Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "X7" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "X7" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 13.08.2014-cü il tarixli, 083-720-14 saylı kredit xətti müqaviləsi üzrə 2381772,86 manat faiz borcu, 2750780,85 manat cərimə borcu, ümumilikdə 5132553,71 manat və 8473636,57 ABŞ dolları əsas borc, 3707135,64 ABŞ dolları faiz borcu, 2049205,82 ABŞ dolları cərimə borcu, ümumilikdə 16318957,78 ABŞ dolları məbləğində kredit borcunun, 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə 579620,55 ABŞ dolları məbləğində kredit borcunun, iddiaçı tərəfindən mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 13.08.2014-cü il tarixli, 083-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 8.386.527,47 manat və 10.000.000 ABŞ dolları məbləğində əsas borcun, 12.06.2017-ci il tarixinə hesablanmış 1.965.241,70 manat və 2.343.333,31 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 10.351.769,17 manat və 12.343.333,31 ABŞ dolları məbləğində kredit borcunun, 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə 2.300.083,20 ABŞ dolları məbləğində əsas borcun, 12.06.2017-ci il tarixinə 538.986,11 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 2.839.069,31 ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının tutulub iddiaçıya ödənilməsi və 18.03.2015-cü il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi”nin vaxtından əvvəl ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 13.08.2014-cü il tarixli, 083-720-14 saylı kredit xətti müqaviləsi üzrə 2381772,86 manat faiz borcu, 2750780,85 manat cərimə borcu, ümumilikdə 5132553,71 manat və 8473636,57 ABŞ dolları əsas borc, 3707135,64 ABŞ dolları faiz borcu, 2049205,82 ABŞ dolları cərimə borcu, ümumilikdə 16318957,78 ABŞ dolları məbləğində kredit borcunun, 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə 579620,55 ABŞ dolları məbləğində kredit borcunun, iddiaçı tərəfindən mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13.08.2014-cü il tarixli, 083-720-14 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə ünvan 1 ünvanında yaşayış binasının tikintisi üçün 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla kredit xətti açılaraq, 20000000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə 1 saylı Əlavə kimi iddiaçı ilə cavabdeh arasında 24.12.2014-cü il tarixdə imzalanmış Razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, 22000000 manat həcmində müəyyən edilmişdir. Həmin müqaviləyə 2 saylı Əlavə kimi iddiaçı ilə cavabdeh arasında 29.01.2015-ci il tarixdə imzalanmış Razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, 23000000 manat həcmində müəyyən edilmişdir. Həmin müqaviləyə 3 saylı Əlavə kimi iddiaçı ilə cavabdeh arasında 07.04.2015-ci il tarixdə imzalanmış Razılaşmaya əsasən, borcalanın 23000000 manat borcunun 10496000 manat hissəsi Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan 1.0496 rəsmi məzənnəsi ilə konvertasiya edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 18.03.2015-ci il tarixli 2015-00-08 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə ünvan 2 ünvanında yaşayış binasının tikintisi üçün 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla kredit xətti açılaraq, ******* manat məbləğində kredit verilmişdir Həmin müqaviləyə 1 saylı Əlavə kimi iddiaçı ilə cavabdeh arasında 07.04.2015-ci il tarixdə imzalanmış Razılaşmaya əsasən, borcalanın həmin tarixə olan ******* manat borcu Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan 1.0496 rəsmi məzənnəsi ilə ******* ABŞ dollarına konvertasiya edilmişdir. Qeyd edilən kredit müqavilələrinin 2.3-cü bəndlərinə əsasən, “Borcalan”ın ssuda hesabına “Bank” tərəfindən kredit vəsaitinin köçürüldüyü tarix, kredit üzrə istifadə tarixi hesab olunur. Həmin kredit müqavilələrinin 2.4cü və 2.5-ci bəndlərinə əsasən, “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti, 13.08.2014-cü il tarixli, 083-720-14 saylı “Kredit müqaviləsi” üzrə 24 aydır və bu müddət 01.08.2016-cı il tarixində bitir, 18.03.2015-cü il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə 24 aydır və bu müddət 18.03.2017-ci il tarixində bitir. Kredit müqavilələrinin 2.7-ci bəndlərinə əsasən, kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin "Bank"ın hesabına daxil olduğu tarix hesab olunur. Qeyd olunan kredit müqavilələrinin 3.1-ci bəndlərinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər iki kredit müqaviləsi üzrə hər gün illik 12 (on iki) faizlə hesablanır. Həmin müqavilələrin 3.2-ci bəndlərinə əsasən, kredit üzrə faizlər bu müqavilənin 2.3-cü bəndində nəzərdə tutulan tarixdən hesablanır və hər ayın 30-u tarixindən gec olmayaraq “Borcalan” tərəfindən “Bank”a ödənilir. Həmin müqavilələrin 3.3-cü bəndlərinə əsasən, Borcalan bu müqavilələrin 3.1-ci bəndlərinə uyğun olaraq tərəflərin arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin və faizinin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi"nin 5.1-ci bəndində nəzərdə tutulmuş hallardan hər hansı biri baş verdikdə, “Bank” tərəfindən verilmiş kredit məbləği vaxtından əvvəl “Borcalan”dan geri tələb edilə bilər. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla razılaşdırılmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin iddiaçıya 13.08.2014-cü il tarixli, 083-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 13.08.2014-cü il tarixli, 083-720-14 saylı kredit xətti müqaviləsi üzrə 2381772,86 manat faiz borcu, 2750780,85 manat cərimə borcu, ümumilikdə 5132553,71 manat və 8473636,57 ABŞ dolları əsas borc, 3707135,64 ABŞ dolları faiz borcu, 2049205,82 ABŞ dolları cərimə borcu, ümumilikdə 16318957,78 ABŞ dolları məbləğində kredit borcunun, 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə 579620,55 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə çavabdehə şifahi formada, həmçinin yazılı "Bildiriş"lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan “Kredit müqaviləsi” üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsuinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin direktoru X4 məhkəmə iclasında iddia barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 13.08.2014-cü il tarixli, 083-720-14 saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ünvan 1 ünvanında yaşayış binasının tikintisi üçün 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla kredit xətti açılaraq, 20000000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə 1 saylı Əlavədən görünür ki, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, 22000000 manat həcmində müəyyən edilmişdir. Müqaviləyə 2 saylı Əlavədən görünür ki, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, 23000000 manat həcmində müəyyən edilmişdir. Müqaviləyə 3 saylı Əlavədən görünür ki, cavabdehin 23000000 manat borcunun 10496000 manat hissəsi Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan 1.0496 rəsmi məzənnəsi ilə konvertasiya edilmişdir. 18.03.2015-ci il tarixli 2015-00-08 saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ünvan 2 ünvanında yaşayış binasının tikintisi üçün 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla kredit xətti açılaraq, ******* manat məbləğində kredit verilmişdir. Müqaviləyə 1 saylı Əlavədən görünür ki, cavabdehin ******* manat borcu Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan 1.0496 rəsmi məzənnəsi ilə ******* ABŞ dollarına konvertasiya edilmişdir. 17 iyun 2021-ci il tarixli **********196 saylı, **********193 saylı və **********190 saylı maliyyə arayışlarından görünür ki, cavabdehin iddiaçıya olan borcu, 13.08.2014-cü il tarixli, 083-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 2381772,86 manat faiz borcu, 2750780,85 manat cərimə borcu, ümumilikdə 5132553,71 manat və 8473636,57 ABŞ dolları əsas borc, 3707135,64 ABŞ dolları faiz borcu, 2049205,82 ABŞ dolları cərimə borcu, ümumilikdə 16318957,78 ABŞ dolları, 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə 579620,55 ABŞ dolları məbləğində cərimə borcu təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 27.10.2020-ci il tarixli 2-2(113)-336/2020 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında Ləğv prosesində olan "X7" Açıq Səhmdar Cəmiyyəti ilə "Cavabdeh" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi”nin bitmə tarixinə bütün ödənişlər nəzərə alınmaqla "Cavabdeh" Mənzil-Tikinti Kooperativinin əsas və faiz borcları üzrə borc qalığının, Ləğv prosesində olan "X7" Açıq Səhmdar Cəmiyyəti ilə "Cavabdeh" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 13.08.2014-cü il tarixli, 083-720-14 saylı “Kredit xətti müqaviləsi”nin bitmə tarixinə bütün ödənişlər nəzərə alınmaqla "Cavabdeh" Mənzil-Tikinti Kooperativinin əsas və faiz borcları üzrə borc qalığının nə qədər təşkil etməsi barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli 9/347 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 18 mart 2015-ci il tarixli, 2015-00-08 saylı kredit (xətti) müqaviləsi və 07 aprel 2015-ci il tarixli, 1 nömrəli Razılaşmada qeyd olunan şərtlərə əsasən Cavabdeh Mənzil-Tikinti Koopertivinin “X7” Açıq Səhmdar Cəmiyyətinə 2.775.362,51 ABŞ dolları məbləğində borcu, o cümlədən əsas borc üzrə 2.300.659,72 ABŞ dolları, faiz borcu üzrə 474.702,79 ABŞ dolları müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış 13 avqust 2014-cü il tarixli, 083-720-14 saylı kredit (xətti) müqaviləsi üzrə Cavabdeh Mənzil-Tikinti Koopertivinin “X7” Açıq Səhmdar Cəmiyyətinə olan əsas və faiz borcunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin direktorunun izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 13.08.2014-cü il tarixli, 083-720-14 saylı Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ünvan 1 ünvanında yaşayış binasının tikintisi üçün 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla kredit xətti açılaraq, 20000000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Müqaviləyə 1 saylı Əlavə ilə cavabdehə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, 22000000 manat, Müqaviləyə 2 saylı Əlavə ilə cavabdehə verilmiş kredit vəsaitinin miqdarı ******* manat artırılaraq, 23000000 manat həcmində müəyyən edilmiş, eyni zamanda Müqaviləyə 3 saylı Əlavə ilə cavabdehin 23000000 manat borcunun 10496000 manat hissəsi Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan 1.0496 rəsmi məzənnəsi ilə konvertasiya edilmişdir. İddiaçı ilə cavabdeh arasında 18.03.2015-ci il tarixli 2015-00-08 saylı Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ünvan 2 ünvanında yaşayış binasının tikintisi üçün 24 ay müddətinə, illik 12 faiz hesablanmaqla kredit xətti açılaraq, ******* manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Müqaviləyə 1 saylı Əlavə ilə cavabdehin ******* manat borcu Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan 1.0496 rəsmi məzənnəsi ilə ******* ABŞ dollarına konvertasiya edilmişdir. Cavabdehin iddiaçıya olan borcu, 13.08.2014-cü il tarixli, 083-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 2381772,86 manat faiz borcu, 2750780,85 manat cərimə borcu, ümumilikdə 5132553,71 manat və 8473636,57 ABŞ dolları əsas borc, 3707135,64 ABŞ dolları faiz borcu, 2049205,82 ABŞ dolları cərimə borcu, ümumilikdə 16318957,78 ABŞ dolları, 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə 579620,55 ABŞ dolları məbləğində cərimə borcu təşkil edir. İddiaçı tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun tam qaytarılmasını təmin etməmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqavilələri ilə cavabdehə verilmiş əsas kredit məbləğinin ödənilməmiş 8473636,57 ABŞ dolları məbləğində borc iş materialları ilə təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan kredit müqavilələrnə əsasən cavabdeh kredit məbləğlərinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğlərinə hesablanmış 2381772,86 manat və 3707135,64 ABŞ dolları məbləğlərində faiz borcları əsaslı olduğuna görə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrindən irəli gəlir. Belə ki, müqavilələrə əsasən cavabdeh kredit və ona hesablanmış faizlərin ödənilməsinin gecikdirilməsinə görə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 13.08.2014-cü il tarixli, 083-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 2750780,85 manat və 2049205,82 ABŞ dolları, eyni zamanda 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə 579620,55 ABŞ dolları məbləğində dəbbə pulu məbləğləri yaranmış borc məbləğlərinə görə tənasübsüz surətdə yüksək məbləğlər olduqlarından, onların məbləğlərini azaldaraq 13.08.2014-cü il tarixli, 083-720-14 saylı “Kredit xətti müqaviləsi” üzrə 50.000 manat və 400.000 ABŞ dolları, 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə isə 50.000 ABŞ dolları hədlərində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 13.08.2014-cü il tarixli, 083-720- 14 saylı kredit xətti müqaviləsi üzrə 2.381.772,86 manat faiz borcu, 50.000 manat cərimə borcu və 8.473.636,57 ABŞ dolları əsas borc, 3.707.135,64 ABŞ dolları faiz borcu, 400.000 ABŞ dolları cərimə, 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə 50.000 ABŞ dolları məbləğində cərimə ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulub iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 75,53 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22,66 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 7,34 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 75,53 manat məbləği cavabdehdən, qalan 24,47 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 13.08.2014-cü il tarixli, 083-720-14 saylı kredit xətti müqaviləsi üzrə 2.381.772,86 manat faiz borcu, 50.000 manat cərimə borcu və 8.473.636,57 ABŞ dolları əsas borc, 3.707.135,64 ABŞ dolları faiz borcu, 400.000 ABŞ dolları cərimə, 18.03.2015-ci il tarixli, 2015-00-08 saylı “Kredit müqaviləsi” üzrə 50.000 ABŞ dolları məbləğində cərimə ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulub Ləğv prosesində olan "X7" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 22,66 manat hissəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Ləğv prosesində olan "X7" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 7,34 manat hissəsi Ləğv prosesində olan "X7" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 75,53 manat məbləği Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 24,47 manat məbləği isə Ləğv prosesində olan "X7" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-4/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver