Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2807/2025 02.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh “mülkiyyətdən çıxarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayin Mir Cəlal 51 C ünvanında yerləşən mülkümdən X1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu 51 C ünvanlnda yerləşən 1338.7 kv/m ümumi sahəsi, 1193.8 kv/m əsas, 144.9 kv/m köməkçi sahədən ibarət olan qeyri yaşayış binasını tikmişəm.Həmən əraziyə xx.xx.2008 - ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reystrindən seria nömrəsi : ******* olan Çıxarış almışam. Cavabdeh X2 mənə məxsus 1338.7 kv/m olan qeyri yaşayış sahəsinin 40 kv/m ərazisini qanunsuz olaraq zəbt etmişdir. Bu ilin aprel ayında AQTA tərəfindən yoxlama aparılıb və Əlinin orda qanunsuz ət kəsimiylə məşğul olması məlum olmuşdur.Bununla bağlı onun fəaliyyətinə qadağa qoyulmuşdur. Mənim dəfələrlə ərazini boşaltması barədə müraciətimə məhəl qoymayıb, ərazini boşaltmır. Mənim mülkiyyət hüquqlarımı və biznes maraqlarımı kobud şəkildə pozur.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və əldən çıxmış fayda olaraq İddiaçı xeyrinə Cavabdeh 2023-cü il üzrə (4*500=2000) 2000 (iki min) manat, 2024-cü il üzrə (12*600=7200) 7200 (yeddi min iki yüz) manat və 2025-ci il üzrə (6*700=4200) 4200 (dörd min iki yüz) manat icarə haqqı olmaqla ümumilikdə (2000+7200+4200=13400) 13400 (on üç min dörd yüz) manat məbləğində kirayə haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. Azərbaycan Respublikasının Daşınaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrin verilmiş Çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu 51 C ünvanlnda yerləşən 1338.7 kv/m ümumi sahəsi, 1193.8 kv/m əsas, 144.9 kv/m köməkçi sahədən ibarət olan qeyri yaşayış binası iddiaçının mülkiyyətindədir.
10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayşa əsasən ünvan 4 ünvanında yerləşən sahəhi 30,0 m2 olan qeyri-yaşayış sahəsinin 2023, 2024 və 2025-ci illər üzrə orta aylıq kirayə dəyəri:2023-cü ilə orta aylıq kirayə dəyəri: 500 (beş yüz) manat təşkil edirdi.2024-cü ilə orta aylıq kirayə dəyəri: 600 (altı yüz) manat təşkil edirdi.2025-ci ilə orta aylıq kirayə dəyəri: 700 (yeddi yüz) manat təşkil edir.
11. “İcarədar” "xxxx" MMC-nin direktoru X3 ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 20 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsini ofis-xidmət göstərməsi üçün Cavabdeh 6 ay müddətinə istifadəsinə verilmişdir.
12. İddiaçı (İcarəyə verən) və Cavabdeh (İcarədar) arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən ELMED TİBB MƏRKƏZİ KLİNİKASİ-nın 1-ci mərtəbəsində 28 m² qeyri-yaşayış sahəsini sahibkarlıqla məşğul olması məqsədilə Cavabdeh 10 ay müddətinə istifadəsinə verilmişdir. İcarə haqqı aylıq 400 manat məbləğində müəyyən edilmişdir.
V. Tətbiq edilən hüquq:
13. AR Mülki Məcəlləsinin:
14. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; -157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)” Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh 2023-cü ildə arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, icarə müqaviləsinin müddəti bitmişdir. Hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan qeyri-yaşayış sahəsini zəbt etməklə iddiaçının həmin qeyriyaşayış sahəsindən istifadə etməsinə maneə yaradır. Əlavə olaraq məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan icarə müqavilələrinin müddətləri bitmiş və həmin müqavilələrdən birini iddiaçının oğlu, digərini isə iddiaçı özü bağlamışdır. Ümumiyyətlə müəyyən olunmuşdur ki, həm "xxxx" MMC-nin sahibi, həmçinin ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçisi İddiaçıdur. Belə olan halda, iddiaçı mülkiyyətçi kimi hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılmalıdır.Məhkəmə ilk növbədə zəbt edilmiş sahədən boşaldılması tələbi ilə bağlı qeyd edir ki,mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri Binəqədi rayonu 51 C ünvanında yerləşən qeyri yaşayış binasından Cavabdeh Hümbət oğlu heç bir qanuni əsas və ya müqavilə əsası olmadan sahiblik etdiyindən mübahisəli qeyri-yaşayış binasının mülkiyyətçisi olan İddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən binanın cavabdehin qanunsuz sahibliyində olan hissəsinin qaytarılmasını tələb etməkdə haqlıdır.
20. Odur ki, məhkəmə hesab edir ki, zəbt edilmiş sahənin boşaldılması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir.
21. Bundan əlavə iddiaçı sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə əlavə olaraq aylıq 13400 manat pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Məhkəmə hesab edir ki, cavabdehin icarə müddətindən artıq həmin sahədən istifadə etməsi, qətnamə qəbul edilən günədək həmin sahədə fəaliyyət göstərməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən məhkəmə iclasında da qəbul edildiyindən (cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmöə iclasında mübahisəli qeyri yaşayyış sahəsini iddiaçıya təhvil vermədiyini etiraf etmişdir) iddiaçı Mülki məcəllənin 157.5, 697.2, 700.3-cü maddələrinin tələblərinə əsasən ona dəymiş zərərin əvəzin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, dəymiş ziyan hissəsində iddia qismən təmin edilməli, iddia tələbinin həcminin artırılmasını barədə ərizədə qeyd edilən tarixədək hesablanmış, aylıq 400 manat (iddiaçı ilə cavabdeh arasında mövcud olan icarə müqaviləsində xx.xx.2023-cü il tarixli müqavilədə nəzərdə tutulan icarə haqqına uyğun olaraq)olmaqla 22 ay müddətinə cavabdehdən 8800 məbləğində maddi ziyan iddiaçıya ödənilməlidir. Digər hissədə iddia rədd edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın. Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova