Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2907/2021 30.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xidmət müqaviləsinə xitam verilmənin etibarsız hesab olunması, müqavilənin bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05.06.2020-ci il tarixli 01NM- 12KŞ-1167 saylı xidməti müqaviləsinə xitam verilməsinin etibarsız sayılması, xidməti müqavilənin bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında 12 fevral 2016-cı il tarixdə 504 saylı xidməti müqavilə bağlanmışdır. Xidməti müqavilənin şərtlərinə əsasən cavabdeh və iddiaçı icraçı kimi müqavilədə göstərilmiş öhdəliyi, yəni nəzarətçi-çilingə kimi xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Xidməti müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixə müəyyən olunmuşdur. Hər il yəni 2017, 2018, 2019, 2020-ci il tarixlərə kimi aralarında bağlanmış xidməti müqavilənin müddəti uzadılmışdır. Həmin xidməti müqaviləyə 07 yanvar 2019-cu il tarixdə dəyişiklik edilməsi haqqında tərəflərindən əlavə razılaşma imzalanmışdır. İddiaçı işlədiyi müddətdə göstərdiyi xidməti lazımınca yerinə yetirmişdir. Lakin ona məlum olmayan səbəblərdən cavabdeh tərəf qərəzli mövqe tutaraq ona heç bir açıqlama vermədən aralarında 2016-cı ildə bağlanmış və 2020-ci ilin 31 dekabrına kimi qüvvədə olan “Xidmət müqaviləsinə xitam verilməsi barədə” rəsmi sənəd göndərmişdir. Həmin sənədə əsasən aralarında bağlanmış müqavilənin 7.5-ci maddəsinin “c” yarımbəndinə əsasən cavabdeh tərəfindən xidməti müqaviləyə 05.06.2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X6 İstismarı İdarəsi arasında 12 fevral 2016-cı il tarixdə 504 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında tərəflərin hüquq və vəzifələri müəyyən edilmiş, tərəflər müqavilə ilə öz üzərlərinə müəyyən vəzifələri yerinə yetirmək öhdəliklərini götürmüşlər. İddiaçı fərdi sahibkar kimi Ağsu RQİİ-nin Göyçay Xidmət sahəsində fəaliyyət göstərmişdir. 12 fevral 2016-cı il tarixli “müqaviləyə əlavə və dəyişiklikər edilməsi haqqında 04.01.2018-ci il tarixli, 23.01.2019-cu il tarixli və 07.01.2020-ci il tarixli əlvə razılaşma”ya əsasən sözügedən xidmət müqaviləsinin müddəti 31 dekabr 2020-ci il tarixə kimi müəyyən edilmişdir. Müqavilə ilə müəyyən olunmuş öhdəliklər yerinə yetrilmədiyi və verilmiş sifarişlər icra olunmadığı üçün, müqavilənin 7.5-ci bəndinin “c” yarımbəndinə əsasən, icraçının işə davamiyyəti iş yerindəki, davranışı, ona verilmiş tapşırıqların icra vəziyyəti qənaətbəxş hesab olunmadığı üçün 05.06.2020-ci il tarixdə İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Qeyd edirik ki, İddiaçı Ağsu RQİİ-də nomeklatur işçi olmamış, onunla əmək müqaviləsi bağlanmamışdır. İddiaçı ilə Ağsu RQİİ arasında bağlanmış xidməti müqavilə mülki-hüquqi xarakterli olmaqla heç bir əmək münasibəti yaratmır Xidməti müqavilə (podrat müqaviləsi) ilə bağlı tələblər Əmək Məcəlləsi ilə deyil, mülki Məcəllə ilə tənzimlənir. Xidməti müqaviləyə (podrat müqaviləsi) hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraşı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənməlidir. Əgər əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin özüdürsə, mülki-hüquqi müqavilənin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Cavabdeh bütün struktur bölmələrində fərdi sahibkarlarla bağlanmış xidmət müqavilələrinə 30.12.2020-ci il tarixdən xitam verilmişdir. Cavabdehndə fəaliyyətin daha səmərəli təşkili məqsədi ilə sosial məsuliyyətin bölgüsü prinsipi əsasında ictimai işlərə cəlb edilən şəxslərin 1 yanvar 2021-ci il tarixindən ictimai işlərin təşkili üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzində fəaliyyətini davam etdirilir. Artıq 2021-ci ildən etibarən Cavabdeh struktur bölmələrində xidmət müqavilələri bağlanılmır. DOST İş Mərkəzinə işə qəbul edilmək arzusunda olan şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemi üzərindən və ya yaşadığı ərazi üzrə X2 məşğulluq mərkəzlərinə və ya DOST mərkəzlərinə müraciət edərək işaxtaran kimi qeydiyyata durmalı və DOST İş Mərkəzinə göndəriş almalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini, etiraz ərizəsində göstərilən xüsuatları təsdiq etdiyini bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - 12 fevral 2016-cı il tarixli 504 saylı xidməti müqaviləyə əsasən icraçı kimi İddiaçı tərəfindən müqavilənin 3.2.1-ci maddəsində qeyd olunmuş nəzarətçi-çilingər xidmətinin göstərilməsi, Cavabdeh İB tərəfindən isə 2.2-ci bəndə qeyd olunan xidmət haqqının ikitərəfli akt əsasında ödənilməsi ilə bağlı tərəflər arasında yaranmış münasibətlərin tənzimlənməsini təşkil edir. - 07 yanvar 2019-cu il tarixli müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında əlavə razılaşmanın 1-ci bəndinə əsasən xidmətlər göstərilməsi haqqında 12 fevral 2016-cı il tarixli Müqavilənin 7.5-ci bəndinə (müqavilənin ləğv edilməsi halları) “c” yarımbəndi əlavə olunaraq (icraçının işə davamiyyəti, iş yerindəki davranışı, ona verilmiş tapşırıqların icra vəziyyəti sifarişçi tərəfindən qənaətbəxş hesab olunmadığı, habelə üçüncü tərəfə xidmət göstərilməsi aşkar olunduğu hallarda) yeni redaksiyada verilmişdir. - 23 yanvar 2019-cu il tarixli müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında əlavə razılaşmanın 1-ci bəndinə əsasən xidmətlər göstərilməsi haqqında 12 fevral 2016-cı il tarixli müqavilənin 8.2-ci bəndinə əsasən 7.5-ci bəndə “c” yarımbəndi əlavə olunaraq (icraçı üzürsüz səbəbdən bu müqavilə ilə müəyyən olunmuş vəzifələrini tam və ya qismən icra etmədikdə, xidmətin yerinə yetirilməsi zamanı intizamsızlıq göstərdikdə, ona verilmiş tapşrırıqların icra vəziyyəti Sifarişçini qane etmədikdə, eləcə də bu müqavilənin predmeti çərçivəsində Sifarişçi tərəfindən işsizliyin aradan qaldırılması, iş qabiliyyəti əhalinin məğulluğunu təmin etməklə onun sosial dayanıqlığının möhkəmləndirilməsi layihəsinin həyata keçirildiyini nəzərə alaraq, icraçı üçüncü tərəflə əmakdaşlıq etdikdə) yeni redaksiyada verilmişdir. - Ağsu RQİİ-nin rəisinə ünvanlanmış 12 may 2020-ci il tarixli xidməti yazıya əsasən Ağsu RQİİ-nin tərkibinə daxil olmuş Göyçay xidmət sahəsində Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin mühəndisləri tərəfindən əhali abonentləri üzrə 01.04.2020- 30.04.2020-ci il tarixlərində aparılmış yoxlama təftiş işlərinin nəticələrinə dair xidməti ərazilərdə xidmət aparan işçilərin öz vəzifələrinin icrası zamanı vəzifə təlimatı üzrə xidmət etdikləri istiqamətdə çox sayda nöqsanar aşkar edildiyi, aparılmış yoxlamalar zamanı Göyçay xidmət sahəsində 40 abonentin qaz sayğaclarına müdaxilə ehtimalı olduğundan, həmin sayğaclar yenisi ilə əvəzlənərək növbədən kənar Dövlət yoxlamasına göndərildiyi və təbii qazdan qeyri-qanuni birləşmə ilə istifadə halı aşkarlandığı, aşka edilmiş müdaxilə qaz sayğaclarından biri ******* olan qaz sayğacı Göyçay xidmət sahəsində xidmət müqavilə əsasında işləyən fərdi sahibkar İddiaçı məxsus olduğu qeyd olunmuşdur. Gələcəkdə belə hallara yol verilməməsi üçün yaşadığı mənzildə quraşdırılmış qaz sayğaclarında müdaxilə halı aşkar edilmiş Göyçay xidmət sahəsində xidməti müqavilə əsasında işləyən fərdi sahibkar İddiaçı barəsində intizam tədbiri görülməsinə münasibət bildirilməsi xahiş edilmişdir. - 05 iyun 2020-ci il tarixli 01NM-12KŞ-1167 saylı xidmət müqaviləsinə xitam verilməsi barədə məktubda İddiaçı 12 fevral 2016-cı il tarixdə bağlanmış xidməti müqavilə ilə müəyyən olunmuş öhdəlikləri yerinə yetirmədiyi, Ağsu RQİİ tərəfindən verilmiş sifarişlər icra olunmayaraq müqavilənin tələblərinin pozulduğu müəyyən edilmişdir. Qeyd olunan səbəblərlə əlaqədar onun bağlanmış xidmət müqaviləsinin 7.5-ci maddəsinin “c” yarımbəndinə əsasən (icraçının xidmətlə bağlı davamiyyəti, xidmət yerindəki davranışı, ona verilmiş tapşırıqların icra vəziyyəti Sifarişçi tərəfindən qənaətbəxş hesab olunmadıqda) X6 istismar İdarəsi tərəfindən müqaviləyə 05.06.2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tələbin “xidmət müqaviləsinə xitam verilmənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə onu qeyd edir ki, mülki qanunvericilikdə əqdlərin etibarsızlığı ilə bağlı şərtlər nəzərdə tutulsa da, əqdə xitam verilməsini etibarsızlığı ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Əqdlərin etibarsızlığı üçün əsas müddəa olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsində həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız hesab olunması qeyd olunmuşdur ki, həmin norma hazırkı mübahisəyə ümumiyyətlə tətbiq oluna bilməz. İddiaçı xidmət müqaviləsinə xitam verilmə ilə razılaşmadığı təqdirdə, xitam verilmənin qanunsuz hesab edilməsi, əsassız hesab edilməsi və s. tələblərlə müraciət etməli idi. İddianın digər hissələrini xidməti müqavilənin bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi təşkil edir. Məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsi ilə bağlı məhkəmə onu qeyd edir ki, iddiaçı ilə Cavabdeh İB arasında əmək müqaviləsi üzrə deyil, xidmət müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə tərəflər arasında əmək müqaviləsi üzrə münasibətlər mövcud olduğu halda mümkündür və xidmət müqaviləsi ilə üzrə münasibətlərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1 və 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi qeyd olunmuşdur. - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Qeyd olunan normaların məzmunundan görünür ki, şəxsin müqavilə bağlamağa məcbur edilməsinə yalnız bu barədə könüllü olaraq öhdəlik götürüldükdə və ya Mülki Məcəllədə nəzərə tutulmuş hallarda yol verilir. Lakin işin hallarından görünür ki, cavabdeh iddiaçı qarşısında üzərinə belə öhdəlik götürməmişdir və mülki qanunvericilikdə belə norma nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı xidmət müqaviləsinə xitam verilmənin etibarsız hesab olunması, müqavilənin bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-2907/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2907/2021
30.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver