Məhkəmə qərarları › İş №2-2(113)-4178/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-4178/2022

19.09.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-4178/2022 19.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Gədəbəy Rayon Novoivanovka Bələdiyyəsinin cаvаbdеh Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi və X1) qаrşı torpaq icarəsi müqaviləsinin və torpaq sahəsinin kadastr planının ləğv edilməsi tələblərinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Gədəbəy Rayon Novoivanovka Bələdiyyəsi cаvаbdеh Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi və X1) qarşı məhkəməyə müraciət edərək, Gədəbəy rayon Novoivanovka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı əsasında həmin bələdiyyə ilə (bələdiyyə adından X1 ilə) Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 01 nömrəli torpaq icarəsi müqaviləsinin və həmin müqavilə əsasında keçmiş DT və XK tərəfindən Cavabdeh1 verilmiş **********2000001 nömrəli torpaq sahəsinin kadastr planının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili hazırki iş üzrə tərəflər arasında mediasiya sessiyasının keçirilmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiаçı Gədəbəy Rayon Novoivanovka Bələdiyyəsi cаvаbdеh Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi və X1) qarşı torpaq icarəsi müqaviləsinin və torpaq sahəsinin kadastr planının ləğv edilməsi tələblərinə dair iddiası baxılmamış saxlanılmalı və ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq , məhkəmə QƏRARA ALDİ: İddiаçı Gədəbəy Rayon Novoivanovka Bələdiyyəsi cаvаbdеh Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi və X1) qarşı torpaq icarəsi müqaviləsinin və torpaq sahəsinin kadastr planının ləğv edilməsi tələblərinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar