Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-362/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, “X5 Pazarlama LTD” müəssisəsinin Cavabdeh3nə, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə və “Cavabdeh1 Mühendislik və Müşavirlik A.Ş”-yə (“Nooril- İman L.P” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı piyada keçidinin sökülərək təsdiq edilmiş layihəyə uyğun tikilməsi, yolun bərpasına şəraitin yaradılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X5 Pazarlama LTD” müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh1 Mühendislik və Müşavirlik A.Ş” tərəfindəne tərtib edilən layihə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olmadığından etibarsız hesab edilməsi, Cavabdeh3 MMC tərəfindən ünvan 1 ünvanında iddiaçıya məxsus fındıq emalı zavodunun girişi kimi mövcud olmuş və sökülmüş dəmir yolu üzərindən avtomobil yolu keçidinin və qazıntı işləri aparılmış ərazidə əvvəlki vəziyyətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan “X5 Pazarlama LTD” müəssisəsi iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda 2,5 ha özəl torpaq sahəsində “X5 Pazarlama LTD” şirkətinə məxsus fındıq emalı zavoduna girişi mövcud giriş yolunun bərpa olunması hissəsi əvəzinə həmin ərazidə dəmir yolunun altından keçən avtomobil yolu tunelinin inşa edilməsi tələbi ilə əvəz etmiş və tələb “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı da irəli sürülmüşdür. Sonradan “X5 Pazarlama LTD” müəssisəsi iddia tələbinin dəqişləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda 2.5 ha özəl torpaq sahəsində “X5 Pazarlama LTD” şirkətinə məxsus fındıq emalı zavodunun giriş qapısının önündə inşa edilmiş piyada keçidinin sökülməsi və müvafiq qaydada təsdiq edilmiş layihəyə uyğun tikilməsi “Körpü Bina Tikinti” NNC-nin üzərinə qoyulması, mövcud yolun təhlükəsizlik tələbini təmin edən mövcud şəhərsalma qaydalarına uyğun təsdiq edilmiş layihə əsasında bərpasına texniki cəhətdən əlaqələndirmə, tikinti işlərin aparılmasına şərait yaradılması “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 2,5 ha özəl torpaq sahəsində iddiaçıya məxsus fındıq emalı zavodu yerləşir. Həmin zavoda yeganə giriş dəmir yolu üzərində qurulmuş avtomobil yolu keçiddir. Zavodun ərazisi fərdi yaşayış evləri ilə əhatə olunduğundan buraya hər hansı bir başqa girişin açılması mümkün deyildir. Cavabdeh3 MMC ünvan 1 ünvanda 2,5 ha özəl trpaq sahəsində iddiaçı şirkətə məxsus fındıq emalı zavodunun qarşısında dəmir yolu üzərində avtomobil yolu keçidin və ona aid şlaqbaumları sökmüş, ətraf yerində qazıntı işlərinin aparılmaqla ərazidə piyada keçidi tikdiyini bildirmişdir. Araşdırmalar və cavabeh tərəfindən verilmiş sənədlər əsasında məlum olmuşdur ki, zavodun qarşısında olan ərazidə “Cavabdeh1 Mühendislik və Müşavirlik A.Ş”-nin tərtib etdiyi layihə əsasında yerüstü piyada keçidi tikilir. Layihənin sifarişçisi “xxxxxxxxxxxxxxxxxxxxxxxx QSC” dəmiryolunun üzərindən piyadalar üçün keçid tikilməsinin layihəsini sifariş etmişdir. Bununla belə, araşdırmalar zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə tikinti işlərin aparılmasına qanunvericiliyin tələbinə əsasən tələb olunan heç bir icazə verici sənəd, o cümlədən icra hakimiyyəti və Azərbaycan Respubikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi yoxdur və aparılan tikinti işləri qanuni hesab edilməs üçün bu komitənin Tikilən obyektlərin reysterinə daxil edilməmiş, ona müvafiq tikintiyə icazə ilə bağlı kod verilməmiş və bu səbəbdən tam qeyriqanunidir. Digər tərəfdən qeyd edilən layihənin yalnız texniki göstəricilərinin düzgün olduğunu bildirən “Dövlət ekspertiza razılaşdırılmışdır” kimi bir ştamp vurulmuş, lakin bu layihənin icra edilməsi üçün kifayət deyildir. Layihənin düzgün hazırlanmadığı ən azından ondan irəli gəlir ki, dəmir yolu üzərində salınan piyada körpüsü 3-cü şəxslərin hüquq və maraqlarına toxunmamalı, lakin hazırlanarkən ətraf ərazilərə uyğun şərait nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, iddianı təmin etmə tədbiri barədə qərardaddan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş şikayətdə qeyd olunmuşdur ki, dəmir yolu üzərində piyada keçidinin inşası avtomobil yol keçidinin üzərinə düşmür. Lakin ekspert rəyində piyada keçidinin məhz mövcud olmuş zavod ərazisinə gedən avtomobil yolu keçidinin üzərindən tikildiyi müəyyən olunmuşdur. Belə olduğu təqdirdə müəyyən olunur ki, Cavabdeh3 MMC tərəfindən layihədən kənar işlər görülmüşdür. Buna görə də layihəyə uyğun olmayan piyada keçidinin sökülməsi və təsdiq edilmiş layihəyə uyğun tikilməsi Cavabdeh3 MMC-nin üzərinə qoyulmalıdır. Zavoda girişin təmin edilməsi məqsədilə dəmir yolunun altından yeraltı keçidin tikilməsinin xərclərini müəyyən etmək üçün onlar tərəfindən ixtisaslanmış şirkətə müraciət olunmuş və görüləcək inşaat işlərinin həyata keçirilməsi üçün təqribən ******* manat olacağı bildirilmişdir. Fındıq emalı zavoduna mövcud olmuş yol keçidinin sahibi “X5 Pazarlama LTD” şirkətidir və həmin yol qanunvericiliyə uyğun olaraq özəl avtomobil yolları təsnifatına aiddir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, ərazidə aparılan işlər məhz “Bakı sərnişin – Sabunçu – Pirşağı – Surqayıt sərnişin – Xırdalan - Biləcəri - Bakı dairəvi dəmir yolunun yenidən qurulması layihəsi” çərçivəsində aparılır. Həmin layihə “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə – smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2018-ci il tarixli, 3767 №-li sərəncamında verdiyi təxirəsalınmaz tapşırıqların icrası məqsədilə həyata keçirilir və layihə üzrə aparılan tikinti işlərin Nazirlər Kabinetinin sərəncamı ilə icazə verilmişdir. Həm köhnə avtomobil yolu keçidi, həm də yeni tikilmiş yerüstü piyada keçidi “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin mühafizə zolağında yerləşir və mühafizə zolağının hüdudları 24 metr təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC özünə məxsus ərazidə tikinti işləri aparmağa haqlıdır. “X5 Pazarlama LTD” müəssisəsinə məxsus zavodun isə mühafizə zolağı ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə həmin avtomobil yolu keçidinin açılması ilə bağlı heç bir qərar və ya layişə təqdim olunmamışdır. Cavabdeh3 və “Cavabdeh1 Mühendislik və Müşavirlik A.Ş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - xx xxxx 2011-ci il tarixli, MA seriyalı, ******* saylı Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüquqları İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. - “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Respublikasının Baş nazirinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 153-S saylı məktubunda Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 07 mart tarixli, 3767 nömrəli sərəndamına əsasən Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənələrinin hazırlanması, əsaslı təmiri və tikintisi işlərinin həyata keçirilməsi cəmiyyətə həvalə edildiyi və işlərin icrasının vacibliyini nəzərə alaraq, Bakı şərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı şərnişin dairəvi dəmir yolu xətlərinin yenidən qurulması layihəsinə daxil olan stansiya binalarının, platformaların, yerüstü və yeraltı piyada keçidlərinin, avtomobil yollarında yerüstü və yeraltı keçidlərin və digər qurğuların tikintisinin sənədləşdirilməsi ilə bağlı müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. - xx xxx 2000-ci il tarixli 121/19 №li müqavilənin surətindən görünür ki, “Başkan” firması ilə Azərbaycan Dövlət X9 X1 arasında Bakıxanov – Böyükşor mənzilinin dəmir yolunun üzərindən keçidin əsaslı tikintisi üçün podrat müqaviləsi imzalanmışdır. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-5424 saylı məktubunda qeyd olunmuşdur ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən Avtomobil yollrının dəmir yolları ilə kəsişməsi müvfiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, yəni Azərbaycan Respublikasının Daxili İşlər Naziriyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agntliyi, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC, habelə Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi razılığı ilə, mövcud standart və normaların və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında həyata keçirilir. Əlavə edlmiş sənədlərdən göründüyü kimi “X7 Pazarlama LTD” şirkəti tərəfindən qeyd olunan ünvanda dəmir yolu xətti ilə eyni səviyyədə kəsişmədə tikilmiş avtomobil yolu keçidi üçün razılığın alınması ilə bağlı Azərbaycan Avrtomobil Yolları Dövlət Agentliyinə (o cümlədən “xxxxxxxxxxxxxxxxxx” Departamenti MMC, “xxxxxxxxxxxxx” ASC, “xxxxxxxxxxx” ASC) müraciət olunmamışdır. Belə olan halda fındıq emalı zavodunun qarşısında dəmir yolu xətti ilə eyni səviyyədə kəsişmədə tikilmiş avtomobil yolu keçidi qanunsuz hesab olunur. Həmçinin hazırkı vəziyyətdə zavoda giriş üçün alternativ yol məsələsi həmin ərazidə fındıq emalı zavodunun əsas girişinə aparan, Məmmədəli Şərifli küçəsinə çıxışa imkan verən Azər Manafov küçəsindən istifadə edilə bilər. 2 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadına əsasən ekspertiza təyin edilmişdir. Məhkəmə tikinti – texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 17947 saylı rəyində qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən “X8 Pazarlama LTD” şirkətinə məxsus obyektin qarşısında piyada keçidinin inşasına dair müvafiq qaydada təsdiq edilmiş layihə sənədləri təqdim edilmədiyindən bu sualın cavablandırılması mümkün olmadığı, tədqiq olunan sahədə iri tonajlı avtomobillərin zavodun ərazisinə keçidi üçün dəmiryolun üzərində mövcud olmuş avtomobil yol keçidinin faktiki olaraq söküldüyü və həmin sahədə yerüstü piyada keçidinin inşaası ilə bağlı tikinti işləri aparılaraq tökmə dəmir-beton dayaq elementləri quraşdırıldığı müəyyən edildiyi, faktiki vəziyyətdə həmin sahədən zavodun ərazisinə nəqliyyat vasitələrinin, o cümlədən iri tonnajlı avtomobillərin keçidi müm olmadığı, tədqiq olunan əraziyə iri tonnajlı avtomobillərin keçidi mövcud dəmir yolunun altından tikinti norma və qaydalarına əsasən keçidyolu inşa edilməsi ilə mümkün ola biləcəyi, zavodun yerləşdiyi ərazinin yaxınlığından keçən (Məmmədəli Şərifli küçəsi tərəfdən) yalnız bir məhəllə daxili küçə olduğu, küçənin relyefi maili olmaqla, eni giriş hissədə 4.9 metr, orta hissələrdə 4.6-5.4 metr, zavodun ərazisinə yaxın hissələrdə isə təqribən 10 metr, küçənin mailliyi isə yerlərdən asılı olaraq 25-30 dərəcə təşkil etdiyi müəyyən olunduğu, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəyin məlumatlarını, eləcə də baxış zamanı müəyyən edilmiş məlumatları nəzərə alaraq, tədqiq olunan zavodun ərazisinə iri tonajlı avtomobillərin girişi üçün digər istiqamətdən (Məmmədəli Şərifli küçəsi tərəfdən məhəllədaxili küçə) alternativ yolun çəkilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarxli 16 nömrəli qərarı ilə təsdiq olunmuş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qanunun tələblərinə uyğun olmadığının müəyyən edildiyi qeyd olunmuşdur. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 434 saylı eksprt rəyi təqdim olunmuşdur. Həmin ekspert rəyində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərə əsasən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “X8 Pazarlama LTD” şirkətinin giriş yolunun üzərində “Cavabdeh1 Mühendislik və Müşavirlik A.Ş” tərəfindən tərtib edilən layihə əsasında inşa edilən üst piyada keçidinin yerləşdiyi sahənin 32 ədəd koordinatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2019-cu il tarixli, 644s saylı sərəncamı ilə tikintisinə icazə verilmiş obyektlərin tikinti sahələrinin və tikinti ərazilərinin döngə nöqtələrinin koordinatlarının siyahısına daxil olmaması müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən üst piyada keçidi “Cavabdeh1 Mühendislik və Müşavirlik A.Ş” tərəfindən tərtib edilən KM 09+400 üst piyada keçidi statik tətbiq layihəsi əsasında inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2019-cu il tarixli, 644s saylı sərəncamı ilə tikintisinə icazə verilmiş obyektlərin tikinti sahələrinin və tikinti ərazilərinə aid əlavədə “X8 Pazarlama LTD” şirkətinin giriş yolunun üzərində hazırda inşa edilmiş üst piyada keçidinin tikintisinə icazə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci bəndinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə və ya baqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 15-ci bəndinə əsasən xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektərinin möhləmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən avtomobil yollarının dəmir yolları ilə kəsişməsi müvfiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, yəni Azərbaycan Respublikasının Daxili İşlər Naziriyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agntliyi, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC, habelə Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi razılığı ilə, mövcud standart və normaların və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında həyata keçirilir. Həmin Qanunun 18-ci maddəsinin 5-ci abzasına əsasən eyni səviyyəli dəmir yollarından keçən avtomobil yol keçidlərinin bağlanması və açılması haqqında qərarlar dəmir və avtomobil yolları mülkiyyətçirlərinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılığı və yerli icra hakimiyyəti orqanları tərəfindən qəbul olunur. İşin hallarından göründüyü kimi “X7 Pazarlama LTD” şirkəti tərəfindən qeyd olunan ünvanda dəmir yolu xətti ilə eyni səviyyədə kəsişmədə tikilmiş avtomobil yolu keçidi üçün razılığın alınması ilə bağlı aidiyyatı orqanlara müraciət olunmamışdır. Belə olan halda fındıq emalı zavodunun qarşısında dəmir yolu xətti ilə eyni səviyyədə kəsişmədə tikilmiş avtomobil yolu keçidi qanunsuz hesab olunur, yəni müvafiq orqanların razılığı almadan inşa edildiyindən hazırkı mübahisə üzrə iddiaçının subyektiv hüququ mövcud deyildir. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “X5 Pazarlama LTD” müəssisəsinin Cavabdeh3nə, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə və “Cavabdeh1 Mühendislik və Müşavirlik A.Ş”yə qarşı piyada keçidinin sökülərək təsdiq edilmiş layihəyə uyğun tikilməsi, yolun bərpasına şəraitin yaradılması barədə iddiası rədd edilsin. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti “X5 Pazarlama LTD” müəssisəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-362/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-362/2020
21.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver