Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-344/2020 04.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1ndən 873000 ABŞ dolları məbləğində əsas borc, 12789.06 ABŞ dolları məbləğində faiz borcu, 208913.75 ABŞ dolları məbləğində cərimə borcu, 100395 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1195219,06 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 13 600 000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1ndən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, 71 “C” qeyri-yaşayış binasına və 0.36125 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracdan satılması və ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyi-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və qeyri-yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1ndən 873000 ABŞ dolları məbləğində əsas borc, 12789.06 ABŞ dolları məbləğində faiz borcu, 208913.75 ABŞ dolları məbləğində cərimə borcu, 49955 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1144657,81 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 13600000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1ndən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, 71 “C” qeyri-yaşayış binasına və 0.36125 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracdan satılması və ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyi-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və qeyri-yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1ndən 873000 ABŞ dolları məbləğində əsas borc, 12789.06 ABŞ dolları məbləğində faiz borcu, 208913.75 ABŞ dolları məbləğində cərimə borcu, 100395 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1195219,06 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun tutulmasına, ipoteka predmetinin ilkin satış qiyməti 13600000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1ndən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, 71 “C” qeyri-yaşayış binasına və 0.36125 ha torpaq sahəsinə yönəldilməsinə və açıq hərracdan satılmasına və ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyi-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və qeyri-yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2015-ci il tarixdə Cavabdeh1 MMC Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 873000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir. Bank ilə Cavabdeh1 MMC arasında xx xxxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/3607/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 MMC-yə illik 16 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 873000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 MMC tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71 C qeyri-yaşayış binası və 0.36125 ha torpaq sahəsi xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3300/14/1 saylı sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx xxxxxx 2017-ci il tarixinə Banka 873000 ABŞ dolları məbləğində əsas borc, 12789.06 ABŞ dolları məbləğində faiz borcu, 208913.75 ABŞ dolları məbləğində cərimə borcu, 100395 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1195219,06 ABŞ dolları məbləğində borcu qalmışdır. xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 5.4.5-ci bəndində isə göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, Bank ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3300/14/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmin müqavilənin 4.2.8ci bəndində isə göstərilmişdir ki, «Borc alan»ın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, «İpoteka saxlayan»ın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi «İpoteka qoyan»ın vəzifəsidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, Cavabdeh1 heç bir məbləğ əldə etməmişdir. 2014-cü ildə 700.000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır, sonra iki dəfə müqavilə bağlanıb, lakin heç bir məbləği əldə etməmişlər. Cavabdeh1 müflis, iflic və ağır vəziyyətə düşmüşdür. Cavabdeh1 əvvəlcə manatla, sonra məcbur olub ABŞ dolları ilə kredit almışdır. Bunları məhkəmə nəzərə almalıdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı xx xxxxxx 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh2 xx xxxx 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı Kredit müqaviləsinin surətindən görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı tərəfindən Cavabdeh1nə illik 16 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 873000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 təsisçisinin xx xxxxx 2015-ci il tarixli qərarının surətindən görünür ki, cəmiyyətə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71 C ünvanında mülkiyyət olan 0.36125 ha torpaq sahəsində yerləşən 5773,0 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binası və 0.36125 ha torpaq sahəsi Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı tərəfindən Cavabdeh1nə ayrılmış 873000 ABŞ dolları kredit öhdəliklərinin təminatı olaraq Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankında ipoteka ilə yüklü edilmişdir. xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3300/14/1 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka müqaviləsi Cavabdeh2 ilə iddiaçı arasında, Cavabdeh1 xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və Cavabdeh2nə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71 C ünvanında yerləşən qeyri-yaşayış binası və 0.36125 ha torpaq sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 MMC-nin tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71 C ünvanında yerləşən qeyri-yaşayış binası və 0.36125 ha torpaq sahəsi iddiaçının adına ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, **********401 saylı Bildirişin qeydə alınmasına dair Ərizədən görünür ki, iddiaçı cavabdehə ünvanlanmış “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” bildirişin qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli **********72 saylı məktubundan görünür ki, Cavabdeh2nə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71C saylı qeyri-yaşayış binası və torpaq sahəsinə dair tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. xx xxxxxx 2018-ci il tarixli **********396 saylı maliyyə arayışından görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 873000 ABŞ dolları məbləğində əsas borc, 12789.06 ABŞ dolları məbləğində faiz borcu, 208913.75 ABŞ dolları məbləğində cərimə borcu, 100395 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 1195219,06 ABŞ dolları məbləğində borcu vardır. “Roveks Konmark” Konsaltinq şirkətinin xx xxxxx 2018-ci il tarixli 180099DT saylı Daşınmaz əmlakın (qeyri-yaşayış binası-avtosalon) dəyərləndirilməsi barədə hesabatının surətindən görünür ki, Cavabdeh2 MMC-nin tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71 C ünvanında mülkiyyət olan 0.36125 ha torpaq sahəsində yerləşən 5773,0 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının bazar dəyəri 19000000 manat müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-2(82)- 370/2018 saylı qərardadı ilə, “Qiymətləndirmə Xidməti Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti mütəxəssis qismində cəlb edilmiş və mütəxəssis qarşısında Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti 71 C ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.36125 ha (faktiki 0,41766 ha) torpaq sahəsində yerləşən, ümumi sahəsi 5773,0 kv.metr (faktiki 12000 kv.metr) olan 2 mərtəbəli (4,6 səviyyəli) qeyri-yaşayış binasının bugünkü günə real bazar qiymətinin nə qədər təşkil etməsi barədə sual qoyulmuşdur. “Qiymətləndirmə Xidməti Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli 255M saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti 71 C ünvanında mülkiyyətdə olan 0.36125 ha (faktiki 0,41766 ha) torpaq sahəsində yerləşən, ümumi sahəsi 5773,0 kv.metr (faktiki 12000 kv.metr) olan 2 mərtəbəli (4,6 səviyyəli) qeyri-yaşayış binasının bazar dəyəri 19200000 manat müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-2(82)-49/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında Cavabdeh1 tərəfindən aparılmış ödəmələr nəzərə alınmaqla kreditin əsas məbləğ üzrə qalıq hissəsinin və həmin hissədən irəli gələn faiz məbləğinin nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 16448 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına olan borcu 897.049,6 ABŞ dolları, o cümlədən əsas kredit borcu 873000,0 ABŞ dolları, faiz borcu 24049,6 ABŞ dolları, Kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu və aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına olan borcu 934.580,1 ABŞ dolları, o cümlədən əsas kredit borcu 873000,0 ABŞ dolları, faiz borcu 61580,1 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh2 nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh1 arasında xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı tərəfindən Cavabdeh1nə illik 16 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 873000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı arasında xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3300/14/1 saylı sonrakı ipoteka müqaviləsi Cavabdeh1 xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və Cavabdeh2nə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71 C ünvanında yerləşən qeyri-yaşayış binası və 0.36125 ha torpaq sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Əmlakın iddiaçının adına yüklü edilməsi RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi xx xxxxxx 2018-ci il tarixli **********72 saylı məktubla Cavabdeh2nə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71C saylı qeyri-yaşayış binası və torpaq sahəsinə dair tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh1 873000 ABŞ dolları məbləğində əsas borc, 12789.06 ABŞ dolları məbləğində faiz borcu, 208913.75 ABŞ dolları məbləğində cərimə borcu, 100395 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 1195097,81 ABŞ dolları məbləğində borcu vardır. “Qiymətləndirmə Xidməti Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli 255M saylı qiymətləndirmə rəyi ilə Cavabdeh2nə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti 71 C ünvanında mülkiyyətdə olan 0.36125 ha (faktiki 0,41766 ha) torpaq sahəsində yerləşən, ümumi sahəsi 5773,0 kv.metr (faktiki 12000 kv.metr) olan 2 mərtəbəli (4,6 səviyyəli) qeyri-yaşayış binasının bazar dəyəri 19200000 manat müəyyən edilmişdir. Eyni zamanda “Roveks Konmark” Konsaltinq şirkətinin xx xxxxx 2018-ci il tarixli 180099DT saylı Daşınmaz əmlakın (qeyri-yaşayış binası-avtosalon) dəyərləndirilməsi barədə hesabatla Cavabdeh2 MMC-nin tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71 C ünvanında mülkiyyət olan 0.36125 ha torpaq sahəsində yerləşən 5773,0 kv.metr ümumi sahədən ibarət olan qeyriyaşayış binasının bazar dəyəri 19000000 manat müəyyən edilmişdir. Məhkəmə, “Qiymətləndirmə Xidməti Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli 255M saylı qiymətləndirmə rəyi ilə razılaşaraq qeyd edir ki, rəy işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən qiymətləndirmə rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan kredit müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi ilə Cavabdeh1nə verilmiş 873000 ABŞ dolları məbləğində pul vəsaiti iş materialları ilə təsdiq olunduğundan Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 16448 saylı rəyi ilə müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə Cavabdeh1 iddiaçıya olan faiz borcu 24049,6 ABŞ dolları məbləğində müəyyən edilsə də, iddiaçı 12789,06 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb edir ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış 12789,06 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 2.5-ci bəndinə əsasən Cavabdeh1bbə pulunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 208913.75 ABŞ dolları cərimə məbləği yaranmış 873000 ABŞ dolları borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 43650 ABŞ dolları həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 16448 saylı rəyi ilə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 61580,1 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından göründüyü kimi iddiaçı gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğini xx xxxxxx 2018-ci il tarixədək hesablamışdır. Maliyyə arayışından və ekspert rəyindən görünür ki, günlük faiz məbləği 121,25 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş günlərin sayı 416 gün təşkil etməsini nəzərə aldıqda, həmin günlərə görə faiz borcu 50440 ABŞ dolları, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək isə ümumilikdə 112020,1 ABŞ dolları (61580,1 ABŞ dolları + 50440 ABŞ dolları) təşkil edir.Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixə Cavabdeh1 iddiaçıya olan gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 112020,1 ABŞ dolları məbləğində müəyyən edilsə də, iddiaçı 100395 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını xahiş edir ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən gecikdirilmiş vaxt üçün hesablanmış 100395 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. İddiaçı ilə Cavabdeh1arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə iddiaçı ilə Cavabdeh2 arasındaxx xxxxx 2015-ci il tarixli 1xx/xx/3300/14/1 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2nə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71 C ünvanında yerləşən qeyri-yaşayış binası və 0.36125 ha torpaq sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, vəzifələrin icra edilməməsi və ya layiqincə yerinə yetirilməməsi müvafiq məsuliyyətə, o cümlədən əmlak məsuliyyətinə səbəb olur. İşin hallarından göründüyü kimi Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3300/14/1 saylı sonrakı ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti 71 C ünvanında yerləşən qeyri-yaşayış binası və 0.36125 ha torpaq sahəsinə yönəldilməsi barədə iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Mcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1ndən 873000 ABŞ dolları məbləğində əsas borc, 12789.06 ABŞ dolları məbləğində faiz borcu, 43650 ABŞ dolları məbləğində cərimə borcu, 100395 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1.029.834,06 ABŞ dolları məbləğində pul ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu tutulmalı, ipoteka predmetinin ilkin satış qiyməti 19.200.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1ndən tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, 71 “C” qeyri-yaşayış binasına və 0.36125 ha torpaq sahəsinə yönəldilməli və açıq hərracda satılmalı və ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyi-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və qeyri-yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (1.029.834,06 ABŞ dolları) iddia tələbinin (1.195.219,06 ABŞ dolları) 86,16 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25,85 manat məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 4,15 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 124,93 manat məbləği cavabdehlərdən müştərək qaydada, qalan 20,07 manat məbləği isə iddiaçıdan tutulmalıdır. Bundan əlavə, iş üzrə cəlb olunmuş mütəxəssis tədqiqatlarının dəyəri 500 manat məbləğində mütəxəssis xərclərinin 430,8 manat məbləği cavabdehlərdən müştərək qaydada, qalan 69,2 manat məbləği isə iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/3607/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1ndən 873000 ABŞ dolları məbləğində əsas borc, 12789.06 ABŞ dolları məbləğində faiz borcu, 43650 ABŞ dolları məbləğində cərimə borcu, 100395 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1.029.834,06 ABŞ dolları məbləğində pul ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 19.200.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1ndən tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, 71 “C” qeyri-yaşayış binasına və 0.36125 ha torpaq sahəsinə yönəldilsin və açıq hərracda satılsın və ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyiyaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və qeyri-yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılsın. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25,85 manat məbləği cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2ndən müştərək qaydada tutularaq Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına ödənilsin, qalan 4,15 manat məbləği isə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 124,93 manat məbləği cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2ndən müştərək qaydada, qalan 20,07 manat məbləği isə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. İş üzrə cəlb olunmuş mütəxəssis tədqiqatlarının dəyəri 500 manat məbləğində mütəxəssis xərclərinin 430,8 manat məbləği cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2ndən müştərək qaydada, qalan 69,2 manat məbləği isə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankından tutularaq “Qiymətləndirmə Xidməti Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN **********, Bank rekvizitləri: “xxxx” ASC, M/h AZ82NABZ******************** Kod 505141, SWİFT: PAHAAZ22, VÖEN ********** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-344/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-344/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver