Məhkəmə qərarları › İş №2-2(113)-369/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-369/2025

12.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-369/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə (X11, Həmidov Silahəddin Sadəddin oğlu, X12, Həmidzadə Vüsal Silahəddin oğluna və Şəki rayon İcra və Probasiya Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı «protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində bağlanılmış hesab edilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərrac protokolunun imzalanmış hesab edilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə (X11, Həmidov Silahəddin Sadəddin oğlu, X12, Həmidzadə Vüsal Silahəddin oğluna və Şəki rayon İcra və Probasiya Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı «protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində bağlanılmış hesab edilməsi» tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-6471/2013 qətnaməsinə əsasən tutmanın yönəldiyi, Həmidov Silahəddin Sadəddin oğlu tərəfindən ipoteka qoyulmuş Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m. olan 32 nömrəli fərdi yaşayış evi və X12 tərəfindən ipoteka qoyulmuş Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv.m. ümumi, 225 kv.m. köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin ipoteka saxlayan LPO İddiaçı ASC tərəfindən əldə edilməsi barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 12 sentyabr 2018-ci il tarixli, 2(103)-459/2018 nömrəli İcra vərəqəsinə əsasən, cavabdeh X1 24 oktyabr 2012-ci il tarixdən 24 oktyabr 2016-cı il tarixədək yaranmış 165143 (bir yüz altmış beş min bir yüz qırx üç) manat məbləğində əsas, 34169,16 (otuz dörd min bir yüz altmış doqquz manat 16 qəpik) manat məbləğində faiz, 24 oktyabr 2016-cı il tarixdən 17 aprel 2017-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 (üç min yeddi yüz otuz doqquz) manat faiz borcu "xxxx" ASC-nin xeyrinə tululmalı, məhkəmə məsrəfini təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat X1 tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməli, tutma Həmidov Silahəddin Sadəddin oğlunun, X7 və X2 mülkiyyətində olan ipotekaya qoyulmuş müvafiq olaraq Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m. olan 32 nömrəli fərdi yaşayış evinə və 0,027 ha torpaq sahəsinə, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv.m. yaşayış, 225 kv.m. köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m. olan qeyriyaşayış sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri-yaşayış sahəsinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, realizə edilmiş fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri-yaşayış sahəsinin dəyərindən cavabdeh X4 İddiaçı ASC-yə və "xxxx" MMC-yə olan borcu və məhkəmə xərcləri ödənildikdən sonra həmin əmlakların hər birinin ayrı-ayrılıqda satışından qalan pul vəsaitləri müvafiq olaraq cavabdehlər Həmidov Silahəddin Sadəddin oğluna, X9 və X5 qaytarılmalı, ipoteka predmetini təşkil edən Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və 0,027 ha torpaq sahəsinin ilkih satış qiyməti 158000 manat, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv.m yaşayış, 225 kv.m. köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 80000 manat, Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri-yaşayış sahəsi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmalı, cavabdeh X1 apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 (bir yüz iyirmi) manat tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunmuş icra vərəqəsi icra olunması üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş və Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Hikmət Umudlunun icraatına qəbul edilmişdir. Qeyd edək ki, keçirilmiş hərrac prosesi barədə ipoteka saxlayan İddiaçı ASC lazımı qaydada məlumatlandırılmamışdır. Nəticədə İddiaçı ASC-nin müflis elan olunması və banka ləğvedici təyin olunması barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərar qəbul olunduqdan sonra ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu yuxarıda qeyd olunmuş icra vərəqəsinin icra vəziyyəti ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə sorğu göndərmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 10458/01 saylı cavab məktubundan görünür ki, icra vərəqəsində qeyd olunmuş əmlakların satılması üçün "xxxx" MMC-yə sifariş verilmiş, əmlakların alıcısı olmadığından satılmamış və qeyd olunan səbəbdən hərrac təşkilatı xx.xx.2020-ci il tarixli, 226 saylı məktubla uyğun qərar qəbul edilməsi üçün işi icra və probasiya şöbəsinə geri qaytarmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, hazırki iddia tələbimizin hüquqi əsasını Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 nömrəli qərardadı təşkil edir. Qərardadda konkret olaraq göstərilir ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, "xxxx" MMC tərəfindən yuxarıda qeyd olunmuş əmlaklara dair açıq hərrac baş tutmamış, hərrac təşkilatı isə hərracın sənədlərini icra şöbəsinə geri qaytarmışdır. Halbuki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Bu o deməkdir ki, ipoteka predmetinin realizə olunması ilə bağlı açıq hərracın keçirilməsi qaydalarını tənzimləyən hüquq normaları açıq hərracdan satılmamış (hərracı baş tutmamış) ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayana 30 gün möhlət verir. Həmin müddət isə təkrar hərracın baş tutmamış elan edildiyi gündən hesablanır. İndiki halda isə hərrac təşkilatı təkrar hərracın baş tutmaması barədə elan verməmiş, hərracın nəticələrinə dair yekun protokolu imzalanması üçün ipoteka saxlayana təqdim etməmiş və bu barədə ümumiyyətlə tələbkar banka məlumat verməmişdir. Təsadüfi deyil ki, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlaklardan biri - X2 mülkiyyətində olan, Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28,8 kv.m. olan qeyri-yaşayış sahəsi bankın razılığı ilə satılmış və qətnamə ilə qət olunmuş borc məbləğinin bir hissəsi bağlanmışdır (Kredit komitəsinin protokolunun surəti əlavə olunur). Çünki ipoteka saxlayan İddiaçı ASC hərracın baş tutmaması barədə məlumatlı olsaydı, qeyd olunan əmlaklarla bağlı protokolların tərtib olunmasını və imzalanmasını cavabdeh hərrac təşkilatından tələb edər və ipoteka predmetlərini əldə edərdi. Göründüyü kimi, hərrac protokolunun qanunla müəyyən edilmiş müddətdə imzalanmaması tələbkar İddiaçı ASC-nin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Protokolun vaxtında imzalanmaması məhz hərrac təşkilatının məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipoteka predmetinin tələbkar tərəfindən vaxtında əldə edilməsini əngəlləmişdir. Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 nömrəli qərardadında qeyd olunur ki, məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Nəzərə alınmalıdır ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əmlakın mülkiyyətçisi, və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Bu baxımdan, qanunla müəyyən edilmiş qaydada protokolu imzalamaq vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması müqavilə bağlamağa məcburetmə deyil, qanunla hərrac təşkilatının üzərinə qoyulmuş vəzifənin icra etməyə məcburetmə kimi qiymətləndirilməlidir. Bu isə, Mülki Məcəllənin müqavilə bağlamağa məcburetməni qadağan edən 390.3-cü maddəsi ilə hər hansı ziddiyyət təşkil etmir. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. Bütün qeyd olunanlar bir daha onu göstərir ki, yuxarıda qeyd olunmuş ipoteka predmetlərinin tələbkar bank tərəfindən təkrar hərracın baş tutmaması barədə elan dərc edildikdən 30 gün ərzində əldə edə bilməməsi məhz hərrac təşkilatının səhlənkarlığı üzündən baş vermişdir. Nəticədə ipoteka saxlayan LPO İddiaçı ASC “İpoteka haqqında” qanunun 43.7-ci maddəsində qeyd olunmuş subyektiv hüququnu həyata keçirə bilməmişdir.

3. Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-2(009)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Həmidov Silahəddin Sadəddin oğlu tərəfindən ipoteka qoyulmuş Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m olan 32 nömrəli fərdi yaşayış evi və X12 tərəfindən ipoteka qoyulmuş Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124.4 kv.m ümumi, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin ipoteka saxlayan LPO İddiaçı ASC tərəfindən əldə edilməsi barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-dən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2716/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən vəsatət təmin edilmiş, Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə qarşı «protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində bağlanılmış hesab edilməsi» tələbinə dair mülki iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Daha sonra üçüncü şəxslər Həmidzadə Vüsal Silahəddin oğlu və X13 məhkəməyə eyni məzmunlu etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun bağlanılmış hesab edilməsi” tələbinə dair hazırki etirazdakı dəlillərin, izahat və mülahizələrin nəzərə alınmasını və İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun bağlanılmış hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər.

6. Etiraz ərizələri onunla əsaslandırılmışdır ki, MPM-in 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. MPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun bağlanılmış hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etirazlarını bildirir, hesab edirik ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir: Belə ki, iddiaçı məhkəməyə müaciət edərək bildirir ki, hərrac təşkilatı təkrar hərracın baş tutmaması barədə elan verməmiş, əmlakı tələbkara təklif etməmiş və hərracın nəticələrinə dair yekun protokolu imzalaması üçün ipoteka saxlayana məlumat verməmişdir. Halbuki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2019-ci tarixli Hərrac bildirişindən müəyyən edilir ki, Həmidov Silahəddin Sadəddin oğlunun, X8 və X2 mülkiyyətində olan əmlakların müvafiq olaraq satış qiymətləri 23800 manat, 68000 manat və 134300 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2019- cu il tarixdə saat 11:00-da təkrar hərrac təyin edilmişdir. Bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq elan verilmiş, tərəflərə bildiriş göndərilmiş və bu barədə “Market” qəzetinin müvafiq sayında elanlar dərc edilmişdir. Bununla yanaşı, “Market” qəzetinin xx.xx.2019cu il tarixli sayının 11-ci səhifəsindən də görünür ki, qeyd olunan əmlakların LOT 309/1, LOT 309/2, LOT 309/3 üzrə 25 iyun 2019-cu il tarixlərində keçirilmiş hərraclarının baş tutmaması barədə KİV-də elan verilmişdir. Başqa sözlə, qəzetin istinad olunan sayının qeyd olunan səhifəsində 25 iyun 2019-cu il tarixdə keçirilmiş təkrar hərraclarının baş tutmaması barədə elan verilmiş əmlaklar siyahısında Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m. olan 32 nömrəli fərdi yaşayış evinə və 0,027 ha torpaq sahəsinin, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv.m. yaşayış, 225 kv.m. köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin, eləcə də Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m. olan qeyri-yaşayış sahəsinin də sadalandığı aşkar surətdə görünür. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun: 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitələrində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə almaq hüququ məhz təkrar hərracın baş tutmamış elan edilməsi ilə şərtləndirilmiş, elanın verilmə forması isə məhz “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsində müəyyən edilmiş formada təsbit edilmiş, bunun üçün hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitələrində məlumat dərc edilməsi tələbi müəyyən edilmişdir. Göründüyü kimi hərrac təşkilatı qanunvericiliyin tələbinə riayət edərək hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitələrində bununla bağlı məlumat dərc etdirmiş, həmin məlumatın dərc olunduğu tarixdən etibarən ipoteka saxlayan bankın əmlakı “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində müəyyən edilmiş qaydada əldə etmək hüququ yaranmış, həmin tarixdən etibarən isə 30 günlük kəsici müddətin axımı başlamışdır. İpoteka saxlayan isə müəyyən edilmiş həmin müddətdə bu hüququndan istifadə edilməsi istiqamətində heç bir addım atmamış, heç bir tədbir görməmiş, məhz mülkiyyətçilər ipotekaya xitam verilməsi barədə iddia qaldırdıqdan sonra hüquqlardan sui-istifadə edərək belə bir tələb irəli sürmüşdür. Həmçinin, iş materiallarından görünür ki, Şəki rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin məhkəməyə geri qaytarılması barədə 17 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, icrası mümkün olmayan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi Bakı Apellyaisya Məhkəməsinə geri qaytarılmışdır. “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, üzərindən 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, hazırki iş üzrə iddiaçı, həmin icra sənədi üzrə tələbkar- ipoteka saxlayan bank tərəfindən Şəki rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin məhkəməyə geri qaytarılması barədə 17 avqust 2020-ci il tarixli qərarından məhkəməyə şikayət verilməmiş, həmin qərar hər hansı bir formada mübahisələndirilməmişdir. Bu isə hal-hazırda qüvvədə olan həmin qərarın qanuniliyi və əsaslılığı prezumpsiyasına dəlalət edir. Başqa sözlə, icra şöbəsi tələbkarın “İpoteka haqqında” Qanunun 43.7-ci və 43.8-ci maddələrində müəyyən edilmiş hüquqlarından istifadə etmədiyini, icra sənədinin icrasına etinasız yanaşdığını, əmlakın əldə edilməsi istiqamətində heç bir addım atmadığını müəyyən edərək icra sənədinin qeyd olunan əsaslarla məhkəməyə qaytarılmasını qərara almış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilmişdir. Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 saylı 14 dekabr 2022-ci il tarixli Qərardadında məhkəmə tərkibinin mübahisəli məsələ ilə bağlı hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “18. İlk növbədə qeyd edilməlidir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına gətirib çıxara bilər. Bu səbəbdən hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən ipoteka saxlayan tərəfindən ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi və ya həmin müddətdən sonra əldə etdiyi halda mülkiyyətçi kimi ipotekaya xitam verilməsini tələb etmək imkanının mövcudluğundan əmin olmalıdır. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir. 22. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılmasının mümkün olmadığı və ipoteka saxlayanın əmlakı əldə etmədiyi halda işə düşür. Ona görə də qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün aşağıdakı zəruri əsaslar məcmu halda mövcud olmalıdır: 1) ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi; 2) hər iki hərracın baş tutmamış elan olunması; 3) təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi. 34. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 39. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir. 40. Analoji mübahisələrə baxılarkən məhkəmələrin “İcra haqqında” Qanunun ipoteka saxlayana əmlakı qəbul etməsi ilə bağlı təklifin göndərilməsinə dair 53.3-cü maddəsinə əsaslanması maddi hüquq normalarının düzgün tətbiq olunmaması kimi qiymətləndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 53-cü maddəsi ipoteka predmetinə tutma qaydalarını deyil, üzərinə həbs qoyulmuş əmlakın satılması məsələlərini nizama salır. 59. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. İş materiallarından ipoteka saxlayan bankın ipoteka predmetlərinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük kəsici müddət ərzində nəinki bütün zəruri tədbirlər görməsi və ya protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etməsi, heç ümumiyyətlə bu istiqamətdə hər hansı addım atması, tədbir görməsi müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, iddiaçı iddia ərizəsində hərrac təşkilatının sözügedən əmlakların bank tərəfindən əldə edilməsində maraqlı olmamasını, buna mane olmasını və ya sair formada protokolun imzalanmasından yayındığını və ya imtina etdiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Beləliklə ağlabatan mühakimə əsasında müəyyən etmək mümkündür ki, sözügedən əmlakların bank tərəfindən əldə edilməsinə mane olmaq, bununla bağlı protokolun imzalanmasından yayınmaq üçün hərrac təşkilatının heç bir motivi, məqsədi mövcud olmamış, əksinə hərrac təşkilatı əmlakların əldə edilməsi istiqamətində mümkün olan, qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmiş, bankın ləğvedicisi isə əmlakların əldə edilməsi, bununla bağlı protokolların imzalanmasından yayınmış, bu istiqamətdə heç bir real addım atmamış, görünür ki, ləğvedici əmlakları borc əvəzinə əldə etməkdə maraqlı olmamış, lakin onu iddiaçının ipotekaya xitam verilməsi tələbi ilə itirməyə də razı olmamışdır. Yəqin ki, bankın ləğvedicisi sözügedən əmlakların əldə olunması ilə müvafiq vergi, mühasibat uçotu və s. fiskal öhdəlikləri daşımaqda maraqlı olmamış, əmlakın perspektivdə realizə imkanları, daşınmaz əmlak bazarında dalğalanmalar, alıcılıq qabiliyyəti, habelə satış xərcləri və kreditorların (banka qarşı tələblərin) tələblərinin icrası baxımından kreditin əmlak və ya natura qaydasında deyil məhz likvid pul vəsaiti formasında ödənişində maraqlı olmuş, bu baxımdan sözügedən əmlakları əldə etməklə borcu silməkdə maraqlı olmamış, ona görə əmlakları əldə etmək istiqamətində heç bir real addım atmamış, lakin ipoteka qoyanın ipotekaya xitam verilməsi barədə digər məhkəmədə iddia qaldırdığını görüb ipoteka hüququnu itirməmək üçün hazırki iddia tələbini irəli sürmüş və güya əmlakları əldə etməkdə maraqlı olduğunu və hərrac təşkilatının buna mane olduğuna dair fon, imitasiya yarartmağa çalışmışdır. Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 saylı 14 dekabr 2022-ci il tarixli Qərardadının: 61-ci paraqrafında qeyd olunmuşdur ki, “Bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir. 62-ci paraqrafında isə qeyd olunmuşdur ki, “Mülki Məcəllənin vicdanlılıq prinsipini özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” Göründüyü kimi işdə olan materiallarda hərrac təşkilatının bankla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halını təsdiq edən hər hansı sübut, yazışma mövcud deyil. Təkcə onu qeyd etmək kifayətdir ki, bankın ləğvedicisi təkrar hərracın baş tutmaması barədə elan dərc edildikdən ötən 5 illik müddət ərzində həmin əmlaklarla bağlı bircə dəfə də hər hansı yazışma aparmamış, hərrac təşkilatına hər hansı məktub belə ünvanlamamışdır. Əgər hərrac təşkilatı tərəfindən sözügedən əmlakların əldə edilməsi ilə bağlı protokolun imzalanmasından imtina və ya yayınma halları baş vermiş olsa idi ləğvedici qeyd olunan halları aktlaşdırmış olardı və ya həmin halların baş verməsinə dair icra sənədi üzrə icraatı aparan icra şöbəsinə - hərracın sifarişçisinə bununla bağlı şikayət və ya məktub ünvanlamış olardı, yaxud elə hərrac təşkilatının özünə müvafiq protokolun imzalanması tələbi ilə müraciət etmiş olardı. İcra işi materiallarından da görünür ki, tələbkar tərəfindən “İcra haqqında” Qanunun 26- cı maddəsində müəyyən edilmiş qaydada nə icra sənədinin icrasına nəzarət qaydasında məhkəməyə və ya icra qurumunun rəhbərliyinə hərrac təşkilatının “hərəkətsizliyi” ilə bağlı hər hansı şikayət, müraciət və s. daxil olmamışdır. İstinad olunan Qərardadın 59-cu paraqrafında şərh olunmuşdur ki, “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.” Ən azından belə hal doğurdan da baş vermiş olsa idi ipoteka saxlayan bankın ləğvedicisi belə iddia tələbini indi, məhz ipoteka qoyanın ipotekaya xitam verilməsi barədə digər məhkəmədə iddia qaldırmasından sonra yox, məhz ötən 5 il ərzində irəli sürmüş olardı. Ona görə də hesab edirik ki, hazırki iddia tələbi həm vicdanlılıq prinsipinə, həm də vahid məhkəmə təcrübəsindəki izahlara zidd olduğundan rədd edilməlidir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ipoteka qoyanın müraciətə əsasən 3 əmlakdan 1 əmlak girovdan azad edilmişdir. Hərracların keçirilməsini tanıyırlar. Ali məhkəmənin plenum qərarından sonra bu iddianı qaldırmaq imkanları yaranıb.

8. Cavabdehə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

9. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 12 sentyabr 2018-ci il tarixli 2(103)-459/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh X1 24 oktyabr 2012-ci il tarixdən 24 oktyabr 2016-cı il tarixədək yaranmış 165143 manat məbləğində əsas, 34169,16 (otuz dörd min yüz altmış doqquz manat 16 qəpik) manat məbləğində faiz, 24 oktyabr 2016-cı il tarixdən 17 aprel 2017-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 manat faiz borcu “Atabank" ASC-nin xeyrinə tutulmalı, məhkəmə məsrəfini təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manatın X3 tutularaq “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesablaşma hesabına köçürülməli, tutmanın Həmidov Silahəddin Sadəddin oğlunun, X8 və X2 mülkiyyətində olan ipotekaya qoyulmuş müvafiq olaraq Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m olan 32 tıömrəli fərdi yaşayış evinə və 0,027 ha torpaq sahəsinə, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri-yaşayış sahəsinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, realizə edilmiş fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri-yaşayış sahəsinin dəyərindən cavabdeh X4 “Atabank" ASCyə və “Əmlak Ekspert Mərkəzi" MMC-yə olan borcu və məhkəmə xərcləri ödənildikdən sonra həmin əmlakların hər birinin ayrı-ayrılıqda satışından qalan pul vəsaitləri müvafiq olaraq cavabdehlər Həmidov Silahəddin Sadəddin oğluna, X9 və X5 qaytarılmalı, ipoteka predmetini təşkil edən Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və 0,027 ha torpaq sahəsinin Hkinliİfi^qiyməti 158000 manat, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha törpqq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən İbarət 21nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 80000 manat, Şəki fəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşaş sahəsinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evləri, evlərin yerləşdiyi torpaq sahələri, həmçinin qeyri-yaşayış sahəsi hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmalı, cavabdeh X1 apellyasiya baxışında keçirilir; ekspertiza tədqiqatının dəyəri olaraq 120 (yüz iyirmi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

12. Şəki rayonu üzrə icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixində icraata başlama haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(103)-459/2018 saylı icra vərəqəsi üzrə icraa icraatı başlanılmışdır.

13. xx.xx.2019-cu il tarixində Şəki şəhər icra və probasiya şöbəsinin icra məmuru tərəfindən "xxxx" MMC-yə göndərilmiş məktuba əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 12 sentyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən qeyd olunan daşınmaz əmlaklarının açıq hərrac vasitəsi ilə satışının təşkil üçün icra sənədi müvafiq sənədlərlə birlikdə hərrac mərkəzinə göndərilmişdir.

14. İcra vərəqəsi üzrə tələbkar, borclular və Şəki rayonu üzrə icra və probasiya şöbəsinə göndərilmiş 17 may 2019-cu və 14 iyun 2019-cu il tarixli açıq xərracın keçirilməsinə dair bildirişlərə əsasən "xxxx" MMC tərəfindən 12 sentyabr 2018-ci il tarixli, 2(103)-459/2018 nömrəli icra vərəqəsinin icrası ilə bağlı xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə hərraclar təyin edilmişdir.

15. İş materiallarına əlavə edilmiş, “Market” qəzetinin xx.xx.2019-cu il tarixli tirajından görünür ki, LOT 309/1, LOT 309/2, LOT 309/3 üzrə (Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m olan 32 nömrəli fərdi yaşayış evi və 0,027 ha torpaq sahəsi, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsi) xx.xx.2019-cü il tarixində hərracların keçirilməsi elan edilmişdir.

16. Həmin qəzetin xx.xx.2019-cü il tarixli tirajında Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m olan 32 nömrəli fərdi yaşayış evi və 0,027 ha torpaq sahəsi, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsi üzrə xx.xx.2019-cü il tarixində təkrar hərracın keçirilməsi elan edilmişdir.

17. Həmin qəzetin xx.xx.2019-cu il tarixli tirajından görünür ki, qeyd olunan əmlaklar LOT 309/1, LOT 309/2, LOT 309/3 üzrə 25 iyun 2019-cu il tarixində keçirilmiş hərraclarının baş tutmaması barədə elan verilmişdir.

18. 06.03.2020-ci il tarixində Şəki şəhər icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə xatırlatma məktubu ünvanlayaraq, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-459/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar sizə borclu Həmidov Silahəddin Sadəddin oğlunun, X8 və X2 mülkiyyətində olan Şəki şəhəri, F.X.Xoyski küçəsində 32 saylı evin, ünvan 4 evin və Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, 178 saylı ünvandan yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi ilə bağlı 6923/11 saylı xx.xx.2019-cu il tarixli məktub göndərilmişdir.Lakin, hərracın nəticəsi barədə bu günədək hər hansı bir məlumat verilməmişdir.Odur ki, hərracın baş tutub-tutmaması və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur.

19. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC Şəki şəhər icra və probasiya şöbəsinə Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m olan 32 nömrəli fərdi yaşayış evi və 0,027 ha torpaq sahəsi, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsi üzrə keçirilən hərrac zamanı alıcı olmadığı üçün əmlakların satılmadığı bildirilmiş və buna görə qanunvericiliyə uyğun qərar qəbul etmək üçün iş İcra Şöbəsinə geri qaytarılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-129/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmişdir.

21. Şəki şəhər icra və probasiya şöbəsinin 17 avqust 2020-ci il tarixili icrası mümkün olmayan icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarına əsasən icra vərəqəsində qeyd edilən əmlakların açıq hərracda satışının təşkil edilməsi məqsədi ilə tərəflərindən xx.xx.2019-cu il tarixində "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəz MMC-yə hərrac sifarişi göndərilmiş, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC xx.xx.2020-ci il tarixli məktubla Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək hərrac zamanı alıcı olmadığı üçün əmlakların satılmadığını bildirilmişdir. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-459/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası mümkün olmamışdır. İcrası mümkün olmayan icra sənədinin Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılması qərara alınmışdır.

22. X10 xx.xx.2020-ci il tarixində cavabdehlər İddiaçı ASC və Şəki rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki şəhər, F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ipotekasına xitam verilməsi, əmlakın ipoteka yüklüyündən azad edilməklə, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Şəki Rayon Məhkəməsinin 2(075)-1327/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, “Atabank" ASC-nin xeyrinə İpoteka ilə yüklü edilmiş Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28.8 kv.m olan X6 məxsus qeyri-yaşayış sahəsi üzrə ipotekaya xitam verilsin və həmin İpoteka predmeti İpoteka ilə yüklülükdən azad edilmişdir.

24. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-298/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qət etdi: İş üzrə Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2020-cl il tarixli 2(075)-1327/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh LPO İddiaçı ASC-nln nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2(102)-4251/2025 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən cavabdeh Ləğv prosesində olan “Atabank" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)-298/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

26. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-223/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Ləğv prosesində olan “Atabank" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-298/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X2 cavabdehlər leğv prosesində dan LPO “Atabank" ASC-yə və Şəki rayon üzrə icra və probasiya şöbəsinə qarşı “İpoteka müqaviləsinə xitam verilməsi və ipoteka qoyulmuş əmlakın yüklülüyündən azad edilməsi tələbi təmin edilməmişdir.

27. 2023-cü ilin aprel tarixli Ləğv prosesində olan İddiaçı ASC-nin Şəki rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı (İcra Şöbəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş) məktubdan görünür ki, Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən icrası mümkün olmayan icra sənədinin Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılması barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan sözügedən qərarın məhkəməyə daxil olmaması məlum olmuşdur. Bu səbəbdən Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarı bir mənalı olaraq icra hərəkətlərinə maneçilik törətmək kimi qiymətləndirilir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, sözügedən icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi və bu günə kimi görülmüş icra tədbirləri barəsində rəsmi qaydada ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məlumat verilməsi xahiş edilmişdir.

28. X2 Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, edilmiş 40.000 manat ödənişi nəzərə alaraq Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən 28.80 kv. m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin girovdan azad edilməsi xahiş edilmişdir.

29. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli 269 saylı Protokolundan görünür ki, X4 xx.xx.2012-ci il tarixində bağlanmış istehlak kredit müqaviləsi üzrə təminat olan X5 məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən 28.80 kv. m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilməsi məqdəsəmüvafiq hesab edilmişdir.

30. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə məktubundan görünür ki, X5 məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən 28.80 kv. m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi üzrə yüklülüyün dövlət qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir.

31. Şəki rayonu üzrə İcra və X21 prosesində olan İddiaçı ASC-yə və Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icrası mümkün olmayan icra sənədinin məhkəməyə geri qaytarılması barədə xx.xx.2020ci il tarixli qərar yenidən məhkəməyə və tələbkar tərəfə göndərilmiş. Tələbkar tərəfə qəbul edilmiş qərardan narazı olduğu halda şikayət etmək hüququnun olduğu bildirilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Şəki rayonu İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 2(103)-459/2018 saylı məktubla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-459/2018 saylı 12 sentyabr 2018 tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi icra olunması üçün yenidən icra şöbəsinə göndərilmişdir.

33. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

34. İddia ərizəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 12 sentyabr 2018-ci il tarixli, 2(103)-459/2018 nömrəli İcra vərəqəsinə əsasən, cavabdeh X1 24 oktyabr 2012-ci il tarixdən 24 oktyabr 2016-cı il tarixədək yaranmış 165143 (bir yüz altmış beş min bir yüz qırx üç) manat məbləğində əsas, 34169,16 (otuz dörd min bir yüz altmış doqquz manat 16 qəpik) manat məbləğində faiz, 24 oktyabr 2016-cı il tarixdən 17 aprel 2017-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 3739 (üç min yeddi yüz otuz doqquz) manat faiz borcu "xxxx" ASC-nin xeyrinə tululmalı, məhkəmə məsrəfini təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat X1 tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməli, tutma Həmidov Silahəddin Sadəddin oğlunun, X7 və X2 mülkiyyətində olan ipotekaya qoyulmuş müvafiq olaraq Şəki şəhəri, X24 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m. olan 32 nömrəli fərdi yaşayış evinə və 0,027 ha torpaq sahəsinə, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv.m. yaşayış, 225 kv.m. köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m. olan qeyriyaşayış sahəsinə yönəldilmişdir. Keçirilmiş hərrac prosesi barədə ipoteka saxlayan İddiaçı ASC lazımı qaydada məlumatlandırılmamışdır. Nəticədə İddiaçı ASC-nin müflis elan olunması və banka ləğvedici təyin olunması barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərar qəbul olunduqdan sonra ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu yuxarıda qeyd olunmuş icra vərəqəsinin icra vəziyyəti ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə sorğu göndərmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 10458/01 saylı cavab məktubundan görünür ki, icra vərəqəsində qeyd olunmuş əmlakların satılması üçün "xxxx" MMC-yə sifariş verilmiş, əmlakların alıcısı olmadığından satılmamış və qeyd olunan səbəbdən hərrac təşkilatı xx.xx.2020-ci il tarixli, 226 saylı məktubla uyğun qərar qəbul edilməsi üçün işi icra və probasiya şöbəsinə geri qaytarmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, hazırki iddia tələbimizin hüquqi əsasını Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 nömrəli qərardadı təşkil edir. Qərardadda konkret olaraq göstərilir ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, "xxxx" MMC tərəfindən yuxarıda qeyd olunmuş əmlaklara dair açıq hərrac baş tutmamış, hərrac təşkilatı isə hərracın sənədlərini icra şöbəsinə geri qaytarmışdır. Halbuki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Bu o deməkdir ki, ipoteka predmetinin realizə olunması ilə bağlı açıq hərracın keçirilməsi qaydalarını tənzimləyən hüquq normaları açıq hərracdan satılmamış (hərracı baş tutmamış) ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayana 30 gün möhlət verir. Həmin müddət isə təkrar hərracın baş tutmamış elan edildiyi gündən hesablanır. İndiki halda isə hərrac təşkilatı təkrar hərracın baş tutmaması barədə elan verməmiş, hərracın nəticələrinə dair yekun protokolu imzalanması üçün ipoteka saxlayana təqdim etməmiş və bu barədə ümumiyyətlə tələbkar banka məlumat verməmişdir. Təsadüfi deyil ki, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlaklardan biri - X2 mülkiyyətində olan, Şəki şəhəri, X22 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28,8 kv.m. olan qeyri-yaşayış sahəsi bankın razılığı ilə satılmış və qətnamə ilə qət olunmuş borc məbləğinin bir hissəsi bağlanmışdır (Kredit komitəsinin protokolunun surəti əlavə olunur). Çünki ipoteka saxlayan İddiaçı ASC hərracın baş tutmaması barədə məlumatlı olsaydı, qeyd olunan əmlaklarla bağlı protokolların tərtib olunmasını və imzalanmasını cavabdeh hərrac təşkilatından tələb edər və ipoteka predmetlərini əldə edərdi. Göründüyü kimi, hərrac protokolunun qanunla müəyyən edilmiş müddətdə imzalanmaması tələbkar İddiaçı ASC-nin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Protokolun vaxtında imzalanmaması məhz hərrac təşkilatının məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipoteka predmetinin tələbkar tərəfindən vaxtında əldə edilməsini əngəlləmişdir.

35. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər iddia ərizəsinə etiraz edərək bildirmişlər ki, hərracların baş tutmaması barədə elanlar qəzetdə verilmiş, daha sonra bir ipoteka qoyan bir ipoteka əmlakı üzrə ipotekaya xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət etdikdən dörd il sonra hazırkı iş üzrə iddiaçı iddia ilə məhkəməyə müraciət etdiyi üçün iddia rədd edilməlidir.

36. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfin irəli sürmüş olduğu dəlilləri əsassızdır və hüquqi mövqeyini tərəflər arasında mübahisənin yarandığı dövrdə qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları çərçivəsində dəyərləndiriləlidir.

37. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı maddələrinə əsasən:

38. 42.1 Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

39. 43.1 Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir:

40. 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;

41. 43.1.2. hərracın iştirakçısı olmadıqda;

42. 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;

43. 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

44. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

45. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

46. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

47. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

48. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

49. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

50. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

51. 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

53. İşdə olan sənədlərdən və cavabdeh hərrac təşkilatının həm iddiaçıya, həm də icra şöbəsinə göndərdiyi bildirişlərdən (bildirişlərin İddiaçı ASC tərəfindən alınması iş materialları ilə müəyyən edilmir) görünür ki, məhkəmə qətnaməsində göstərilən əmlaklar üzrə hərrac və təkrar hərraclar keçirilib, lakin alıcı olmadığı üçün hərrac baş tutlamış elan edilmiş (hərracların keçirilməsi və hərracların baş tutmaması barədə qəzet elanların mövcüdluğu iş materialları ilə öz təsdiqini tapır) və İcra Şöbəsi tərəfindən icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır.

54. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı hərracın etibarsızlığı ilə bağlı deyil, (məhkəmə iclaslarında hərracların keçirilməsini tanıdıqlarını bildirmişlər) keçirilmiş hərrac nəticəsində protokolun qanunla müəyyən edilmiş 30 gün müddətində imzalanmış hesab edilməsi barədə iddia qaldırmışdır. Və bildirir ki, Bank müflis elan olunduğu üçün qeyd olunan icra vərəqəsinin icra vəziyyəti ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə sorğu göndərmişlər və Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə biliblər ki, icra vərəqəsi məhkəməyə geri qaytarılıb. Və bildirir ki, hazırki iddia tələblərinin hüquqi əsasını Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 nömrəli qərardadı təşkil edir. Qərardadda konkret olaraq göstərilir ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, "xxxx" MMC tərəfindən yuxarıda qeyd olunmuş əmlaklara dair açıq hərrac baş tutmamış, hərrac təşkilatı isə hərracın sənədlərini icra şöbəsinə geri qaytarmışdır. Halbuki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Bu o deməkdir ki, ipoteka predmetinin realizə olunması ilə bağlı açıq hərracın keçirilməsi qaydalarını tənzimləyən hüquq normaları açıq hərracdan satılmamış (hərracı baş tutmamış) ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayana 30 gün möhlət verir. Həmin müddət isə təkrar hərracın baş tutmamış elan edildiyi gündən hesablanır. İndiki halda isə hərrac təşkilatı təkrar hərracın baş tutmaması barədə elan verməmiş, hərracın nəticələrinə dair yekun protokolu imzalanması üçün ipoteka saxlayana təqdim etməmiş və bu barədə ümumiyyətlə tələbkar banka məlumat verməmişdir.

55. Göründüyü kimi iddiaçı məhz təkrar hərracın baş tutmaması ilə bağlı elanın verilməməsinə istinad edərək iddianın təmin edilməsini xahiş edir.

56. Lakin, aşağıda qeyd edilən bir neçə məqamlara görə məhkəmə iddiaçının arqumentləri ilə razılaşa bilməz.

57. Belə ki, birincisi, 3-cü şəxsin məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, elanların hər biri KİV-nə yerləşdirilmişdir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadının 33-cü bəndinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti ilə bağlı isə qeyd edilməlidir ki, bu şərt özüözlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası.

59. Həmin qərardadın 34-cü bəndinə əsasən bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

60. Həmin qərardadın 35-ci bəndinə əsasən “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

61. Həmin qərardadın 37-ci bəndinə əsasən qanunverici hərrac təşkilatları tərəfindən hərracın yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini tələb edir.

62. Həmin qərardadın 38-ci bəndinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır.

63. Həmin qərardadın 39-cü bəndinə əsasən - O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.

64. Bundan əlavə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi ilə bağlı Ali Məhkəmənin həmin qərardadının 44-cü bəndində qeyd edilmişdir ki, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı isə ilk növbədə qeyd edilməlidir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur.

65. Həmin qərardadın 45-ci bəndinə əsasən belə ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

66. Həmin qərardadın 50-ci bəndinə əsasən qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.

67. Həmin qərardadın 51-ci bəndinə əsasən əmlakın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi “İpoteka haqqında” Qanunun 46.1- ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

68. Həmin qərardadın 52-ci bəndinə əsasən qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir.

69. Həmin qərardadın 53-cü bəndinə əsasən “İpoteka haqqında” Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

70. Həmin qərardadın 54-cü bəndinə əsasən göründüyü kimi, istər “İpoteka haqqında” Qanun, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun ipotekaya xitam verilməsi, yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi, eləcə də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası kimi ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun mövcudluğunu nəzərdə tutur.

71. Həmin qərardadın 59-cü bəndinə əsas protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

72. Məhkəmə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadın ilkin olaraq 59-cü bəndində qeyd edilən ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma nəticəsində müəyyən etdi ki, iddiaçı tərəfindən ümumiyyətlə hərrac təşkilatına heç bir müraciət edilməyib.

73. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, iddiaçı bank ləğv prosesindədir, lakin göründüyü kimi mübahisəli əmlaklara dair məhkəmə tərəfindən icra vərəqəsi Bankın müflis elan olunmasından (xx.xx.2020-ci il tarixli) bir il iki ay daha əvvəl xx.xx.2019-cü il tarixində verilmişdir. İcra Şöbəsinin icraata başlamaq haqqında qərarı xx.xx.2019-cu il tarixində qəbul edilmişdir. Bundan sonra 2019-cü ilin 12 iyun, 25 iyun tarixlərində hərraclar keçirilmiş, xx.xx.2019-cü il tarixində isə təkrar hərracın baş tutmaması barədə elan yerləşdirilmişdir. Yəni, bütün bu icra tədbirləri Bankın müflis elan edilməsindən daha əvvəl baş vermişdir. Beləliklə, Bank nəyin ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadın 59-cü bəndində qeyd edilən bütün zəruri tədbirləri görməmişdir, ümumiyyətlə hərəkətsizlik nümayiş etdirmişdir.

74. Bütün proseslər yekünlaşandan sonra Bank müflis elan edilmişdir. Buna baxmayaraq, məhkəmə, yenə də Bankın ləğvedicisinin iş yükünün çoxluğunu üzlü səbəb kimi nəzərdən keçirərək, ipoteka predmetinin əldə edilməsi üçün sonrakı hərəkətlərinin nədən ibarət olduğunu da araşdırmış. Lakin, burada da iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

75. Belə ki, Bankın ləğvedicisi bildirir ki, hərracların keçirilməsindən, təkrar hərracın baş tutmamasından məlumatları olmayıb, yalnız İcra Şöbəsinin xx.xx.2023-cü il məktubundan sonra məlumatları olub. Lakin, iş materiallarından görünür ki, təkrar hərracin baş tutmaması elanından sonra X10 xx.xx.2020-ci il tarixində cavabdehlər İddiaçı ASC və Şəki rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki şəhər, F.X.Xoyski küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (hazırkı iş üzrə üç ipoteka əmlaklarından biri olan) ipotekasına xitam verilməsi, əmlakın ipoteka yüklüyündən azad edilməklə, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki rayon Məhkəməsinin icraatında olan iş üzrə hazırkı işdə iddiaçı, həmin işdə cavabdeh tərəf olaraq, məhkəmə proseslərdə iştirak etmiş, məhkəmələrin qəbul etdikləri aktlardan şikayət vermiş və beləliklə də ən azı keçirilmiş hərraclar barədə, təkrar hərracın baş tutmaması barədə xx.xx.2020-ci il tarixində (iddianın Şəki Rayon Məhkəməsinə verildiyi tarix) artıq məlumatlı olmuşdur. Lakin, buna baxmayaraq hazırkı iş üzrə iddiaçı yenə də hərəkətsizlik nümayiş etdirərək nə icra icraatı barədə, nə hərraclar barədə maraqlanmamış, nə də ki ipoteka predmetinin əldə edilməsi üçün zəruri tədbirləri görməmişdir. Hətta sonradan icra vərəqəsi üzrə tutmanın yönəldiyi 3 ipoteka predmetlərindən biri (qeyri-yaşayış sahəsi) üzrə ipoteka qoyan ilə razılığa gələrək həmin əmlak üzrə yüklülüyün dövlət qeydiyyatının ləğv edilməsinə xx.xx.2023-cü il tarixində razılıq vermişdir. Hazırkı iddia ilə isə Səbail Rayon Məhkəməsinə yalnız xx.xx.2023-cü il tarixində müraciət etmişdir.

76. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 4 ildən artıq müddət ərzində yerinə yetirməmiş. Qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür (bilavasitə protokolun/müqavilənin imzalanması üçün səylər göstərməmiş, protokolun/müqavilənin imzalanmaması ilə bağlı nə İcra Şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkəti/hərəkətsizliyindən şikayət etməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə hazırki iddiadan əvvəlki dövrlərdə məhkəməyə müraciət etməmiş).

77. Göründüyü kimi iddiaçı 2019-cü ildən 2023-cü ilə kimi heç bir hərəkət etməmiş, bir ipoteka qoyan tərəfindən qaldırılmış iddia əsasında məhkəmə çəkişməsindən xəbərdar olmuş, iddia predmeti olan mübahisə tərəflərin sonrakı razılı ilə həll edildikdən sonra, yerdə qalan iki ipoteka predmeti üzrə hərrac protokolunun imzalanmış hesab edilməsi tələbi ilə harrac təşkilatına qarşı iddia qaldırmışdır.

78. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadının 56-cı bəndinə əsasən hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir.

79. Həmin qərardadın 57-ci bəndinə əsasən bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.

80. Lakin, iddiaçı hərrac təşkilatının protokolun imzalanmasından imtina etməsini və yaxud yayınmasını məhkəmə araşdırılması zamanı sübuta yetirə bilməmişdir. İpoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş vaxtda protokolun/müqavilənin imzalanması üçün məqsədli hərəkətlərin edildiyini sübuta yetirmədiyi üçün, məhkəmə tərəfindən hərrac təşkilatının imtina etməsi və ya yayınması istiqamətində qiymətləndirmə aparılmasının məntiqi və qanuni əsası ola bilməz (hərrac təşkilatına iddiaçı tərəf ümumiyyətlə müraciət etməmişdir).

81. Son olaraq məhkəmə digər bir ziddiyatlı məqamı da qeyd etməyi zəruri hesab edir – bir tərəfdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edir, digər tərəfdən iş materiallarından müəyyən olunur ki, 2023-cü ilin aprel ayında Ləğv prosesində olan İddiaçı ASC Şəki rayon İcra və Probasiya Şöbəsinə məktub ünvanlayaraq (İcra Şöbəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş) sözügedən icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş edilmişdir.

82. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

83. Məhkəmə qeyd edir ki iddiaçının iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

84. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

86. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir.

87. Məhkəmə xərclərinə gəldikdə məhkəmə geyd edir ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

89. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

90. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.

V. Nəticə:

91. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar