Məhkəmə qərarları › İş №2-2(113)-42/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-42/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-42/2020 11.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” zavodunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇yyətı̇nin cavabdehlər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” zavoduna və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinə qarşı cavabdehlərdən xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış11833 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33334 ABŞ dolları faiz borcunun, ümumilikdə 345167 ABŞ dolları kredit borcunun, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə 120000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4854 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 14467 manat faiz borcunun, ümumilikdə 139321 manat kredit borcunun, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 kredit müqaviləsi üzrə 150000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 12625 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 15646 manat faiz borcunun, ümumilikdə 178271 manat kredit borcunun, xx xxxxxx 2017ci il tarixli, CBHK 0025-06 kredit müqaviləsi üzrə 450000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 45250 manat faiz borcunun,müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 48688 manat faiz borcunun, ümumilikdə 543938 manat kredit borcunun, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsi üzrə 158000 manat əsas borcun, 6531 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19180 manat faiz borcunun, ümumilikdə 183711 manat kredit borcunun, xx xxxx 2016-cı il tarixli, CBHK 0024 kredit müqaviləsi üzrə 236000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 6294 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədəkəsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29337 manat faiz borcunun,ümumilikdə 271631 manat kredit borcunun, kredit müqavilələrinin, zəmanət məktublarının, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 87 manat notariat xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə banka olan 300 000 ABŞ dolları əsas borcun, 56917 ABŞ dolları faiz borcun, ümumilikdə 356917 ABŞ dolları kredit borcunun, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə olan 120000 manat əsas borcun, 55732,94 manat faiz borcun, ümumilikdə 175732,94 manat kredit borcunun, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə olan 150000 manat əsas borcun, 75291,52 manat faiz borcunun, ümumilikdə 125291,52 manat kredit borcunun, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə olan 450000 manat əsas borcun, 247250 manat faiz borcunun, ümumilikdə 697250 manat kredit borcunun, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə olan 158000 manat əsas borcun, 73803,27 manat faiz borcunun, ümumilikdə 231803,27 manat kredit borcunun, xx xxxx 2016-cı il tarixli, CBHK 0024 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə olan 236000 manat əsas borcun, 109189,47 manat faiz borcun, ümumilikdə 345189,47 manat kredit borcunun, kredit müqavilələrinin, zəmanət məktublarının, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 87 manat notariat xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 11833 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33334 ABŞ dolları faiz borcunun, ümumilikdə 345167 ABŞ dolları kredit borcunun, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə 120000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4854 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 14467 manat faiz borcunun, ümumilikdə 139321 manat kredit borcunun, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 kredit müqaviləsi üzrə 150000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 12625 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 15646 manat faiz borcunun, ümumilikdə 178271 manat kredit borcunun, xx xxxxxx 2017ci il tarixli, CBHK 0025-06 kredit müqaviləsi üzrə 450000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 45250 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 48688 manat faiz borcunun, ümumilikdə 543938 manat kredit borcunun, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsi üzrə 158000 manat əsas borcun, 6531 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdənxx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19180 manat faiz borcunun,ümumilikdə 183711 manat kredit borcunun, xx xxxx 2016-cı il tarixli, CBHK 0024 kredit müqaviləsi üzrə 236000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 6294 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədəkəsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29337 manat faiz borcunun, ümumilikdə 271631 manat kredit borcunun, kredit müqavilələrinin, zəmanət məktublarının, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 87 manat notariat xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 nömrəli protokoluna əsasən, “X3 (CDB)" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qoşulması şəklində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsi, “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən “İddiaçı" Açıq Səhmdar Cəmiyyəti “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 X2 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodu arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, CBHK-0025/01 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 16 % (faiz) olmaqla 12 ay müddətinə, mal-material alınması, əmək haqlarının ödənilməsi, Vergilər Nazirliyi və digər ödənişlərinin həyata keçirilməsi üçün 120000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Cavabdeh1" İstehsalat Birliyi tərəfindən verilmiş 02/163 saylı zəmanət məktubuna əsasən “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 120 000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə Cavabdeh1 İstehsalat Birliyi MMC zəmanət vermişdir. “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 X2 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodu arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı «Kredit müqaviləsi»nə əsasən, sonuncuya mal-material alınması, əmək haqlarının ödənilməsi, Vergilər Nazirliyi və digər ödənişlərin həyata keçirilməsi məqsədi ilə 12 (on iki) ay müddətinə. 350000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh1 İstehsalat Birliyinin xx xxxx 2016-cı il tarixli zəmanət məktubuna əsasən “Alov” Zavoduna 1 il mtidətinə ayrılacaq 350000 ABŞ dolları məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə “xxxxxxxxxxxxxxxx" İstehsalat Birliyi MMC zəmanət vermişdir. “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 X2 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodu arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, CBHK- 0025-07 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 % (faiz) olmaqla, 6 ay müddətinə 150000 manat kredit vermişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nairliyi Cavabdeh1 İstehsalat Birliyi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, 02/55 nömrəli zəmanət məktubuna əsasən “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 150000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtıvaxtında ödənilməsinə Cavabdeh1 İstehsalat Birliyi MMC zəmanət vermişdir. “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 X2 Məsuliyyətli Cəmiyyətinin “Alov" Zavodu arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli. CBHK-0025-06 saylı kredit müqaviləsinə əsasən cavabdehə cari xərclərin ödənilməsi məqsədi ilə 6 ay müddətinə, illik 20 faiz olmaqla 450000 manat kredit verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nairliyi Cavabdeh1 İstehsalat Birliyi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, 02/31 nömrəli zəmanət məktubunə əsasən “Alov" Zavoduna 6 ay müddətinə ayrılacaq 450000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə Cavabdeh1 İstehsalat Birliyi MMC zəmanət vermişdir. “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli CBHK-0025 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 16 % (faiz) olmaqla, 12 ay müddətinə, mal-material və dəstləşdiricilərin alınması, vergi, DSMF və sair ödənişlərin aparılması üçün 180000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nairliyi Cavabdeh1 İstehsalat Birliyi tərəfindən verilmiş xx xxxxx 2016-cı il tarixli, 02/156 nömrəli zəmanət məktubuna əsasən “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 180000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə Cavabdeh1 İstehsalat Birliyi MMC zəmanət vermişdir. “X3 (CDB)” ASC ilə Cavabdeh1 İstehsalat Birliyi MMC- nin “Alov” Zavodu arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, CBHK-0024 saylı kredit müqaviləsinə əsasən cavabdehə mal material və dəstləşdiricilərin alınması, vergi, DSMF və sair ödənişlərin aparılması üçün illik 16 faiz olmaqla, 12 ay müddətinə 270000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nairliyi Cavabdeh1 İstehsalat Birliyi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli, 02/127 saylı zəmanət məktubuna əsasən “Alov” zavodunun kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə Cavabdeh1 İstehsalat Birliyi zəmanət vermişdir. xx xxxx 2016-cı il tarixli, CBMK-0025/02 saylı kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmişdir ki, “bu müqavilə üzrə Bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 350000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu Mqavilədə göstərilən müddətdə və qaydada, müqavilədə nəzərdə tutulmuş ödəniş formasında kreditə görə hesablanmış faizləri müddətin sonunadək əsas məbləği Banka qaytarmağı öz öhdəsinə götürür.” Həmin müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, “Bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan (eləcə də zamindən) tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka və ya girov predmet(lər)inə və ya onun digər daşınar və daşınmaz əmlaklarına (həmçinin bankdakı hesab(lar)ında olan pul vəsaitinə) yönəldilir." xx xxxxx 2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən “Bu müqavilə üzrə Bank Borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 180000 manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilədə nəzərdə tutulmuş ödəniş formasında kreditə görə hesablanmış faizləri və müddətin sonunadək əsas məbləği Banka qaytarmağı öz öhdəsinə götürür.” Həmin müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, “Bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan (eləcə də zamindən) tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka və ya girov predmet(lər)inə və ya onun digər daşmar və daşınmaz əmlaklarına (həmçinin bankdakı hesab(lar)ında olan pul vəsaitinə) yönəldilir." xx xxxx 2016-cı il tarixli, CBHK-0024 saylı kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmişdir ki, “bu müqavilə üzrə Bank Borcalana 12 (on iki) ay müddətinə qaytarmaq şərti ilə 270000 manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada,müqavilədə nəzərdə tutulmuş ödəniş formasında kreditə görə hesablanmış faizləri və müddətin sonunadək əsas məbləği Banka qaytarmağı öz öhdəsinə götürür.” xx xxxxxx 2017-ci il tarixli, CBHK-0025-07 saylı kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, “Bu Müqaviləyə görə Bank bu Müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məqsədlə 6 (altı) ay müddətində qaytarılması şərtilə, Borc alana 150000 (bir yüz əlli min) manat məbləğində kredit verməyi, Borc alan isə bu Müqavilənin şərtlərini qəbul edərək, bu Müqavilədə və bu Müqavilənin ayrılmaz tərkib hissəsində nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinatına uyğun istifadə etməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit məbləğini Banka qaytarmağı öhdəsinə götürür.” Həmin Müqavilənin 6.2-ci bəndinə görə “bu Müqavilə üzrə kredit, ona hesablanmış faiz borcu və hesablanmış cərimə faizləri tam ödənildikdən sonra bu Müqavilə öz qüvvəsini itirir." xx xxxxxx 2017-ci il tarixli, CBHK-0025-06 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, “Bu Müqaviləyə görə Bank bu Müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məqsədlə 6(altı) ay müddətində qaytarılması şərtilə, Borc alana 450000 manat məbləğində kredit verməyi, Borc alan isə bu Müqavilənin şərtlərini qəbul edərək, bu Müqavilədə və bu Müqavilənin ayrılmaz tərkib hissəsində nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinatına uyğun istifadə etməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit məbləğini Banka qaytarmağı öhdəsinə götürür.” Həmin Müqavilənin 6.2-ci bəndinə görə “bu Müqavilə üzrə kredit, ona hesablanmış faiz borcu və hesablanmış cərimə faizləri tam ödənildikdən sonra bu Müqavilə öz qüvvəsini itirir.” xx xxxxx 2016-cı il tarixli, CBHK-0025/01 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən “Bu müqavilə üzrə Bank Borcalana 12 (on iki) ay müddətinə qaytarmaq şərti ilə 120000 manat məbləğində kredit verməyi, Borcalan krediti qədul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilədə nəzərdə tutulmuş ödəniş formasında kreditə görə hesablanmış faizləri və müddətin sonunadək əsas məbləği Banka qaytarmağı öz öhdəsinə götürür.” Həmin müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, “Bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olununb başa çatanadək hesablanan faizlər borcalandan (eləcə də zamindən) tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka və ya girov predmet(lər)inə və ya onun digər daşınar və daşınmaz əmlaklarına (həmçinin bankdakı hesab(lar)ında olan pul vəsaitinə) yönəldilir.” Cavabdehlər bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdirlər. Belə ki, cavabdehlərin xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ciil tarixəbanka olan əsas borcu 300000 ABŞ dolları, faiz borcu 56917 ABŞ dolları, ümumilikdə 356917 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.20178-ci il tarixə 120000 manat, 55732,94 manat faiz borcu, ümumilikdə 175732.94 manat kredit borcu, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 150000 manat əsas borc, 75291,52 manat faiz borcu, ümumilikdə 225291,52 manat kredit borcu, 26 yanvar 201 7-ci il tarixli, CBHK 0025-06 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 450000 manat əsas borcu, 247250 manat faiz borcu, ümumilikdə 697250 manat kredit borcu, xx.xx.2016-cı il tarixli, CBHK- 0025 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 158000 manat əsas borc, 73803,27 manat faiz borcu, ümumilikdə 231803,27 manat kredit borcu, xx xxxx 2016-cı il tarixli, CBHK-0024 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 236000 manat əsas borc, 109189,47 manat faiz borcu, ümumilikdə 345189,47 manat kredit borcları vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqavilələri» üzrə əsas və faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇yyətı̇nin nümayəndəsi Nümayəndəiddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərin xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 11833 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33334 ABŞ dolları faiz borcu, ümumilikdə 345167 ABŞ dolları kredit borcu, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə 120000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4854 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdənxx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış14467 manat faiz borcu, ümumilikdə 139321 manat kredit borcu, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 kredit müqaviləsi üzrə 150000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 12625 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış15646 manat faiz borcu, ümumilikdə 178271 manat kredit borcu, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 kredit müqaviləsi üzrə 450000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 45000 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 48688 manat faiz borcu, ümumilikdə 543938 manat kredit borcu, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsi üzrə 158000 manat əsas borc, 6531 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19180 manat faiz borcu, ümumilikdə 183711 manat kredit borcu, xx xxxx 2016-cı il tarixli, CBHK 0024 kredit müqaviləsi üzrə 236000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6294 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29337 manat faiz borcu, ümumilikdə 271631 manat kredit borcu vardır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” zavodunun nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, kredit müqavilələri üzrə əsas borclar olan hissələrdə iddianı qəbul edir, qalan hissədə iddia ərizəsinə etiraz edir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, "İddiaçı" Açıq Səhmdar Cəmı̇yyətı̇ xx xxxxxx 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavodu xx xxxxxx 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxx 2016-cı il tarixli, CBHK-0025/01 saylı kredit müqaviləsinin surətindən görünür ki, müqavilə “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavodu arasında bağlanmış və müqaviləyə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna mal-material alınması, əmək haqlarının ödənilməsi, Vergilər Nazirliyi və digər ödənişlərinin həyata keçirilməsi üçün illik 16 faiz olmaqla 12 ay müddətinə 120000 manat məbləğində kredit verilmişdir. xx xxxxx 2016-cı il tarixli 02/163 saylı zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 120000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxx 2016-cı il tarixli CBHK-0025/02 saylı kredit müqaviləsinin surətindən görünür ki, müqavilə “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavodu arasında bağlanılmış və müqaviləyə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna mal-material alınması, əmək haqlarının ödənilməsi, Vergilər Nazirliyi və digər ödənişlərin həyata keçirilməsi məqsədi ilə 12 ay müddətinə 350000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli 02/237 saylı zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 350000 ABŞ dolları məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxxxx 2017-ci il tarixli, CBHK- 0025-07 saylı kredit müqaviləsinin surətindən görünür ki, müqavilə “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavodu arasında bağlanmış və müqaviləyə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna illik 20 faiz olmaqla, 6 ay müddətinə 150000 manat kredit vermişdir. xx xxxxxx 2017-ci il tarixli, 02/55 nömrəli zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 150000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxxxx 2017-ci il tarixli CBHK-0025-06 saylı kredit müqaviləsinin surətindən görünür ki, müqavilə “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavodu arasında bağlanmış və müqaviləyə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna cari xərclərin ödənilməsi məqsədi ilə 6 ay müddətinə, illik 20 faiz olmaqla 450000 manat kredit verilmişdir. xx xxxxxx 2017-ci il tarixli 02/31 nömrəli zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 6 ay müddətinə ayrılacaq 450000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxxx 2016-cı il tarixli CBHK-0025 saylı kredit müqaviləsinin surətindən görünür ki, müqavilə “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavodu arasında bağlanmış və müqaviləyə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna illik 16 faiz olmaqla, 12 ay müddətinə, mal-material və dəstləşdiricilərin alınması, vergi, DSMF və sair ödənişlərin aparılması üçün 180000 manat məbləğində kredit verilmişdir. xx xxxxx 2016-cı il tarixli 02/156 saylı zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 180000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxx 2016-cı il tarixli CBHK-0024 saylı kredit müqaviləsinin surətindən görünür ki, müqavilə “X3 (CDB)” açıq səhmdar cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavodu arasında bağlanmış və müqaviləyə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna mal material və dəstləşdiricilərin alınması, vergi, DSMF və sair ödənişlərin aparılması üçün illik 16 faiz olmaqla, 12 ay müddətinə 270000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli 02/127 saylı zəmanət məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna 1 il müddətinə ayrılacaq 270000 manat məbləğində kreditin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli AB:MD11-02079 saylı Maliyyə arayışından görünür ki, cavabdehlərin iddiaçıya xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 11833 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33334 ABŞ dolları faiz borcu, ümumilikdə 345167 ABŞ dolları kredit borcu, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə 120000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4854 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 14467 manat faiz borcu, ümumilikdə 139321 manat kredit borcu, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 kredit müqaviləsi üzrə 150000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 12625 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 15646 manat faiz borcu, ümumilikdə 178271 manat kredit borcu, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 kredit müqaviləsi üzrə 450000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 45250 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 48688 manat faiz borcu, ümumilikdə 543938 manat kredit borcu, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsi üzrə 158000 manat əsas borc, 6531 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19180 manat faiz borcu, ümumilikdə 183711 manat kredit borcu, xx xxxx 2016-cı il tarixli, CBHK 0024 kredit müqaviləsi üzrə 236000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6294 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29337 manat faiz borcu, ümumilikdə 271631 manat kredit borcu vardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-570/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh1 İstehsalat Birliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 saylı, xx.xx.2017-ci il tarixli, CBHK0025-07 saylı, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0025 saylı kredit müqavilələrinə əsasən cavabdehin ödənişləri nəzərə alınmaqla, hazırda ödənilməli olan əsas və faiz borcu nə qədər təşkil etməsi və iddiaçı tərəfindən aparılmış maliyyə əməliyyatları qüvvədə olan normativ aktlara, habelə cərimə borcunun hesablanması qaydası bank qanunvericiliyinə uyğun olub-olmaması barədə sual qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 10204 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli CBHK-0025/02 saylı, xx.xx.2016-cı il tarixli CBHK-0025/01 saylı, xx.xx.2017-ci il tarixli CBHK-0025-07 saylı, xx xxxxxx 2017-ci il tarixli CBHK 0025-06 saylı, xx.xx.2016-cı il tarixli CBHK-0025 saylı kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh1 İstehsalat Birliyinin iddia tələbinin tarixinə, yəni xx xxxxxxxx 2018-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2016-cı il tarixli CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə əsas borc 300000 ABŞ dolları, faiz borcu 68291,67 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 saylı kredit müqaviləsi üzrə əsas borc 120000,0 manat, faiz borcu 45546,67 manat, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 saylı kredit müqaviləsi üzrə əsas borc 150000,0 manat, faiz borcu 46416,67 manat, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06saylı kredit müqaviləsi üzrəəsas borc 450000,0 manat, faiz borcu 146250,0 manat, xx.xx.2016-cı il tarixli, CBHK- 0025 saylı kredit müqaviləsi üzrə əsas borc 158000,0 manat, faiz borcu üzrə 61711,11 manat müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-570/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında «xxxxxxxx» ASC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh1 İB arasında bağlanmış xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 saylı, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 saylı, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0025 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0024 saylı kredit müqavilələrinə əsasən kredit müqavilələrinin bitmə tarixinə bütün ödənişlər nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh1 İB-nin faiz borcu və cərimə borcu üzrə borc qalığının və xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 saylı, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 saylı, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0025 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0024 saylı kredit müqavilələri üzrə kredit müqavilələrinin bitdiyi tarixdən sonra xx.xx.2019-cu il tarixə 5% olmaqla hesablanan faiz borcunun nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 27730 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 saylı, 24.02,2017-ci il tarixli, CBHK- 0025-07 saylı, xx xxxxxx 2017-ci il tarixli. CBHK 0025-06 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0025 saylı kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh1 İstehsalat Birliyinin hər müqavilə üzrə müqavilə müddətlərinin bitdiyi tarixə və kredit müqavilələrinin bitdiyi tarixdən sonra xx.xx.2019-cu il tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla İddiaçı açıq səhmdar Cəmiyyətinə xx.xx.2016-cı il tarixli. CBHK-0025/02 saylı kredit müqaviləsi üzrəmüqavilə müddəti bitdiyi tarixə (xx xxxx 2017-ci il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 11749,67 ABŞ dolları, iddia tələbinin tarixinə illik 5 % dərəcəsi ilə (xx xxxxxxx 2019-cu il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 45582,53 ABŞ dolları, xx.xx.2016-ci il tarixli, CBHK-0025/01 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi tarixə (xx xxxxx 2017-ci il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 19200,00 ABŞ dolları, iddia tələbinin tarixinə illik 5 % dərəcəsi (xx xxxxxxx 2019-cu il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 29333,34 ABŞ dolları, xx.xx.2017-ci il tarixli CBHK-0025-07 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi tarixə (xx xxxxxx 2017-ci il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 15895,83 ABŞ dolları, iddia tələbinin tarixinə illik 5 % dərəcəsi ilə (xx xxxxxxx 2019-cu il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 30895,83 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi tarixə (xx xxxx 2017-ci il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 45000,00 ABŞ dolları, iddia tələbinin tarixinə (xx xxxxxxx 2019-cu il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 94437,50 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, CBHK-0025 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi tarixə (xx xxxxx 2017-ci il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 19442,78 ABŞ dolları, iddia tələbinin tarixinə illik 5% dərəcəsi ilə (xx xxxxxxx 2019-cu il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 46042,78 ABŞ dolları müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-42/2020 saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında İddiaçı açıq səhmdar cəmiyyəti ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” zavodu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, CBHK 0024 nömrəli, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli, xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 nömrəli, xx.xx.2017-ci il tarixli, CBHK-0025-06 nömrəli və xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 nömrəli kredit müqavilələrinə əsasən kredit müqavilələrinin bitmə tarixinə bütün ödənişlər nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” zavodunun əsas və faiz borcları üzrə borc qalığının və xx.xx.2016-cı il tarixli, CBHK 0024 nömrəli, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli, xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 nömrəli, xx.xx.2017-ci il tarixli, CBHK-0025-06 nömrəli və xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 nömrəli kredit müqavilələri üzrə kredit müqavilələrinin bitdiyi tarixdən sonra xx.xx.2019-cu il tarixə illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılmasıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/2417 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 saylı, 24.02,2017-ci il tarixli, CBHK- 0025-07 saylı, xx xxxxxx 2017-ci il tarixli CBHK 0025-06 saylı, xx.xx.2016-cı il tarixli, CBHK-0025 saylı kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh1 İstehsalat Birliyinin hər müqavilə üzrə müqavilə müddətlərinin bitdiyi tarixə və kredit müqavilələrinin bitdiyi tarixdən sonra xx.xx.2019-cu il tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla İddiaçı açıq səhmdar Cəmiyyətinə xx.xx.2016-cı il tarixli CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi tarixə (xx xxxx 2017-ci il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 11749,67 ABŞ dolları, iddia tələbinin tarixinə illik 5 % dərəcəsi ilə (xx xxxxxxx 2019-cu il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 45582,53 ABŞ dolları, xx.xx.2016-ci il tarixli, CBHK-0025/01 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi tarixə (xx xxxxx 2017-ci il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 19200,00 ABŞ dolları, iddia tələbinin tarixinə illik 5 % dərəcəsi (xx xxxxxxx 2019-cu il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 29333,34 ABŞ dolları, xx.xx.2017-ci il tarixli CBHK-0025-07 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi tarixə (xx xxxxxx 2017-ci il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 15895,83 ABŞ dolları, iddia tələbinin tarixinə illik 5 % dərəcəsi ilə (xx xxxxxxx 2019-cu il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 30895,83 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi tarixə (xx xxxx 2017-ci il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 45000,00 ABŞ dolları, iddia tələbinin tarixinə (xx xxxxxxx 2019-cu il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 94437,50 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, CBHK-0025 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi tarixə (xx xxxxx 2017-ci il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 19442,78 ABŞ dolları, iddia tələbinin tarixinə illik 5% dərəcəsi ilə (xx xxxxxxx 2019-cu il tarixə) əsas borc üzrə 300000,00 ABŞ dolları, faiz borcu üzrə 46042,78 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” zavodunun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Həmin Məcəllənin 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. Həmin Məcəllənin 487.2-ci maddəsinə əsasən qarantın qarantiya üzrə öhdəliyi yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi üçün benefisiar qarşısında məsuliyyəti, əgər qarantiyada ayrı hal nəzərdə tutulmayıbsa, qarantiya verilmiş məbləğlə məhdudlaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavodu arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, CBHK-0025/01 saylı kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla 12 ay müddətinə 120000 manat, xx xxxx 2016-cı il tarixli CBHK-0025/02 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 350000 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixli, CBHK-0025-07 saylı kredit müqaviləsinə əsasən illik 20 faiz olmaqla, 6 ay müddətinə 150000 manat, xx xxxxxx 2017-ci il tarixli CBHK-0025-06 saylı kredit müqaviləsinə əsasən 6 ay müddətinə, illik 20 faiz olmaqla 450000 manat, xx xxxxx 2016-cı il tarixli CBHK-0025 saylı kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 12 ay müddətinə 180000 manat, xx xxxx 2016cı il tarixli CBHK-0024 saylı kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 12 ay müddətinə 270000 manat məbləğlərində cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna kreditlər verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna ayrılmış kreditlərin əsas və faiz məbləğlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verilmişdir. Cavabdehlərin iddiaçıya xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 11833 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33334 ABŞ dolları faiz borcu, ümumilikdə 345167 ABŞ dolları kredit borcu, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə 120000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4854 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 14467 manat faiz borcu, ümumilikdə 139321 manat kredit borcu, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 kredit müqaviləsi üzrə 150000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 12625 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 15646 manat faiz borcu, ümumilikdə 178271 manat kredit borcu, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 kredit müqaviləsi üzrə 450000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 45250 manat faiz borcu,müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5faiz dərəcəsi ilə hesablanmış 48688 manat faiz borcu, ümumilikdə 543938 manat kredit borcu, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsi üzrə 158000 manat əsas borc, 6531 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19180 manat faiz borcu, ümumilikdə 183711 manat kredit borcu, xx xxxx 2016-cı il tarixli, CBHK 0024 kredit müqaviləsi üzrə 236000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6294 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29337 manat faiz borcu, ümumilikdə 271631 manat kredit borcu vardır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” Zavoduna borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan kredit müqaviləsinə istinad edir. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyəti kredit müqaviləsi üzrə borcun ödənilməsinə zəmanət verməklə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdehlərin kredit müqavilələri üzrə iddiaçıya olan əsas borcları təsdiq olunduğundan ayrı-ayrı kredit müqavilələri üzrə əsas borc məbləğləri cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan Kredit müqavilələrinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” zavodu kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyəti isə borcun ödənilməsinə zəmanət vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 saylı kredit müqaviləsi üzrə faiz borcu istisna olmaqla, əsas kredit məbləğlərinə hesablanmış faiz borcları əsaslı olduğuna görə cavabdehdən tutulmalıdır. İddiaçı cavabdehlərdən xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 saylı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 45250 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/2417 saylı rəyi ilə cavabdehlərin ödəməli olduğu faiz borc 45000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 saylı kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən olunmuş 45000 manat məbləğində faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış faiz məbləğləri cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/2417 saylı rəyi ilə faiz və əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmışfaizborcları iddiada tələb olunan məbləğlərdən artıq olması (xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 saylı kredit müqaviləsi üzrə faiz borcu istisna olmaqla) müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 39 vərəqədə sənəd notarial qaydada təsdiq olunmuşdur ki, həmin sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş dövlət rüsumu 87 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 11833 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33334 ABŞ dolları faiz borcu, ümumilikdə 345167 ABŞ dolları kredit borcu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə 120000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4854 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 14467 manat faiz borcu, ümumilikdə 139321 manat kredit borcu, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 kredit müqaviləsi üzrə 150000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 12625 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 15646 manat faiz borcu, ümumilikdə 178271 manat kredit borcu, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 kredit müqaviləsi üzrə 450000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 45000 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5faiz dərəcəsi ilə hesablanmış 48688 manat faiz borcu, ümumilikdə 543688 manat kredit borcu, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsi üzrə 158000 manat əsas borc, 6531 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19180 manat faiz borcu, ümumilikdə 183711 manat kredit borcu, xx xxxx 2016-cı il tarixli, CBHK 0024 kredit müqaviləsi üzrə 236000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6294 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29337 manat faiz borcu, ümumilikdə 271631 manat kredit borcu, kredit müqavilələrinin, zəmanət məktublarının, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 87 manat notariat xərci və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 500 manat məbləğində ekspertiza xərcləri cavabdehlərdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” zavodundan və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətindən xx.xx.2016-cı il tarixli, CBHK-0025/02 saylı kredit müqaviləsi üzrə 300000 ABŞ dolları əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 11833 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33334 ABŞ dolları faiz borcu, ümumilikdə 345167 ABŞ dolları kredit borcu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, xx.xx.2016-cı il tarixli, CBHK-0025/01 nömrəli kredit müqaviləsi üzrə 120000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4854 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 14467 manat faiz borcu, ümumilikdə 139321 manat kredit borcu, xx.xx.2017-ci il tarixli, CBHK-0025-07 kredit müqaviləsi üzrə 150000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 12625 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 15646 manat faiz borcu, ümumilikdə 178271 manat kredit borcu, xx xxxxxx 2017-ci il tarixli, CBHK 0025-06 kredit müqaviləsi üzrə 450000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 45000 manat faiz borcu,müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 48688 manat faiz borcu, ümumilikdə 543688 manat kredit borcu, xx.xx.2016-cı il tarixli, CBHK-0025 nömrəli kredit müqaviləsi üzrə 158000 manat əsas borc, 6531 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19180 manat faiz borcu, ümumilikdə 183711 manat kredit borcu, xx xxxx 2016-cı il tarixli, CBHK 0024 kredit müqaviləsi üzrə 236000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6294 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29337 manat faiz borcu, ümumilikdə 271631 manat kredit borcu, kredit müqavilələrinin, zəmanət məktublarının, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 87 manat notariat xərci və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 500 manat məbləğində ekspertiza xərcləri cavabdehlər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətinin “Alov” zavodundan və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Optika Mexanika” X2 məsuliyyətli cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar