Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3013/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı “əmlak bölgüsü və s.” tələbinə dair işə 06 may 2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin binasında hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə birgə təsərrüfat hesabına əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yayış evi və həmin evin tikinti altı sahəsi olan 0,118 ha torpaq sahəsinin naturada bölünməsi, naturada bölgü mümkün olmadığı halda həmin daşınmaz əmlakın qiymətləndirilməsi, hərrac yolu ilə satılması və əldə edilmiş vəsaitin ½ hissəsinin xeyrinə ödənilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2012-ci il üzrə yenidən inşasına çəkilən smeta xərci müəyyənləşdirilməsi və həmin smeta dəyərinin ½ hissəsinin Cavabdeh1 alınıb xeyrinə ödənilməsi, ünvan 2 ünvanında yerləşən aşağıdakı adda, sayda və dəyərdə göstərilən -1 ədəd yataq dəsti (çarpayı, termo və şifoner) – 2200 manat, -1 ədəd qonaq dəsti – 2700 manat, -2i uşaq çarpayısı (iki tumba ilə) – hər biri 150 manat olmaqla, cəmi 300 manat, -1 ədəd künc divanı – 700 manat, -1 ədəd jurnal stolu – 300 manat, -1 ədəd “LG” markalı televizor (qara) – 150 manat, -1 ədəd “Samsung” markalı televizor (qara) – 550 manat, -1 ədəd “Samsung “ markalı televizor (ağ) – 450 manat, -1 ədəd televizor altlığı – 300 manat, -1 ədəd səs kalonkası – 350 manat, -1 ədəd çilçıraq (səkkiz şamlı) – 250 manat, -1 ədəd çilçıraq (on iki şamlı) – 300 manat, -8 ədəd xalça – hər biri 150 manat olmaqla, cəmi 1200 manat; -1 ədəd “Bosch” markalı kondisoner – 400 manat, -1 ədəd “Elektrolux” markalı kondisioner – 300 manat, -1 ədəd “Bosch” markalı soyuducu – 800 manat, 1 ədəd “Ariston” markalı paltaryuyan maşın – 350 manat, -1 ədəd “Samsung” markalı qabyuyan maşın – 400 manat, -1 ədəd “Bosch” markalı ütü – 60 manat, -1 ədəd “Bosch” markalı duxovka – 370 manat, -1 ədəd “Bosch” markalı ətçəkən maşın – 120 manat, -1 ədəd “Bosch” markalı sokçəkən maşın – 160 manat, -1 ədəd mikser – 65 manat, -1 ədəd “Bosch” markalı blender – 85 manat, -1 ədəd kokteyl düzəldən – 80 manat, -1 ədəd “Arnica” markalı qarğıdalı partladan – 40 manat, -1 ədəd “Bosch” markalı toster – 110 manat, -1 ədəd “Delonghi” markalı toster – 100 manat, -1 ədəd aspirator – 230 manat, -1 ədəd “Bosch” markalı qaz sobası – 350 manat, -1 ədəd tərəvəzdoğrayan – 85 manat, -2 ədəd çay dəsti – hər biri 150 manat olmaqla, cəmi 300 manat, -2 kofe dəsti – hər biri 100 manat olmaqla, cəmi 200 manat, - 2 ədəd yemək dəsti – hər biri 315 manat olmaqla, cəmi 630 manat, -1 ədəd bıçaq dəsti – 70 manat, -1 ədəd qaşıq dəsti – 60 manat, -1 ədəd çəngəl dəsti – 50 manat, -1 ədəd qazan dəsti – 190 manat, -1 ədəd tava dəsti – 200 manat, -2 ədəd qonaq otağı üçün pərdə - hər biri 300 manat olmaqla, cəmi 600 manat, 4. -2i ədəd yataq otağı üçün pərdə - hər biri 300 manat olmaqla, cəmi 600 manat əmlakların naturada bölünməsi, naturada bölgü mümkün olmadığı halda həmin həmin əmlakın qoyulmuş qiymətləri üzrə hərrac yolu ilə satılması və əldə edilmiş vəsaitin ½ hissəsinin cavadeh Cavabdeh1 alınaraq xeyrinə ödənilməsi, ümumi paylı mülkiyyətdə olan “Mercedes Benz S 500 minik” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilməsi, hərrac yolu ilə satılması, və əldə edilmiş vəsaitin ½ hissəsinin cavadeh Cavabdeh1 alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericiliyimiz sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 13-cü bəndinə əsasən Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. MPM-in müvafiq maddələrinin, eləcə də qeyd olunan Qərarının müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 VÖEN sahibi olan fiziki şəxs olsa da, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır və mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından da hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Belə ki, qeyd edilməlidir ki, hazırkı mübahisə məhz Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-142/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə birgə nikah dövründə birgə təsərrüfat hesabına əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yayış evi və həmin evin tikinti altı sahəsi olan 0,118 ha torpaq sahəsinin naturada bölünməsi, naturada bölgü mümkün olmadığı halda həmin daşınmaz əmlakın qiymətləndirilməsi, hərrac yolu ilə satılması və ünvan 2 ünvanında olan məişət əşyalarının naturada bölünməsi, naturada bölgü mümkün olmadığı halda həmin əmlakların qoyulmuş qiymətləri üzrə hərrac yolu ilə satılması ilə bağlı yaranmışdır. Göründüyü kimi, hazırkı mübahisənin iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsündən irəli gəlir. Ona görə də, Məhkəmə hesab edir ki, hazırkı mübahisə aidiyyatı üzrə ümumi məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən Cavabdeh1 şəxsiyyət vəsiqəsi məlumatlarını sorğuladıqda görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu ünvan ünvan 3a görə də Məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 355-5.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı “əmlak bölgüsü və s.” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2-2(113)-3013/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3013/2024
06.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver