Məhkəmə qərarları › İş №2-2(113)-2739/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2739/2021

06.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2739/2021 06.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı İsmayıllı rayon Hacıhətəmli bələdiyyəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “torpaq icarəsi müqaviləsi üzrə icarə haqqının mövcud bazar qiymətinə uyğunlaşdırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıllı rayon Hacıhətəmli bələdiyyəsinin cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyənin 08 fevral 2021-ci il tarixli, 01 saylı qərarına əsasən "xxxx" MMC - X2 ilə bələdiyyə arasında 51,50 ha əkin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış (14.03.2018-ci il tarixli, Seriya RX ******* və 11.12.2017-ci il tarixli Seriya RX 1161340) icarə müqaviləsinin icarə haqqı hissəsində şərtin dəyişdirilərək mövcud bazar qiymətinə uyğun olaraq 1 hektar torpaq sahəsinin icarə haqqının 100 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizənin baxılmamış saxlanılmasına etirazının olmadığını və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İsmayıllı rayon Hacıhətəmli bələdiyyəsinin "xxxx" MMC-yə qarşı “torpaq icarəsi müqaviləsi üzrə icarə haqqının mövcud bazar qiymətinə uyğunlaşdırılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar