Məhkəmə qərarları › İş №2-2(113)-4054/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4054/2021

05.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4054/2021 05.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hərəkətlərə son qoyulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən qanunsuz hərəkətlərə son qoyulması, mülkiyyət hüquqlarının bərpa edilməsi, emissiya prospektinə daxil edilmiş və dəyəri cəmiyyətin nizamnamə fondunu təşkil edən əmlakların bərpa edilməsi və "xxxx" ASC yerləşdiyi torpaq sahəsindən kənar şəxslərin çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cəmiyyətdə 837 adi adlı səhm sahibidir. Ona sahibi olduğu səhmlərinin müqabilində 22 ildir ki, divindend verilmir. Dəfələrlə dividend verilməsini xahiş etsə də, xahişi nəticəsiz qalmışdır. Cəmiyyətin Ümumi yığıncağı heç zaman qanunamüvafiq olaraq keçirilməmişdir. Cəmiyyətin heç bir daşınar əmlakı qalmamış hətta Cəmiyyətin yerləşdiyi torpaq sahəsin satılmış və orada bir neçə çoxmərtəbəli yaşayış binaları tikilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qərnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Məhkəmə araşdırrması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 837 adi adlı səhm sahibi olmaqla cəmiyyətin səhmdarlarından biridir. Hazırda iddiaçı məhkəməyə edərək cavabdeh tərəfindən qanunsuz hərəkətlərə son qoyulması, mülkiyyət hüquqlarının bərpa edilməsi, emissiya prospektinə daxil edilmiş və dəyəri cəmiyyətin nizamnamə fondunu təşkil edən əmlakların bərpa edilməsi və "xxxx" ASC yerləşdiyi torpaq sahəsindən kənar şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin məhkəmə iclasında İddiaçı izahat verərək Cəmiyyətin mülkiyyətində olmuş torpaq sahəsinin satıldığını və həmin torpaq sahəsində çoxmənzilli binaların tikilməsinə istinad edərək, həmin binadan ona mənzil verilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 106-1.3-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş hüquqları müəyyən olunmuşdur. Həmin Məcəllənin 106-1.3.7-ci maddəsinə əsasən cəmiyyətin adi səhm sahibinin cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi üzrə iddia tələbinin əsaslı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də, iddia təmin edilə bilməz. Bundan başqa iddiaçıya izah edilməlidir ki, dividend tələbinə dair ayrıca iddia icraatı üzrə iddia qaldırmaq hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hərəkətlərə son qoyulması və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar