Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-39/2020 19.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» Firması cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məxsus Sabunçu rayon ünvan 1 ünvanında yerləşən, Avto servisə yanğın nəticəsində dəymiş zərərin əvəzi kimi sığortalanmış 144.446 manat məbləğdən azadolma 100 manat çıxılmaqla, 144.346 manat məbləğində nəğd pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində nəğd pul, və həmin məbləğin bugünədək ödənilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının illik faiz dərəcəsi 5% olmaqla 7.218 manat ümumilikdə 151.624 manat barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2017-ci il tarixdə “xxxx” 99 Firmasına məxsus Sabunçu rayon ünvan 1 ünvanında yerləşən, Avtomobil təmiri sexində baş vermiş yanğınla əlaqdar “xxxx” 99 Firmasına maddi ziyan dəymişdir. Cavabdehlə aramızda olan xx.xx.2017-ci il tarixli BA seriyalı 659927 saylı Daşınmaz əmlakın Siğorta Şəhadətnaməsinə əsasən İddiaçı Firmasına məxsus Sabunçu rayon ünvan 1 ünvanında yerləşən, Avto servis 144.446 manat məbləğində sığortalanmışdır və sığortadan azadolma məbləği 100 manat razılaşdırılmışdır. Həmin zərər cavabdeh “xxxx” ASC tərəfindən ödənilməli idi. cavabdeh “xxxx” ASC-yə çoxsaylı müraciətlər edilməsinə baxmayaraq sığorta şirkətindən baş vermiş hadisə ilə bağlı azadolma məbləği çıxıldıqdan sonra 5087 manat məbləğ ödənilməsi bildirilmişdir. Hadisə zamanı dəymiş zərərin miqdarının hesablanması məqsədi ilə mütəxəsis dəvət edilmiş və LEX FORİ Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən Dəymiş zərər hesablxxxxaq 293258 manat dəyərində müəyyən edilmişdir ki, həmin məbləğdən azadolma xərci olan 100 manat çıxılmaqla 144346 manat məbləği cavabdeh sığorta şirkəti ödəməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “xxxx” Firmasına məxsus Sabunçu rayon ünvan 1 ünvanında yerləşən Avto Servisin tavan hissəsinin profinastil örtüyünün dəyişdirilməsinə 840 manat; tavana lambirin vurulması 400 manat, fasad, divar və tavanın alçılanıb emusiya ilə üzlənməsinə 360 manat, köməkçi otaqların plastikdən yığılmasına 1750 manat, elektrik işinə görə 1850 manat, cəmi olaraq 5200 manat zərər hesablanmışdır. Sığortalanmış əmlak daşınmaz əmlakdır. Qiymətləndirilən əmlakların böyük bir hissəsi daşınar əmlakdır. Bunlar isə sığorta predmeti deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan 30.03.207-ci il tarixli BA seriyalı 659927 nömrəli Daşınmaz Əmlakın Sığorta Şəhadətnaməsinə əsasən “xxxx” Firmasına məxsus Sabunçu rayon ünvan 1 ünvanında yerləşən Avto Servis xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 144446 manat dəyərində sığortalanmış, 400 manat məbləğində sığorta haqqı ödənilmiş və 100 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixli Yanğın haqqında Aktından görünür ki, xx.xx.2017-ci il tarixdə “xxxx” Firmasına məxsus Sabunçu rayon ünvan 1 ünvanında yerləşən Avto Servis yanğın baş verməsi qeyd olunmuşdur. Eyni zamanda obyektin yanğın baş verdiyi vaxta kimi yanğına qarşı yanğı su hovuzu, ilk yanğınsöndürmə vasitələri, avtomatik yanğın xəbərverici sistemi, daxili yanğın su kranları və keşikçi mühafizə ilə təmin olunduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 0650/S/H nömrəli cavabdeh “xxxx” ASC tərəfindən iddiaçı “xxxx” Firmasına ünvanlanmış bildirişdən görünür ki, sığortaçı tərəfindən xx.xx.2017-ci il tarixdə sığorta tələbinə baxılmış və 5087 manat sığorta ödənişinin ödənilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 02 nömrəli X2 Edilməsi barədə Mütəxəssis Rəyindən görünür ki, xx.xx.2017-ci il tarixdə “xxxx” Firmasına məxsus təmir sexində baş vermiş yanğın nəticəsində dəymiş ziyanın məbləği 293358 manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli iddiaçı tərəfindən cavabdeh “xxxx” ASC–yə pretenziya ünvanlayaraq 144446 manat dəyərində sığorta ödənişinin 5 gün müddətində “xxxx” Firmasına ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 17058 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, birinci sual üzrə İddiaçı Firmasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən avto servisin yanğın nəticəsində 875 kv.m hissəsində təmir və yenidənqurma işləri aparılmışdır. Həmin tikiliyə xx.xx.2017-ci il tarixində yanğın nəticəsində dəymiş zərəin aradan qaldırılması üçün təmir-bərpa işlərinin dəyəri hazırki bazar qiymətinə uyğun olaraq 123358 manat təşkil edir. İkinci, üçüncü, dördüncü və beşinci suallar üzrə, materiallarda göstərilmiş və baxış zamanı əldə edilmiş məlumatlarına görə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən avtoservisin arxasından 1-ci və 2-ci təmir sexlərinə (bokslarda) və 3-cü sexin bir hissəsində tikinti materialların (lambirin, elektrik kabel, lövhələrin, taxta konstruksiyaların, metal profillərin, kafel plitələrin, plastik qapı pəncərə, boya və s. yenisi ilə əvəzlənmədən bərpası mümkün deyildir. Həmin konstruktiv materiallarına aid lambirin təbəqələri, plastik qapı və pəncərələr, elektrik kabel, lövhə və çıraqlar, kafel plitələri, divarlara vurulmuş boya və s. tərmiki təsirindən və hislənmədən öz vizual görünüşü ittirə bilərlər. Termiki təsirinə və qatı hislənməyə məruz qalmış həmin konstruktiv hissələrin kimyəvi təmizlənməsi ilə əvvəlki vəziyyətə gətirilməsi mümkün deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə aradırması zamanı müəyyən edilmiş hallara əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən avtoservi cavabdeh “xxxx” ASC də 144449 manat dəyərində sığortalanmışdır. xx.xx.2017-ci il tarixdə obyektdə yanğın baş vermişdir. Yanğın nəticəsində obyektdə dəymiş zərərin əvəzi olaraq cavabdeh “xxxx” ASC tərəfindən 5087 manat sığorta ödənişinin ödənilməsi iddiaçıya təklif edilmişdir. Bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət etmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: Həmin Qanunun 15.3.1-ci maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; Həmin Qanunun 15.3.2-ci maddəsinə əsasən zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; Həmin Qanunun 15.3.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; Həmin Qanunun 15.3.4-cü maddəsinə əsasən sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Həmin Qanunun 36.3-cü maddəsinə uyğun olaraq əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi; hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; qrunt sularının səviyyəsinin dəyişməsi; suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması. Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ tələblərinə əməl olunduğu halda sığortalı və sığortaçı münasibətləri tam təmin olunmuş hesab olunur. “xxxx” ASC tərəfindən sığorta hadisəsi nəticəsində dəymiş zərəri 5087 manat müəyyən edilməsi cavabdeh tərəfindən sığorta hadisəsinin baş verməsini təsdiq edir. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisə predmeti üzrə tərəflər arasında əsas mübahisəli hal dəymiş zərərin dəyəridir. Məhkəməyə təqdim edilmiş ekspert rəyində iddiaçıya məxsus əmlaka dəymiş zərərin dəyəri 123358 manat təşkil etməsi habelə dəymiş zərərin bərpa edilməsinin mümkün olmaması qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi sığorta ödənişinin gecikdirilməsi hesablanmalı olan dəbbə pulu ödəniş məbləğinin 0.1 faizini təşkil edir. Lakin iddiaçı tələb üzrə cavabdehdən sığorta ödənişindən başqa Azərbaycan Respublikası Mərkəzi Bankının illik faiz dərəcəsi 5% olmaqla 7.218 manat məbləğində pulun ödənilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normasında həmin məbləğin hesablanma qaydası dəqiq göstərilmişdir ki, iddia tələbinin faiz borcunun hesablanması həmin tələblərə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, «xxxx» Firması-nin iddiası qismən təmin edilməli, “xxxx” ASC-dən əsas borc 123358 manat və 30 manat dövlət rüsumunun məbləğində pul vəsaiti tutularaq «xxxx» Firması-nin hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. “xxxx” ASC-dən əsas borc 123358 manat və 30 manat məbləğində pul vəsaiti tutularaq «xxxx» Firması-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-39/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-39/2020
19.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver