Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2565/2021 21.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı Soytop Ademin Cavabdeh-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Soytop Adem cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun, nizamnamə kapitalına uyğun gəlirdən düşən paya görə 45.000 manat, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq Soytop Ademin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Ə.Məmmədli məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdeh X2 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin edilmiş, iş üzrə cavabdeh X4 əsl Cavabdeh ilə əvəz edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli qərardadı ilə iddiaçı Soytop Ademin Cavabdeh-yə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun, nizamnamə kapitalına uyğun gəlirdən düşən paya görə 45.000 manat, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat tələbinə dair iş üzrə iddiaçı Soytop Ademin Cavabdeh-yə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun tutulmasına dair tələbi ayrıca icraata ayrılmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Eyni zamanda kommersiya mübahisəsi hüquq münasibətlərin xarakteri baxımından tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Hazırkı işin materiallarına əsasən isə müəyyən edilir ki, 15.08.2020-ci il tarixdə iddiaçı Adem Soytopla Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən A.Soytop Cavabdeh-nin direktor vəzifəsinə təyin edilmişdir. Cavabdehnin Ümumi Yığıncağının 06.11.2020-ci il tarixli 2 saylı qərarı ilə A.Soytopun Cavabdeh-nin direktoru vəzifəsindən azad edilməsi qərara alınmış və MMC-nin həmin tarixli 36 saylı əmrinə əsasən A.Soytopla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı iddianın predmetini iddiaçı A.Soytopa sözügedən əmək müqaviləsi üzrə ödənilməli olan 15.000 manat məbləğində əmək haqqının Cavabdeh-dən tutulması tələbi təşkil edir. Beləliklə, işin hazırkı halları ilə təsdiq edilir ki, hazırkı mübahisə tərəflər arasında yaranmış əmək münasibətlərindən irəli gələn mübahisədir. Göstərilən hal isə mübahisənin subyekt tərkibindən asılı olmayaraq hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 18-ci bəndinə görə məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailənikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hazırkı mübahisənin predmetinə görə müstəsna qaydada ümumi məhkəməyə aid olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı Soytop Ademin Cavabdeh-yə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun tutulması tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Soytop Ademin Cavabdeh-yə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun tutulması tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2565/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2565/2021
21.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver