Məhkəmə qərarları › İş №2-2(113)-4/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4/2022 16.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və X1 qarşı pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06.11.2014-cü il tarixli 0/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-dən ******* manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 458608,90 manat faiz borcu, 431946,75 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan cərimə, 709023,24 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla cəmi 6599578,89 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 m2 ümumi 2630,6 m2 əsas 1,6 m2 köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisəyə, İddiaçı1 ASC və Cavabdeh1 MMC arasında bağlanmış 25.12.2014-cü il tarixli 04 saylı ipoteka müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin 30.12.2-13-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% paylarına, Cavabdeh1 MMC-nin balansında olan bütün Daşınmaz və Daşınar əmlaklara, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2014-cü il tarixdə qüvvəyə mindiyi 2-1(81)-2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binasına yönəldilməsi, bu əmlakların açıq bazarda və ya hərracda satılması, satışdan əldə edilmiş məbləğin borcun ödənilməsi üçün İddiaçı1 ASC-nin hesabına keçirilməsi, ipoteka qoyanın, yəni Cavabdeh1 MMC-nin müvafiq əmlaklara olan mülkiyyət hüquqlarının və istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3619 2016 saylı qərarı ilə İddiaçı1 ASC-nin ləğv edilməsi və İddiaçı1 ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanılmış 06.11.2014-cü il tarixli, 04 saylı Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 7 faiz dərəcəsi olmaqla ******* manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC və “Dəmirçi” şirkəti arasında 21.11.2014-cü il tarixli 04/2 saylı İddiaçı1 ASC və Cavabdeh1 MMC arasında bağlanmış 25.12.2014-cü il tarixli 04 saylı İpoteka müqavilələri bağlanılmışdır. Kredit müqaviləsinə əsasən “Öhdəliklər borc alan tərəfindən yerinə yetirilmədikdə “Borc verən” xəbərdarlıq etməklə cari müqaviləni vaxtından əvvəl dayandırmaq və habelə “Borc alan”a Kreditin və ya onun bir hissəsinin geri ödənilməsi tələbi irəli sürmək hüququna malikdir. Bundan əlavə Kredit Müqaviləsinə əsasən “Borc alan” tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində vaxtından əvvəl tələbetmə hallarında kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək Bankın hüququdur. Hal hazırda müqavilənin şərtlərinə əsasən “Borcalanın” “Banka” olan borcu ******* manat əsas borc, 610555,62 manat 62 qəpik faiz borcu, cəmi 5610555,62 manat 62 qəpik təşkil edir. cavabdeh tərəfindən isə kredit öhdəliklərinin yerinə yetirlməsi üçün heç bir tədbir görülməmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC və “Dəmirçi” şirkəti arasında 21.11.2014-cü il tarixli, 04/2 saylı ipoteka Müqaviləsinin şərtlərinə əsasən “Dəmirçi” şirkətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 m2 ümumi 2630,6 m2 əsas 1,6 m2 köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisəyə, İddiaçı1 ASC və Cavabdeh1 MMC arasında bağlanmış 25.12.2014-cü il tarixli 04 saylı ipoteka müqaviləsinin şərtlərinə əsasən: 1)Cavabdeh1 MMC-nin 30.12.2-13-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% paylarına, 2) Cavabdeh1 MMC-nin balansında olan bütün Daşınmaz və Daşınar əmlaklara, 3) Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2014-cü il tarixdə qüvvəyə mindiyi 2-1(81)-2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binası ipoteka predmeti kimi təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 nümayəndəsi, həmçinin Cavabdeh4 və X2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı1 ASC ilə City Plaza MMC arasında bağlanan 06 noyabr 2014-cü il tarixli 04 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı1 ASC City Plaza MMC-yə ******* manat məbləğində illik 7%-lə 36 ay müddətinə kredit vermişdir. İddiaçı1 ASC ilə City Plaza MMC (borcalan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanan 21 noyabr 2014-cü il tarixli 04/2 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 m2 ümumi 2630,6 m2 əsas 1,6 m2 köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə müəyyən edilmişdir. İddiaçı1 ASC ilə City Plaza MMC (borcalan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanan 25 dekabr 2014-cü il tarixli 04 saylı ipoteka müqaviləsindən görünür ki, borcun ödənilməsinin təminatı kimi Cavabdeh1 MMC-nin 30.12.2013-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% payları, Cavabdeh1 MMC-nin balansında olan bütün Daşınmaz və Daşınar əmlaklar, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2014-cü il tarixdə qüvvəyə mindiyi 2-1(81)-2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binası müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 04 mart 2021-ci il tarixli 16-00530-2021 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097ci məhəllə ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 m2 əmlak kompleksi kimi müəssisə İBO14-1626/2 nömrəli ipoteka müqaviləsinə və İBQ14-1637 nömrəli ipoteka müqaviləsinə əsasən LPO İddiaçı1 ASC-nin Mərkəzi Bank qarşısında olan 23 oktyabr 2014-cü il tarixli KB014-1626 nömrəli və 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit öhdəliklərinin təminatıdır. ƏMDX-nın 23 sentyabr 2020-ci il tarixli **********63 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsinin və digər hansısa daşınmaz əmlakın Cavabdeh1 MMC-nin adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. ƏMDK DƏDRX-nın 25 dekabr 2020-ci il tarixli **********64 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq müraciətləri əsasında Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanındakı əmlak kompleksinə dair 03.12.2014 və 16.12.2014-cü il tairxlərində ipotekanın dövlət qeydiyyatı aparılmışdır, həmçinin bankın müraciətləri əsasında 15.12.2015-ci il və 09.06.0216-cı il tarixlərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28889 saylı 24 aprel 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 06 noyabr 2014-cü il tarixli 04 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 06.11.2017-ci il tarixə İddiaçı1 ASC-yə olan cəmi borcu 5493888,8 manat, ondan əsas borc ******* manat, faiz borcu 493888,8 manat təşkil edir. Müqavilə müddətinin bitdiyi 06.11.2017-ci il tarixdən ekspertiza təyini haqqında qərardadın tarixinə - 13.09.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 213194 manat təşkil edir. City Plaza MMC-nin 13.09.2018-ci il tarixinə iddiaçı KredoBank ASC-yə olan borcu 5707083,28 manat, əsas borc ******* manat, faiz borcu 707083,28 manat təşkil edir. Tədqiqatın dəyəri 145 manatdır. 11 sentyabr 2020-ci il tarixli **********486 nömrəli maliyyə arayışından görünür ki, müqavilə üzrə əsas borc 5000000, faiz borcu 458608,90, borcun gecikdirilməsi üçün hesablanmış cərimə 431946,75 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən əsas borcun gecikdirilməsinə görə hesablanmış illik 5 faiz borcu 709023,24 manat ümumi borc isə 6599578, 89 manatdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 421.1, 445.7, 465.2, 467 və 567-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir, borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsas və faiz borcu, habelə müqavilə müddətinin bitdiyi tarixdən hesablanmış illik 5 faiz borc hissədə tam təmin edilməlidir Məhkəmə iddianın cərimə tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 32367,86 manat məbləğində müəyyən olunmaldır. Eyni zamanda İddiaçı1 ASC və Cavabdeh1 MMC arasında bağlanmış 25.12.2014-cü il tarixli 04 saylı ipoteka müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin 30.12.2-13cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalında müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% paylarına, münasibətdə iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, tutmanın Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 m2 ümumi 2630,6 m2 əsas 1,6 m2 köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 11.06.2014-cü il tarixdə qüvvəyə mindiyi 2-1(81)-2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binasına yönəldilməsi, həmçinin ipoteka qoyanın, yəni Cavabdeh1 MMC-nin müvafiq əmlaklara olan mülkiyyət hüquqlarının və istifadə hüquqlarının itirilməsi barədə hissəsində iddia tələbi rədd edilməlidir, belə ki iddiaçı tərəfindən 21 noyabr 2014-cü il tarixli 04/2 saylı ipoteka müqaviləsində göstərilən tutmanın yönəldilməsi nəzərdə tutulan sözügedən əmlakların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və yüklü edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ******* manat əsas borc, 458608,90 manat faiz, illik 5 faizlə hesablanmış 709023,24 manat və 32367,86 manat cərimə ümumilikdə ******* manat borc Cavabdeh1 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməlidir. X7” MMCnin 30.12.2013-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% paylarına yönəldilməli, iddia qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 93,94%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 93,94%-i, yəni 28,18 manatı Cavabdeh1 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan LPO İddiaçı1 ASC-yə ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 93,94%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin 8,78 manatı iddiaçı LPO İddiaçı1 ASC-dən, 136,21 manatı isə Cavabdeh1 MMCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06.11.2014-cü il tarixli 0/4 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 458608,90 manat faiz, illik 5 faizlə hesablanmış 709023,24 manat və 32367,86 manat cərimə ümumilikdə ******* manat və dövlət rüsumu kimi ödənilmiş 28,18 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilsin. X7” MMC-nin 30.12.2013-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% paylarına yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin 8,78 manatı iddiaçı LPO İddiaçı1 ASC-dən, 136,21 manatı isə Cavabdeh1 MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar