Məhkəmə qərarları › İş №2-2(113)-2255/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2255/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2255/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, İddiaçı və nümayəndəsi/vəkili Vəkil2, Cavabdehlərin nümayəndəsi/vəkili Vəkil1 Bəxrəm oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 145 saylı evin qarşısında yerləşən daş qarajın təmirinə və işıq, su, qaz çəkilməsinə xərclədiyi 5000 manat və həmin ünvanda yerləşən yuxarı hissəsi 12 kv.metrdən və alt zirzəmi hissəsi 9 kv.metrdən ibarət olan obyektin tikintisinə xərclədiyi 15000 manat məbləğində pulun və 150 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 əvvəllər iddiaçısının qonşusu olmuş, hal- hazırda ünvan 1 ünvanında yaşayırlar. 2005-ci ilin sonunda Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 145 saylı evin qarşısında yerləşən X8 məxsus daş qarajla obyektin arasında olan zibil yeri kimi istifadə olunan 12 kv.metr boş sahəni zibillikdən təmizləyib hasara almışdır. 2006-cı ildə qonşusu olmuş Cavabdeh2 bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 145 saylı evin qarşısında yerləşən daş qarajının sahibi X13 həmin qarajı tiçarət obyekti kimi işlətmək istəyir. Cavabdeh2 həmin obyekti götürüb işlətməyi iddiaçıya təklif etdi. İddiaçı razılaşandan sonra X13 10 noyabr 2006-cı il tarixdə ona etibarnamə verdi. Həmin qarajı iddiaçı təmir edib, əvvəlcə ərzaq dükanı kimi, sonra isə təndir kimi işlətməyə başladı. Sonradan həmin qarajı Cavabdeh2 alaraq, həyat yoldaşı Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə rəsmiləşdirirək, onun adına 19.4 kv.metr sahəyə texniki pasport almışdır. Cavabdeh1 etibarnamə əsasında həmin qaraja iddiaçı öz xərcilə qaz, su, işıq çəkdirmiş, hər ay da icarə haqqı ödəmişdir. Sonuncu dəfə Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixə kimi ona etibarnamə vermişdir. Qarajın təmirinə və işıq, su, qaz çəkilməsinə 5000 manat məbləğində pul xərclənmişdir. İddiaçı 2005-2006-cı illərdə həmin qarajı mağaza kimi işlətdiyi dövrdə qarajla qonşu obyektin arasında olan zibil yeri kimi istifadə olunan boş sahədə yuxarı hissədə 12 kv.metr, alt hissədə 9 kv.metr olmaqla öz xərciylə kiçik bir obyekt tikmişdi. Ərazi zibilxana olduğu üçün orada tikinti aparmağına heç bir orqan mane olmadı. Tikdiyi 12 kv.metr və 9 kv.metr ərazisi olan obyektə işıq üçün kod aldı. Həmin ərazini zibillikdən təmizləyib, orada tikinti aparılmasına 15 000 manatdan artıq pul xərcləmiş. 12 kv.metr və 9 kv.metrdən ibarət olan obyektin Cavabdeh2 qarajına heç bir aidiyyatı yoxdur. Həm qaraj, həm də tikdiyi obyekt icarə kimi fəaliyyət göstərirdi. Cavabdeh2 ilə aralarında heç bir problem yox idi. İddiaçı obyektini müxtəlif şəxslərə, o cümlədən sonuncu dəfə X5 icarəyə vermişdir. X10 ondan xəbərsiz həmin yeri X11 icarəyə vermiş, o da həmin yerdən içki satışı kimi istifadə edirdi. 2022-ci ildə Cavabdeh2 X16 ilə birləşərək onun obyektini əlindən aldılar. Cavabdeh2 televiziyada işləməsindən istifadə edərək, uzun illər ona xidmət etməyinə baxmayaraq, ona hədə-qorxu gələrək və onun yaşlı və xəstə olmağından istifadə edərək obyektini ələ keçirdi. Həmin ərazidə yerləşən obyektlərin sahibləri hamısı bilirlər ki, hal-hazırda təndir kimi işləyən qarajı o təmir etdirib, işlətmişdir. İddiaçıya məxsus 12 kv.metrdən ibarət olan obyektin onun tərəfindən tikilməsini hamı təsdiq edə bilər. Cavabdeh1 adına olan qaraja dair sənəd 19.4 kv.metr sahəni əhətə etsə də, Cavabdeh2 həmin sənədlə ona məxsus olan obyekti də ələ keçirərək, istifdə edir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 145 saylı evin qarşısında yerləşən 12 kv.metr və 9 kv.metrdən ibarət olan obyektin onun tərfindən tikilməsini və ona məxsus olmasını müxtəlif şəxslər təsdiq edirlər. Əlavə olaraq "xxxx" ASC-dən aldığım Abunə haqqında saldodan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 145 saylı evin qarşısında yerləşən obyektin işıq pulu xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onun tərəfindən ödənilmişdir. Onun adına olan elektriki və suyu istifadə edir. Cavabdehlərin qanuna zidd əməlləri ilə əlaqədar polisə şikayət etmişdir. Araşdırmalardan sonra mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı dəfələrlə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müraciət edərək vurulmuş maddi zərərin ödənilməsini tələb etsə də, qanuni hüquqlarının təmin edilməsinə nail olmamışdır. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyərində qalmışdır.

3. Cavabdehlərin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbini əsassız sayırıq və qəbul etmirik. Belə ki, hazırkı iş üzrə İddiaçı Mir Cəlal küçəsi 45-cü binanın qarşısında yerləşən, ailələrinə məxsus daş qaraj və ona bitişik 12 kv. m-lik tikinti ilə bağlı şikayət ərizəsi ilə əvvəlcə polisə, sonra ddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər 1984-cü ildən 2010-cu ilə kimi Mir Cəlal küçəsindəki mənzildə yaşamışdır. X21 və ailəsilə xoş münasibətlərdə olmuşdur. Həmin vaxtlar qaraj almaq istədikləri deyəndə Elşən əlində qaraj tikintisinə dair Binəqədi İcra Hakimiyyətinin Sərəncamı olduğunu və onu sata biləcəyini bildirdi. Razılıq əldə olund və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənən eskizlər əsasında tikinti briqadası işi gördü. Qarajlar bir-birinə bitişik halda, yəni divarlar şərikli olmaqla tikilirdi. Onlara məxsus qarajın tikintisi nəzərdə tutulan yerdə həmin vaxt böyük, bar verən bir tut ağacı vardı. Ailələri üçün əlavə xərc, çalışan briqada üçün əlavə iş, öz qarajlarının tezliklə tikilməsini gözləyənlər üçün əlavə vaxt itkisi olsa da, ağacın kəsilməsinə razı olmadılar. Qarajlar hazır olandan sonra həmin tut ağacı olan ərazini 3 sıra daşla hörüldü ki, yağış suları həm ağaca, həm qaraja ziyan vurmasın. Müəyyən vaxtdan sonra ağac qurudu. Bundan sonra onlar əllərində bələdiyyə sənədi olduğuna və iki divarı artıq hazır olduğuna görə 12 kv.m-lik həmin ərazinin tikintisini başa çatdırmalı oldu. Bunun üçün arxa divarın tikilməsi və üstünün bağlanmsı kifayət idi. Həmin vaxtlar qonşu binada yaşayan İddiaçı işsiz olduğunu, evlərdə xırda sanitar işləri görməklə pul qazandığını bildiyi üçün ona bu yaxşılığı etmək istədiklərini və material xərclərini və zəhmət haqqını ödəməklə onu fəhlə-usta kimi bu işə cəlb etmişdilər. İş bitəndən sonra hər iki obyekti ticarət məqsədilə işlədə biləcəyini söylədi. İşdə onun çətin durumda olduğunu nəzərə alıb razılaşmışlar. 2006-cı ildə Elşən Hüseynovla aralarında sənədləşmə işi tam başa çatmadığından onun adından İddiaçı etibarnamə də vermişdir. Eldara etimad göstərilməsinin əsas səbəbi onlarla qonşu olması idi. İddiaçı 12 kv.m-lik həmin yerə hazırda 15 min manatlıq iddiası ilə əlaqədar isə, həmin dövrdə ən bahalı hazır qarajın qiyməti 3000-4000-dən artıq deyildi. Belə ki, qaraj almadan əvvəl qiymətlərlə maraqlanılmışdı. İddiaçı iddia etdiyi 15 min manata həmin vaxtlar 4-5 hazır qaraj əldə etmək olardı. Məhz Elşəndən qaraj almaqlarının səbəbi onun yolun düz üstündə, yaşadıqları blokun 5-10 metrliyində yerləşməsi idi. Əgər Eldar belə gücə və imkana malik idisə, nədən öz evinin ətrafındakı hazır qarajlardan birini almayıb ? Yaxud ordakı qarajlar arasında da kifayət qədər “zibilliklər olduğu halda o, nədən belə uzaq bir məsafədə -cavabdehlərin yaşadığı evin qarşısında olan qarajın yanındakı “zibilliy”ə sahib olmaq istəyib? İddiaçı hazırda həmin obyekti Kərim Cavadovla birləşərək, ona hədə-qorxu gələrək əlindən aldıqlarını iddia edir. 2022-ci ilin noyabrına kimi Kərim Cavadov adlı birisiylə tanışlıq olmamışdır. Obyekti İddiaçı özü cavabdehlərə təhvil vermişdir. Eldar Kərimə heç bir sənəd vermədən 9 ay ərzində hər ay ondan şəriki Bəxtiyar Rzayevlə birlikdə 300 manat pul alıb -200 manatı İddiaçı özünə götürmüş, 100 manatını isə Bəxtiyara vermişdir. Həmin dövrdə X22 Talıbovdan icarə haqqının bir az aşağı salınmasını xahiş etsə də, İddiaçı razılaşmamış, əks halda onu işdən aralayacağı ilə hədələmişdir. İddiaçı üzülüşdükdən sonra Kərim Cəfərov yenidən onunla görüşüb bu müddət ərzində ona ödədiyi pulun bir hissəsini geri istəmiş, İddiaçı isə hər dəfə onunla kobud danışaraq acılamışdır. Bununla əlaqədar 2022-ci ilin dekabr ayında Kərim İddiaçı bu hərəkətləri barədə müvafiq qurumlara şikayət etmiş və Binəqədi Pİ-nə müraciət etmiş və bu məsələ hazırda araşdırılmaqdadır. İddiaçı guya həmin yeri Elşən Hüseynovun təşəbbüsü ilə işlətdiyini söyləyir. Amma bu, həqiqətə uyğun deyildir. Cavabdehlər pul verib aldığı, tikintisini həyata keçirdiyi obyekti Elşən Hüseynov hansı haqla İddiaçı istifadəyə verə biərdi? Sadəcə olaraq həmin vaxt Elşən Hüseynovla aralarındakı sənədləşmə işi tam başa çatmadığından onun adından İddiaçı 5 illik (2006- 2011-ci illər) etibarnaməni də cavabdehlər vermişdir. 2008-ci ildə həmin daş qaraj həyat yoldaşının adına sənədləşdirilərkən artıq ona bitişik olan tikintiylə bağlı 2006-cı ildən Binəqədi Bələdiyyəsilə 99 illiyə icarə müqaviləsi var idi. İddiaçı ona pul ödəməkdən yayınsa da, qanundan yayına bilməyib müqavilə şərtlərinə uyğun olaraq hər il bələdiyyə rüsumlarını ödəməli olunmuşdur. 2016-cı ildə Cavabdeh1 yeni etibarnamə alarkən o, obyektlərdə heç bir dəyişiklik olmayacağına, kimsə işlətdiyi müddətdə nəsə edəcəksə, dəyişəcəksə, buna görə həmin şəxsə əlavə heç nə ödəniməyəcəyini söyləsə də, sonrakı hadisələr bunun əksini sübut elədi. Belə ki, 2018-ci ilin payızında məlum oldu ki, neçə vaxtdır İddiaçıla Xocalı sakini Pərviz arasında razılaşmaya əsasən qarajın təyinatını dəyişərək təndirxanaya çevirmişlər. Sonradan icarə haqqı ilə bağlı aralarında yaranan mübahisə səbəbilə Pərviz Cavabdeh2 müraciət etmişdir. Eldar X4 hər vəchlə qurduğu bu işdən aralamaq istədiklərini, məcburi köçkün olduğunu söyləyib ondan bu işə qarışmağını xahiş eləmişdir. Cavabdeh 2006-cı ildən bəri ilk dəfə İddiaçıla bu barədə söhbət etmiş, Pərvizə mane olmamalarını bildimirşdir. Bundan sonra Eldarla şərik olan Bəxtiyar Rzayev təndirxanaya çevrilən qarajda qaz, işıq su daxil bütün təmir işlərini özünün gördüyünü bildirdi və bunun müqabilində Pəvizdən 5000 manat pul tələb etdiş Əks halda onu işləməyə imkan verməyəcəyini bildirdi. Məsələni aydınlaşdırmaq üçün dəfələrlə İddiaçıla danışmağa, təmir işlərini o aparıbsa, niyə Bəxtiyat Rzayevin pul tələbini aydınlaşdırmağa cəhd etsələrdə, İddiaçı müxtəlif bəhanələlə imtina etdi. Məcbur qalıb Pərvizə həmin pulu cavabdehlər vermiş və o, Elman Abbasovla birgə notarial qaydada həmin pulu Bəxtiyar Rzayevə verdilər. Təndirxananın nəzarətindən çıxmasından incik düşən İddiaçı qonşular arasında 12 kv-lıq tikilinin ona məxsus olduğunu söyləyir və əvvəlki qaydada kimlərəsə icarəyə verərək pul qazanmağa davam edirdi. 2018-23-cü illər arasında dəfələrlə onunla danışıb bu məsələyə son qoymaq istəsələr də, müxtəlif bəhanələrlə boyun qaçırırdı. Nəhayət, 2022-ci ilin sonlarında İddiaçıla Bəxtiyar Rzayevin başqa bir Xocalı sakini Kərim Cavadova icarəyə verib hər ay 300 manat aldığı 12 kv.m-lik tkilini geri qaytardılar. Bunun ardınca nədənsə İddiaçı telefonu qapadaraq, bir növ, yoxa çıxdı və şəriki Bəxtiyar Rzayev isə həmin obyektdə görülən bütün təmir işlərinin ona aid olduğunu bildirdi və müqabilində 2600 manat tələb elədi. 2023-cü ilin əvvəllərində şahidlərin iştirakı ilə həmin pul Bəxtiyar Rzayevə ödəndi. Bəxtiyar Rzayev 2600 manatı alandan sonra İddiaçı “peyda” oldu və təmir işlərinə görə əlavə 10000 manat tələb elədi. Bəs, təkcə bu son 5 ildə alıb mənimsədiyin icarə pulları hardadır?”- sualına isə : “Elə bil maaş vermisən” - deyə cavab verdi. Maraqlıdır, nədən bir neçə ay qabaq 10000 tələb etdiyi halda məhkəməyə şikayətində bu rəqəm 2 dəfə artır? Bundan başqa 2016-cı ilin yayında İddiaçı qapıya gələrək çətin bir durumda olduğunu, ona məxsus girovluqda olan mənzilinin qaytarılması üçün 5000 manat pul aldı və ev məsələsini həll etdikdən sonra, ehtiyacı olmasına baxmayarq, o pulu düz bir ildən sonra - oğluna toy etdikdən sonra qaytardı. Amma aldığı 5000 manat əvəzinə Elman Abbasov vasitəsilə 4000 manat göndərdi. Səbəbini soruşduqda həmin 1000 manatı da qarajdakı xərclərə çıxdığını söylədi. Ümumən, 2012-18-ci illər arası gah təmir etdiyini, gah qaz, su, işıq çəkdirdiyini, gah alverin çox zəif getdiyini, icarədarların onu aldatdığını bildirərək, demək olar ki, İddiaçı hər vəchlə icarə pullarını ödəməkdən yayınırdı. İddiaçı 2023-cü ilin aprelində cavabdehə məxsus 12 kvadratlıq tikilinin guya onun olduğunu, Bələdiyyədə sənədləşməyə kömək etməkləriyilə bağlı 2000 manat verdiyi çarədə Yasamal Pİ-nə şikayət etsə də, istintaq idarəsi tərəfindən bu iddia rədd edilmişdir. Maraqlıdır, məhkəməyə müraciətində İddiaçı həmin məsələni və həmin pulu nədən yada salmır ? Sözügüdən obyektin hazırkı bazar qiyməti 20 min manat deyilsə, İddiaçı təmir xərcləri adı altında 20000 manat tələbi hansı məntiqə uyğundur? Orda hansı qeyri-adi materiallardan və alətlərdən istifadə olunub, ya hansı fərqli bir dizayn yaradılıb ki? İstənilən əmlak eksperti üçün bunu müəyyənləşdirmək çətin olmazdı. Bir də etimaddan sui-istifadə edərək nədən obyekt onların ola-ola işığı, suyu öz adına qeyd etdirib? İddiaçı 10-a yaxın müxtəlif insanların dilindən obyektin ona aid olduğuna dair sənədləri məhkəməyə təqdim edib. İddiaçı son günlər dəfələrlə obyektin qapısını qırıb, zamokun xarab edərək normal iş fəaliyyətinə mane olub və ən azı 300 manat dəyərində obyektə zərər vurub. Bununla bağlı Binəqədi Pİ-nə və 102 qaynar xəttinə müraciət olunub.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etdilər.

6. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi yazılı çıxışını məhkəməyə təqdim edərək bildirmişdir ki, həm Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, həm də Bakı Kommersiya Məhkəməsində aparılmış məhkəmə tədqiqatı zamanı iddia tələbinin əsassız olduğu öz təsdiqini tapdı. Hazırkı iş üzrə İddiaçı Mir Cəlal küçəsi 145-cü binanın qarşısında yerləşən, ailəmizə məxsus daş qaraj və ona bitişik 12 kv. m-lik tikinti ilə bağlı şikayət ərizəsi ilə əvvəlcə polisə, sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə cavabdehlər 1984-cü ildən 2006-cı ilə kimi Bakı şəhəri, Binəqədi rayonu 9-cu mkr. Mir Cəlal küçəsindəki mənzildə yaşamışdır. Qonşuları Qarabağ müharibəsi əlili Elşən Hüseynov 1999-cu ilsə əlində qaraj tikintisinə dair Binəqədi İcra Hakimiyyətinin Sərəncamı olduğunu və onu sata biəcəyini bildirəndə, Qarabağ veteranı olan Cavabdeh2lə razılaşmışlar və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənən eskizlər əsasında tikinti briqadası öz işini görmüşdür. Qarajlar birbirinə bitişik halda, yəni divarlar şərikli olmaqla tikilmişdir. Cavabdehlərə məxsus qarajın tikintisi nəzərdə tutulan yerdə həmin vaxt böyük, bar verən bir tut ağacı olmuşdur. Onlar ağacın kəsilməsinə razı olmadıqlarına görə həmin tut ağacı olan ərazini 3 sıra daşla hördürmüşlər ki, yağış suları həm ağaca, həm qaraja ziyan vurmasın. Müəyyən vaxtdan sonra ağac qurumuşdur. Bundan sonra onlar əllərində bələdiyyə sənədi olduğuna, iki divarı artıq hazır olduğuna görə arxa divarı tikməklə, üstünü bağlamaqla 12 kv.m-lik həmin ərazinin tikintisini başa çatdırmışlar. Həmin vaxt qonşu binada yaşayan hazırkı iş üzrə İddiaçı evlərdə xırda sanitar işləri görməklə pul qazandığından Cavabdeh2 material xərclərini və zəhmət haqqını ödəməklə onu fəhlə-usta kimi bu işə cəlb etmişdir. İş bitəndən sonra Eldar hər iki obyekti ticarət məqsədilə işlədə biləcəyini söyləmişdir. B. Balakişiyev də onunla razılaşmışdır. 2000-ci ilin əvvəllərində Cavabdeh2 həmin qarajı istifadə etmək üçün Eldara vermişdir. 2006-cı ildə cavabdehlər həmin ünvandan köçərkən İddiaçı xahişi ilə Cavabdeh2 Elşən Hüseynovla arasında olan sənədləşmə işi tam başa çatmadığından onun adından İddiaçı etibarnamə vermişdir. İddiaçı 12 kv.m-lik həmin yerə hazırda 15 min manatlıq iddiası ilə əlaqədar nəzərinizə çatdırırıq ki, həmin dövrdə ən bahalı hazır qarajın qiyməti 3-4-mindən artıq deyildi. İddiaçı iddia etdiyi 15 min manata həmin vaxtlar 4-5 hazır qaraj əldə etmək olardı. Əgər Eldar belə gücə və imkana malik idisə, nədən öz evinin ətrafındakı hazır qarajlardan birini almamışdır? Yaxud ordakı qarajlar arasında da kifayət qədər “zibillik”lər olduğu halda o, nədən belə uzaq bir məsafədə, cavabdehlərin yaşadığı evin qarşısında olan qarajın yanındakı “zibilliy”ə sahib olmaq istəmişdir ? İddiaçı hazırda həmin obyekti X9 Cavadovla birləşərək, ona hədə-qorxu gələrək əlindən aldıqlarını iddia edir. Bildiririk ki, 2022-ci ilin noyabrına kimi Kərim Cavadov adlı birisiylə tanışlığımız olmamışdır. Obyekti İddiaçı özü bizə təhvil vermişdir. Eldar Kərimə heç bir sənəd vermədən 9 ay ərzində hər ay ondan şəriki Bəxtiyar Rzayevlə birlikdə 400 manat pul alıb, 300 manatı İddiaçı özünə götürmüş, 100 manatını isə Bəxtiyara vermişdir. Həmin dövrdə X22 Talıbovdan icarə haqqının bir az aşağı salınmasını xahiış edəndə İddiaçı razılaşmamış. əks halda onu işdən aralayacağı ilə hədələmişdir. İddiaçı üzülüşdükdən sonra Kərim Cəfərov yenidən onunla görüşüb bu müddət ərzində ona ödədiyi pulun bir hissəsini geri istəmiş, İddiaçı isə hər dəfə onunla kobud danışaraq acılamışdır. Bununla əlaqədar 2022-ci ilin dekabr ayında Kərim İddiaçı bu hərəkətləri barədə müvafiq qurumlara şikayət etmişdir. İddiaçı qarajı gah Elşən Hüseynovdan icarəyə götürdüyünü, dərhal təmir işlərinə başladığını söyləyir, amma iddianı nədə E. Hüseynova deyil, B. Balakişiyevə qarşı qaldırmadığını izah edə bilmir. Cavabdehlərin pul verib aldığı, tikintisini həyata keçirdiyi obyekti Elşən Hüseynov hansı haqla İddiaçı istifadəyə verə biərdi ? Sadəcə olaraq həmin vaxt Elşən Hüseynovla cavabdehlərin arasında olan sənədləşmə işi tam başa çatmadığından onun adından İddiaçı 5 illik (2006-2011-ci illər) etibarnaməni də Cavabdeh2 vermişdir. 2008-ci ildə həmin daş qaraj Cavabdeh1 adına sənədləşdirilərkən cavabdehlərin əlində artıq ona bitişik olan tikintiylə bağlı 2006-cı ildən Binəqədi Bələdiyyəsilə 99 illiyə icarə müqaviləsi vardı. 2016-cı ildə Sevda İddiaçı yeni etibarnamə verilərkən o, obyektlərdə heç bir dəyişiklik olmayacağına, kimsə işlətdiyi müddətdə nəsə edəcəksə, dəyişəcəksə, buna görə həmin şəxsə əlavə heç nə ödənilməyəcəyini söyləsə də, sonrakı hadisələr bunun əksini sübut elədi. Belə ki, 2018-ci ilin payızında məlum oldu ki, neçə vaxtdır İddiaçıla Xocalı sakini Pərviz arasında razılaşmaya əsasən qarajın təyinatını dəyişərək təndirxanaya çevrmişlər. Sonradan icarə haqqı ilə bağlı aralarında yaranan mübahisə səbəbilə Pərviz Cavabdeh2 müraciət etmişdir. Eldar X4 hər vəchlə qurduğu bu işdən aralamaq istədiklərini, məcburi köçkün olduğunu söyləyib B. Balakişiyevdən bu işə qarışmasını xahiş etmiş, B. Balakişiyev də 2006-cı ildən bəri ilk dəfə İddiaçıla bu barədə söhbət etmiş, Rərvizə mane olmamalarını tapşırmışdır. Bundan sonra Eldarla şərik olan Bəxtiyar Rzayev təndirxanaya çevrilən qarajda qaz, işıq, su daxil bütün təmir işlərini özünün gördüyünü bildirmiş, bu təmirin əvəzində Pərvizdən 5000 manat pul tələb etmiş, əks halda onun işləməsinə imkan verməyəcəyini bildirmişdir.. Məsələni aydınlaşdırmaq üçün Cavabdeh2 dəfələrlə İddiaçıla danışmağa, təmir işlərini o, aparıbsa, Bəxtiyar Rzayevin pul tələbini aydınlaşdırmağa cəhd etsə də, İddiaçı müxtəlif bəhanələrlə görüşdən imtina etmişdir. Həmin məbləğ Pərvizə çatdırılmış və notarial qaydada Bəxtiyar Rzayevə verilmişdir.Təndirxananın nəzarətindən çıxmasından incik düşən İddiaçı qonşular arasında 12 kv-lıq tikilinin ona məxsus olduğunu söyləmiş və əvvəlki qaydada kimlərəsə icarəyə verərək pul qazanmağa davam etmişdir. Bəxtiyar Balaki.iyev 2018-2023-cü illər arasında dəfələrlə onunla danışıb bu məsələyə son qoymaq istəsə də, Eldar müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Nəhayət, 2022-ci ilin sonlarında İddiaçıla Bəxtiyar Rzayevin başqa bir Xocalı sakini Kərim Cavadova icarəyə verib hər ay 300 manat aldığı 12 kv.m-lik tkilini geri qaytarılmışdır. Bunun ardınca nədənsə İddiaçı telefonu qapadaraq, bir növ, yoxa çıxmış və şəriki Bəxtiyar Rzayev isə həmin obyektdə də görülən bütün təmir işlərinin ona aid olduğunu bildirdi və müqabilində 2600 manat tələb etmişdir. 2023-cü ilin əvvəllərində şahidlərin iştirakı ilə həmin pul Bəxtiyar Rzayevə ödənilmişdir. Bəxtiyar Rzayev 2600 manatı alandan sonra İddiaçı “ peyda” olmuş və təmir işlərinə görə əlavə 10000 manat tələb etmişdir. B. Balakişiyevin “ Son 5 ildə alıb mənimsədiyin icarə pulları hardadır?” sualıma isə : “Elə bil mənə maaş vermisən” deyə cavab vermişdir. 2016-cı ilin yayında İddiaçı Cavabdeh2 ona məxsus girovluqda olan mənzilinin qaytarılması üçün 5000 manat pul almış, ev məsələsini həll etdikdən sonra o pulun 4000 manatını bir ildən sonra Elman Abbasov vasitəsilə göndərmişdir. Səbəbini soruşduqda həmin 1000 manatı da qarajdakı xərclərə çıxdığını söylədi. Ümumən, 2012- 2018-ci illər arası gah təmir etdiyini, gah qaz, su, işıq çəkdirdiyini, gah alverin çox zəif getdiyini, icarədarların onu aldatdığını bildirərək, demək olar ki, İddiaçı hər vəchlə icarə pullarını ödəməkdən yayınmışdır. İddiaçı 2023-cü ilin aprelində cavabdehlərə məxsus 12 kvadratlıq tikilinin guya onun olduğunu, Cavabdeh2 Bələdiyyədə sənədləşməyə kömək edəcəyi ilə bağlı 2000 manat verdiyi barədə Yasamal Pİ-nə şikayət etsə də, istintaq şöbəsi tərəfindən onun ərizəsi rədd edilmişdir. İddiaçı polisə verdiyi ərizəsində göstərdiyi xüsusatlar, iddia ərizəsində istinad etdiyi dəlillər, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində və Bakı Kommersiya Məhkəməsində vermiş olduğu izahatları, təqdim etdiyi sübutlar nəinki iş materialları ilə uyğun gəlmir, bir-birini tamamlamır, hətta özünün dedikləri, bir-birinə ziddiyyət təşkil edir. Belə ki, hazırkı iş üzrə iddiaçı Talıbov X15 RPİnin İŞ-nə ünvanladığı ərizəsində Cavabdeh2 ona məxsus olan torpaq sahəsinin bələdiyyədə sənədləşdirəcəyi müqabilində onda 2000 manat pul aldığını, lakin sənədləşdirməni etmədiyini və pulu qaytarmadığını iddia edərək ona qarşı dələduzluq etdiyii bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində Bəxtiyar X3 əmlakını əlindən aldıqlarını göstərmişdir. İddia ərizəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu, 9-ci mikrarayon, Mir Cəlal küçəsi,145 saylı evin qarşısında yerləşən daş qarajın təmirinə və işıq, su. qaz çəkilməsinə xərclədiyi 5000 (beş min) manat pulun və həmin ünvanda yerləşən yuxarı hissəsi 12 kv. m. və zirzəmi hissəsi 9 kv. m. İbarət olan obyektin tikintisinə xərclədiyi 15 000 manat pulun və 150 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarajla bağlı məsələyə gəldikdə İddiaçı daş qarajın təmirinə və işıq, su. qaz çəkilməsinə 5000 (beş min) manat xər çəkməsi barədə dedikləri əsassızdır. Elə ki, həmin qaraj daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır. Qaraj Cavabdeh2 tərəfindən maliyyələşdirməklə tikilmişdir. İddiaçı orada usta kimi cari təmir işləri aparmış və haqqını da artıqlamasilə almışdır. İddiaçı guya hər ay qarajdan aldığı icarə haqqını Cavabdeh2 verməsi və çəkdiyi xərclərin həmin puldan çıxmamasını onunla izah etmişdir ki, xərci icarə haqqından çıxdığı təqdirdə B. Balakişiyen qarajı ondan alardı və bu məbləğdə elə bir obyekti icarəyə götürə bilməzdi. Əvvələn onun bu aqqumenti absurtdur. İkincisi, əgər doğru olsaydı belə o xərci əvəz almama üçün etdiyini bildirirmişdir. Üçüncüsü, həmin obyektə görə Eldarın icarəyə verdiyi Bəxtiyar Rzayev təndirxanaya çevrdiyi qarajda qaz, işıq, su daxil bütün təmir işlərini özünün gördüyünü bildirmiş, bu təmirin əvəzində mülkiyyətçidən Pərvizin adından 5000 manat pul almışdır. Bunu təsdiq edən sənəd iş materiallarına əlavə olunmuşdur. Qarajla qonşuluqda olmaqla cavabdehlərin icarəsində olan 9 və 12 kv. m. qeyri-yaşayış sahəsinə gəldikdə isə qeyd edirik ki, həmin yer B. Balakişiyev tərəfindən inşa etdirilmişdir. İddiaçı orada sadəcə usta kimi çalışmış və obyekti icarəyə verməklə dolanmış, obyektin sahibinə isə hər hansı bir haqq ödəməmişdir.Əksinə şəriki Bəxtiyar Rzayevlə orada təmir işləri apardıqlarına görə B. Balakişiyevdən 2600 manat pul almışdır. Bu barədə B. Rzayevin verdiyi qəbz iş materiallarındadır. İddiaçı işıq, qaz, suyun texniki şərtlərinin onun adına olmasına əsasən həmin obyektləri özünükü hesab edir. Reallıqda isə həmin kommunal xərclərə dair bildirişlər Cavabdeh1 adına gəlir və haqqı onun tərəfindən ödənilir. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “Dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə” iddia tələbi əsassız olmaqla bərabər həm dəə qanunsuzdur. Cavabdehlərin mülkiyyətində və icarəsində olan əmlaka dair vurulmuş ziyanın ödənilməsini tələb etməyin heç bir hüquqi əsası yoxdur. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş üzrə tərəflər arasında podrat münasibətləri olub, B. Balakişiyev pulu və materialları verib, E. Talıbova iş gördürüb.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. xx.xx.2006-cı il tarixli, 421a saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, 147 saylı binanın yaxınlığında 12 kv.m torpaq sahəsinə dair Cavabdeh1 ilə icarə müqaviləsi bağlanmışdır.

9. xx.xx.2006-cı il tarixli etibarnaməyə əsasən Bakı şəhəri, 9-ci mkr., A.Məmmədov küçəsi 143, mənzil 143-də yaşayan X6 adından Bakı şəhəri, 9-cu mkr., H.Babaşov küçəsi, ev 3, mənzil 9-da yaşayan İddiaçı Bakı şəhəri Binəqəi İH-nin 12.01.199-cu il tarixli 14 nömrəli sərəncamına əsasən Bakı şəhəri, 9 mkr., 143 saylı binanın yanında yerləşən qarajdan istifadə etməyi, vergi departamentinə nümayəndəsi olmağı, kommunal xərcləri ödəməyi adından ərizə verməyi 10 il müddətinə həvalə etmişdir.

10. AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş inventar nömrəsi11979 olan xx.xx.2008-ci il tarixl Daşınmaz Əmlakın texniki Pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi 145 saylı binanın qarşısında yerləşən daş qarajın hüquq subyekti kimi Cavabdeh1 kimi qeyd edilmişdir.

11. 08.10.2008-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən tikinti shəsi 19.4 kv.m. olan və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mircəlal küçəsi, 145 saylı binanın həyətində yerləşən qaraj X13 tərəfindən X1.

12. xx.xx.2016-cı il tarixli etibarnaməyə əsasən Cavabdeh1 ona məxsus olan AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş inventar nömrəsi11979 olan xx.xx.2008-ci il tarixl Daşınmaz Əmlakın texniki Pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi 145 saylı binanın qarşısında yerləşən daş qarajlar sırasında yerləşən qaraja dair onu bütün dövlət və qeyri dövlət orqanlarında, notariat kontorunda, Vergilər Nazilriyində, banklarda, DƏDRX-nin ərazi idarəsində təmsil etməyi, həmin qarajdan istifadə etməyi, icarə müqaviləsi bağlamağı, müqavilənin ləğv etməyi, pulunu almağı, adından istənilən sənədləri, arayışları verməyi, almağı, ərizə verməyi, rüsumları ödəməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir.

13. 27.07.2016-cı il tarixli istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün 002/1/1295-tş nömrəli texniki şərtlərə əsasən daş qaraj üçün müraciət edən qismində Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi kimi İddiaçı qeyd ounmuşdur.

14. 27.07.2016-cı il tarixli, 002/1/1298 saylı su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulma işlərinin icrası barədə razılaşmada sifarişçi qismində Eldar Talibovun adı qeyd olunmuşdur.

15. 16.11.2026-cı il tarixli quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 10/05652 saylı akta əsasən Cavabdeh1 nümayəndəsi qismində İddiaçı qeyd olunmaqla su sayğacı quraşdırılması həyata keçirilmişdir.

16. "xxxx" ASC-nin abuna haqqında haqqına məlumatında 01/91-201 kodlu abonent kimi X12 adı qeyd olunmuşdur.

17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.

18. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 145 saylı evin qarşısında yerləşən daş qarajın təmirinə və işıq, su, qaz çəkilməsinə xərclədiyi 5000 manatın və 2) həmin ünvanda yerləşən yuxarı hissəsi 12 kv.metrdən və alt zirzəmi hissəsi 9 kv.metrdən ibarət olan obyektin tikintisinə xərclədiyi 15000 manat məbləğində pulun maddi ziyan kimi cavabdehlərn tutulmasından ibarətdir. İddianın hüquqi əsası kimi Mülki Məcəllənin 21 və 1097-ci maddələr göstərilmişdir. Cavabdehlər yazılı etiraz və çıxışlarına əsasən iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdilər.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

23. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. İddiaçının birinci tələbi ilə bağlı: məhkəmə iclaslarında iddiaçı izahatında bildirmişdir ki, ünvan 4in qarşısında yerləşən daş qarajı oncə X13 tərəfindən xx.xx.2006ci il tarixli, sonradan Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixində verilmiş etibarnamə əsasında istifadə etmiş və hər ay icarə haqqını ödəmişdir. Qaraj onun istifadəsində olduğu dövrdə öz vəsaiti hesabına orada təmir işləri aparılmasına və su, qaz və işığın çəkilməsinə 5000 manat pul xərcləmişdir. Həmin qaraja dair tərəflər arasında indiyənə kimi yazılı icarə müqaviləsi mövcüd olmamışdır, şifahi razılaşma əsasında münasibətlər formalaşmışdır. İddiaçının qeyd edilən obyektdən vaxtı ilə istifadə etməsi işin mübahisəsiz halıdır. Lakin, 5000 manat tələbə gəldikdə məhkəmə qeyd edir ki, tələb tamamilə əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, tərəflər arasında şifahi icarə müqaviləsi mövcüd olmuş olsa da belə, iddiaçının istifadə etdiyi obyektdə dair öz adına qazın, suyun və işığın çəkilməsinə (öz adına abonent kodunun açılmasına) və təmirinə xərclənmiş pul vəsaitinin cavabdehlərdən tutulmasına dair hər hansı əsas (ələxsus da müqavilə əsası) müəyyən edilmir. Belə ki, iddiaçı VÖEN-nə sahib olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektdir və Cavabdeh1 məxsus obyektdən istifadə etdiyi dövrdə bu cür xərclərin mövcudluğu və həmin xərclərin Cavabdeh1 nəyə görə tutulmalı olmasını sübuta yetirə bilməmişdir (tərflər arasında həmin xərclərə dair hər hansı yazılı müqavilə şərti, cavabdehə məxsus qarajda təmir işlərinin aparılmasına dair mötəbər sübut mövcüdd deyil).

27. İddiaçının ikinci tələbi ilə bağlı: iddiaçı ünvan 4 ünvanda yerləşən yuxarı hissəsi 12 kv.metrdən və alt zirzəmi hissəsi 9 kv.metrdən ibarət olan obyektin tikintisinə (tikiliyə dair hər-hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir) xərclədiyi 15000 manat məbləğin cavabdehləhdən tutulması xahiş edir.

28. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2006-cı il tarixli, 421a saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr, M.Cəlal küçəsi, 147 saylı binanın yaxınlığında 12 kv.m torpaq sahəsinə dair Cavabdeh1 ilə icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən torpaq sahəsində İddiaçı tikinti işlərinin aparılmasına hər-hansı hüququnun olmasına, tikintinin onun tərəfindən və öz hesabına aparılmasına dair, bu cür tikinti işlərinın xərcinin cavabdehlərdən tələb etmək üçün əsasların mövcüdluğuna dair sübutlar iş materiallarından müəyyən edilmir. Belə ki, iddiaçı bu tələbinin əsaslı olmasını sübut etmək üçün yalnız Polis orqanına şikayət etdiyi dövrdə bir neçə vətəndaşın verdiyi yazılı ərizələrinə (tikintinin onun tərəfindən aparılmasına dair) və iş Rayon Məhkəməsinin icraatında olduğu dövrdə dəvət edilən şahid ifadələri ilə kifayətlənmişdir. Lakin, həmin sübutlar tikinti işlərinin iddiaçı tərəfindən aparılmasına dair hüququn olmasını, tikinti xərclərinin məhz 15.000 manat təşkil etməsini, həmin xərclərin cavabdehlərdən tələb etməsinə dair hüququn olmasını təsdiq etmək üçün yetərli və mötəbər sübutlar hesab edilə bilməz.

29. Məhkəmə onu da qeyd edir ki, iş üzrə Cavabdeh2 iş üzrə ikinci cavabdeh qismində göstərilməsi və həmin şəxsə qarşı da (onun, qarajın sahibi olan Cavabdeh1ın həyat yoldaşı olması əsası ilə) hazırkı tələblər ilə çıxış etməsini məhkəmə tamamilə əsassız hesab edir. Həmçinin Cavabdeh2 iddiaçıya hər-hansı zərərin vurulması iş materialları ilə müəyyən edilmir.

30. Qeyd olunanlardan göründüyü kimi iddiaçı cavabdehlərin hansı qanunsuz hərəkət və hərkətsizliyi nəticəsində ona maddi ziyanın dəydiyini məhkəmə prosesi zamanı sübuta yetirə bilməmişdir.

31. Beləliklə, məhkəmə qətnamənin yuxarıdakı paraqraflarında göstərilən hüquqi əsaslandırmanı (Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir) rəhbər tutaraq iddianın əsassız olduğu üçün təmin edilməməsi qənayətinə gəlir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

33. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

34. Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

35. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 151 manat dövlət rüsumu xərci ödənilmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia tələbi tam rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar