il tarixə bazar dəyərinin 11126 manat təşkil etdiyi qeyd olunur.
36. İşin faktiki hallarından göründüyü kimi, “Əmlakın icarəyə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən "xxxx" ATSC tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1276,5 m2 qeyri-yaşayış sahəsi əczaçılıq məqsədilə icarəçi "xxxx" MMC-nin icarəsinə verilmiş, icarə müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixli "xxxx" ATSC-nin inzibati binasında olan inventarların təhvil-təslim aktından görünür ki, aktda qeyd olunan inventarlar “xxxx xxxx” şirkəti tərəfindən "xxxx" firmasına təhvil verilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Həmin aktdakı əmlakların dəyəri "xxxx" MMC-nin xx.xx.2017-ci il ekspert rəyi ilə təqdim edilmiş siyahı üzrə ofis mebellərinin və avadanlıqlarının xx.xx.2017-ci il tarixə bazar dəyərinin 11126 manat təşkil etdiyi qeyd olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2718 nömrəli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan əşyaların istifadədə olması nəzərə alınmaqla 2018-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11126 manat, 2021-ci il tarixə 8598 manat müəyyən olunur.
37. Göründüyü kimi, "xxxx" ATSC-nin inzibati binasında olan inventarlar məhz “xxxx xxxx” şirkəti tərəfindən "xxxx" firmasına təhvil verilmişdir. Həmin halı nəzərə alaraq, həmin əmlakların müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" şirkətinə məxsus olmasını qəbul etsək belə, iddia "xxxx" firmasına deyil, hazırkı cavabdehlər olan fiziki şəxslərə qarşı yönəlmişdir.
38. İddiaçılar, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlərin törətdiyi özbaşnalıq, quldurluq, oğurluq, talama və s. cinayət əməlləri nəticəsində onlara ziyan dəydiyini bildirmiş, lakin iddia ərizəsində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, yəni əmlakların oğurlanması, talanması və s. bağlı sübutlar, cavabdehlərin barəsində məhz həmin hallarla barələrində məhkəmə qərarının, ittiham aktı və s. olmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsində məhkəməyə sübut qismində disk təqdim olunur qeyd olunmuş, lakin təqdim olunmamış, təqdim olunması təklif olunsa da, məhkəməyə təqdim edilməmişdir.
39. Məhkəməyə Cavabdeh4 və onun oğlu Cavabdeh5 "xxxx" MMC ilə aralarında olan rəsmi və qeyri-rəsmi mal və pul dövriyyəsi ilə əlaqədar aparılmış auditor yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli müstəqil auditor rəyi təqdim olunmuşdur. Həmin rəydə deyilir ki, Cavabdeh5 və onun ətrafına toplanılmış adları qeyd olunan özünə doğma və yaxın dəstə üzvləri tərəfindən "xxxx" MMC-yə 63727934,04 manat məbləğində ziyanın vurulması faktı yerinə yetirilmiş müvafiq audit prosedurları və toplanılmış auditor sübutları ilə tam təsdiq olunur və eyni zamanda, bu barədə tərtib olunmuş həmin auditor rəyində qeyd edilənlər işin - ziyanvurma faktının mahiyyəti üzrə əsaslı və ədalətli təsəvvür yaradır. Həmin 63727934,04 manat məbləğə "xxxx" ASC-yə məxsus olduğu, "xxxx-xxxx” şirkətinin təsisçisi tərəfindən "xxxx" MMC-nin direktoru və təsisçisi Cavabdeh3 təhvil verildiyi, yuxarıda qeyd olunan ünvanda yerləşdiyi və talandığı, mənimsənildiyi iddia olunan avadanlıq və inventarların dəyəri də daxil edilmişdir.
40. Eyni zamanda məhkəməyə təqdim olunan Cavabdeh4 və onun oğlu Cavabdeh5 "xxxx" MMC ilə aralarında olan rəsmi və qeyri-rəsmi mal və pul dövriyyəsi ilə əlaqədar aparılmış auditor yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli müstəqil auditor rəyi ilə müəyyən edilmiş halların işin faktiki hallarına uyğun olubolmamasının, habelə iş üçün əhəmiyyət kəsb edən digər halların araşdırılmasının nəticələrinə dair Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli rəydən görünür ki, Cavabdeh4 və onun oğlu Cavabdeh5 "xxxx" MMC ilə aralarında olan rəsmi və qeyri-rəsmi fəaliyyətlərinin auditinin aparması ilə əlaqədar Azərbaycan Respublikası Auditorlar Palatasının müstəqil X2 01 may 2017-ci il tarixli auditor rǝyi şifahi məlumatlara əsaslanaraq tərtib edildiyindan, heç bir sənədə əsaslanmadığından və buna müvafiq olaraq auditor rəyində göstərilən xüsusatlar təqdim edilmiş cinayət işinin materialları ilə öz təsdiqini tapmadığından, habelə araşdırma zamanı bununla bağlı heç bir sənəd təqdim edilmədiyindən auditor rəyi ilə müəyyən edilən çatışmazlıqlar ve həmin çatışmazlıqların yaranması səbəbləri əsas kimi qəbul edilə bilməz. "xxxx" MMC-nin anbarından götürülmüş malların dəyərinin xəzinəyə ödənilib-ödənilməməsini, hər hansı ziyanın vurulmasını araşdırmaya malların və pulların dövriyyəsi ilə əlaqədar sənədlər təqdim edilmədiyi üçün müəyyən etmək mümkün olmamışdır.
41. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
42. Cavabdehlərin mülki hüquq pozuntusu törətməsi, iddiaçılara və üçüncü şəxsə maddi zərər vurması öz təsdiqini tapmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
43. Həmçinin iddiaçılar iddia ərizəsində Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarına istinad etsələr də, cavabdehlərin hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi öz təsdiqini tapmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
44. İddiaçılar həmçinin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində işgüzar nüfuzlarına dəymiş ******* manat ziyanın dəydiyini iddia edərək həmin məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişlər. İddia ərizəsində qeyd olunur ki, Cavabdeh4 digər cavabdehlərlə əvvəlcədən birləşərək nalayiq ifadələr yayaraq nüfuzlarına ciddi ziyan vurmuşlar. Hətta məlumatı olmadan imzaları saxtalaşdıraraq banklardan xüsusilə külli miqdarda kredit götürərək mənimsəmişlər.
45. Mülki Məcəllənin normalarında məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinin tələb edilməsi barəsində həqiqətə uyğun olmayan, ləkələyici məlumatlar yayılmış şəxsin işgüzar nüfuzunun müdafiəsi üsullarından biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, vurulmuş zərər olmalı və həmin zərər məhz şəxs barədə məlumatların yayılması nəticəsində vurulmalıdır. Qeyd olunur ki, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı işlərə baxarkən məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması halları aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir. Qeyd edilən 3 haldan ən azı birinin olmaması halında iddiaçının müvafiq iddiası təmin edilməməlidir. Hazırkı halda iddiaçlar onlar barəsində iddia ərizəsində qeyd etdikləri məlumatların mövcudluğu, yayılması ilə bağlı sübutları, yəni qeyd olunan hissədə də iddianı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Ona görə də iddiaçıların iddiası həmin hissədə də təmin olunmamalıdır.
46. Müstəqil tələb irəli sürən üçüncü şəxs də cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində işgüzar nüfuzlarına dəymiş ******* manat ziyanın dəydiyini iddia edərək, həmin məbləğin cavabdehlərdən tutulmasını xahiş etmiş, lakin barəsində iddia ərizəsində qeyd etdikləri halların, məlumatların mövcudluğu, yayılması ilə bağlı sübutları, yəni qeyd olunan hissədə də iddianı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də Müstəqil tələb irəli sürən üçüncü şəxs iddiası həmin hissədə də təmin olunmamalıdır.
47. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizələrində göstərilən hallar öz təsdiqini tapmadığından hər iki iddia təmin olunmamalıdır.
48. İddia təmin olunmadığından iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" şirkətindən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" şirkətindən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova