Məhkəmə qərarları › İş №2-2(113)-35/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-35/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-35/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X10 Bağman qızının katibliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X8, Cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil1 Ağamməd oğlunun, Cavabdeh "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər X9 və "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı cavabdeh X5 686333,16 ABŞ dolları əsas, 46771,39 ABŞ dolları faiz, 1209026,17 ABŞ dolları cərimə olmaqla cəmi 1942130,72 ABŞ dolları, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin İpoteka qoyan (Girov qoyan) Cavabdeh2nə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, onun mülkiyyətində olan, iddiaçının xeyrinə girovla yüklü edilmiş, ümumi dəyəri ******* manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) və ümumi dəyəri 700000 manat məbləğində dövriyyə mallarına (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) yönəldilməsi, həmin daşınmaz əmlakın və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh X7 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə və üçüncü şəxs X9 qarşı xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsinin, xx.xx.2016-cı il tarixli D1-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi”nin, xx.xx.2016-cı il tarixli D2-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi”nin bağlandığı andan və "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin məhkəməyə təqdim etdiyi “Atropatena” qapalı səhmdar cəmiyyətinin xx xxxxxx 2016-cı il tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavabdeh X5 686.333,16 ABŞ dolları əsas, 8.794,29 ABŞ dolları faiz, 447.922,71 ABŞ dolları cərimə olmaqla cəmi 1.143.050,16 ABŞ dolları, tərəflərindən işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin İpoteka qoyan (Girov qoyan) Cavabdeh2nə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35.8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, onun mülkiyyətində olan, Bankın xeyrinə girovla yüklü edilmiş, ümumi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) və ümumi dəyəri 700.000 manat məbləğində dövriyyə mallarına (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) yönəldilməsi, həmin daşınmaz əmlakın və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh X7 Banka olan borcunun ödənilməsinə yönəldilməsi, Satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh X5 686333,16 ABŞ dolları əsas, 46771,39 ABŞ dolları faiz, 1209026,17 ABŞ dolları cərimə olmaqla cəmi 1942130,72 ABŞ dolları, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin İpoteka qoyan (Girov qoyan) Cavabdeh2nə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, onun mülkiyyətində olan, iddiaçının xeyrinə girovla yüklü edilmiş, ümumi dəyəri ******* manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) və ümumi dəyəri 700000 manat məbləğində dövriyyə mallarına (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) yönəldilməsi, həmin daşınmaz əmlakın və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh X7 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə pretmedi barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Mübahisə pretmedi barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə və üçüncü şəxs X9 qarşı xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin, xx.xx.2016-cı il tarixli D1-İO48KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nin və xx.xx.2016-cı il tarixli D2-İO48KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nin bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra “xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsinin, xx.xx.2016-cı il tarixli D1-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi”nin, xx.xx.2016-cı il tarixli D2-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi”nin bağlandığı andan və "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin məhkəməyə təqdim etdiyi “Atropatena” qapalı səhmdar cəmiyyətinin xx xxxxxx 2016-cı il tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin iddia ərizəsionunla əsaslandırılmışdır ki,iddiaçı ilə cavabdeh X12 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, İ048KK16 saylı “Kredit Müqaviləsi”nə əsasən, Bank dövriyyə vəsaitlərinin alınması məqsədilə Kredit alana 24 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə, ******* ABŞ dolları məbləğində kredit ayırmışdır. Kredit alan xx xxxxxx 2016-cı il tarixində birinci tranş olaraq, ******* ABŞ dolları məbləğində krediti Bankdan qəbul etmişdir. Müqavilənin 4.1.1-ci bəndinin şərtlərinə əsasən, Kredit alan aylıq ödənişlərini müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəli”nə uyğun olaraq vaxtında və lazımınca icra etmədikdə Bankın kreditin qalıq məbləğinin, hesbalanmış faizlərin, cərimə, komisyon haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır. Həmin müqavilə üzrə Kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank, Kredit alan və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 3M-525 saylı “İpoteka müqaviləsi”nə əsasən, sonuncunun mülkiyyətində olan Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin yüklülük xx.xx.2016-cı il tarixdə RX0981237 nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank, Kredit alan və Girov qoyan arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, D1-İ048KK16 saylı “Dövriyyədəki malların girovu müqaviləsi”nə əsasən, mülkiyyətində olan ******* manat məbləğində dövriyyə malları (iribuynuzlu heyvanlar (bioloji aktivlər) və xx.xx.2016-cı il tarixli, D2-İ048KK16 saylı “Dövriyyədəki malların girovu müqaviləsi”nə (bundan sonra hər iki müqavilə birlikdə “girov müqavilələri”) əsasən, ümumi dəyəri 700000 manat təşkil edən dövriyyə malları (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) Bankın xeyrinə girovla yüklü edilmişdir. Kredit alan tərəfindən Müqavilənin şərtləri dəfələrlə kobud şəkildə pozulmuş, imzalanmış ödəniş cədvəlinə müvafiq olaraq 2017-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında və 2018-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında və iyun ayının əvvəlində ödəniləcək əsas borcun bir hissəsinin və əsas borca hesablanmış faizlərin ödənilməsi bu günə kimi təmin olunmamışdır. Yaranmış borcla bağlı Kredit alana dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Sonuncu dəfə Kredit alana xx.xx.2018-ci il tarixli, 2998 nömrəli və xx xxxx 2018-ci il tarixli, 4074 nömrəli bildirişlərlə yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Beləliklə, Bank tərəfindən Kredit alanla mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına riayət edilsə də, bu bir nəticə verməmişdir. Hazırda Müqavilə üzrə borc məbləği 686333,16 ABŞ dolları əsas, 8794,29 ABŞ dolları faiz, 447 922,71 ABŞ dolları cərimə olmaqla cəmi 1 143 050,16 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X14 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, girov müqavilələri qanunvericiliyə uyğun şəkildə Cavabdeh2 MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və qanuni qüvvəyə minmişdir. Lakin buna baxmayaraq, iş üzrə iddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti xx xxxxxx 2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə ləğv edilməsini və bağlanmış girov müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsini xahiş etmişdir. Üçüncü şəxsin tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Bu baxımdan hesab edir ki, təsisçi müəssisənin törəmə müəssisə adından prosessual tələblər irəli sürməsi yolverilməzdir. Üçüncü şəxs tələbini onunla əsaslandırır ki, girov müqavilələri “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin tələbləri pozulmaqla bağlanmışdır. Bu mülahizədən aydın olmur ki, Cavabdeh2 işgüzar münasibətlərə daxil olarkən nəyə görə təsisçisi olan müəssisənin Nizamnaməsini rəhbər tutmalıdır. Üçüncü şəxs qeyd edir, girov müqavilələri, qeyri-qanuni olaraq Cavabdeh2 icraçı direktoru tərəfindən imzalanmışdır. Müqavilə bağlanarkən ona, təsisçinin ümumi yığıncağının qərarı ilə belə bir hüquq verilməmişdir. Bu qeydlə bağlı bildirir ki, müqavilə münasibətləri rəsmiləşdirilərkən Cavabdeh2 tərəfindən təqdim edilən Nizamnaməsində Cəmiyyətin adından əqdlər bağlamaq səlahiyyəti Baş direktora (qanuni təmsilçiyə) həvalə edilmişdir (10.4.5-ci bənd). Müqaviləni imzalayan X19 adlı şəxs də hüquqi şəxslərin dövlət reyestrindən cari çıxarışa əsasən, həmin dövrdə Cəmiyyətin qanuni təmsilçisi olmuşdur. Nizamnamədə həmçinin girov müqavilələrinin bağlanması üçün Baş direktora təsisçilərin səlahiyyət verməsi tələbi təsbit edilməmişdir. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən əvvəlcədən bütün mümkün riskləri sığortalamaq üçün kredit rəsmiləşdirilərkən Cavabdeh2 Ümumi yığıncağının müvafiq qərarı əldə edilmişdir. Üçüncü şəxs iddia edir ki, müqavilələr bağlanarkən İddiaçı açıq səhmdar cəmiyyəti həmin əmlakların Cavabdeh2 mülkiyyətində olmasına dair təsdiqedici sənədlər almalı idi. Əgər bu sənədlər tələb edilib Bank tərəfindən alınsaydı, məlum olardı ki, həmin heyvanlar və avadanlıq girov qoyularkən Cavabdeh2 mülkiyyətində olmamışdır. Bununla bağlı olaraq bildirir ki, girov münasibətləri rəsmiləşdirilərkən təminat kimi təqdim edilən əmlaklar, yəni iribuynuzlu heyvanlar və avtomatlaşdırılmış sağım avadanlığı girovqoyanın mülkiyyəti kimi təqdim edilmiş və Bankın əməkdaşlarına girovqoyana məxsus ipoteka müaviləsinin predmeti olan torpaq sahəsində nümayiş etdirilmişdir. Həmçinin, qiymətləndirici şirkət tərəfindən təqdim edilən aktlarda istər ipoteka, istərsə də girov predmetlərinin Cavabdeh2 balansında olması qeyd edilmişdir. Həmçinin müqavilə rəsmiləşdirilərkən “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun qüvvədə olmamasına baxmayaraq, girov predmetləri ilə bağlı yüklülüklər iddiaçı tərəfindən xx.xx.2018-cü il tarixində, **********42 və **********30 nömrəli bildirişlərlə daşınar əmlakın yüklülüyünün dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü tərəf girov qoyulmuş avadanlıqların “xxxx” ASC-yə məxsus olduğunu, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lizinqə götürülərək, Cavabdeh2 sahiblik və istifadəsinə verildiyini bildirir. Təbii sual yaranır ki, nəyə görə bölgədə Cavabdeh2nə məxsus torpaq sahəsində olan kənd təsərrüfatı təyinatlı əmlakı hüquqi qeydiyyat ünvanı Bakı şəhəri olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lizinqə götürülmüşdür. Üçüncü şəxs həmin əmlakın Girov qoyanın sahiblik və istifadəsinə verildiyini iddia etsə də, bunun hansı hüquqi əsasla veridiyinə dair sübut təqdim etməmişdir. Girov predmetinin üçüncü şəxsin iddia etdiyi kimi məhz onun tərəfindən “xxxx” açıq səhmdar cəmiyyətindən lizinqə götürülən əmlak olduğu sənədlərlə təsdiq olunmur. Qeyd edilən təminatlar bilavasitə dövriyyədəki malların girovu kimi qəbul edilmişdir. Mülki Məcəllənin 306.1-ci maddəsinə əsasən, dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. Girov qoyanın özgəninkiləşdirdiyi dövriyyədəki mallar əldə edənin mülkiyyətinə keçdiyi andan girov predmeti olmur, girov qovanın əldə etdiyi, girov müqaviləsində göstərilən mallar isə girov qovanın onlara mülkiyyət hüququnun əmələ gəldiyi andan girov predmeti olur. Göründüyü kimi, dövriyyə mallarının rəsmi uçotu aparılmır, girovun predmeti fərdən müəyyən edilən əşya deyil daima yenilənir, əvvəlki malların yerinə yenisi girov predmeti olur. Müqavilə rəsmiləşdirilən dövrdə heç daşınar əmlakın yüklülüyü reyestri də fəaliyyət göstərməmişdir. Hazırda isə istənilən şəxs müvafiq sənəd əlavə etməklə istənilən əşya üzərində yüklülük (mülkiyyətçi olmasa belə) hüquqlarını reyestrə yükləyə bilər. Bu məqamda xüsusi olaraq qeyd edilməlidir ki, hətta məlum girov müqavilələri bağlandıqdan sonra qüvvəyə minən “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda belə daşınar əmlakın yüklülüyünə dair reyestrə daxil edilən əmlakın üzərində mülkiyyət hüququna malik olan şəxsin adının qeyd edilməsinə dair tələb nəzərdə tutulmamışdır. Beləliklə, üçüncü şəxsin iddia etdiyi kimi, girov qoyulmuş əmlakın məhz onun tərəfindən lizinqə götürülmüş əmlak olması təsdiqini tapmır. Girov qoyulmuş əmlak məhz “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lizinqə götürülmüş olsa da belə, qeyd etdiyi kimi, həmin əmlakın girov qoyulması üçün göstərilən müəssisənin təsisçilərinin ümumi yığıncağının qərarı olmuşdur. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Beləliklə, qanunvericilik hətta girov qoyanın mülkiyyətində olmayan əmlakın da girov predmeti qismində yüklü edilməsini istisna etmir. Üçüncü şəxsin girov müqavilələri rəsmiləşdirilərkən Cavabdeh2 Baş direktorunun tərcüməçi ilə təmin edilməməsinə dair mülahizəsi isə tamamilə absurddur. Çünki, həmin şəxsdən həqiqətən də Azərbaycan Respublikasının dövlət dilini bilməməsi heç bir sənədlə təsdiq edilmir və müqavilələr rəsmiləşdirilərkən onun tərəfindən belə bir müraciət edilməmişdir. Həmin şəxs hüquqi şəxslərin dövlət qeydiyyatını aparan müvafiq dövlət orqanı tərəfindən qanuni təmsilçi kimi tanınmışdır. Əks halda, onun qanuni təmsilçi olduğu dövrdə Cavabdeh2 bağladığı bütün əqdlər etibarsız sayılmalı idi. Bütün bunlar onu göstərir ki, qeyd edilən girov müqavilələri qanunvericiliyin tələblərinə uyğun səkildə bağlanmışdır və onların ləğvi üçün heç bir hüquqi əsas mövcud deyildir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Yenə həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflər arasında girov müqavilələrinin xx xxxxxx 2016-cı il tarixində, iddia ərizəsinin isə xx xxxxxx 2019-cu il tarixində verildiyini nəzərə alaraq, hesab edir ki, hazırki münasibətlərə də iddia müddəti tətbiq edilməli və tələb rədd edilməlidir. Cavabdeh Elşad Rəsulovun xx.xx.2016-cı il tarixli İ048KK16 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə iddiaçıya 686333,16 ABŞ dolları əsas, 114337,08 ABŞ dolları faiz, 1.919.381,50 ABŞ dolları cərimə olmaqla, cəmi 2.720.051,74 ABŞ dolları borcu vardır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil1 Ağamməd oğlu izahatında bildirdi ki, İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində xx.xx.2016-cı il tarixli ipoteka və girov müqavilələrin etibarsız hesab edilməsi tələbi əsassızdır. Eyni zamanda nəzərə alınmalıdır ki, “xxxx” qapalı səhmdar cəmiyyəti dekabr 2017-ci il tarixdə “Atropatena” qapalı səhmdar cəmiyyətinin səhmlərinin 85 faizini əvvəlki səhmdardan notarial müqavilə əsasında öz adına keçirməklə, satın aldığı müəssisənin adını dəyişdirərək, “xxxx” qapalı səhmdar cəmiyyəti adlandırılmışdır. “xxxx” qapalı səhmdar cəmiyyəti - “Atropatena” qapalı səhmdar cəmiyyətinin hüquqi varisi olaraq həmin müəssisənin bazasında yaradılmışdır. Dekabr 2017-ci il tarixdən hüquqi varis olaraq müəssisəni qəbul etmiş, hazırki iddianın müqavilələri sübhə altında alaraq, mübahisələndirilməsi qanunsuz və əsassız olmaqla yanaşı etibarsızlıq üçün qanunda nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Mülki Məcəllənin 375-ci maddəsinə uyğun olaraq əqdin etibarsızlığına dair iddia müddəti tətbiq edilməlidir. Digər tərəfdən qeyd olunan iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-1254/15 saylı iş üzrə qətnaməsi qanuni qüvvə alaraq 2015-ci ildən icraya yönəldilmişdir. Qətnamə və icra vərəqəsinə əsasən “xxxx” açıq səhmdar cəmiyyətinin “Atropatena” qapalı səhmdar cəmiyyətinə qarşı pul tələbi və müqavilənin ləğv edilərək lizinq obyekti olan damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə tələbinə baxılmışdır. İddia tələbi 592.776,57 manat məbləğində borcun tutulması hissəsində təmin edilmiş, lakin heyvanların geri alınması və müqavilənin ləğv hissəsində tələbi isə rədd olumuşdur. Qətnamə dekabr 2017-ci il tarixə qədər qismən 135.000 manat məbləğində pul vəsaiti ödənilməklə, qətnamə qismən icra edilmişdir. “xxxx” qapalı səhmdar cəmiyyəti hüquqi varis olaraq üzərinə düşən öhdəliklərin icrasından bilə-bilə yayınaraq məhkəməyə yanlış məlumat verir. “xxxx” qapalı səhmdar cəmiyyətinin tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(82)-76/2017 saylı qətnaməsi ilə iddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin, “Atropatena” qapalı səhmdar cəmiyyətinə qarşı müqavilələrin ləğv edilərək avadanlığın saz vəziyyətdə geri qaytarılması və pul tələbi barədə iddiaçıya münasibətdə “Atropatena” qapalı səhmdar cəmiyyətindən, hazırda varis “xxxx” qapalı səhmdar cəmiyyətindən 118950,0 manat tutulması və texnoloji avadanlıq və onun yerləşdiyi tikili komunnikasiya ilə birlikdə “Atropatena” qapalı səhmdar cəmiyyətindən geri alınaraq “xxxx” qapalı səhmdar cəmiyyətinə verilməsi qət edilmişdir. Beləliklə bu qətnamə üzrə sonradan dekabr 2017-ci il tarixə qədər 10.000 manat ödənilmişdir. “xxxx” qapalı səhmdar cəmiyyətinin iddiasının digər bir əsassızlıq onunla əlaqədardır ki, girov qoyulmuş 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 4.200.000 manat məbləğində iribuynuzlu heyvanlar və 700.000 manat məbləğində dövriyyə mallarını (sağım avadanlıqları) açıq hərracda satılması ilə əlaqədardır. Girov qoyulmuş əmlaklar “xxxx” qapalı səhmdar cəmiyyətinə məxsus olmaqla girov qoyulmuşdur. 2016-cı il sonunda “xxxx” qapalı səhmdar cəmiyyətində 3200 ədəd süd verən cins mal olmuşdur. Bu inəyin bir ədədinin qiyməti həmin vaxt dövlət tərəfindən 2200 manat müəyyən edilmişdir. Təbii itki və digər çıxdaş halları nəzərə alınmaqla 2017-ci ilin sonuna inəklərin ümumi sayı artaraq 5000 ədəd olmuşdur. Banka olan borcun ümumi məbləği 1.181.715,9 manat borc olmuşdur. “xxxx” qapalı səhmdar cəmiyyəti hüquq varisi kimi dekabr 2017-ci il tarixdə 5000 ədəd sağmal-cins inəkləri qəbul etmişdir. Beləliklə, sağmal cins inəklərdən 500 ədəd satıldıqda bankın borcu tam həcmdə ödənilir. Sonda cavabdehin nümayəndəsi və vəkili "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin iddiasının təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddia "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə aid hissədə əsassızdır. Heyvanlar girov qoyularkən "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə məxsus olmamış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia qaldırmış, iddia təmin olunmuş və icraya yönəldilmişdir. "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin direktoru xarici vətəndaşdır. X11 təzyiqi altında bağlanmışdır. "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ müqavilələri bağlayarkən mülkiyyət sənədlərini tələb etməmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin iddiasının rədd edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxs "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsi onunla əsaslandırılmışdır ki,Cavabdeh2 “xxxx” qapalı səhmdar cəmiyyətinin törəmə müəssisəsidir və Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının 100% “xxxx" qapalı səhmdar cəmiyyətinə məxsusdur. 2017-ci ilin 29 dekabrında “xxxx” qapalı səhmdar cəmiyyətinin səhmdarların tərkibində dəyişiklik olunmuş, qapalı səhmdar cəmiyyətinin səhmlərinin 85% yeni səhmdarın nəzarətinə keçmişdir. 2018-ci ilin aprel və iyun aylarında qapalı səhmdar cəmiyyətinin və Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiləri dəyişilmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin iddia ərizəsini əsassız hesab edir. Bankın iddiası üzrə cavabdeh Elşad Rəsulovun aldığı kreditə görə ipoteka edilmiş 140000 manat dəyərində torpaq sahəsi və dövriyyə malları, o cümlədən 4.200.000 manat dəyərində iri buynuzlu heyvanlar 3207 baş, 700.000 manat dəyərində avadanlıq üzrə tərəflər arasında bağlanan xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsi, 30.11,2016-cı il tarixli D1-İ048KK16 saylı “Döriyyədəki malların girov müqaviləsi’’ və 30.11,2016-cı il tarixli D2-İ048KK16 saylı “Döriyyədəki malların girov müqaviləsi” Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “xxxx" Qapalı Səhmdar Cəmiyyətin Nizamnaməsinin tələbləri pozularaq bağlanmışdır. Qeyd edilən müqavilələr bağlanarkən qeyri-qanuni olaraq həmin müqavilələrə Cavabdeh2 əvvəlki icraçı direktoru imza etmişdir. xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsi bağlanarkən Cavabdeh2 icraçı direktoruna təsisçinin ümumi yığıncağının qərarı ilə belə bir hüquq verilməmişdir. Halbuki iribuynuzlu mallar və avadanlıqlar “xxxx” açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 yox, “xxxx” qapalı səhmdar cəmiyyətinin istifadəsinə və sahibliyinə verilmişdir. Lizinq müqavilələri üzrə Cavabdeh2 tərəf olmamışdır. İpoteka və Qirov müqavilələri bağlanarkən İddiaçı açıq səhmdar cəmiyyəti həmin əmlakların Cavabdeh2 mülkiyyətində olmasına dair təsdiqedici sənədləri almalı idi. Əgər bu sənədlər tələb edilib Bank tərəfindən alınsaydı məlum olardı ki, həmin heyvanlar və avadanlıq girov qoyularkən Cavabdeh2 mülkiyyətində olmamışdır. Heyvanlar və avadanlıqlara mülkiyyət hüququ “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus olması üzə çıxardı, İpoteka və Qirov müqavilələri bağlanmayacaqdı. Nəticə olaraq isə, qirov qoyma hüququ olmayan şəxsdən başqa Şirkətə (“xxxx" qapalı səhmdar cəmiyyətinə) məxsus olan malları qəbul etmişdir. Həmin əmlaklar və mallar bugün də sahiblik və istifadə hüququ əsasında “xxxx” qapalı səhmdar cəmiyyətinin balansındadır. Nə iddiaçı, nə də ki, cavabdehlər məhkəməyə sübut kimi əmlakların və malların qirov qoyana məxsus olmasını təsdiq edən sənəd təqdim etməmişlər. Lakin “xxxx” qapalı səhmdar cəmiyyəti həmin əmlakların və malların lizinq yolu ilə “xxxx” açıq səhmdar cəmiyyətindən alınmasına dair müqavilələri və həmin lizinq predmetləri üzrə ödənişlərin onun tərəfindən aparılmasını sübut edən sənədləri məhkəməyə təqdim edir. Bundan əlavə, həmin heyvanlar və əmlaklar girov qoyularkən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin lizinq müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə “xxxx” açıq səhmdar cəmiyyətinin iddiası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(82)-1254/2015 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və hal-hazırda icra mərhələsindədir. Bu barədə Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktorun və borcalan Elşad Rəsulov tam məlumatlı olsalar da, qirov müqaviləsini bağlamışlar. “xxxx” açıq səhmdar cəmiyyətinin iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)- 76/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək “xxxx” açıq səhmdar cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış müqavilələrin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikili (bina) komunikasiyası ilə birlikdə saz vəziyyətdə cavabdeh “Atropatena” qapalı səhmdar cəmiyyətindən geri alınması barədə qətnamə çıxarılmışdır. “xxxx” açıq səhmdar cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti (hazırki adı “xxxx" qapalı səhmdar cəmiyyəti) arasında bağlanmış lizinq müqavilələrinin şərtinə əsasən, həmçinin Mülki Məcəllənin 748.2-1-ci maddəsinə əsasən “Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir”. 748-1.12.1-ci maddəsinə əsasən “lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə” həmçinin 748-1.12.4-cü maddəsinə əsasən “lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq obyektini mübahisəsiz geri almaq hüququ vardır". “Atropatena” qapalı səhmdar cəmiyyəti tərəfindən lizinq müqavilələrinin şərtləri mütəmadi olaraq dəfələrcə pozulduğu üçün lizinq verənə küllü miqdarda borclar yığılmış və nəticədə lizinq verənin iddiası əsasında bütün əmlakların lizinq verənə qaytarılması haqqında qanuni qüvvəsini almış qətnamələr mövcuddur. Buna baxmayaraq, kredit alan cavabdeh Elşad Rəsulov öz mövqeyindən həm səhmdarlardan biri kimi, həm də “Atropatena” qapalı səhmdar cəmiyyətinin “idarə heyətinin sədri” kimi Cavabdeh2 rəhbərliyinə təyziq edərək müqavilənin bağlanmasına məcbur etmiş, nəticədə Lizinq Şirkətinin müqavilə üzrə vəziyyətinin xeyli pisləşdirəcəyi riski yaratmışdır. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən “Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər”. Girov müqavilələrinə heç bir səlahiyyət və hüququ olmadan (həmin avadanlıqlar və iribuynuzlu mal-qara hüquqi cəhətdən “xxxx” ASC tərəfindən “xxxx” QSC-nin istifadəsinə verilmiş və "Cavabdeh2” MMC ilə heç bir hüquqi əlaqəsi olmamışdır) və buna baxmayaraq eyni zamanda ipoteka müqaviləsi bağlanarkən imza etmiş həmin müddət Cavabdeh2n icraçı direktoru işləyən X18 xarici ölkə vətəndaşı olduğu üçün müqavilənin şərtlərini tam başa düşməmiş və qanunvericiliyin tələblərinə görə Kredit Verən, Kredit Alan və müqaviləni təsdiq edən notarius da bu halı bilmələrinə baxmayaraq müqavilələrin bağlanması və təsdiqi zamanı X19 tərcüməçi ilə təmin edilməmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, “xxxx” QSC Cavabdeh2 MMC-nin təsisçisi olmaqla yanaşı əsasən öz istifadəsində,mülkiyyətində olan əmlaklar üzrə bağlanmış girov və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi haqda iddia ilə çıxış etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsinə əsasən “Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər”. Göründüyü kimi ilkin iddiaçının “təsisçi müəssisənin törəmə müəssisə adındanprosessual tələblər irəli sürməsi yolverilməzdir” barədə dəlili əsassızdır və tələbin irəli sürülməsi hüququ qanunla təsbit edilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.10-cu maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əili faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Göründüyü kimi İpoteka müqaviləsi bağlanarkən Cavabdeh2n balansında sadəcə olaraq mövcud olan 38.8962 hektar torpaq sahəsi onun yeganə və yüz faizə bərabər tutulan aktivi olmuşdur. İlkin iddiaçının təqdim etdiyi protokoldan çıxarış isə onun göstərdiyi kimi Cavabdeh2 Ümumi Yığıncağının deyil, Mülki Məcəllənin tələblərinin ziddinə olaraq saxta yolla tərtib edilmiş “xxxx” qapalı səhmdar cəmiyyətinin X3 protokoludur. Qiymətləndirici ekspertin girov əmlakları “Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan əmlak kimi göstərməsinin hansı sənədlərlə əsaslandırılması və hansılarına istinad edilməsi məlum deyil. Halbuki, girov müqaviləsi bağlanarkən həmin əmlakların “xxxx” açıq səhmdar cəmiyyətinə qaytarılması haqda məhkəmənin qanun qüvvəsi almış və icra vərəqəsi verilmiş qətnaməsi olmuşdur. İddiaçının etirazının 5-ci maddəsinə cavab olaraq bildirir ki, girov qoyulan dövriyyədəki malların “xxxx” açıq səhmdar cəmiyyətindən lizinq müqavilələri əsasında “xxxx” qapalı səhmdar cəmiyyətitərəfindən alındığını və alınan mallara görə bu gün də ödənişlərin “xxxx” qapalı səhmdar cəmiyyətitərəfindən həyata keçirildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Eyni zamanda ödənişlərin vaxtlı-vaxtında edilmədiyinə görə “xxxx” açıq səhmdar cəmiyyəti məhz “xxxx”qapalı səhmdar cəmiyyətinə qarşı məhkəmələrdə iddialar qaldırmış, məhkəmələr tərəfindən iddiaların təmin edilməsi barədə qəbul edilən qətnamələr qanun qüvvəsi alaraq icraya yönəldilmişdir. İcra mərhələsində tərəflər arasında barışıq sazişi imzalanmış və bu gün də həmin ödənişlər “xxxx” qapalı səhmdar cəmiyyətitərəfindən həyata keçirilir. Girov müqavilələri bağlandığı zaman həmin qətnamələr mövcud olmuş və cavabdeh Elşad Rəsulovun bu haqda məlumatlı olmasına baxmayaraq qarşı tərəfi məlumatlandırmamışdır. Bundan başqa Mülki Məcəllənin 748-8.1ci maddəsində deyilir ki, lizinq alanın öhdəliklərinə görə üçüncü şəxslərin iddiası lizinqin predmetinə yönəldilə bilməz. İddiaçının Cavabdeh2 “baş direktorunun Azərbaycan dilini bilmirsə necə baş direktor işləyir” fikrinə belə cavab verir ki, Azərbaycan Respublikasında çalışan menecerlərin xarici vətəndaş olaraq Azərbaycan dilini bilməsi mütləq deyildir və qanunvericilikdə belə bir tələb də yoxdur. Azərbaycan Respublikasında yüzlərlə xarici vətəndaşlar (ekspatlar) müxtəlif şirkətlərdə müxtəlif vəzifələr daşıyırlar və tərcüməçilərin xidmətlərindən istifadə edirlər. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir.” "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 9-cu bəndinin tələbi belədir ki,"Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur”. xx.xx.2017-ci il tarixdə “Atropatena” qapalı səhmdar cəmiyyətinin səhmlərinin alqı satqısından sonra X4 xx.xx.2018-ci il tarixli yekdil qərarı ilə qapalı səhmdar cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Qapalı Səhmdar Cəmiyyəti adlandırılmışdır, yeni idarəçilik sisteminə keçilərək Direktorlar Şurası və onun tabeliyindəki strukturlar yaradılmışdır. Yeni ad xx.xx.2018-ci il tarixdə rəsmi reysterə salınaraq yeni adla fəaliyyətini davam etdirmişdir.Səhmlərin alqı-satqısı xx.xx.2017-ci il tarixindən 01.2018-ci il tarixədək keçmiş səhmdarlar israrla qapalı səhmdar cəmiyyətinə və onun törəmə müəssisələri olan “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh2 qapalı səhmdar cəmiyyətinə aid sənədləri, elektron məlumatlar saxlanılan server, nəqliyyat vasitələrini və digər əmlakları yeni səhmdarlara və idarəçilərə təhvil verməkdən imtina etdikləri üçün “xxxx” qapalı səhmdar cəmiyyətikeçmiş səhmdarlar və keçmiş idarəçilərə qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırmış və məkəmənin xx.xx.2018-ci iltarixli 2(004)-4581/2018 saylı qərardadı əsasında verilmiş icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra edilərək qapalı səhmdar cəmiyyətinə və onun törəmə müəssisələrinə aid sənədlər, avadanlığlar və nəqliyyat vasitələri götürülərək akt əsasında qapalı səhmdar cəmiyyətinin idarəçilərinə təhvil verilmişdir. Göründüyü kimi cavabdeh E.Rəsulovun və iddiaçının dediyi kimi olsa idi belə bu hal təmsil etdiyi hüquqi şəxsə xx.xx.2018-ci il tarixdə məlum olardı.Faktiki olaraq isə bu hal 3-cü şəxsə xx.xx.2018-ci il tarixdə cavabdeh “AtenaAqro” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsinin vəsatəti əsasında üçüncü şəxs qismində işə cəlb edilməsindən sonra məlum olmuşdur.xx.xx.2018-ci il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəməyə iddia ərizəsi təqdim etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2-2(81)-127/2019 saylı qeyri-qanuni qərardadı ilə iddia ərizəsinin qəbul edilməsi mümkünsüz hesab edilərək geri qaytarılmış, şikayətdən sonra həmin qərardad hakim tərəfindən ləğv edilərək iddia ərizəsi icraata qəbul edilmişdir. Sonda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsini və iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahatında bildirdi ki, İddiaçı açıq səhmdar cəmiyyətinin iddia ərizəsini əsassız hesab edir. Bankın iddiası üzrə cavabdeh Elşad Rəsulovun aldığı kreditə görə ipoteka edilmiş 140000 manat dəyərindətorpaq sahəsi və dövriyyə malları, o cümlədən 3207 baş, 4.200.000 manat dəyərində iri buynuzlu heyvanlar, 700.000 manat dəyərində avadanlıq üzrə tərəflər arasında bağlanan xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsi, xx.xx.2016-cı il tarixli D1- İ048KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi" və xx.xx.2016-cı il tarixli D2- İ048KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi” Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq bağlanmışdır. Qeyd edilən müqavilələr bağlanarkən qeyriqanuni olaraq həmin müqavilələrə Cavabdeh2 əvvəlki icraçı direktoru imza etmişdir. Halbuki iribuynuzlu mallar və avadanlıqlar “xxxx” açıq səhmdar cəmiyyətinin xüsusi mülkiyyətindədir. Həmin heyvanlar və əmlaklar girov qoyularkən “xxxx” Qapalı Səhmdar Cəmiyyətin lizinq müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə “xxxx” açıq səhmdar cəmiyyətinin iddiası 2 saylı Bakı inzibati İqtisadi Məhkəməsinin 2(82)-1254/2015 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və hal-hazırda icra mərhələsindədir. Bu barədə məhdud məsuliyyətli cəmiyyətinin icraçı direktorun və borcalan Elşad Rəsulov tam məlumatlı olsalar da girov müqaviləsini bağlamışlar. “xxxx” açıq səhmdar cəmiyyətinin iddiası üzrə 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-76/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək “xxxx” açıq səhmdar cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında arasında bağlanmış müqavilələrin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikili (bina) komunikasiyası ilə birlikdə saz vəziyyətdə cavabdeh “Atropatena” qapalı səhmdar cəmiyyətindən geri alınması barədə qətnamə çıxarılmışdır."xxxx” açıq səhmdar cəmiyyətiilə “Atropatena” qapalı səhmdar cəmiyyəti, hazırki adı “xxxx" qapalı səhmdar cəmiyyəti arasında bağlanmış lizinq müqavilələrinin şərtinə əsasən, həmçinin Mülki Məcəllənin 748.2-1-ci maddəsinə əsasən “Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir”. 748-1.12.1-ci maddəsinə əsasən “lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə” həmçinin 748-1.12.4-cü maddəsinə əsasən “lizinq alan lizinq obyektindər istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ik dəfədən artıq ödəmirsə, lizinq obyektini mübahisəsiz geri almaq hüququ vardır” “Atropatena” qapalı səhmdar cəmiyyəti tərəfindən lizinq müqavilələrinin şərtləri mütəmadi olaraq dəfələrlə pozulduğu üçün lizinq verənə küllü miqdarda borclar yığılmış və nəticədə lizinq verənin iddiası əsasında bütün əmlakların lizinq verənə qaytarılması haqqında qanuni qüvvəsin almış qətnamələr mövcuddur. Sonda iddianın “xxxx” açıq səhmdar cəmiyyətinin xüsusi mülkiyyətində olan damazlıq heyvanlara və texnoloji avadanlıqlara dair hissəsində rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ xx xxxxxx 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh2 xx xxxx 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış və əvvəlki adı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti olmuşdur. Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, X12 vergi ödəyicisi kimi uçota alınaraq ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, «xxxx» qapalı səhmdar cəmiyyəti xx xxxxxx 1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış və əvvəlki adı “Atropatena” qapalı səhmdar cəmiyyəti olmuşdur. xx.xx.2016-cı il tarixli İ048KK16 saylı kredit müqaviləsinin surətindən görünür ki, "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ X9 24 ay müddətinə illik 8%-lə, 2.500.000 ABŞ dolları məbləğində kredit ayırmağı, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, müqavilə "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ , X12 və “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında xx.xx.2016-cı il tarixli 1048KK16 saylı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsi "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyəti qarşısında ipoteka ilə yüklü edilmiş, torpaq sahəsinin dəyəri 140000 manat müəyyən olunmuşdur. xx.xx.2016-cı il tarixli D1-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi”nin surətindən görünür ki, müqavilə "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ , X12 və “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında xx.xx.2016-cı il tarixli 1048KK16 saylı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 4.200.000 manat dəyərində 3207 baş iribuynuzlu heyvanlar (bioloji aktivlər) "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ qarşısında girov ilə yüklü edilmişdir. xx.xx.2016-cı il tarixli D2-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi”nin surətindən görünür ki, müqavilə "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ , X12 və “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında xx.xx.2016-cı il tarixli 1048KK16 saylı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 700.000 manat dəyərində Almaniya istehsalı “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ qarşısında girov ilə yüklü edilmişdir. xx xxxxxx 2016-cı il tarixli 4027 saylı pul çeki üzrə qəbzin surətindən görünür ki, X12 tərəfindən 1.050.000 ABŞ dolları "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli 1048KK16 saylı kredit müqaviləsi üzrə X7 öhdəliklərinin icrasını təmin etmək məqsədilə “xxxx” MMC-nin tam mülkiyyət hüququ ilə ona məxsus olan Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsi "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin adına ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxx 2018-ci il tarixli 4352 saylı “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” Bildirişin surətindən görünür ki, "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən Cavabdeh2nə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx xxxx 2018-ci il tarixli, 4420 saylı Bildirişin qeydə alınmasına dair Ərizədən görünür ki, "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən Cavabdeh2nə ünvanlanmış “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” bildirişin qeydə alınmasını xahiş etmişdir. xx xxxx 2014-cü il tarixli 08-LA/14 saylı “xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus heyvandarlıq kompleksi üçün avadanlıqların lizinqə verilməsi barədə” müqavilənin surətindən görünür ki, müqavilə “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış və müqaviləyə əsasən “xxxx" Açıq Səhmdar Cəmiyyəti 1.586.000 manat olan heyvandarlıq kompleksi üçün avadanlıqları 10 il müddətinə “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. xx xxxxxx 2012-ci il tarixli “Dövlət vəsaiti hesabına idxal olunmuş “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilənin surətindən görünür ki, müqavilə “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış və müqaviləyə əsasən “xxxx" Açıq Səhmdar Cəmiyyəti 376789,50 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 204 baş “Holştin-friz” cinsli damazlıq heyvanları “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. xx xxxxxx 2012-ci il tarixli 18-LD/12 saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilənin surətindən görünür ki, müqavilə “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış və müqaviləyə əsasən “xxxx" Açıq Səhmdar Cəmiyyəti 618656,85 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 339 baş “Holştin-friz” cinsli damazlıq heyvanları “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. xx xxxxx 2012-ci il tarixli 28-LD/12 saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilənin surətindən görünür ki, müqavilə “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış və müqaviləyə əsasən “xxxx" Açıq Səhmdar Cəmiyyəti 361730,50 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 187 baş “Holştin-friz” cinsli damazlıq heyvanları “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. xx xxxx 2012-ci il tarixli 61-LD/12 saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilənin surətindən görünür ki, müqavilə “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış və müqaviləyə əsasən “xxxx" Açıq Səhmdar Cəmiyyəti 727578,68 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 407 baş “Holştin-friz” cinsli damazlıq heyvanları “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. xx xxxxxx 2012-ci il tarixli 113-LD/12 saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilənin surətindən görünür ki, müqavilə “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış və müqaviləyə əsasən “xxxx" Açıq Səhmdar Cəmiyyəti 341958,19 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 198 baş “Holştin-friz” cinsli damazlıq heyvanları “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. xx xxx 2014-cü il tarixli 32-LD/14 saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilənin surətindən görünür ki, müqavilə “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış və müqaviləyə əsasən “xxxx" Açıq Səhmdar Cəmiyyəti 85778,24 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 68 baş “Holştin-friz” cinsli damazlıq heyvanları “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. xx xxxxxx 2016-cı il tarixli “Atropatena” qapalı səhmdar cəmiyyətinin X3 protokolundan çıxarışın surətindən görünür ki, X7 "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən alacağı 2.500.000 ABŞ dolları məbləğində kreditinin təminatı qismində “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsinin, likvid dəyəri 4.200.000 manat təşkil edən 3207 baş yerli və xarici cins iribuynuzlu heyvanların (bioloji aktivlərin) – dövriyyə mallarının, likvid dəyəri 700.000 manat təşkil edən “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlıq kompleksinin – dövriyyə mallarının girov qoyulmasına razılıq verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(82)- 76/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Atropatena” qapalı səhmdar cəmiyyətinə qarşı iddiasının qismən təmin edilməsi, cavabdeh “Atropatena” qapalı səhmdar cəmiyyətindən 118950 manat əsas borcun, 1796,1 manat cərimənin, həmçinin dövlət rüsumunun əvəzi kimi 27 manatın tutularaq “xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış müqavilələr ləğv edilərək, lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikili (bina) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə “Atropatena” qapalı səhmdar cəmiyyətindən geri alınması, “Atropatena” qapalı səhmdar cəmiyyətindən 16164,9 manat cərimənin “xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2-2(103)-165/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Atropatena” qapalı səhmdar cəmiyyətinə qarşı borcun ödənilməsi, müqavilənin ləğv edilərək lizinq obyekti olan damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-1254/2015 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 18-LD/12 saylı, xx xxxxx 2012-ci il tarixli 28-LD/12 saylı, xx xxxx 2012-ci il tarixli 61-LD/12 saylı, xx xxx 2012-ci il tarixli 50-LD saylı və xx xxxx 2012-ci il tarixli 62-LD/12 saylı müqavilələrə əsasən “xxxx" Açıq Səhmdar Cəmiyyəti 1869 baş “Holştin-friz” cinsli damazlıq heyvanları “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(81)- 127/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında xx xxxxxx 2016-ci il tarixli İ048KK16 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitmə tarixinə (xx xxxxxx 2018-ci il tarixinə), iddia ərizəsinin verilmə tarixinə (xx xxxx 2018-ci il tarixinə) və iddia ərizəsi üzrə əlavənin verilmə tarixinə (xx xxxx 2019-cu il tarixinə) bütün ödənişlər nəzərə alınmaqla cavabdeh X7 əsas borc, faiz borcu və cərimə borcu üzrə borc qalığı nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılmasıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 11981 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış xx xxxxxx 2016-cı il tarixli, İ048KK16 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2018-ci il tarixə olan cəmi borcu 694.830,51ABŞ dolları, o cümlədən əsas borc üzrə 685838,41 ABŞ dolları, faiz borcu üzrə 8992,10 ABŞ dolları, xx.xx.2018-ci il tarixə olan cəmi borcu 715.710,48ABŞ dolları, o cümlədən əsas borc üzrə 685838,41 ABŞ dolları, faiz borcu üzrə 29872,07 ABŞ dolları, xx.xx.2019-cu il tarixə olan cəmi borcu isə 732.170,60ABŞ dolları, əsas borc üzrə 685838,41 ABŞ dolları, faiz borcu üzrə 46332,19 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Rəydə qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2016-cı il tarixli İ048KK16 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixlərə cavabdeh X9 cərimə borcu hesablanmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin nümayəndələri və vəkillərinin, üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin iddiası qismən təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin iddiası rədd edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Atropatena” qapalı səhmdar cəmiyyətinin X3 xx xxxxxx 2016-cı il tarixli qərarı ilə X7 "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən alacağı 2.500.000 ABŞ dolları məbləğində kreditinin təminatı qismində “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsinin, likvid dəyəri 4.200.000 manat təşkil edən 3207 baş yerli və xarici cins iribuynuzlu heyvanların (bioloji aktivlərin) – dövriyyə mallarının, likvid dəyəri 700.000 manat təşkil edən “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlıq kompleksinin – dövriyyə mallarının girov qoyulmasına razılıq verilmişdir. "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ilə X12 arasında bağlanmış xx.xx.2016-cı il tarixli İ048KK16 saylı kredit müqaviləsinə əsasən "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ X9 24 ay müddətinə illik 8%-lə, 2.500.000 ABŞ dolları məbləğində kredit ayırmağı, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ , X12 və “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında xx.xx.2016-cı il tarixli 1048KK16 saylı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsi "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyəti qarşısında ipoteka ilə yüklü edilmiş və iddiaçının adına ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ , X12 və “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında xx.xx.2016-cı il tarixli D1-İ048KK16 saylı və xx.xx.2016-cı il tarixli D2-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqavilələri” bağlanmış və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 4.200.000 manat dəyərində 3207 baş iribuynuzlu heyvanlar (bioloji aktivlər) və 700.000 manat dəyərində Almaniya istehsalı “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ qarşısında girov ilə yüklü edilmişdir. X9 1.050.000 ABŞ dolları "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən ödənilmişdir. "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən xx xxxx 2018-ci il tarixli 4352 saylı “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” Bildirişlə Cavabdeh2nə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmiş və bu bildirişin qeydə alınmasını xx xxxx 2018-ci il tarixli, 4420 saylı Bildirişin qeydə alınmasına dair Ərizəylə Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə müraciət edilmişdir. “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında xx xxxx 2014-cü il tarixli 08-LA/14 saylı “xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus heyvandarlıq kompleksi üçün avadanlıqların lizinqə verilməsi barədə” müqavilə bağlanmış və müqaviləyə əsasən “xxxx" Açıq Səhmdar Cəmiyyəti 1.586.000 manat olan heyvandarlıq kompleksi üçün avadanlıqları 10 il müddətinə “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Atropatena” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2012-ci il tarixli 18-LD/12 saylı, xx xxxxx 2012-ci il tarixli 28-LD/12 saylı, xx xxxx 2012-ci il tarixli 61- LD/12 saylı, xx xxxxxx 2012-ci il tarixli 113-LD/12 saylı, xx xxx 2014-cü il tarixli 32-LD/14 saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilələrə əsasən “xxxx” açıq səhmdar cəmiyyəti 376789,50 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 204, 618656,85 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 339, 361730,50 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 187, 727578,68 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 407, 341958,19 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 198, 85778,24 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 68 baş “Holştin-friz” cinsli damazlıq heyvanları “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin iddiasına münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdehlər X1 müqaviləsinə əsasən əsas borc üzrə 686333,16 ABŞ dolları tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 11981 saylı rəyi ilə X7 "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödəməli olduğu borc 685838,41 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə X7 xx.xx.2016-cı il tarixli İ048KK16 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan əsas borcu 685838,41 ABŞ dolları məbləğində müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, X12 tərəfindən "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödəməli olduğu 685838,41 ABŞ dolları məbləğ X5 "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Məhkəmə, faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” xx.xx.2016-cı il tarixdə 24 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 11981 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli İ048KK16 saylıkredit müqaviləsi üzrə xx.xx.2018-ci iltarixə X7 faiz borcu 29872,07 ABŞ dolları təşkil edir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyindən işin hallına yanaşdıqda müəyyən edilir ki, cavabdehə hesablanmış faiz borcunun məbləği 46771,39 ABŞ dolları deyil, 29872,07 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ X5 faiz borcunu müqavilənin bitdiyi tarixə tələb etmək hüququna malik olduğundan ekspert rəyi ilə müəyyən olunmuş 29872,07 ABŞ dolları məbləğində faiz borcu X5 "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən X12 cərimənin ödənilməsi öhdəliyini götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 1209026,17 ABŞ dolları dəbbə pulu məbləği yaranmış 685838,41 ABŞ dolları borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 34291,92 ABŞ dolları həddində müəyyən edilməklə X5 tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ , X12 və “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən“xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olan Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsi X7 "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ qarşısında pul öhdəliyinin təmin edilməsi üçün ipotekaya qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrindəqeydiyyata alınmış və bu barədə RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən xx xxxx 2018-ci il tarixli 4352 saylı “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” Bildirişlə Cavabdeh2nə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmiş və bu bildirişin qeydə alınmasını xx xxxx 2018-ci il tarixli, 4420 saylı Bildirişin qeydə alınmasına dair Ərizəylə Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin tələbinin ödənilməsi üçün tutmanın "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ , X12 və “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi ilə "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin adına ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsinə yönəldilməsi barədə "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin iddia tələbi X7 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tələbin girov qoyulmuş əmlaklara yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2, üçüncü şəxs “xxxx” qapalı səhmdar cəmiyyətinin nümayəndələrinin izahatlarından və iş materiallarına əlavə olunan qüvvəyə minmiş məhkəmə qətnamələrindən müəyyən olunur ki, girov qoyulmuş əmlaklar (iri buynuzlu damazlıq heyvanlar və heyvandarlıq kompleksi üçün avadanlıq) “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus olmaqla, “Atropatena” qapalı səhmdar cəmiyyətinə (hazırki adı “xxxx” qapalı səhmdar cəmiyyəti) lizinqə verilmişdir. “Atropatena” qapalı səhmdar cəmiyyəti (hazırki adı “xxxx” qapalı səhmdar cəmiyyəti) tərəfindən həmin əmlakların dəyəri “xxxx” açıq səhmdar cəmiyyətinə tam ödənilmədiyindən, onlar “Atropatena” qapalı səhmdar cəmiyyətinin (hazırki adı “xxxx” qapalı səhmdar cəmiyyəti) mülkiyyətinə verilməmiş və hazırda “xxxx” açıq səhmdar cəmiyyətinin mülkiyyətindədirlər. “Atropatena” qapalı səhmdar cəmiyyəti (hazırki adı “xxxx” qapalı səhmdar cəmiyyəti) müqavilələr üzrə girov qoyan “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin (hazırki adı Cavabdeh2) təsisçisidir. Eyni zamanda xx.xx.2016-cı il tarixli D2-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi” ilə girov qoyulmuş 700.000 manat dəyərində Almaniya istehsalı “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Atropatena” qapalı səhmdar cəmiyyətinə lizinqə verilmiş 1.586.000 manat dəyərində olan heyvandarlıq kompleksi üçün avadanlıqların tərkib hissəsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli D1- İ048KK16 saylı və xx.xx.2016-cı il tarixli D2-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqavilələri” ilə girov qoyulmuş əmlaklar “xxxx” açıq səhmdar cəmiyyətinə məxsus olduğundan "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin tələbi həmin əmlaklara yönəldilə bilməz. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddiası ilə baglı məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilələr bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmiş, digər tərəfin onun qanunsuzlugunu bildiyi və ya bilməli olması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Mübahisələndirilən müqavilələr xx xxxxxx 2016-cı il tarixdə bağlanmış və protokoldan çıxarış isə xx xxxxxx 2016-cı il tarixdə tərtib edilmiş, lakin həmin tarixlərdən 2 ildən artıq müddət keçdikdən sonra “xxxx” Qapalı Səhmdar Cəmiyyəti hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası 349-cu maddəsinə əsasən hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Qeyd olunan Maddə hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olan bagladıgı əqdlərin etibarsız sayılması qaydasını tənzimləyir. Bu halda hüquqi şəxs öz hüquq qabiliyyətindən kənara çıxmaqla əqd baglayır ki, bunların etibarsız sayılması təbiidir. Lakin maddənin məzmunundan göründüyü kimi belə əqdlər digər tərəf onun qanunsuzlugunu bildiyi və ya bilməli olduqda etibarsız sayıla bilər. Hüquqi şəxsin öz fəaliyyət məqsədinə zidd olaraq bagladıgı əqd, digər tərəf onun qanunsuzlugunu bilmədiyi halda etibarsız sayıla bilməz. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. X16 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti keçməklə məhkəməyə müraciət etdiyindən onun iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin iddiası qismən təmin edilməli, X5 685838,41 ABŞ dolları əsas, 29872,07 ABŞ dolları faiz, 34291,92 ABŞ dolları cərimə olmaqla cəmi 750002,4 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilməli, tələb, ipoteka predmetinin ilkin satış qiyməti 140000 manat məbləğində müəyyən edilməklə Cavabdeh2nə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərracda satılmalı və əldə olunan vəsait X7 "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə olan borcunun ödənilməsinə yönəldilməli, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsi X5 tutulmalıvə iddia qalan hissədə rədd edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (750002,4 ABŞ dolları və 30 manat) iddia tələbinin (1942130,72 ABŞ dolları və 30 manat) 38,60 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 11,58 manat məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 18,42 manat məbləği isə iddiaçıya aid edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiası üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 56 manat məbləği cavabdehlərdən müştərək qaydada, qalan 89 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216,220,227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin iddiası qismən təmin edilsin. X5 685838,41 ABŞ dolları əsas, 29872,07 ABŞ dolları faiz, 34291,92 ABŞ dolları cərimə olmaqla cəmi 750002,4 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin. Tələb, ipoteka predmetinin ilkin satış qiyməti 140000 manat məbləğində müəyyən edilməklə Cavabdeh2nə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərracda satılsın və əldə olunan vəsait X7 "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə olan borcunun ödənilməsinə yönəldilsin, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsi X5 tutulsun. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 11,58 manat məbləği cavabdehlər X5 və "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən müştərək qaydada tutularaq "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin, qalan 18,42 manat məbləği isə "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə aid edilsin. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin iddiası qalan hissədə rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiası rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 56 manat məbləği cavabdehlər X5 və "Cavabdeh2" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən müştərək qaydada, qalan 89 manat məbləği isə "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22AZ34CTRE**********000 ******* saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar