Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3623/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “bildirişlərin etibarsız hesab edilməsi və müqavilə üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh MMC, "xxxx" MMC, "xxxx" MMC-yə (bundan sonra-cavabdehlər) “müqavilə müddətinin uzadılması, bildirişin etibarsız hesab edilməsi və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin 05 fevral 2025-ci il tarixli, 2040 nömrəli bildirişinin etibarsız hesab edilməsi, İddiaçı MMC-nin 11 fevral 2025-ci il tarixli müqavilənin bağlanmasına (müddətinin uzadılmasına) dair təklifinin (ofertasının) cavabdeh "xxxx" MMC tərəfindən rədd edilməsinin əsassız olduğunun müəyyən edilməsi, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı birgə fəaliyyət müqaviləsinin müddətinin uzadılmış hesab edilməsi, cavabdeh Azercell Telekom MMC tərəfindən 14 iyul 2011-ci il tarixli, 2011-0824 saylı birgə fəaliyyət müqaviləsi üzrə öhdəliklərin icra edilməsi, cavabdeh "xxxx" MMC-nin 07 fevral 2025-ci il tarixli, 3-27-110/2- 454/2025 nömrəli bildirişinin etibarsız hesab edilməsi, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış BTRİB MUŞ/05 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin müddətinin uzadılmış hesab edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən BTRİB MUŞ/05 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə öhdəliklərin icra edilməsi, Cavabdeh MMC-nin 07 fevral 2025-ci il tarixli, 3-27-108/2-622/2025 nömrəli bildirişinin etibarsız hesab edilməsi, İddiaçı MMC ilə cavabdeh "Aztelekom” MMC arasında bağlanmış 07 iyun 2011-ci il tarixli, 2/999 saylı müqavilənin müddətinin uzadılmış hesab edilməsi, Cavabdeh MMC tərəfindən 07 iyun 2011-ci il tarixli, 2/999 saylı müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2721/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Ülkər Həsənova) İddiaçı MMC-nin cavabdehlər Cavabdeh MMC, "xxxx" MMC, "xxxx" MMC-yə qarşı “müqavilə müddətinin uzadılması, bildirişin etibarsız hesab edilməsi və sairə” tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə müddətinin uzadılması, bildirişin etibarsız hesab edilməsi və sairə” tələbinə dair iddiası və İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə müddətinin uzadılması, bildirişin etibarsız hesab edilməsi və sairə” tələbinə dair iddiası ayrıca icraatlara ayrılması qərara alınmışdır. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Aztelekom MMC-nin 07 fevral 2025-ci il tarixli, 3-27-108/2-622/2025 nömrəli bildirişinin etibarsız hesab edilməsi, iddiaçı Star Number MMC ilə cavabdeh Aztelekom MMC arasında bağlanmış 07 iyun 2011-ci il tarixli, 2/999 sayb müqavilənin müddətinin uzadılmış hesab edilməsi və cavabdeh Aztelekom MMC 07 iyun 2011-ci il tarixli, 2/999 saylı müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il tarixə saat 12:40-a və xx.xx.2025ci il tarixə saat 12:15-ə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçının nümayəndəsinin məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfə 2 məhkəmə hazırlıq iclaslarinin yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi heç bir məhkəmə hazırlıq iclasına gəlməmişdir və iclaslarda iştirak etməklərinin üzürlü səbəbdən mümkün olmamasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “bildirişlərin etibarsız hesab edilməsi və müqavilə üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №2-2(113)-3623/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3623/2025
22.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver