Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2229/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdeh1-nin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən 18680,76 manat məbləğində əsas borc, 1540,73 manat məbləğində faiz borcu, 0,00 manat cərimə üzrə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 4519 manat olmaqla ümumilikdə 24740,49 manat vəsaitin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin təsdiq edilməsi üçün 31 manat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş rüsumunun iddiaçının xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan Bərdə şəhəri, 9-cu məhəllədə yerləşən qeyriyaşayış binası 0.60 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılmasını, ipoteka ilə yüklü edilmiş Bərdə şəhəri, 9-cu məhəllədə yerləşən qeyri-yaşayış binası 0.60 ha torpaq sahəsi satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1(ay) ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibatı-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2- 2(83)-736/2016 saylı qətnaməsi itə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. 13 Sentyabr 2011-ci il tarixdə "Cavabdeh1” MMC-nin rəhbəri X3 ilə İddiaçı ASC arasında 003 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 200000 manat məbləğində, 24 aylıq güzəştlə, 60 ay müddətinə, illik 7 faiz olmaqla kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X5 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsı X1 ilə Bank arasında 13 Sentyabr 2011-ci il tarixdə 003İ saylı İpoteka müqaviləsi bağlanmış və onlara məxsus olan Bərdə şəhəri, 9-cu məhəllədə yerləşən Qeyri-yaşayış binası 0.60 ha torpaq sahəsi ilə birlikdə ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və ipoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 14.09.2011-ci il tarixli DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşnmaz Əmlakın Dövlət Reyestri Xidmət Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Ənlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə Çıxarış verilmişdir. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 13 may 2019-cu il tarixinə Banka 18680.76 manat məbləğində əsas borc, 1540.73 manat məbləğində faiz borcu, 0 manat cərimə üzrə borc, Kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 4519 manat ümumilikdə isə 24740.49 manat məbləğində borc qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetınə tutmanın yönəldilməsi haqqında **********399 nömrəli, 23 aprel 2019-cu il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və 13.05.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 2(006)-109/2021 nömrəli qərardadı ilə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1-nin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, sənədlər təqdim olunmadığı üçün ekspert tərəfindən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan əsas, faiz və illik 5 faizlə olan faiz borcunun müəyyən etmək mümkün olmamışdır. Müqavilə uzunmüddətli kredit müqaviləsidir. Cavabdehdə bütün ödəniş sənədləri yoxdur. Odur ki, iddia tələbini əsas borc və faiz borc hissəsində qəbul edir və borcu ödəməyə razıdır Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, Cavabdeh1-nin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanan 13.09.2011-ci il tarixli 003 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana heyvandarlığın genişləndirilməsi məqsədi ilə 200000 manat məbləğində kredit verir. Borc alan bu müqavilə əlavə edilmiş ödəniş cədvəlində qeyd olunun sonuncu ödəniş tarixinədək illik 7 faiz ödənilməklə 24 ay müüdətinə kreditin qaytarılması barədə öhdəlik götürmüşdür. - İddiaçı ASC ilə (ipoteka saxlayan) ilə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X5 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsı X1 (ipoteka qoyan) arasında bağlanan 13.09.2011-ci il tarixli 003İ saylı ipoteka müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka saxlayan Cavabdeh1 MMC-yə 13.09.2011-ci il tarixli 003 saylı kredit müqaviləsi üzrə 24 aylıq güzəştlə, 60 ay müüdətinə kreditdən istifadəyə görə illik 7 faiz ödənilməsi şərtilə 200000 manat məbləğində kredit verir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən 13.09.2011-ci il tarixli 003 saylı kredit müqaviləsi üzrə və bu Müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərin təminatı olaraq DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən 09.09.2011-ci il tarixdə verilmiş Reystir nömrəsi: **********98-06301 saylı Arayışa əsasən Cavabdeh2 və Cavabdeh3 məxsus olan və İpoteka kimi çıxış edən ünvan 1 ünvanında yerləşən mülkiyyətində 0.60 ha torpaq sahəsi olan mülkü ipoteka qoyulması razılaşdırılmışdır. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən İpoteka qoyulmuş əmlak 300000 manat məbləğində qiymətləndirilmişdir. 16.09.2011-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, kredit müqaviləsi üzrə müəyyən edilmiş 200000 manat kredit məbləği 60 ay müddətinə illik 7 faiz olmaqla 16.10.2011-ci il tarixdən 16.09.2016-cı il tarixədək aylıq ödənişlər təyin edilmişdir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrinə dair arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 0.60 ha torpaq sahəsi Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətindədir. Hüquqların Dövlət Qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli 14.09.2011-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 0.60 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. -13.05.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 13.09.2011-ci il tarixli 003 saylı kredit müqaviləsi üzrə 18680,76 manat məbləğində əsas borc, 1540,73 kredit üzrə müddət sonuna olan faiz borcu, 4519 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə isə 24740,49 manat borcu vardır. -17.02.2020-ci il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.02.2020-ci il tarixli, 28120 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı ASC-si ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 sentyabr 2011-ci il tarixli 003 saylı Kredit Müqaviləsi üzrə aparılmış ödənişlərin tam olmaması müəyyən olunur. Həmin ödənişlər hesabdan çıxarış məlumatlarında tam olmadığından hazırki hesablama zamanı Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan əsas, faiz və illik 5 faizlə olan faiz borcunun müəyyən etmək mümkün olmamışdır. -03.12.2020-ci tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş “xxxx” MMC-nin 16.11.2020-ci il tarixli H/04-PLS saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi və onun yerləşdiyi 0.60 ha torpaq sahəsi əmlaklarının Bazar qiyməti 300000 manat likvid dəyəri 225000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, QSC İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 13.09.2011-ci il tarixli 003 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, kreditor borcalana heyvandarlığın genişləndirilməsi məqsədi ilə 200000 manat məbləğində kredit verir. Borc alan bu müqavilə əlavə edilmiş ödəniş cədvəlində qeyd olunun sonuncu ödəniş tarixinədək illik 7 faiz ödənilməklə 24 ay müüdətinə kreditin qaytarılması barədə öhdəlik götürmüşdür. Həmçinin İddiaçı ASC ilə (ipoteka saxlayan) ilə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X5 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsı X1 (ipoteka qoyan) arasında bağlanan 13.09.2011-ci il tarixli 003İ saylı ipoteka müqaviləsi bağlanmış və müqavilənin 1.2-ci bəndinə əsasən 13.09.2011-ci il tarixli 003 saylı kredit müqaviləsi üzrə və bu Müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərin təminatı olaraq DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən 09.09.2011-ci il tarixdə verilmiş Reystir nömrəsi: **********98-06301 saylı Arayışa əsasən Cavabdeh2 və Cavabdeh3 məxsus olan və İpoteka kimi çıxış edən ünvan 1 ünvanında yerləşən mülkiyyətində 0.60 ha torpaq sahəsi olan mülkü ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.3-ci maddəsinə görə ipoteka predmetinin dəyəri 300000 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş və bu səbəbdəndə iddiaçı 13.05.2019-cu il tarixli maliyyə arayışına əsasən 18680,76 manat məbləğində əsas borc, 1540,73 kredit üzrə müddət sonuna olan faiz borcu, 4519 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu olmaqla ümumilikdə isə 24740,49 manat borcun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Tərəflərin bərabərliyi prinsipi tərəflər arasında ədalətli balans baxımından ədalətli məhkəmə araşdırması hüququnun mühüm xüsusiyyətidir və prosessin çəkişmə xarakterinə xas olan cəhətidir. Mahiyyət etibarı ilə bu prinsip tələb edir ki: “Hər bir tərəf öz arqumentlərini, o cümlədən sübutlarını təqdim etmək üçün ağlabatan imkana malik olmalı və əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salınmamalıdır” (X6rşı, 1993-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutub, Cavabdeh1-nin nümayəndəsinin məhkəmə iclasında iddia tələbinin əsas və faiz borcu hissəsində etiraf etməsini halını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh1 MMC 13.09.2011-ci il tarixli 003 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh1 MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh1 MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 18680,76 manat məbləğində əsas borc, 1540,73 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 4519 manat hissəsinə münasibətdə tələbin əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində isə belə bir şərt nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2- ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından tərəflər arasında bağlanmış 13.09.2011-ci il tarixli 003 saylı kredit müqaviləsinin qüvvədə olma müddəti həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflərin bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin tam icra edilməsinə qədər qüvvədə olması raşılaşdırılmışdır. Belə olan halda tərəflər arasında bağlanmış kredit müqaviləsi hal-hazıradək qüvvədədir. Eyni zamanda kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixdən hesablanmalıdır. Qeyd olunan tarixin mübahisə predmeti olan kredit müqaviləsinin razılaşdırılmış tələblərinə əsasən müəyyən edilmədiyindən iddia həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh-borcalan Cavabdeh1 MMC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tələb 13.09.2011-ci il tarixli 003İ saylı ipoteka müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh3 birgə paylı mülkiyyətlərində olan ipoteka predmeti ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 0.60 ha torpaq sahəsinə yönəldilməlidir. Əmlakın qiyməti ipoteka müqaviləsinə əsasən, 300000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iddia tələbinin ipoteka predmeti satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1(ay) ərzində boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, tələbin qeyd olunan hissəsi tərəflər arasında yaranmış bu növ münasibətləri tənzimləyən normanın (red: “İpoteka” haqqında Qanunun) tələb və hərəkət ardıcıllığı üzrə müəyyən edilmiş şərtlərinə daxildir. Eyni zamanda tələbin qeyd olunan hissəsi qətnamənin icrası zamanı “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən icra məmurunun hüquq və vəzifələrinə aid olan hərəkətlərə aid olduğundan təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçıdan ekspertiza tədqiqatının dəyəri olan 20 manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1-dən 18680.76 manat əsas borc, 1540.73 manat faiz borcu , 31 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin təsdiq edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş 31 manat rüsum tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan ipoteka predmeti olan Bərdə şəhəri, 9-cu məhəllədə yerləşən qeyri-yaşayış binası 0.60 ha torpaq sahəsinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 300000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1-dən 18680.76 (on səkkiz min altı yüz səksən manat yetmiş altı qəpik) manat əsas borc, 1540.73 (min beş yüz qırx manat, yetmiş üç qəpik) manat faiz borcu, 31 (otuz bir) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin təsdiq edilməsi üçün 31 (otuz bir) manat Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə ödənilmiş rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan Bərdə şəhəri, 9-cu məhəllədə yerləşən qeyri-yaşayış binası 0.60 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 300000 (üç yüz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 20 (iyirmi) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ 22) ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2229/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2229/2021
09.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver