Məhkəmə qərarları › İş №2-2(113)-36/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-36/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-36/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X8 Bağman qızının katibliyi ilə, Cavabdeh X11 X10 Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X5 Cavabdeh X11 X10 Cəmiyyətinə qarşı cavabdehdən xx.xx.2019-cu il tarixinə iddiaçı qarşısında yaranmış 12.287.994,71 manat əsas kredit, 179.014,42 manat faiz və 6.397.710,05 manat cərimə borcu olmaqla, cəmi 18.864.719,18 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı müqavilə üzrə müəyyən edilmiş öhdəlikləri icra etmədiyi üçün cavabdehin xx.xx.2018-ci il tarixinə iddiaçı qarşısında yaranmış 13142707,16 manat əsas kredit (bundan sonra 8.224.883,95 manat vaxtı keçmiş kredit), 98.388,89 manat faiz və 4.064.568,08 manat cərimə borcu olmaqla, cəmi 17.305.664,13 manat vəsaitin cavabdehin müxbir hesabı və digər əmlakları hesabına tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixinə iddiaçı qarşısında yaranmış 12.287.994,71 manat əsas kredit, 179.014,42 manat faiz və 6.397.710,05 manat cərimə borcu olmaqla, cəmi 18.864.719,18 manat borcun tutularaq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsionunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Qaydaların 1.3-cü və 3.5-ci bəndlərinə əsasən Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və X11 təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir, müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Bununla əlaqədar, ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Fondun vəsaitlərinin məqsədyönlü və səmərəli istifadəsi məqsədilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinin təmin edilməsi üçün qanununvericıliyə uyğun olaraq iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu ıl tarixli “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” bağlanmış müqavilə əsasında cavabdeh, iddiaçı tərəfindən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə müvəkkil kredit təşkilatı kimi seçilmişdir. “Cavabdehbank” açıq səhmdar cəmiyyətinin lisenziyası Azərbaycan Respublikasının Maliyyə X6 Direktorlar Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və məhkəmənin qərarına əsasən banka X3 ləğvedici kimi təyin edilmişdir. X3 və "Cavabdehbank” açıq səhmdar cəmiyyətinin səhmdarları arasında bankın X11 təşkilatına transformasiyası məsələsi razılaşdırılmış və Palataya müraciət edilmişdir. Palatanın məsələyə dair ilkin razılığı alındıqdan sonra bankın X11 təşkilatına çevrilməsi ilə bağlı X3 tərəfindən xx.xx.2016-cı il tarixində məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə ərizə təmin edilmişdir. Cavabdeh X11 X10 Cəmiyyətinin nizamnaməsi xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə “Cavabdehbank” Açıq Səhmdar Cəmiyyətinin məcburi ləğv prosesi dayandırılmış və X1 ləğvedici kimi fəaliyyətinə xitam verilmişdir. Cəmiyyət X11 təşkilatı kimi fəaliyyətə başlamaq üçün xüsusi icazə almaq məqsədilə xx.xx.2017-ci il tarixində Palataya müraciət etmişdir. X7 xx.xx.2017-ci il tarixli qərarına əsasən Cavabdeh X11 X10 Cəmiyyətinə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilmişdir. “Cavabdehbank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh X11 X10 Cəmiyyətinə transformasiyası ilə əlaqədar olaraq, “Cavabdehbank” Açıq Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında hüquq və vəzifələri cavabdehə keçirilməsi şərti ilə iddiaçı və cavabdeh arasında xx.xx.2017-ci il tarixli “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” yenidən müqavilə bağlanmışdır. Müqavilənin 5.8-cı bəndinə uyğun olaraq, müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq, Fondun müvafiq xəzinə hesabına ödəməlidirlər. Həmçinin, müqavilənin 3.5-ci və 3.18-ci bəndlərinə əsasən kredit vəsaiti üzrə faizlərin hesablanması güzəştli kredit vəsaitinin Fondun xəzinə hesabından silındiyi tarixdən başlayır və əsas borc üzrə son ödənişin Fondun xəzinə hesabına daxıl olduğu tarixədək davam edir. Faizlər günlər üzrə hesablanır və hesablanma zamanı 1 il 360 günə bərabər götürülür. Müvəkkil kredit təşkilatı Fondun vəsaitinin istifadəsi üzrə öhdəliklərini tam icra etməlidir. Ancaq ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində kredit təşkilatı xx.xx.2016-cı il tarixdən gecikmələrə yolvermiş və nəticədə Qaydaların və müqavilənin müvafiq bəndləri pozulduğuna görə öhdəliklərin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanılmışdır. Belə olan təqdirdə, kredit təşkilatı tərəfindən Fondla kredit təşkilatı arasında bağlanmış “Fondun vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Qaydaların və müqavilənin 6.1-cı bəndinə əsasən müvəkkil kredit təşkilatının Fond qarşısında öhdəliyi onun sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən kreditlərin qaytarılıbqaytarılmamasından asılı olmayaraq, müvəkkil kredit təşkilatı Fond qarşısında öz öhdəliklərini vaxtında yerinə yetirir. Müvəkkil kredit təşkilatı Fond qarşısında olan öhdəlikləri gecikdirdiyi təqdirdə, hər gün üçün 0,1% cərimə ödəməlidirlər Müvəkkil kredit təşkilatı 1 ay ərzində öhdəliklərinin icra etmədikdə. Fond vəsaitlərin qaytarılması üçün tədbirlər görür. Cavabdeh öhdəliklərini icra etmədiyi üçün xx.xx.2018-ci il tarixinə Fond qarşısında 13142707,16 manat əsas kredit, 98388,89 manat faiz və 4064 568,08 manat cərimə borcu olmaqla, cəmi 17305 664.13 manat öhdəliyi mövcuddur. Belə ki, cavabdeh tərəfindən 12387840.92 manat öhdəlik icra edilməyərək Fondun müvafiq xəzinə hesabına ödənilməmişdir. Hal-hazırda Fond tərəfindən faiz və cərimələrin hesablanması davam etdirilir. Öhdəliklərin yerinə yetirilməsi, borcun ödənilməsinə dair Fond tərəfindən edilmiş çoxsaylı rəsmi xəbərdarlıqlara baxmayaraq, kredit təşkilatı tərəfindən borcun tam qaytarılması təmin edilməmişdir. Göstərilənlər kredit təşkilatı tərəfindən götürülmüş vəsaitlərin qaytarılmasında risk dərəcəsini artıraraq öhdəliklərin gələcəkdə icrasını şübhə altına alır. Bu da kredit təşkilatının Fonda ümumi kredit borcunun da məhkəmə qaydasında tutulmasına zərurət yaradır. Fond dövlət qurumu olaraq kiçik və orta sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədilə mövcud qanunvericiliyə uyğun büdcə vəsaitlərindən formalaşan güzəştli kreditləri müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə, bu vəsaitlərin təyinatı üzrə istifadəsinə və geri qaytarılmasına nəzarəti həyata keçirir. Eyni zamanda, investisiya layihələrinə ayrılmış güzəştli kreditlərin geri qaytarılması zamanı xəzinə hesabında formalaşan vəsaitlər mövcud qanunvericiliyə uyğun olaraq yenidən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini icra edir. Pandemiya ilə əlaqədar cavabdehə olan ödənişlərdə də çətinliklər yaranmış, buna görə də cavabdehin iddiaçıya olan ödənişlərində azalmalar yaranmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən vəziyyətdən asılı olaraq iddiaçıya ödənişlər edilir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə “Cavabdehbank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” müqavilənin surətindən görünür ki, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” müqavilənin surətindən görünür ki, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş Fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsaitlərinin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. Qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, cavabdehin xx xxxxxx 2018-ci il tarixə iddiaçıya olan borcu, əsas kredit üzrə 12756242,71 manat, faiz üzrə 116727,36 manat təşkil etmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxx 2019-cu il tarixinə qalıq borcu, əsas kredit üzrə 12394507,58 manat, faiz üzrə 170206,97 manat, cərimə üzrə 6126487,76 manat təşkil etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(81)- 131/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə Cavabdeh BOKT ASC arasında Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə Cavabdeh X11 Təşkilatı ASC tərəfindən Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna nə qədər ödəniş etməsi, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə Cavabdeh BOKT ASC arasında Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə Cavabdeh X11 Təşkilatı ASC-nin xx.xx.2019- cu il tarixə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsibarədə suallar qoyularaq, ekspertizanın aparılmasıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 16953 saylı rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, Cavabdeh BOKT ASC-nin götürdüyü kreditin tarixi, məbləği və ödənişləri barədə cədvəl məlumatlarının doğruluğu məhkəmə tərəfindən nəzərə alınmaqla Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə Cavabdeh BOKT ASC arasında bağlanmış Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında xx xxxxx 2017-ci il tarixli müqavilənin və xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydaları əsasnaməsinin şətləri əsas götürülməklə Cavabdeh BOKT ASC-nin xx.xx.2019cu il tarixə fonda olan borcu 12.276.910,60 manat, o cümlədən əsas borc üzrə 12.276.569,59 manat, faiz borcu üzrə 341,02 manatməbləğində müəyyən olunur. Təqdim edilmiş cədvəl məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdən sonra fonda 168.000,00 manatməbləğində ödəniş edilmişdir. Hazırki tədqiqatla borc qalığının hesablanması xx.xx.2019-cu il tarixədək aparıldığından sonradan ödənilən 168.000,00 manatməbləğində ödəniş nəzərə alınmamışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə fonda aylıq ödənişlərin məbləğlərini müəyyən etmək mümkün olmadığından cərimə hesablamaq mümkün olmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx xxxx 2018-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və X11 təşkilatları (bundan sonra — müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq Fonda ödəməlidirlər. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsaitlərinin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2017-ci il tarixli “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu Müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” müqaviləyə əsasən əsas borc üzrə 12.287.994,71 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 16953 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu əsas borc 12.276.910,60 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, əsas borca aid hissədə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas borc üzrə ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə əsas borca aid hissədə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdehin “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” müqavilə üzrə iddiaçıya olan əsas borcu 12.276.910,60 manat məbləğində müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu 12.276.910,60 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 16953 saylı rəyində müqavilə üzrə xx.xx.2019-cu iltarixə cavabdehin iddiaçıya faiz borcu üzrə 341,02 manatolması müəyyən edilmişdir. Məhkəmə, faiz borcuna aid hissədə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən vəsaitlərin faizə görə aylar üzrə bölgüsü səhv göstərilmişdir ki, bu halda məhkəmə hesab edir ki, ekspert rəyi faiz borcu hissəsində sübut kimi qəbul edilə bilməz. Maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxx 2019-cu il tarixinə faiz üzrə qalıq borc 170206,97 manat təşkil etmiş, iddia ərizəsinə əlavədən görünür ki, faiz üzrə qalıq borcu xx xxxx 2019-cu il tarixə artaraq 179.014,42 manat olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 179.014,42 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş Fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsaitlərinin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 6.397.710,05 manat dəbbə pulu məbləği yaranmış 12.287.994,71 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 3.000.000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixinə 12.276.569,59 manat əsas kredit, 179.014,42 manat faiz və 3.000.000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlivə iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (15455584,01 manat) iddia tələbinin (18.864.719,18 manat) 81,92 faizini təşkil etdiyini nəzərə alaraq dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun 24,57 manat məbləği cavabdehdən tutulmalıdır. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 118,78 manat məbləği cavabdehdən, qalan 26,22 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X11 X10 cəmiyyətindən xx.xx.2019-cu il tarixinə 12.276.569,59 (on iki milyon iki yüz yetmiş altı min beş yüz altmış doqquz manat əlli doqquz qəpik) manat əsas kredit, 179.014,42 (yüz yetmiş doqquz min on dörd manat qırx iki qəpik) manat faiz və 3.000.000 (üç milyon) manat cərimə borcu tutularaq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna ödənilsin. Dövlət büdcəsinin nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun 24,57 (iyirmi dörd manat əlli yeddi qəpik) manat məbləği Cavabdeh X11 X10 cəmiyyətindən tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərclərinin 118,78 (yüz on səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləği Cavabdeh X11 X10 cəmiyyətindən, qalan 26,22 (iyirmi altı manat iyirmi iki qəpik) manat məbləği isə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar