Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2643/2024 03.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 İsgəndər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh tutularaq onun xeyrinə 39500 manat əsas borc və 15.388,54 manat faiz borcu olmaqla, cəmi 54888,54 manat pulun ödənilməsini xahiş edir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil2 İsgəndər oğlu barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 29 may 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Maddə 1. Mübahisənin qısa təsviri İddiaçı iddai ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cvadeh Cavabdeh 39.500 manat əsas borcun və 6.714,96 manat faiz borcunun, cəmi 46.214,96 manat tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Maddə 2. Barışığın şərtləri Cavabdeh tərəf Saziş imzalandıqdan sonra 28 ay ərzində 39.500 manat məbləğində vəsaiti İddiaçıya aşağıda göstərilən qrafik üzrə ödəyəcəkdir.
1. 01.07.2024 -1000
2. 01.08.2024-1000
3. 01.09.2024-1000
4. 01.10.2024-1000
5. 01.11.2024-1000
6. 01.12.2024-1000
7. 01.01.2025-1500
8. 01.02.2025-1500
9. 01.03.2025-1500
10. 01.04.2025-1500
11. 01.05.2025-1500
12. 01.06.2025-1500
13. 01.07.2025-1500
14. 01.08.2025-1500
15. 01.09.2025-1500
16. 01.10.2025-1500
17. 01.11.2025-1500
18. 01.12.2025-1500
19. 01.01.2026-1500
20. 01.02.2026-1500
21. 01.03.2026-1500
22. 01.04.2026-1500
23. 01.05.2026-1500
24. 01.06.2026-1500
25. 01.07.2026-1500
26. 01.08.2026-1500
27. 01.09.2026-1500
28. 01.10.2026-2000
İddiaçı tərəf bu barışıq sazişini və cavabdehin üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq sazişin Bakı Kommersiya Məhkəməsində təsdiqlənməsinə razılıq verir. . 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişir məcburi icrası üçün icra məmuruna müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 29 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Maddə 1. Mübahisənin qısa təsviri İddiaçı iddai ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cvadeh Cavabdeh 39.500 manat əsas borcun və 6.714,96 manat faiz borcunun, cəmi 46.214,96 manat tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Maddə 2. Barışığın şərtləri Cavabdeh tərəf Saziş imzalandıqdan sonra 28 ay ərzində 39.500 manat məbləğində vəsaiti İddiaçıya aşağıda göstərilən qrafik üzrə ödəyəcəkdir.
1. 01.07.2024 -1000
2. 01.08.2024-1000
3. 01.09.2024-1000
4. 01.10.2024-1000
5. 01.11.2024-1000
6. 01.12.2024-1000
7. 01.01.2025-1500
8. 01.02.2025-1500
9. 01.03.2025-1500
10. 01.04.2025-1500
11. 01.05.2025-1500
12. 01.06.2025-1500
13. 01.07.2025-1500
14. 01.08.2025-1500
15. 01.09.2025-1500
16. 01.10.2025-1500
17. 01.11.2025-1500
18. 01.12.2025-1500
19. 01.01.2026-1500
20. 01.02.2026-1500
21. 01.03.2026-1500
22. 01.04.2026-1500
23. 01.05.2026-1500
24. 01.06.2026-1500
25. 01.07.2026-1500
26. 01.08.2026-1500
27. 01.09.2026-1500
28. 01.10.2026-2000
İddiaçı tərəf bu barışıq sazişini və cavabdehin üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq sazişin Bakı Kommersiya Məhkəməsində təsdiqlənməsinə razılıq verir. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişir məcburi icrası üçün icra məmuruna müraciət edə bilər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva