Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-25/2020 06.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X5 Bağman qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X6, Cavabdeh X2 və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh X4 qarşı cavabdehdən xx xxx 2013-cü il tarixdə imzalanmış 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 286506.96 manat, faiz borcu üzrə 112611.53 manat, cərimə borcu üzrə 9176.54 manat, cəmi 408295.03 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0.40 qəpik bank xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan, ** VR ***, ** VR *** , ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən xx xxx 2013-cü il tarixdə imzalanmış 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 286506.96 manat, faiz borcu üzrə 112611.53 manat, cərimə borcu üzrə 9176.54 manat, cəmi 408295.03 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0.40 qəpik bank xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan, ** VR ***, ** VR *** , ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyətinin 20 saylı filialı ilə cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli 54AV/20-13saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 20% faiz olmaqla, 340200 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi cavabdeh mülkiyyətində olan Şassi: NNAMOBLL02017389, Mühərrik: 043042, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017390, Mühərrik: 043018, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017393, Mühərrik: 043034, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017395, Mühərrik: 043445, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017411, Mühərrik: 043803, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017412, Mühərrik: 044814, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017415, Mühərrik: 044823, Buraxılış ili: 2012-ci il olan 7 ədəd İSUZİ ECOBUS markalı avtobusları ipoteka predmeti kimi Banka təqdim etmiş və bu barədə xx xxx 2013-cü il tarixli 54İP/F20-13 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. “İddiaçı’’ açıq səhmdar cəmiyyətinin 20 saylı filialı ilə cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə cavabdehin iddiaçı qarşısında əsas borc üzrə 286506,96 manat, faiz borcu üzrə 112611,53 manat, cərimə borcu üzrə 9176.54 manat, cəmi 408295.03 manat borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtısadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən “Bank of Azerbaıjan” açıq səhmdar cəmiyyəti müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7iddia ərizəsinə uyğun izahat verdi vəiddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, 2013cü ildə Qobuda sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuş, ayrı avtobuslar işlətmiş, sonra demişlər ki, başqa avtobuslar götürün. Bankdan pul götürməmiş, sadəcə imza etmiş, avtobusları almışdır. Onu tanımasalar da, 340000 manat dəyərində avtobusları ona məcburi vermişlər. Avtobusları götürdükdən sonra 2 il işlətmiş, borcu da vaxtı-vaxtında ödəmişdir. Nəqliyyat vasitələri nasaz olmuş, sonra işlədə bilməmişdir. O, pulu maşınların xərclərinə qoymuşdur. 567 nömrəli marşrutu ondan almışlar, başqa sahibkara vermişlər. Nəticədə müflis olmuşdur. Banka müraciət etmiş, ona qrafik açmışlar. Aylıq 10000 manat olmaqla 2 il ödəmişdir. Evini satmış, indi evsiz qalmışdır. Borcun müqabilində avtobusları almaqları üçün dəfələrlə banka müraciət etmişdir. Məhkəmə tərəfindən avtobusların dəyərinin müəyyən olunması barədə ekspert onunla iki dəfə əlaqə saxlamış, rayonda olduğundan və ekspertizaya ödəməli pulu olmadığından avtobusların qiymətləndirilməsi mümkün olmamışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx xxx 2013-cü il tarixli 54AV/20-13 saylı təminatlı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 48 ay müddətinə, illik 20 faiz olmaqla, 340200 manat məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Müqavilənin 4.2-ci bəndinə əsasən Borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 (yeddi) bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. xx xxx 2013-cü il tarixli 54İP/F20-13 saylı Girov müqaviləsindən görünür ki, müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2013-cü i ltarixli 54AV/20-13 saylı təminatlı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və cavabdehə məxsus Şassi: NNAMOBLL02017389, Mühərrik: 043042, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017390, Mühərrik: 043018, Buraxılış ili: 2012ci il, Şassi: NNAMOBLL02017393, Mühərrik: 043034, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017395, Mühərrik: 043445, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017411, Mühərrik: 043803, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017412, Mühərrik: 044814, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017415, Mühərrik: 044823, Buraxılış ili: 2012-ci il olan 7 ədəd İSUZİ ECOBUS markalı avtobusları iddiaçı qarşısında girov ilə yüklü edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən girov predmeti 378000 manat dəyərində qiymətləndirilmişdir. 7 ədəd Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Şassi: NNAMOBLL02017389, Mühərrik: 043042, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017390, Mühərrik: 043018, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017393, Mühərrik: 043034, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017395, Mühərrik:043445, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017411, Mühərrik:043803, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017412, Mühərrik: 044814, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017415, Mühərrik: 044823, Buraxılış ili: 2012-ci il olan 7 ədəd İSUZİ ECOBUSmarkalı avtobuslar cavabdehin adına qeydiyyata alınmışdır. xx xxxxxx 2017-ci il tarixli **********165 saylı Maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxx 2017-ci il tarixə 286506,96 manat kredit, 112611,53 manat faiz, 9176.54 manat cərimə borcu olmaqla cəmi 408295.03 manat borcu vardır. xx xxxxxx 2017-ci il tarixli **********083 saylı “İpoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair” Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət X11 ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli, **********114 saylı Bildirişin qeydə alınmasına dair Ərizədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış “İpoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair” bildirişin qeydə alınmasını xahiş etmişdir. xx xxx 2013-cü il tarixli AA seriyalı 087140 saylı “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” Çıxarışdan görünür ki, xx xxx 2013-cü il tarixli 54İP/F20-13 saylı Girov müqaviləsi üzrə cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **-VR-*** dövlət qeydiyyat nişanlı avtobuslar iddiaçının adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(81)- 540/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında xx xxx 2013-cü il tarixli 54AV/20-13 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitmə tarixinə (xx xxx 2017-ci il tarixinə) bütün ödənişlər nəzərə alınmaqla cavabdeh X3 əsas borc, faiz borcu və cərimə borcu üzrə borc qalığının nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 8304 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx xxx 2013 il tarixli, 54AV/20-13 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdeh X2 iddiaçı «İddiaçı” açıq səhmdar cəmiyyətinə olan borcu xx xxx 2017-ci il tarixə 356804.89 manat, o cümlədən əsas borc üzrə 281534,31 manat, faiz borcu üzrə 75270,58 manat müəyyən edilmişdir. İş materiallarında xx xxx 2013-cü il tarixli, 107/OM/km-2 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, ekspertiza tədqiqatı ilə X4 cərimə hesablanmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(113)-25/2020 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında X2 mülkiyyətində olan, ** VR ***, ** VR *** , ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobusların bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində satış (likvid) qiymətinin nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılması“Leqal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. “Leqal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2020-ci il tarixli məktubu ilə iş üzrə cavabdeh X4 **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **-VR-***, **-VR- *** dövlət qeydiyyat nişanlı avtobuslara baxış keçirilməsi üçün şərait yaradılması barədə bildiriş göndərilməsi və dəfələrlə məlumat verilməsinə baxmayaraq zəruri şərait yaratmadığından və ekspertiza dəyəri ödənilmədiyindən iş üzrə ekspertiza keçirilmədən məhkəməyə geri qaytarılmışdır. xx xxxxx 2013-cü il tarixli, AA seriyalı, 472136, 472137, 472138, 472139, 472140, 472141, 472142 saylı Arayış-Hesabların surətlərindən görünür ki, “Azauto” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 7 ədəd İSUZİ ECOBUS markalı avtobuslar hər birinin dəyəri 54000 manat olmaqla cavabdehə satılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli 54AV/20-13 saylı təminatlı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 20% faiz olmaqla, 340200 manat məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış xx xxx 2013-cü il tarixli 54İP/F20-13 saylı Girov müqaviləsinə əsasən müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli 54AV/20-13 saylı təminatlı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və cavabdehə məxsus Şassi: NNAMOBLL02017389, Mühərrik: 043042, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017390, Mühərrik: 043018, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017393, Mühərrik: 043034, Buraxılış ili: 2012ci il, Şassi: NNAMOBLL02017395, Mühərrik: 043445, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017411, Mühərrik: 043803, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017412, Mühərrik:044814, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017415, Mühərrik: 044823, Buraxılış ili: 2012-ci il olan 7 ədəd İSUZİ ECOBUS markalı avtobusları iddiaçı qarşısında girov ilə yüklü edilmiş və həmin avtobuslar iddiaçının adına ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsinə əsasən əsas borc üzrə 286506,96 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 8304 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu əsas borc 281534,31 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdehin xx xxx 2013-cü il tarixli 54AV/20-13saylı kredit müqaviləsi üzrə iddiaçıya olan əsas borcu 281534,31 manat məbləğində müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu 281534,31 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Məhkəmə, faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Təminatlı Kredit müqaviləsi” xx xxx 2013-cü il tarixdə 48 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx xxx 2017-ci il tarixdə bitmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faiz borcu xx xxxxxx 2017-ci il tarixinə hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 8304 saylı rəyindən müəyyən olunur ki, xx xxx 2013-cü iltarixli54AV/20-13saylı kredit müqaviləsi üzrə xx xxx 2017-ci iltarixə cavabdehə 75270,58 manat faiz borcu hesablanmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqedən işin halına yanaşdıqda müəyyən edilir ki, cavabdehə hesablanmış faiz borcunun məbləği 112611,53 manat deyil, 75270,58 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən faiz borcunu müqavilənin bitdiyi tarixə tələb etmək hüququna malik olduğundan ekspert rəyi ilə müəyyən olunmuş 75270,58 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən Borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 (yeddi) bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 9,176.54 manat dəbbə pulu məbləği yaranmış 281534,31 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 4588,27 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Həmin Məcəllənin 293.2-ci maddəsinə əsasənaşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx xxx 2013-cü il tarixli 54İP/F20-13 saylı Girov müqaviləsi bağlanmış və girov müqaviləsinə əsasəncavabdehə məxsus Şassi: NNAMOBLL02017389, Mühərrik:043042, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017390, Mühərrik: 043018, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017393, Mühərrik:043034, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017395, Mühərrik:043445, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017411, Mühərrik:043803, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017412, Mühərrik:044814, Buraxılış ili: 2012-ci il, Şassi: NNAMOBLL02017415, Mühərrik: 044823, Buraxılış ili: 2012-ci il olan 7 ədəd İSUZİ ECOBUS markalı avtobusları iddiaçı qarşısında girov ilə yüklü edilmiş və həmin avtobuslar iddiaçının adına yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən xx xxxxxx 2017-ci il tarixli **********083 saylı “İpoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair” Bildirişlə cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmiş və bu bildirişin qeydə alınmasını xx xxxxxx 2017ci il tarixli, **********114 saylı Bildirişin qeydə alınmasına dair Ərizəylə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət X11 müraciət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın tərəflər arasında bağlanmış xx xxx 2013-cü il tarixli 54İP/F20-13 saylı girov müqaviləsi ilə iddiaçının adına yüklü edilmiş avtobuslara yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, lakin cavabdeh tərəfindən avtobuslara baxış keçirilməsi üçün zəruri şərait yaradılmadığından və ekspertiza dəyəri ödənilmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, avtobusların ilkin satış qiyməti cavabdehə satış zamanı “Azauto” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş Arayış-Hesablarda göstərilən dəyər, 54000 manat (1 ədədinin qiyməti) əsas götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx xxx 2013-cü il tarixdə imzalanmış 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 281534,31 manat, faiz borcu üzrə 75270,58 manat, cərimə borcu üzrə 4588,27 manat, cəmi 361393,16 manat borc iddiaçının xeyrinə tutulmalı, tutma, ipoteka predmetinin ilkin satış qiyməti avtobusların hər biri üçün 54000 manat məbləğində müəyyən edilməklə iddiaçının mülkiyyətində olan, ** VR ***, ** VR *** , ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (361393,16 manat) iddia tələbinin (408,295.03 manat) 88,5 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,90 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,1 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 128,32 manat məbləği cavabdehdən, qalan 16,68 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. X1 xx xxx 2013-cü il tarixdə imzalanmış 54AV/20-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 281534,31 manat, faiz borcu üzrə 75270,58 manat, cərimə borcu üzrə 4588,27 manat, cəmi 361393,16 manat borc Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Tutma, ipoteka predmetinin ilkin satış qiyməti avtobusların hər biri üçün 54000 manat məbləğində müəyyən edilməklə X2 mülkiyyətində olan, ** VR ***, ** VR *** , ** VR ***, ** VR ***, ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. Ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 26,90 manat məbləği cavabdeh X1 tutularaq Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin, qalan 3,1 manat məbləği isə Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə aid edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 128,32 manat məbləği cavabdeh X1, qalan 16,68 manat məbləği isə Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-25/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-25/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver