Məhkəmə qərarları › İş №2-2(113)-384/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-384/2021

27.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-384/2021 27.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Hüseynzadə Süleyman Şahin oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi, həmçinin, Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 59510 manat məbləğində əsas borcun, 232000 manat məbləğində dəbbə pulunun, 10000 manat əldən çıxmış fayda haqqının, 7.75% məbləğində hesablanmaqla 4612 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən tərəflər arasında olan 01.11.2016-cı il tarixli CPSX03/1116 saylı müqaviləyə və 04.01.2018-ci il CSSX122/65 saylı xidmət müqavilələrinə əsasən yaranmış 59510 manat məbləğində əsas borcun, 232000 manat məbləğində dəbbə pulunun, 10000 manat əldən çıxmış fayda haqqının, 7,75% məbəğində hesabanmaqla 4612 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə “xxxx” MMC arasında imzalanmış CPSX122/65 saylı, 04.01.2018-ci il tarixli xidmət müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən avans kimi ödənilmiş 41423,85 manat məbləğin və pandemiya dövründə əsassız məhkəmə iddialaı ilə İddiaçı MMC-in ona vurduğu maddi ziyanən 10000 manat dəyərində müəyyən edilərək İddiaçı MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli e-2-2(113)-1248/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-1248/21 saylı kommersiya mübahisəsinə dair iş həmin məhkəmənin icraatında olan İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-384/2021 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, Cavabdeh MMC-nin iddiasını qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında 01.11.2016-cı il tarixli CPSX03/1116 saylı və 04.01.2018-ci il tarixli, CSSX 122/65 saylı xidmət müqavilələri bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC sifarişçi, Cavabdeh MMC-nin (əvvəlki X4 MMC) sifarişi əsasında onaməxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarşçi işə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin, iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətlər göstərsə də, cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 59510 manat məbləğində göstərilən xdmətə görə haqq cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək şirkətə məxsus 59510 manat məbəğində pulu özündə saxlamış və ondan faydalanmışdır. Qeyd edilən vəsait şikətdə qalsa idi, bu vəsaitdən xeyli miqdar gəlir əldə edilərdi. Cavabdehin bu cür qanunsuz hərkətləri nəticəsində şirkət 10000 manat məbləğində gəlirindən məhrum olmuşdur. Buna görə də qeyd edilən məbləğ də cavabehdən əldən çıxmış fayda haqqı kimi tutulmalıdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi X2 iddianı müdafiə etdiyini, İddiaçı MMC-nin iddiasını isə qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış CPSX122/65 saylı, 04.01.2018-ci il tarixli xidmət müqaviləsinə əsasən İddiaçı MMC-nin göstərdiyi xidmət və təqdim etdiyi hesab fakturaların ümumi həcmi 1230575,15 manat təşkil etdiyi halda Cavabdeh MMC tərəfindən ayrı-ayrı vaxtlarda ******* manat vəsait ödənilmişdir ki, bundan da 41423,85 manat vəsait avans məbləği kimi olmuşdur. İddiaçı MMC tərəfindən göstərilən xidmətlərdən mütəmadi istifadə edildiyi üçün depozit məbləğinin növbəti illərdə istifadə edilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC-nin 2020-ci ilin may ayından başlayaraq əsassız iddialarını və məhkəməyə təqdim etdiyi saxta sənədləri gördükdə qarşı tərəfin məkrli niyyətinin olduğunu müəyyən etməklə tərəflər arasında son haqq-hesab edilməsinə və bütün əlaqələrin pozulmasına dair tərəflərindən qərar qəbul olunmuşdur. Tərəflər arasında imzalanmış 04.01.2018-ci il tarixli CPSX122/65 saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən depozit şəklində ödənilmiş 41423,85 manat məbləğ cavabdehdən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Müqavilələr üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun tam şəkildə ödənilməsi məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borcunun ödənilməsini təmin etməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan: - 01.11.2016-cı il tarixli CPSX03/1116 saylı xidmət müqaviləsinə əsasən icraçı İddiaçı MMC “xxxx” MMC-nin istehsalı olan kisə sement məhsullarını öz nəqliyyat vasitələri ilə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlav 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uyğun olaraq daşınmazı və sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərini göstərməyi və sifarişçi “X4” MMC isə bu xidmət müqabilində icraçıya müqaviq haqq ödəməyi öhdəsinə götürmüşdür. - 04.01.2018-ci il tarixli CPSX122/65 saylı xidmət müqaviləsinə əsasən icraçı İddiaçı MMC “xxxx” MMC-nin istehsalı olan kisə sement məhsullarını öz nəqliyyat vasitələri ilə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlav 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uyğun olaraq daşınmazı və sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərini göstərməyi və sifarişçi “X4” MMC isə bu xidmət müqabilində icraçıya müqaviq haqq ödəməyi öhdəsinə götürmüşdür. - 15.01.2018-ci il tarixli, EAAG seriyalı, 228220 saylı elektron qaiməyə əsasən 68552,16 manat məbləğində, EAAG seriyalı 228781 saylı elektron qaiməyə əsasən 3000 manat məbləğində, EAAG seriyalı, 229368 saylı elektron qaiməyə əsasən 4060 manat məbləğində, EAAG seriyalı, 229811 saylı elektron qaiməyə əsasən 68261,28 manat məbləğində, 14.02.2018-ci il tarixli, EAAH seriyalı, 036791 saylı elektron qaiməyə əsasən 26275,57 manat məbləğində, EAAH seriyalı, 036977 saylı elektron qaiməyə əsasən 3000 manat məbləğində, EAAH seriyalı, 037133 saylı elektron qaiməyə əsasən 31866,10 manat məbləğində, EAAH seriyalı, 037227 saylı elektron qaiməyə əsasən 1235 manat məbləğində,13.03.2018-ci il tarixli, 677632 saylı elektron qaiməyə əsasən 3000 manat məbləğində, EAAH seriyalı, 677700 saylı elektron qaiməyə əsasən 93850,71 manat məbləğində, EAAH seriyalı, 677806 saylı elektron qaiməyə əsasən 4100 manat məbləğində, EAAH seriyalı, 677870 saylı elektron qaiməyə əsasən 35702,69 manat məbləğində, 12.04.2018-ci il tarixli EAAİ seriyalı, 333323 saylı elektron qaiməyə əsasən 75264 manat məbləğində, EAAİ seriyalı, 331752 saylı elektron qaiməyə əsasən 56567,93 manat məbləğində, 11.05.2018-ci il tarixli EAAJ seriyalı, ******* saylı elektron qaiməyə əsasən 154219,81 manat məbləğində, 18.05.2018-ci il tarixli, EAAJ seriyalı, 236484 saylı elektron qaiməyə əsasən 102103,52 manat məbləğində, 19.06.2018-ci il tarixli EAAJ seriyalı, 918829 saylı elektron qaiməyə əsasən 01.11.2016-cı il tarixli CPSX03/1116 saylı müqavilə üzrə 155282,19 manat məbləğində, EAAJ seriyalı, 918938 saylı elektron qaiməyə əsasən 85393,51 manat məbləğində, 18.07.2018-ci il tarixli EAAK seriyalı, 665809 saylı elektron qaiməyə əsasən 49083,70 manat məbləğində, 24.07.2018-ci il tarixli EAAK seriyalı, 792474 saylı elektron qaiməyə əsasən 164427,37 manat məbləğində, 13.08.2018-ci il tarixli EAAL seriyalı, 324605 saylı elektron qaiməyə əsasən 63053,05 manat məbləğində, 14.09.2018-ci il tarixli, EAAM seriyalı, 104808 saylı elektron qaiməyə əsasən 56657,82 manat məbləğində, 20.09.2018-ci il tarixli, EAAM seriyalı, 216037 saylı elektron qaiməyə əsasn 30866,21 manat məbləğində, 21.09.2018-ci il tarixli, EAAM seriyalı, 245260 saylı elektron qaiməyə əsasən 3134,81 manat məbləğində, 11.10.2018-ci il tarixli EAAM seriyalı, 773211 saylı elektron qaiməyə əsasən 13220,90 manat məbləğində, 19.10.2018-ci il tarixli, EAAM seriyalı, 963953 saylı elektron qaiməyə əsasən 22131,68 manat məbləğində və 19.11.2018-ci il tarixli, EAAN seriyalı, 703907 saylı elektron qaiməyə əsasən 138,58 manat məbləğində xidmət Cavabdeh MMC-yə göstərilmişdir. - CPSX03/1116 saylı üzləşmə aktına əsasən 04.01.2018-ci il tarixli CSSX122/65 saylı müqavilə üzrə 2018-ci ilin mart ayı ərzində göstərilən xidmət üzrə 56567,93 manat məbləğində və 2018-ci ilin aprel ayı üzrə 154219,81 manat məbləğində xidmət haqqı borcu olması müəyyən edilmişdir. - Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 000269 saylı akt əsasən mart ayı üzrə ümumilikdə 04.01.2018-ci il tarixli CSSX122/65 saylı müqavilə üzrə ödənilməli olan borc 75264 manat məbləğində müəyyən edilmişdir. - 31.07.2018-ci il tarixli 145 saylı “A” formatlı ödəniş tapşırığına əsasən CPSX 03/1116 saylı 01.11.2016-ci il tarixli müqaviləyə əsasən ödənilmiş nəqliyyat xidməti məbləği 5000 manat, 31.07.2018-ci il tarixli 153 saylı “A” formatlı ödəniş tapşırığına əsasən 20000 manat, 29.08.2018-ci il tarixli 311 saylı “A” formatlı ödəniş tapşırığına əsasən 26000 manat, 29.08.2018-ci il tarixli 446 saylı “A” formatlı ödəniş tapşırığına əsasən 102591 manat, 29.08.2018-ci il tarixli 660 saylı “A” formatlı ödəniş tapşırığına əsasən 23000 manat, 30.08.2018-ci il tarixli 1051 saylı “A” formatlı ödəniş tapşırığına əsasən 5000 manat, 26.09.2018-ci il tarixli 1294 saylı “A” formatlı ödəniş tapşırığına əsasən 19000 manat, 26.09.2018-ci il tarixli 1812 saylı “A” formatlı ödəniş tapşırığına əsasən 30567 manat və 26.09.2018-ci il tarixli 1852 saylı “A” formatlı ödəniş tapşırığına əsasən 36000 manat təşkil etmişdir. - 13.08.2020-ci il tarixli maliyyə arayışına əsasən 01.01.2018-ci il tarixindən 13.08.2020-ci il tarixinə qədər CPSX03/1116 saylı müqavilənin tələblərinə uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1374448,59 manat dəyərində xidmət göstərilmiş, bu müddət ərzində cavabdeh tərəfindən ******* manat məbləğində ödəniş edilmişdir. 13.08.2020-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qalıq borcu müəyyən güzəştlər edildikdən sonra 59508,26 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Cavabdeh MMC-nin iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin göstərdiyi xidmət və təqdim etdiyi hesab fakturaların ümumi həcmi 1230575,15 manat təşkil etdiyi halda Cavabdeh MMC tərəfindən ayrı-ayrı vaxtlarda ******* manat vəsait ödənilmişdir ki, bundan da 41423,85 manat vəsait avans məbləği kimi olmuşdur. İş matirallarını araşdırdıqda müəyyən olunur ki, sübut kimi təqdim olunmuş 23 ədəd elektron qaimə üzrə ümumi məbləğ 1230575,15 manat təşkil edir və həmin elektron qaimələrin hamısı 04.01.2018-ci il tarixli CPSX122/65 saylı xidmət müqaviləsi üzrə tərtib olunmuşdur. Lakin İddiaçı MMC-nin iddiasının əsasını yalnız 04.01.2018-ci il tarixli CPSX122/65 saylı xidmət müqaviləsi deyil, həmçinin, 01.11.2016-cı il tarixli CPSX03/1116 saylı xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi təşkil edir. Sübut kimi təqdim olunan 4 ədəd elektron qaimə 2018-ci ildə tərtib olunsa da, 01.11.2016-cı il tarixli CPSX03/1116 saylı xidmət müqaviləsi üzrə 2017-ci ildə göstərilən xidmətlərə aiddir. Cavabdeh MMC tərəfindən 01.11.2016-cı il tarixli CPSX03/1116 saylı xidmət müqaviləsi üzrə 2017-ci ildə göstərilən xidmətlərə aid elektron qaimələr üzrə ödənişlərin aparılması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Əgər 41423,85 manat məbləği avans kimi ödənilmişdirsə, bununla bağlı məhkəməyə həmin ödənişin məhz avans ödənişi kimi həyata keçirildiyini təsdiq edən qəbz təqdim olunmalı idi. Buna görə də məhkəmə hesab edir ki, həmin ödəniş 01.11.2016-cı il tarixli CPSX03/1116 saylı xidmət müqaviləsi üzrə 2017-ci ildə göstərilən xidmətlərə aid elektron qaimələr üzrə qismən aparılmış ödənişdir və həmin vəsaitin geri qaytarılması ilə bağlı Cavabdeh MMC-nin iddiası əsassızdır. Qeyd olunan xüsusatlar həmçinin, o qənaətə gəlməyə əsas verir ki, İddiaçı MMC-nin iddiası 59510 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 59510 manat əsas borca 232000 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 232000 manat dəbbə pulunun miqdarı azaldılaraq 2000 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa məhkəmə 10000 manat əldən çıxmış fayda haqqının isdənilməsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı əldən çıxmış həmin faydanı «şirkətə məxsus 59510 manat məbəğində pulu özündə saxlamış və ondan faydalanmışdır. Qeyd edilən vəsait şikətdə qalsa idi bu vəsaitdən xeyli miqdar gəlir əldə edilərdi. Cavabdehin bu cür qanunsuz hərkətləri nəticəsində şirkət 10000 manat məbləğində gəlirindən məhrum olmuşdur» kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, 59510 manat məbləğində pul vəsaitinin cavabdehdə qalmaqla ondan faydalanması və həmin faydalanma nəticəsində şirkətin 10000 manat gəlirdən məhrum olması arasında nə kimi səbəbli əlaqənin olmasını, məhz onlara məxsus mübahisələndirilən pul vəsaitindən cavabdeh cəmiyyətin fayda əldə etməsi və həmin məbləğ verildiyi təqdirdə məhz 10000 manat fayda əldə edilməsini iddiaçı tərəfin hansı əsasla müəyyən etməsi məhkəmə çəkişməsi zamanı aşkarlanmamış, buna dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yalnız formal mülahizələr əsasında əsassız bir məbləğin məhkəmə qaydasında cavabdehdən tələb edilməsi qanunamüvafiq hesab edilə bilməz. Həmçinin 7.75% məbəğində hesabanmaqla 4612 manat məbləğində bank uçot dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsassız olduğundan təmin edilə bilməz. İddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09.07.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin, iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sənəd-sübut təqdim etməmişdir. Bunun üçün də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbləri həmin hissədə rədd edilməlidir. İddiaçı MMC-nin iddiası qismən təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 6 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalı, Cavabdeh MMC-nin iddiası rədd olunduğundan həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 59510 manat məbləğində əsas borc, 2000 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 61510 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 6 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə iddiası rədd edilsin və həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar